"WhatsApp" messenceri tətbiqin video hissəsində yeni funksiyanı sınaqdan keçirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, videoları redaktə edərkən yeni bir işarə görünəcək ki, bu da istifadəçinin videonu səssiz şəkildə göndərməsinə imkan yaradacaq.

Hələ ki bu funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyada mövcuddur.

Portal, həmçinin bildirir ki, yenilənmədə başqa bir animasiya stiker dəsti əlavə edilməklə yanaşı, qrup söhbətində hər hansı bir istifadəçinin xatırlanması funksiyası da təkmilləşdiriləcək.