Oyun, uşaqların əylənərkən öyrənməsini təmin edən, zehni aktivliyi artıran fəaliyyətdir. Övladlarınıza oyuncaq seçərkən bəzi şeylərə diqqət yetirməlisiniz.

Oyuncaq alarkən övladınızın inkişafına uyğun olan və ona fayda verən oyuncaqlara üstünlük verməlisiniz. Kiçik, plastik düymələri olan, detalları asanlıqla qoparıla bilən oyuncaqlar təhlükəlidir, azyaşlı uşaqlar onları uda bilərlər.

1. Oyuncaq seçimində ən vacib məqamlardan biri oyuncağın övladınızın yaşına, inkişafına və bacarıqlarına uyğun olmasıdır.

2. Oyuncaq alarkən istehsalçı firmaya və onun keyfiyyətinə diqqət edin.

3. Övladınızın asanlıqla saxlaya biləcəyi oyuncaqları seçin.

4. Aldığınız oyuncağın asan təmizlənə bildiyinə diqqət edin.

5. Seçdiyiniz oyuncaqlar zəhərsiz boya məmulatları ilə rənglənməlidir.

6. Övladınızın boğazından keçə bilməyəcək qədər böyüklükdə oyuncaqlar alın.

7. Uzun ipli, şunurlu və lentli oyuncaqlar kiçik uşaqlar üçün təhlükə daşıyır.

8. Oyuncaqları əlinizə alıb yaxşıca gözdən keçirin. Oyuncağın içində metal hissələr, iynələr, xarici maddələr olmadığına əmin olun.

9. Azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş rəngli karandaşlar alın.

10. Oyuncaq mağazalarından kənar yerlərdən oyuncaq almayın.

https://www.ilk.az/