Bulud əsaslı ani mesajlaşma tətbiqi "Telegram" bu ilin yanvar ayında dünyanın ən çox yüklənən tətbiqi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Telegram" keçən ay "WhatsApp"ın yeni məxfilik siyasəti ilə bağlı mübahisələrdən sonra dünyada 63 mln. dəfə yüklənib.

Videopaylaşma tətbiqi "TikTok" 62 mln. yeni istifadəçi ilə ən çox yüklənən ikinci tətbiq olub.