• DƏYƏRLİ SÖZLƏR YAZILI ŞƏKİLLƏRİ
    DƏYƏRLİ SÖZLƏR YAZILI ŞƏKİLLƏRİ
    0 Comments 0 Shares
  • ŞOKOLAD YEMƏK XOŞBƏXTLİK GƏTİRİR

    Qida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir.

    Müxtəlif növləri olan şokoladların tərkibi təbii və qarışıq olur. Təbii şokolad yalnız kakao çəyirdəyi (yağı) və şəkərdən alınır, qarışıq şokoladın istehsalında isə bu iki əsas inqrediyentdən əlavə süd, qəhvə, qoz və digər qida məhsullarından istifadə edilir. Bir çox insanların fikrincə, şokoladın ziyanı onun xeyrindən daha çoxdur. Bəs əslində o faydalıdır, yoxsa insan orqanizmi üçün ziyanlıdır?

    Sualımızı cavablandıran həkim-dietoloq Nərgiz Nəzirova "Şərq"ə açıqlamasında bildirib ki, şokolad ürək və xərçəng kimi xəstəliklərlə mübarizə aparır. Həkimin sözlərinə görə, o, xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir:

    "Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyət ilə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, insanlara stress və depressiyadan çıxmağa kömək edir".

    Dietoloq qeyd edib ki, güclü dişlər bədəndə olan florun miqdarından asılıdır: "Şokolad isə bu maddə ilə boldur. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir.

    Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır. Onun tərkibindəki yağ qandakı xolesterinin artmasına səbəb olmur. Şokolad allergiyaya səbəb ola bilər ki, allergiyalara meyilli olan insanlar bu məhsuldan imtina etməlidir.

    Ondan kosmetologiyada çox geniş istifadə edirlər. Şokolad dərini daha yumşaq, zərif və cavan edir. Həmçinin şokoladın saxlanma şəraitinə də xüsusilə diqqət edilməlidir.

    Şokoladın saxlanması üçün optimal temperatur 18±3°S, rütubət isə 75 faiz hesab edilir. Şokoladı Günəşin birbaşa düşən şüalarından qorumaq lazımdır. Onu sərin yerdə saxlamaq daha məqsədəuyğundur".
    ŞOKOLAD YEMƏK XOŞBƏXTLİK GƏTİRİR Qida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir. Müxtəlif növləri olan şokoladların tərkibi təbii və qarışıq olur. Təbii şokolad yalnız kakao çəyirdəyi (yağı) və şəkərdən alınır, qarışıq şokoladın istehsalında isə bu iki əsas inqrediyentdən əlavə süd, qəhvə, qoz və digər qida məhsullarından istifadə edilir. Bir çox insanların fikrincə, şokoladın ziyanı onun xeyrindən daha çoxdur. Bəs əslində o faydalıdır, yoxsa insan orqanizmi üçün ziyanlıdır? Sualımızı cavablandıran həkim-dietoloq Nərgiz Nəzirova "Şərq"ə açıqlamasında bildirib ki, şokolad ürək və xərçəng kimi xəstəliklərlə mübarizə aparır. Həkimin sözlərinə görə, o, xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir: "Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyət ilə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, insanlara stress və depressiyadan çıxmağa kömək edir". Dietoloq qeyd edib ki, güclü dişlər bədəndə olan florun miqdarından asılıdır: "Şokolad isə bu maddə ilə boldur. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir. Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır. Onun tərkibindəki yağ qandakı xolesterinin artmasına səbəb olmur. Şokolad allergiyaya səbəb ola bilər ki, allergiyalara meyilli olan insanlar bu məhsuldan imtina etməlidir. Ondan kosmetologiyada çox geniş istifadə edirlər. Şokolad dərini daha yumşaq, zərif və cavan edir. Həmçinin şokoladın saxlanma şəraitinə də xüsusilə diqqət edilməlidir. Şokoladın saxlanması üçün optimal temperatur 18±3°S, rütubət isə 75 faiz hesab edilir. Şokoladı Günəşin birbaşa düşən şüalarından qorumaq lazımdır. Onu sərin yerdə saxlamaq daha məqsədəuyğundur".
    0 Comments 0 Shares
  • SAÇLARI SÜRƏTLƏ UZADAN 7 ÜSUL

    Korlanmış, canlılığını itirmiş və uzanmayan saçlarınızdan şikayət edirsinizsə, narahat olmayın. Feat.Az saçınızı həm daha sürətli, həm də daha sadə üsullarla uzatmağın yollarını təqdim edir. Bu 7 üsul sizə sağlam və uzun saçlar bəxş edəcək.

    Bal və yumurta

    1 ədəd yumurtanın sarısını kasaya töküb üzərinə 1 yemək qaşığı bal əlavə edərək, yaxşıca qarışdırın. Qarışımı saçınıza çəkin və 1-1.5 saat gözlədikdən sonra saçlarınızı yuyun. Həftədə bir dəfə tətbiq edə bilərsiniz.

    Kök və yumurta

    İki dənə kökü rəndələyərək, yarım litr suda qaynadın. Sonra onları ayırın. Suyun içinə 1 dənə yumurtanın sarısını əlavə edib qarışdırın. Əldə etdiyiniz qarışımı saçınıza tətbiq edib, yarım saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə edə bilərsiniz.

    Qırmızı turp və yumurta

    Qırmızı turpu rəndələyərək, 2 stəkan suda qaynadın. Su qaynadıqdan sonra soyumasını gözləyin. Sonra 1 yumurtanın sarısını əlavə edin. Bu qarışımı saçınıza sürtüb, 2 saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə etsəniz, həm saçınızın yağ nisbətini tarazlayar, həm də sürətli uzanmasını təmin edərsiniz.

    Kartof, bal və yumurta

    Qaynadılmış kartofun suyunu, bal və yumurtanın sarısını yaxşıca bir-birinə qarışdırın və saçınıza tətbiq edin. 1 saat gözlədikdən sonra saçlarınızı yuyun. Həftədə 1 dəfə tətbiq etməklə saçınızın uzanmasına kömək edərsiniz.

    Saçlarınızı darayın

    Saçları daramaq saç diblərinə masaj edərək qan dövranını sürətləndirəcək və saçlarınızın qidalanmasını təmin edəcək. Səhər-axşam nizamlı olaraq daramaq saçlarınızın uzanmasına kömək olacaq.

    Soğan, sarımsaq və darçın

    Bir orta boy soğanı, bir neçə diş sarımsağı və çubuq darçını birlikdə qaynadın. Soyuyan suyla saçınızı isladın. Bir az gözlədikdən sonra yuyun. Hər gün suyu yenidən hazırlayaraq tətbiq etsəniz, saçlarınız həm qidalanar, həm də daha sürətlə uzanır.

    Aspirin

    Aspirini suyun içinə atıb əritdikdən sonra, saçlarınızı o suyla duruladığınızda saçlarınız daha sürətlə uzadar.
    SAÇLARI SÜRƏTLƏ UZADAN 7 ÜSUL Korlanmış, canlılığını itirmiş və uzanmayan saçlarınızdan şikayət edirsinizsə, narahat olmayın. Feat.Az saçınızı həm daha sürətli, həm də daha sadə üsullarla uzatmağın yollarını təqdim edir. Bu 7 üsul sizə sağlam və uzun saçlar bəxş edəcək. Bal və yumurta 1 ədəd yumurtanın sarısını kasaya töküb üzərinə 1 yemək qaşığı bal əlavə edərək, yaxşıca qarışdırın. Qarışımı saçınıza çəkin və 1-1.5 saat gözlədikdən sonra saçlarınızı yuyun. Həftədə bir dəfə tətbiq edə bilərsiniz. Kök və yumurta İki dənə kökü rəndələyərək, yarım litr suda qaynadın. Sonra onları ayırın. Suyun içinə 1 dənə yumurtanın sarısını əlavə edib qarışdırın. Əldə etdiyiniz qarışımı saçınıza tətbiq edib, yarım saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə edə bilərsiniz. Qırmızı turp və yumurta Qırmızı turpu rəndələyərək, 2 stəkan suda qaynadın. Su qaynadıqdan sonra soyumasını gözləyin. Sonra 1 yumurtanın sarısını əlavə edin. Bu qarışımı saçınıza sürtüb, 2 saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə etsəniz, həm saçınızın yağ nisbətini tarazlayar, həm də sürətli uzanmasını təmin edərsiniz. Kartof, bal və yumurta Qaynadılmış kartofun suyunu, bal və yumurtanın sarısını yaxşıca bir-birinə qarışdırın və saçınıza tətbiq edin. 1 saat gözlədikdən sonra saçlarınızı yuyun. Həftədə 1 dəfə tətbiq etməklə saçınızın uzanmasına kömək edərsiniz. Saçlarınızı darayın Saçları daramaq saç diblərinə masaj edərək qan dövranını sürətləndirəcək və saçlarınızın qidalanmasını təmin edəcək. Səhər-axşam nizamlı olaraq daramaq saçlarınızın uzanmasına kömək olacaq. Soğan, sarımsaq və darçın Bir orta boy soğanı, bir neçə diş sarımsağı və çubuq darçını birlikdə qaynadın. Soyuyan suyla saçınızı isladın. Bir az gözlədikdən sonra yuyun. Hər gün suyu yenidən hazırlayaraq tətbiq etsəniz, saçlarınız həm qidalanar, həm də daha sürətlə uzanır. Aspirin Aspirini suyun içinə atıb əritdikdən sonra, saçlarınızı o suyla duruladığınızda saçlarınız daha sürətlə uzadar.
    0 Comments 0 Shares
  • “WhatsApp”da yeni funksiya yaradılır
    "WhatsApp" messenceri tətbiqin video hissəsində yeni funksiyanı sınaqdan keçirir. Milli.Az APA-ya istinadən xəbər verir ki, videoları redaktə edərkən yeni bir işarə görünəcək ki, bu da istifadəçinin videonu səssiz şəkildə göndərməsinə imkan yaradacaq. Hələ ki bu funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyada mövcuddur. Portal, həmçinin...
    0 Comments 0 Shares
  • Gözə yad cismin düşməsi
    Gözə xaricdən daxil olan hər bir cisim yad cisim hesab edilir. Gözə daxil olan yad cisim ölçüsündən asılı olmayaraq gözdə çox böyük narahatçılıqlara səbəb olur. Bəzən adi kül dənəciyi belə gözə düşdükdə həssas göz quruluşunu qıcıqlandırır və xəstəni narahat edir. Gözə yad cisim düşdükdə bu uzun...
    0 Comments 0 Shares
  • Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verildi

    Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

    Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət qərargah binasında növbətçi, silah, əməliyyat, tibbi, tədris və digər xidməti otaqlar, yeməkxana, qazanxana vardır. Binanın həyətində xüsusi təyinatlılar üçün təlim meydanı hazırlanıb.

    Hərbi hissənin ərazisində Türkiyə-Naxçıvan Dostluq Parkı yaradılıb. Ümumi sahəsi 17 min kvadratmetr olan istirahət parkı salınıb. Parkda 75 müxtəlifölçülü oturacaqlar və 38 müxtəlif heykəl quraşdırılıb, müxtəlif dekorativ ağac və güllər əkilib. Parkda ümumi sahəsi 114 kvadratmetr olan fəvvarə tikilib, bayrağı özündə əks etdirən 9 metr hündürlüyündə alov maketi hazırlanıb.
    Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verildi Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib. Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət qərargah binasında növbətçi, silah, əməliyyat, tibbi, tədris və digər xidməti otaqlar, yeməkxana, qazanxana vardır. Binanın həyətində xüsusi təyinatlılar üçün təlim meydanı hazırlanıb. Hərbi hissənin ərazisində Türkiyə-Naxçıvan Dostluq Parkı yaradılıb. Ümumi sahəsi 17 min kvadratmetr olan istirahət parkı salınıb. Parkda 75 müxtəlifölçülü oturacaqlar və 38 müxtəlif heykəl quraşdırılıb, müxtəlif dekorativ ağac və güllər əkilib. Parkda ümumi sahəsi 114 kvadratmetr olan fəvvarə tikilib, bayrağı özündə əks etdirən 9 metr hündürlüyündə alov maketi hazırlanıb.
    0 Comments 0 Shares
  • MN: Azərbaycan Ordusu döyüş hazırlığını davam etdirir

    “Vətən müharibəsi başa çatdıqdan sonra müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək, döyüş hazırlığı ilə məşğul olur”.

    “Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

    Onun sözlərinə görə, artilleriya qoşunları da eyni qaydada döyüş hazırlığı ilə məşğul olur:

    “Qoşunların şəxsi heyətinə yüksək texnoloji silahlar praktiki şəkildə öyrədilir”.
    MN: Azərbaycan Ordusu döyüş hazırlığını davam etdirir “Vətən müharibəsi başa çatdıqdan sonra müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək, döyüş hazırlığı ilə məşğul olur”. “Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. Onun sözlərinə görə, artilleriya qoşunları da eyni qaydada döyüş hazırlığı ilə məşğul olur: “Qoşunların şəxsi heyətinə yüksək texnoloji silahlar praktiki şəkildə öyrədilir”.
    0 Comments 0 Shares
  • Avropanın ən yaşlı sakini COVID-19-dan sağaldı

    Fransa və Avropanın ən yaşlı sakini Lusil Randon 117 yaşı ərəfəsində koronavirusa yoluxub.

    Bu barədə “Var-Matin” qəzeti xəbər yayır.

    Bildirilir ki, COVID-19 onda yanvarın 16-da aşkarlanıb. Randonun xəstəliyi asemptomatik olub.

    Onun özünütəcrid mərhələsini nisbətən ağır şəkildə yalnız keçirdiyi qeyd edilir.

    Qocalar evinin nümayəndəsinin dediyinə görə, o “xəstəlikdən qorxduğunu” göstərməyib, ancaq “digərləri üçün çox narahatlıq keçirib”.

    Lusil Randon 11 fevral 1904-cü ildə anadan olub. Gənclik illərində o xəstəxanada işləyib. Sonradan rahibə olub və Andre bacı adını alıb.
    Avropanın ən yaşlı sakini COVID-19-dan sağaldı Fransa və Avropanın ən yaşlı sakini Lusil Randon 117 yaşı ərəfəsində koronavirusa yoluxub. Bu barədə “Var-Matin” qəzeti xəbər yayır. Bildirilir ki, COVID-19 onda yanvarın 16-da aşkarlanıb. Randonun xəstəliyi asemptomatik olub. Onun özünütəcrid mərhələsini nisbətən ağır şəkildə yalnız keçirdiyi qeyd edilir. Qocalar evinin nümayəndəsinin dediyinə görə, o “xəstəlikdən qorxduğunu” göstərməyib, ancaq “digərləri üçün çox narahatlıq keçirib”. Lusil Randon 11 fevral 1904-cü ildə anadan olub. Gənclik illərində o xəstəxanada işləyib. Sonradan rahibə olub və Andre bacı adını alıb.
    0 Comments 0 Shares
  • “Twitter” ödənişli ola bilər

    “Twitter” sosial şəbəkənin reklamdan asılılığını azaltmaq məqsədilə abunəçilərdən ödəniş tələb edə bilər.

    “Bloomberg”in məlumatına görə, məsələ ilə bağlı yekun qərar fevralın 9-da, şirkətin növbəti hesabatının açıqlandığı zaman elan olunacaq.

    Hələlik isə abunə haqlarının hansı formada tətbiq ediləcəyi açıqlanmır.

    Ödəniş ya bəzi eksklüziv materiallar yayan səhifələr üçün, ya da kütləvi olaraq bütün abunəçilər üçün tələb oluna bilər. Ödənişlərin “çaypulu” kimi könüllülük prinsipi əsasında olması, yaxud da sosial şəbəkəsinin bir sıra funksiyalarına tətbiq edilməsi də istisna deyil.
    “Twitter” ödənişli ola bilər “Twitter” sosial şəbəkənin reklamdan asılılığını azaltmaq məqsədilə abunəçilərdən ödəniş tələb edə bilər. “Bloomberg”in məlumatına görə, məsələ ilə bağlı yekun qərar fevralın 9-da, şirkətin növbəti hesabatının açıqlandığı zaman elan olunacaq. Hələlik isə abunə haqlarının hansı formada tətbiq ediləcəyi açıqlanmır. Ödəniş ya bəzi eksklüziv materiallar yayan səhifələr üçün, ya da kütləvi olaraq bütün abunəçilər üçün tələb oluna bilər. Ödənişlərin “çaypulu” kimi könüllülük prinsipi əsasında olması, yaxud da sosial şəbəkəsinin bir sıra funksiyalarına tətbiq edilməsi də istisna deyil.
    0 Comments 0 Shares
  • “WhatsApp”da yeni funksiya

    “WhatsApp” mesencerinin texniki heyəti yeni funksiyanı sınaqdan keçirir.

    “RİA Novosti” məlumat verir ki, tezliklə istifadəyə verilməsi planlaşdırılan yeniliyə əsasən, bundan sonra istənilən videonu səssiz göndərmək mümkün olacaq.

    Bunun üçün videoredaktə menyusuna daxil olub, ekranda görünəcək müvafiq işarəni basmaq kifayət edəcək.

    Hazırda sözügedən funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyasında mövcuddur.

    Bununla yanaşı, mesencerin növbəti versiyasında yeni animasiyalı stikerlər əlavə olunacaq, eləcə də qrup çatında istifadəçilərin xatırlanması funksiyası yaxşılaşdırılacaq.
    “WhatsApp”da yeni funksiya “WhatsApp” mesencerinin texniki heyəti yeni funksiyanı sınaqdan keçirir. “RİA Novosti” məlumat verir ki, tezliklə istifadəyə verilməsi planlaşdırılan yeniliyə əsasən, bundan sonra istənilən videonu səssiz göndərmək mümkün olacaq. Bunun üçün videoredaktə menyusuna daxil olub, ekranda görünəcək müvafiq işarəni basmaq kifayət edəcək. Hazırda sözügedən funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyasında mövcuddur. Bununla yanaşı, mesencerin növbəti versiyasında yeni animasiyalı stikerlər əlavə olunacaq, eləcə də qrup çatında istifadəçilərin xatırlanması funksiyası yaxşılaşdırılacaq.
    0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10