• 1
    0 Comments 0 Shares
  • whatsapp profil statuslari
    whatsapp profil statuslari
    0 Comments 0 Shares
  • profil şəkilləri
    profil şəkilləri
    0 Comments 0 Shares
  • Rusiya və Türkiyə kosmik səhədə əməkdaşlıq edəcək

    Rusiya və Türkiyə kosmik səhədə əməkdaşlığın inkişafı üçün ikitərəfli hökumətlərarası müqavilənin hazırlanması üzərində fəal işləyirlər.

    Bu barədə TASS-a “Roskosmos”un mətbuat xidmətindən məlumat verilib.

    “Hazırda ölkələr arasında kosmik fəaliyyət sahəsində əməkdaşlığın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradacaq ikitərəfli hökumətlərarası çərçivə sənədinin hazırlanması üçün fəal iş aparılır”, - deyə “Roskosmos”dan bildiriblər.

    Qeyd edək ki, Türkiyə Azərbaycan və Pakistanla da kosmik sahədə əməkdaşlığa hazırlaşır.
    Rusiya və Türkiyə kosmik səhədə əməkdaşlıq edəcək Rusiya və Türkiyə kosmik səhədə əməkdaşlığın inkişafı üçün ikitərəfli hökumətlərarası müqavilənin hazırlanması üzərində fəal işləyirlər. Bu barədə TASS-a “Roskosmos”un mətbuat xidmətindən məlumat verilib. “Hazırda ölkələr arasında kosmik fəaliyyət sahəsində əməkdaşlığın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradacaq ikitərəfli hökumətlərarası çərçivə sənədinin hazırlanması üçün fəal iş aparılır”, - deyə “Roskosmos”dan bildiriblər. Qeyd edək ki, Türkiyə Azərbaycan və Pakistanla da kosmik sahədə əməkdaşlığa hazırlaşır.
    0 Comments 0 Shares
  • İrandan Azərbaycana gətirilən külli miqdarda duz keyfiyyətsiz çıxdı

    İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, İrandan Azərbaycana fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən idxal olunan 49,8 ton duz məhsuluna agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

    Baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

    Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
    İrandan Azərbaycana gətirilən külli miqdarda duz keyfiyyətsiz çıxdı İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, İrandan Azərbaycana fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən idxal olunan 49,8 ton duz məhsuluna agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub. Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
    0 Comments 0 Shares
  • Azərbaycan məhsulları ilin ilk beynəlxalq sərgisində nümayiş olunacaq

    İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi keçiriləcək.

    Sərgidə Fondun təşkilatçılığı ilə qida sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.

    Qeyd edək ki, Azərbaycan 5-ci dəfə “Gulfood” beynəlxalq ərzaq sərgisində təmsil olunacaq.
    Azərbaycan məhsulları ilin ilk beynəlxalq sərgisində nümayiş olunacaq İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi keçiriləcək. Sərgidə Fondun təşkilatçılığı ilə qida sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Qeyd edək ki, Azərbaycan 5-ci dəfə “Gulfood” beynəlxalq ərzaq sərgisində təmsil olunacaq.
    0 Comments 0 Shares
  • Rusiyada yeni onlayn oyun iki azyaşlının intiharı ilə nəticələndi

    Rusiyanın Samara şəhərində altıncı sinif şagirdi olan iki qız binanın 16-cı mərtəbəsindən özünü atıb.

    Bu barədə “Life Shot” “ Telegram” kanalı xəbər yayıb.

    Bildirilir ki, 12 yaşlarında olan qızlar ölümlərindən əvvəl valideynlərinə SMS yollayıblar.

    Agentlik mənbəyə istinadən bildirib ki, müstəntiqlər uşaqların sosial şəbəkədə qruplardan birinə qoşulduğunu düşünür.

    Ölən altıncı sinif şagirdlərinin valideynləri polisə qızların sosial şəbəkələrdə “Harri Potterlə əlaqəli” qrupda olduqlarını deyiblər. Orada onlara bəzi tapşırıqlar verilib. Ancaq valideynlər qoyulan tapşırıqlar zərərsiz olduğu üçün qızlarının hobbisinə əhəmiyyət verməyiblər.

    Faciədən əvvəl məktəbli qızlardan biri anasına mesaj yollayıb, onu çox sevdiyini yazıb və əşyalarını 17-ci mərtəbədən götürməsini istəyib.

    Həmçinin məktəblilər ölümqabağı video çəkərək digər rəfiqələrinə yollayıblar.

    Qızların ikisi də əlaçı olub, olimpiadalara qatılıb. Hər ikisi də təminatlı ailədən olub.
    Rusiyada yeni onlayn oyun iki azyaşlının intiharı ilə nəticələndi Rusiyanın Samara şəhərində altıncı sinif şagirdi olan iki qız binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu barədə “Life Shot” “ Telegram” kanalı xəbər yayıb. Bildirilir ki, 12 yaşlarında olan qızlar ölümlərindən əvvəl valideynlərinə SMS yollayıblar. Agentlik mənbəyə istinadən bildirib ki, müstəntiqlər uşaqların sosial şəbəkədə qruplardan birinə qoşulduğunu düşünür. Ölən altıncı sinif şagirdlərinin valideynləri polisə qızların sosial şəbəkələrdə “Harri Potterlə əlaqəli” qrupda olduqlarını deyiblər. Orada onlara bəzi tapşırıqlar verilib. Ancaq valideynlər qoyulan tapşırıqlar zərərsiz olduğu üçün qızlarının hobbisinə əhəmiyyət verməyiblər. Faciədən əvvəl məktəbli qızlardan biri anasına mesaj yollayıb, onu çox sevdiyini yazıb və əşyalarını 17-ci mərtəbədən götürməsini istəyib. Həmçinin məktəblilər ölümqabağı video çəkərək digər rəfiqələrinə yollayıblar. Qızların ikisi də əlaçı olub, olimpiadalara qatılıb. Hər ikisi də təminatlı ailədən olub.
    0 Comments 0 Shares
  • “iPhone 13” smartfonunun xüsusiyyətləri açıqlanıb

    Yeni "Apple" smartfonları təkmilləşdirilmiş kamera sistemi ilə təchiz ediləcək. Bu barədə "MacRumors" nəşrinin "Barclays" analitiklərinə istinadən məlumatında deyilir.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitiklər Bleyn Kertis və Tomas Omelli tərəfindən sərmayədarlar üçün tərtib edilən məlumata görə, buraxılışı 2021-ci ilə planlaşdırılan "iPhone" modellərinin əsas xüsusiyyəti yeni kamera olacaq. Mütəxəssislər dəqiqləşdirib ki, qurğuların enlibucaqlı obyektivləri təkmilləşdirilmiş (f/2.4-dən f/1.8-dək) apertura ilə təchiz olunacaq.

    Bildirilir ki, müvafiq yeniləmə qurğunun kamerasına daha çox işıq almağa imkan verəcək ki, bu da pis işıqlandırma şəraitində çəkilən fotoşəkil və videonun keyfiyyətini artıracaq. "Barclays" analitikləri əmindir ki, təkmilləşdirilmiş kameralarla "iPhone 13" seriyalı bütün smartfonlar təchiz ediləcək. Həmçinin "13 Pro" və "13 Pro Max" modellərində teleobyektivlər "f/2.2" aperturasına və 65 millimetr fokuslama məsafəsinə malik olacaq ki, bu da kameranın xüsusiyyətlərini yaxşılaşdıracaq. Komponent hissələrin tədarükü ilə "Cirrus Logic" şirkəti məşğul olacaq.

    Beləliklə, "Barclays" şirkətinin hesabatı tanınmış analitik Min-Çi Konun məlumatlarını təsdiq edir. Belə ki, o, noyabrda yeni "Apple" smartfonlarının fərqləndirici cəhətinin yeni kamera sisteminin olacağını bildirmişdi. Lakin analitikin fikrincə, yeniləmə ilə seriyanın yalnız qabaqcıl modelləri - "iPhone 13 Pro" və "13 Pro Max" təchiz ediləcək.
    “iPhone 13” smartfonunun xüsusiyyətləri açıqlanıb Yeni "Apple" smartfonları təkmilləşdirilmiş kamera sistemi ilə təchiz ediləcək. Bu barədə "MacRumors" nəşrinin "Barclays" analitiklərinə istinadən məlumatında deyilir. Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitiklər Bleyn Kertis və Tomas Omelli tərəfindən sərmayədarlar üçün tərtib edilən məlumata görə, buraxılışı 2021-ci ilə planlaşdırılan "iPhone" modellərinin əsas xüsusiyyəti yeni kamera olacaq. Mütəxəssislər dəqiqləşdirib ki, qurğuların enlibucaqlı obyektivləri təkmilləşdirilmiş (f/2.4-dən f/1.8-dək) apertura ilə təchiz olunacaq. Bildirilir ki, müvafiq yeniləmə qurğunun kamerasına daha çox işıq almağa imkan verəcək ki, bu da pis işıqlandırma şəraitində çəkilən fotoşəkil və videonun keyfiyyətini artıracaq. "Barclays" analitikləri əmindir ki, təkmilləşdirilmiş kameralarla "iPhone 13" seriyalı bütün smartfonlar təchiz ediləcək. Həmçinin "13 Pro" və "13 Pro Max" modellərində teleobyektivlər "f/2.2" aperturasına və 65 millimetr fokuslama məsafəsinə malik olacaq ki, bu da kameranın xüsusiyyətlərini yaxşılaşdıracaq. Komponent hissələrin tədarükü ilə "Cirrus Logic" şirkəti məşğul olacaq. Beləliklə, "Barclays" şirkətinin hesabatı tanınmış analitik Min-Çi Konun məlumatlarını təsdiq edir. Belə ki, o, noyabrda yeni "Apple" smartfonlarının fərqləndirici cəhətinin yeni kamera sisteminin olacağını bildirmişdi. Lakin analitikin fikrincə, yeniləmə ilə seriyanın yalnız qabaqcıl modelləri - "iPhone 13 Pro" və "13 Pro Max" təchiz ediləcək.
    0 Comments 0 Shares
  • 2021-ci ildə “Nokia” ilk smartfonunu təqdim edib
    "Nokia" brendi üzərində hüquqa malik "HMD Global" şirkəti yeni ucuz smartfonunu təqdim edib. Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nokia 1.4" modeli HD təsvir ölçülü çərçivəsiz 6,51 düymlük ekran, başlanğıc səviyyəli "Qualcomm Snapdragon 215" prosessoru, 4000 milliamper/saat tutumunda akkumulyator, həmçinin barmaq...
    0 Comments 0 Shares
  • Saçlara qulluq
    Saçlara qulluq edərkən bir neçə qaydaya əməl etmək lazımdır. Saçlara edilən qulluq baş dərisini kəpəkdən qoruyur, saç uclarının haçalanmasının qarşısını alır, saçlara həcm verir, onun uzanmasına səbəb olur. Saçlara edilən qulluğa aşağıdakılar aiddir:*Yumazdan əvvəl saçlar daranmalıdır.*Daraq taxta və ya yumşaq materialdan...
    2 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10