• Dostlarla unsiyyet
    https://yollar.ru/signup
    Dostlarla unsiyyet https://yollar.ru/signup
    YOLLAR.RU
    Ünsiyyət Saytı › Sign Up
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • oz cv-ni yerlesdir, ozun haqqinda melumat ver

    https://yollar.ru/signup
    oz cv-ni yerlesdir, ozun haqqinda melumat ver https://yollar.ru/signup
    YOLLAR.RU
    Ünsiyyət Saytı › Sign Up
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • en son xeberler
    https://yollar.ru/signup
    en son xeberler https://yollar.ru/signup
    YOLLAR.RU
    Ünsiyyət Saytı › Sign Up
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • internetden pul qazan
    https://yollar.ru/
    internetden pul qazan https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • maraqli hekayeler
    https://yollar.ru/
    maraqli hekayeler https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • DUZ haqqında miflər - Necə oldu ki, BU MADDƏ insanların düşməninə çevrildi?

    Niyə bu şayiələri yayırlar?

    Hər zaman həyat əhəmiyyətli hesab edilən duz, son 10 ildə insan üçün ən zərərli maddə elan edilib. Hətta haqqında qorxulu miflər də danışılmağa başlanıb.

    TurpKimi.com insanlara qorxunc olaraq yeridilən bəzi mifləri təqdim edir:

    1 - Deyirlər ki, insan duzsuz yaşaya bilər!

    Çox qəribədir, bu, savadlı və ziyalı insanlar arasında ən çox yayılmış şayiələrdən biridir. Xüsusilə də duzsuz yeməklər arıqlamağın və sağlamlığı qorumağın əsas vasitəsi kimi reklam edilir. İlk olaraq bir insanın duz olmadan sağ qala bilməyəcəyi barədə təkzibləri aydınlaşdırmağa başlayaq: duzdakı xlor ionu mədə suyunun vacib komponenti olan xlorid turşusu istehsalı üçü əsas maddədir və sodyum ionları da sinir sisteminin vacib hissəsidir.

    Bədəndə duz çatışmazlığı zəifliyə, yorğunluğa və hətta sinir-əzələ xəstəliklərinə səbəb olur. Orqanizmdə duzun miqdarının sürətli şəkildə azalması gün vurma zamanı müşahidə edilir: yəni istidə insan tər vasitəsiylə duz itirir və onu bərpa etməsə zəifləyir, ürək bulanma, qızdırma və hətta qıcolmalara gətirib çıxarır. Ona görə də gün vurma zamanı ilk yardım olaraq adi su ilə yanaşı, az miqdarda duz əlavə edilmiş su da içmək lazımdır.

    2 – Deyirlər ki, mağazalardakı xörək duzunda zərərli qatqılar var!

    Bəzən yemək və ya tutma üçün istifadə etdiyiniz duzlarda təbii minerallardan ibarət həll olunmayan çöküntü görə bilərsiniz. Bu istənilən təbii duzun tərkibində ola bilər və bu barədə paketin arxasında göstərilir. Məsələn; “Araltuz” ASC-nin istehsal etdiyi “Slavyanoçka” duzunda orqanizm üçün tamamilə neytral olan epsomitlər və astraxanitlər var. Epsomitin sinonimi “Altay duzu” və ya maqnezium deməkdir. Əvvələr ondan bir çox xəstəliklərin, xüsusən də sinir xəstəliklərinin müalicəsində dərman kimi istifadə olunub. Bu maddə ürək-damar və sinir sisteminin işinə müsbət təsir edir, yuxunu və yaddaşı yaxşılaşdırır, diqqəti artırır, hüceyrələri toksinlərdən təmizləyir, əzələ gərginliyini aradan qaldırır, qida maddələrinin daha yaxşı sorulmasına kömək edir və orqanizmdə maqnezium çatışmazlığını aradan qaldırır.

    3 - Deyirlər ki, ən yaxşı duz ağ və incə olandır!

    Ən incə və eyni ölçüdə olan duz heç də təbii məhsul deyil. Əgər etiketində “Buxarlanmış süfrə duzu ekstraktı” yazılıbsa, deməli duz əvvəlcə çoxlu miqdarda suda həll edilmiş və daha sonra təzyiq altında buxarlandırılıb. Yaranan kristallar o qədər kiçik olur ki, dağılmağa və daşa çevrilməyə başlayır. Ona görə də həmin duza xüsusi maddələr əlavə olunur, məsələn sarı qan duzu – kalium ferrodianid (qida qatqısı E536).

    Qeyd etmək lazımdır ki, kalium ferrodianid duzun rənginin daha da ağ olmasını təmin edir. Bu maddənin az da olsa, mənfi təsiri vardır, ona görə də qəbulunu məhdudlaşdırmaq məsləhətdir.

    4 – Deyirlər ki, dəniz duzu qaya duzundan daha faydalıdır!

    Qəbul edilir ki, dəniz duzu ilə adi xörək duzu fərqli maddələrdir. Üstəlik birincisi, ikincisindən daha faydalı və təbiidir. Çünki tərkibində dəmir, maqnezium kimi orqanizm üçün vacib maddələr var.

    Lakin dəniz suyunu buxarlandırdıqda, 78 faizi sodyum xlorid olan doymuş məhlul əldə edərsiniz. Gündəlik dəmirə olan minimum ehtiyacı almaq üçün gərək bu məhluldan bir neçə qaşıq yeyəsiniz. Mağazadakı dəniz duzunda mineralın bu məhlul ilə müqayisədə onda biri var. Çünki kristalizasiya prosesi zamanı təmiz NaCl sərbəst buraxılır və bütün digər komponentlər məhlulda qalır. Onu da qeyd edək ki, dəniz duzunda yodun olması fikri də səhvdir.

    5- Bəs dəniz duzu ilə qaya duzu arasındakı fərq nədir?

    Dəniz duzu hardasa yığılıb qalmaz, onu xüsusi hovuzlarda suyu buxarlandıraraq əldə edirlər. Dəniz duzundakı fərqli rənglər hovuzdakı torpağın rəngiylə əlaqədardır. Qaya duzu isə təbiətin sudan təbii yolla üzə çıxardığı duzdur və insan onu sadəcə toplayır.

    Duz alarkən hər zaman bağlamanın arxa hissəsini, hətta çox kiçik hərflərlə yazılmış yazıları belə oxuyun. Axtarın, görün istehsalçı duzun tərkibinə nələr qatıb: yodlaşdırılıbmı, elədirsə nə ilə yodlaşdırılıb, həmçinin tərkibinə xüsusi qatqılar qatılıbmı?

    6 - Duz qidaya təkcə, dad vermək üçündür?

    Kulinariyada duzdan istifadə çox vacibdir. Lakin xatırlasaq, görərik ki, duz ən güclü təbii qoruyucu və dezinfeksiyaedici vasitələrdən biridir. Tibbdə steril vasitə olan duzlu sudan orqanizmin zəhərli maddələrdən təmizlənməsində, dehidrasiyanı aradan qaldırmaq və bəzi dərmanların həll edilməsində istifadə edilir. Həkimlər irinli yaraların təmizlənməsində də duza müraciət edir. Gündəlik həyatımızda duzlu sudan boğazı yaxalamaq və soyuqdəymə zamanı burun yollarının açılması üçün istifadə edilir.

    Son zamanlar astma xəstəliyinin müalicəsində geniş yayılmış müalicə vasitəsi kimi duz mağaralarından istifadə edilir. Duz mağaralarındakı hava allergiyası olanlar üçün faydalıdır və yüksək dərəcədə ionlaşır, tənəffüs sistemini təmizləyir. Çünki bronxların normal işləməsinə və orqanizmin tənəffüs funksiyalarını yaxşılaşmasına kömək edən natrium xloridlə zəngindir.

    Duz tibbdən başqa sənayedə də var. Kimya sənayesi üçün vacib olan “böyük dördlüyə” daxil olan mineral məhsullardan biridir: kömür, əhəng daşı və kükürdlə birlikdə. Çıxarılan duzdan soda, xlor, xlorid turşusu, sodyum hidroksid, metal sodyum əldə edilir.

    Dünyada istehsal olunan duzun yalnız 6% -i insanlar tərəfindən birbaşa istehlak olunur. Duzun ən böyük sənaye istehlakçısı plastik, kağız, sabun, yuyucu maddələr, böcək öldürücü maddələr və şüşə istehsalı üçün xlor, kaustik soda və soda külü istehsal edən xlor-qələvi sənayesidir. Duz digər sahələrdə də - dəri sənayesi, yolları buzdan təmizləmək, neft quyularının qazılması, boya və tekstil istehsalında istifadə olunur.

    Mənbə: fontanka.ru
    DUZ haqqında miflər - Necə oldu ki, BU MADDƏ insanların düşməninə çevrildi? Niyə bu şayiələri yayırlar? Hər zaman həyat əhəmiyyətli hesab edilən duz, son 10 ildə insan üçün ən zərərli maddə elan edilib. Hətta haqqında qorxulu miflər də danışılmağa başlanıb. TurpKimi.com insanlara qorxunc olaraq yeridilən bəzi mifləri təqdim edir: 1 - Deyirlər ki, insan duzsuz yaşaya bilər! Çox qəribədir, bu, savadlı və ziyalı insanlar arasında ən çox yayılmış şayiələrdən biridir. Xüsusilə də duzsuz yeməklər arıqlamağın və sağlamlığı qorumağın əsas vasitəsi kimi reklam edilir. İlk olaraq bir insanın duz olmadan sağ qala bilməyəcəyi barədə təkzibləri aydınlaşdırmağa başlayaq: duzdakı xlor ionu mədə suyunun vacib komponenti olan xlorid turşusu istehsalı üçü əsas maddədir və sodyum ionları da sinir sisteminin vacib hissəsidir. Bədəndə duz çatışmazlığı zəifliyə, yorğunluğa və hətta sinir-əzələ xəstəliklərinə səbəb olur. Orqanizmdə duzun miqdarının sürətli şəkildə azalması gün vurma zamanı müşahidə edilir: yəni istidə insan tər vasitəsiylə duz itirir və onu bərpa etməsə zəifləyir, ürək bulanma, qızdırma və hətta qıcolmalara gətirib çıxarır. Ona görə də gün vurma zamanı ilk yardım olaraq adi su ilə yanaşı, az miqdarda duz əlavə edilmiş su da içmək lazımdır. 2 – Deyirlər ki, mağazalardakı xörək duzunda zərərli qatqılar var! Bəzən yemək və ya tutma üçün istifadə etdiyiniz duzlarda təbii minerallardan ibarət həll olunmayan çöküntü görə bilərsiniz. Bu istənilən təbii duzun tərkibində ola bilər və bu barədə paketin arxasında göstərilir. Məsələn; “Araltuz” ASC-nin istehsal etdiyi “Slavyanoçka” duzunda orqanizm üçün tamamilə neytral olan epsomitlər və astraxanitlər var. Epsomitin sinonimi “Altay duzu” və ya maqnezium deməkdir. Əvvələr ondan bir çox xəstəliklərin, xüsusən də sinir xəstəliklərinin müalicəsində dərman kimi istifadə olunub. Bu maddə ürək-damar və sinir sisteminin işinə müsbət təsir edir, yuxunu və yaddaşı yaxşılaşdırır, diqqəti artırır, hüceyrələri toksinlərdən təmizləyir, əzələ gərginliyini aradan qaldırır, qida maddələrinin daha yaxşı sorulmasına kömək edir və orqanizmdə maqnezium çatışmazlığını aradan qaldırır. 3 - Deyirlər ki, ən yaxşı duz ağ və incə olandır! Ən incə və eyni ölçüdə olan duz heç də təbii məhsul deyil. Əgər etiketində “Buxarlanmış süfrə duzu ekstraktı” yazılıbsa, deməli duz əvvəlcə çoxlu miqdarda suda həll edilmiş və daha sonra təzyiq altında buxarlandırılıb. Yaranan kristallar o qədər kiçik olur ki, dağılmağa və daşa çevrilməyə başlayır. Ona görə də həmin duza xüsusi maddələr əlavə olunur, məsələn sarı qan duzu – kalium ferrodianid (qida qatqısı E536). Qeyd etmək lazımdır ki, kalium ferrodianid duzun rənginin daha da ağ olmasını təmin edir. Bu maddənin az da olsa, mənfi təsiri vardır, ona görə də qəbulunu məhdudlaşdırmaq məsləhətdir. 4 – Deyirlər ki, dəniz duzu qaya duzundan daha faydalıdır! Qəbul edilir ki, dəniz duzu ilə adi xörək duzu fərqli maddələrdir. Üstəlik birincisi, ikincisindən daha faydalı və təbiidir. Çünki tərkibində dəmir, maqnezium kimi orqanizm üçün vacib maddələr var. Lakin dəniz suyunu buxarlandırdıqda, 78 faizi sodyum xlorid olan doymuş məhlul əldə edərsiniz. Gündəlik dəmirə olan minimum ehtiyacı almaq üçün gərək bu məhluldan bir neçə qaşıq yeyəsiniz. Mağazadakı dəniz duzunda mineralın bu məhlul ilə müqayisədə onda biri var. Çünki kristalizasiya prosesi zamanı təmiz NaCl sərbəst buraxılır və bütün digər komponentlər məhlulda qalır. Onu da qeyd edək ki, dəniz duzunda yodun olması fikri də səhvdir. 5- Bəs dəniz duzu ilə qaya duzu arasındakı fərq nədir? Dəniz duzu hardasa yığılıb qalmaz, onu xüsusi hovuzlarda suyu buxarlandıraraq əldə edirlər. Dəniz duzundakı fərqli rənglər hovuzdakı torpağın rəngiylə əlaqədardır. Qaya duzu isə təbiətin sudan təbii yolla üzə çıxardığı duzdur və insan onu sadəcə toplayır. Duz alarkən hər zaman bağlamanın arxa hissəsini, hətta çox kiçik hərflərlə yazılmış yazıları belə oxuyun. Axtarın, görün istehsalçı duzun tərkibinə nələr qatıb: yodlaşdırılıbmı, elədirsə nə ilə yodlaşdırılıb, həmçinin tərkibinə xüsusi qatqılar qatılıbmı? 6 - Duz qidaya təkcə, dad vermək üçündür? Kulinariyada duzdan istifadə çox vacibdir. Lakin xatırlasaq, görərik ki, duz ən güclü təbii qoruyucu və dezinfeksiyaedici vasitələrdən biridir. Tibbdə steril vasitə olan duzlu sudan orqanizmin zəhərli maddələrdən təmizlənməsində, dehidrasiyanı aradan qaldırmaq və bəzi dərmanların həll edilməsində istifadə edilir. Həkimlər irinli yaraların təmizlənməsində də duza müraciət edir. Gündəlik həyatımızda duzlu sudan boğazı yaxalamaq və soyuqdəymə zamanı burun yollarının açılması üçün istifadə edilir. Son zamanlar astma xəstəliyinin müalicəsində geniş yayılmış müalicə vasitəsi kimi duz mağaralarından istifadə edilir. Duz mağaralarındakı hava allergiyası olanlar üçün faydalıdır və yüksək dərəcədə ionlaşır, tənəffüs sistemini təmizləyir. Çünki bronxların normal işləməsinə və orqanizmin tənəffüs funksiyalarını yaxşılaşmasına kömək edən natrium xloridlə zəngindir. Duz tibbdən başqa sənayedə də var. Kimya sənayesi üçün vacib olan “böyük dördlüyə” daxil olan mineral məhsullardan biridir: kömür, əhəng daşı və kükürdlə birlikdə. Çıxarılan duzdan soda, xlor, xlorid turşusu, sodyum hidroksid, metal sodyum əldə edilir. Dünyada istehsal olunan duzun yalnız 6% -i insanlar tərəfindən birbaşa istehlak olunur. Duzun ən böyük sənaye istehlakçısı plastik, kağız, sabun, yuyucu maddələr, böcək öldürücü maddələr və şüşə istehsalı üçün xlor, kaustik soda və soda külü istehsal edən xlor-qələvi sənayesidir. Duz digər sahələrdə də - dəri sənayesi, yolları buzdan təmizləmək, neft quyularının qazılması, boya və tekstil istehsalında istifadə olunur. Mənbə: fontanka.ru
    0 Comments 0 Shares
  • Social network
    https://yollar.ru/
    Social network https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • Bunlar qadınlar üçün ən gözəl hədiyyə - həm də müalicədi
    Bunlar qadınlar üçün ən gözəl hədiyyə - həm də müalicədi
    TURPKIMI.COM
    Bunlar qadınlar üçün ən gözəl hədiyyə - həm də müalicədi
    Qədim dövrlərdən qiymətli daş-qaş bəşəriyyətə var-dövlət və bəzək əşyası kimi tanınmışdır.
    0 Comments 0 Shares
  • 14 Fevral - Sevgililər gününə aid təbrik mesajları 2021
    14 Fevral - Sevgililər gününə aid təbrik mesajları 2021
    WWW.ILK.AZ
    14 Fevral - Sevgililər gününə aid təbrik mesajları 2021
    Sevgililər günü ilə bağlı ən gözəl ithafları, etirafları bir yerə toplamışıq. Bu sözlər insana şövq verər, içindəki sevgini...
    0 Comments 0 Shares
  • Diqqət! - Əti buna görə yumaq olmaz

    Əti yumaq bakterial zəhərlənmələrə yol açır.

    Bəzi insanlar əti yumadan bişirmirlər. Hətta əti sirkə, limon suyu, su və kimyəvi maddələrlə təmizləməyə, yumağa çalışırlar.

    TurpKimi.com xəbər verir ki, mütəxəssislərin fikrincə ətin yuyulması səhv addımdır. Çünki əti yuyarkən bakterialar yayılır, səthlər təmizlənmədiyi təqdirdə bu bakterialar insanlara keçir və zəhərlənmələrə səbəb olur.

    Çarpaz yayılma risklidir

    Aparılan son araşdırmalara görə, əti təmizləmək üçün yuyarkən ətin yuyulduğu səthin yaxınında olan tərəvəzlərə çarpaz yayılma ilə 26 faiz bakteriya yayılır. Bu tərəvəzləri salatda çiy istehlak edəndə bakterial qida zəhərlənməsi baş verir. İnsanların 32 faizi isə əti yumasa belə ətə toxunduqdan sonra əlini çox yaxşı yumadığı üçün tərəvəzlərə bakteriya keçir. Əti yumadan bişirmə texnikasına uyğun bişirdikdə heç bir təhlükə olmur.

    Ətdəki bakteriyaların ətrafa yayılma riskini azaltmaq üçün əti yumamaq lazımdır.

    Günümüzün texnologiyaları ilə qablaşdırılmış ət xüsusi şərtlərdə hazırlanmalı, saxlanmalı və bazara çıxarılmalıdır. Əks halda hansısa diqqətsizlik, düzgün saxlanılmama şərtləri əti orqanizm üçün təhlükə mənbəyinə çevirə bilər.

    Vüsalə Əlövsətqızı, TurpKimi.com
    Diqqət! - Əti buna görə yumaq olmaz Əti yumaq bakterial zəhərlənmələrə yol açır. Bəzi insanlar əti yumadan bişirmirlər. Hətta əti sirkə, limon suyu, su və kimyəvi maddələrlə təmizləməyə, yumağa çalışırlar. TurpKimi.com xəbər verir ki, mütəxəssislərin fikrincə ətin yuyulması səhv addımdır. Çünki əti yuyarkən bakterialar yayılır, səthlər təmizlənmədiyi təqdirdə bu bakterialar insanlara keçir və zəhərlənmələrə səbəb olur. Çarpaz yayılma risklidir Aparılan son araşdırmalara görə, əti təmizləmək üçün yuyarkən ətin yuyulduğu səthin yaxınında olan tərəvəzlərə çarpaz yayılma ilə 26 faiz bakteriya yayılır. Bu tərəvəzləri salatda çiy istehlak edəndə bakterial qida zəhərlənməsi baş verir. İnsanların 32 faizi isə əti yumasa belə ətə toxunduqdan sonra əlini çox yaxşı yumadığı üçün tərəvəzlərə bakteriya keçir. Əti yumadan bişirmə texnikasına uyğun bişirdikdə heç bir təhlükə olmur. Ətdəki bakteriyaların ətrafa yayılma riskini azaltmaq üçün əti yumamaq lazımdır. Günümüzün texnologiyaları ilə qablaşdırılmış ət xüsusi şərtlərdə hazırlanmalı, saxlanmalı və bazara çıxarılmalıdır. Əks halda hansısa diqqətsizlik, düzgün saxlanılmama şərtləri əti orqanizm üçün təhlükə mənbəyinə çevirə bilər. Vüsalə Əlövsətqızı, TurpKimi.com
    0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10