• profil stauslari
    profil stauslari
    0 Comments 0 Shares
  • profil statuslari
    profil statuslari
    0 Comments 0 Shares
  • profil statuslari
    profil statuslari
    0 Comments 0 Shares
  • SERİALLARIN İNSAN PSİXOLOGİYASINA TƏSİRİ

    Televiziya kanallarında yayımlanan kinolar insanların boş zamanlarını maraqlı keçməsi üçün yayımlanır. Lakin seriallar aylarca, hətta illərcə davam etdiyinə görə istər-istəməz insanlara təsirsiz ötüşmür. Əslində serialı çəkənlərin əsas məqsədi yüksək reytinq və pul qazanmaqdır. Bu məqsədə nail olmaq üçün aktyorlar səylə çalışaraq serialda hər cür macəra, dedektiv və romantik hadisələrə geniş zaman ayırırlar.

    Gündəlik seriallar insanların süurunda iz qoyur. Belə ki, seriala aylarca baxan adamlar özlərindən asılı olmayaraq özlərini baş qəhrəmanlara oxşatmaq istəyirlər. Serialda baş verən nikahsız həyat, əl-qol ataraq danışmaq, min bir hiylə ilə istədiyinə nail olmaq, macəra dolu bir həyat, istədiyi hər arzuya çatmaq arzusu, istəməyərəkdən iradəsi zəif olan baxıcıların şüuraltı mərkəzinə yerləşir. İki qardaşın eyni adamı sevməsi, xəyanətlərin əksəriyyətinin cəzasız qalması, zina işlər serial baxıcılarının gözündə adiləşir.

    Əxlaq anlayışı bir sözlə arxa plana keçir və günah sayılan əməllər insanlara adi bir şey kimi gəlir. Deməli belə nəticəyə gəlmək olar ki, serialların insanlara verdiyi xeyir, zərərindən qat-qat azdır.

    Əslində seriallar insanları dini və əxlaqi əməllərə qiymət verməyə, ailəyə və vətənə sevgi hissi ilə yaşamağa ruhlandırmalıdır.
    SERİALLARIN İNSAN PSİXOLOGİYASINA TƏSİRİ Televiziya kanallarında yayımlanan kinolar insanların boş zamanlarını maraqlı keçməsi üçün yayımlanır. Lakin seriallar aylarca, hətta illərcə davam etdiyinə görə istər-istəməz insanlara təsirsiz ötüşmür. Əslində serialı çəkənlərin əsas məqsədi yüksək reytinq və pul qazanmaqdır. Bu məqsədə nail olmaq üçün aktyorlar səylə çalışaraq serialda hər cür macəra, dedektiv və romantik hadisələrə geniş zaman ayırırlar. Gündəlik seriallar insanların süurunda iz qoyur. Belə ki, seriala aylarca baxan adamlar özlərindən asılı olmayaraq özlərini baş qəhrəmanlara oxşatmaq istəyirlər. Serialda baş verən nikahsız həyat, əl-qol ataraq danışmaq, min bir hiylə ilə istədiyinə nail olmaq, macəra dolu bir həyat, istədiyi hər arzuya çatmaq arzusu, istəməyərəkdən iradəsi zəif olan baxıcıların şüuraltı mərkəzinə yerləşir. İki qardaşın eyni adamı sevməsi, xəyanətlərin əksəriyyətinin cəzasız qalması, zina işlər serial baxıcılarının gözündə adiləşir. Əxlaq anlayışı bir sözlə arxa plana keçir və günah sayılan əməllər insanlara adi bir şey kimi gəlir. Deməli belə nəticəyə gəlmək olar ki, serialların insanlara verdiyi xeyir, zərərindən qat-qat azdır. Əslində seriallar insanları dini və əxlaqi əməllərə qiymət verməyə, ailəyə və vətənə sevgi hissi ilə yaşamağa ruhlandırmalıdır.
    0 Comments 0 Shares
  • “Barselona”nın hücumçu dünyanın ən yaxşı gənc futbolçusu seçildi

    Fransanın “L’Equipe” nəşri dünyanın ən yaxşı gənc futbolçularının reytinqini təqdim edib.

    Siyahıda ilk pillədə İspaniya millisinin və “Barselona” klubunun hücumçusu Ansu Fati qərarlaşıb.

    İkinci sırada Fransanın “Renn” klubunda çıxış edən Eduardo Kamavinqa yer alıb.

    Niderlandın “Ayaks” klubunda çıxış edən Rayan Qravenberx isə sıralamada üçüncü olub.
    “Barselona”nın hücumçu dünyanın ən yaxşı gənc futbolçusu seçildi Fransanın “L’Equipe” nəşri dünyanın ən yaxşı gənc futbolçularının reytinqini təqdim edib. Siyahıda ilk pillədə İspaniya millisinin və “Barselona” klubunun hücumçusu Ansu Fati qərarlaşıb. İkinci sırada Fransanın “Renn” klubunda çıxış edən Eduardo Kamavinqa yer alıb. Niderlandın “Ayaks” klubunda çıxış edən Rayan Qravenberx isə sıralamada üçüncü olub.
    0 Comments 0 Shares
  • İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edilib

    İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Minalardan və partlamamış sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib.

    İclasda iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dövlət başçısının müvafiq tapşırıqlarını rəhbər tutaraq Minatəmizləmə Agentliyi tərəfindən aparılan işlər barədə ətraflı məlumat verib.

    İclasda İşçi Qrupun üzvü olan müvafiq qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrini həyata keçirən “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ASC, “Azərişıq” ASC-nin rəhbər şəxsləri iştirak edib.

    İşğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış sursatlardan təmizləmə işlərini həyata keçirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən dəmir və avtomobil yollarının tikintisi, kommunikasiya xətlərinin qurulması və Füzuli hava limanının inşası ilə bağlı icra edilən minatəmizləmə əməliyyatlarının gedişi barədə ətraflı məlumatlar verilib. Bu istiqamətdə görülən işlərin İşçi Qrup çərçivəsində daima sıx şəkildə əlaqələndirilməklə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

    İşçi Qrupunun iclasında minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işləri, xəbərdaredici təbliğatın aparılması və bu istiqamətdə dövlət qurumlarının birgə əməkdaşlığının zəruriliyi qeyd olunub.

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
    İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edilib İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Minalardan və partlamamış sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dövlət başçısının müvafiq tapşırıqlarını rəhbər tutaraq Minatəmizləmə Agentliyi tərəfindən aparılan işlər barədə ətraflı məlumat verib. İclasda İşçi Qrupun üzvü olan müvafiq qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrini həyata keçirən “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ASC, “Azərişıq” ASC-nin rəhbər şəxsləri iştirak edib. İşğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış sursatlardan təmizləmə işlərini həyata keçirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən dəmir və avtomobil yollarının tikintisi, kommunikasiya xətlərinin qurulması və Füzuli hava limanının inşası ilə bağlı icra edilən minatəmizləmə əməliyyatlarının gedişi barədə ətraflı məlumatlar verilib. Bu istiqamətdə görülən işlərin İşçi Qrup çərçivəsində daima sıx şəkildə əlaqələndirilməklə həyata keçirilməsinin vacibliyi vurğulanıb. İşçi Qrupunun iclasında minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işləri, xəbərdaredici təbliğatın aparılması və bu istiqamətdə dövlət qurumlarının birgə əməkdaşlığının zəruriliyi qeyd olunub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
    0 Comments 0 Shares
  • Çavuşoğlu Bəxtiyar Vahabzadəni andı

    Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin anım günü ilə bağlı paylaşım edib.

    Bu barədə o, “Twitter” hesabında yazıb.

    “Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadəni ölümünün 12-ci ildönümündə hörmət və mərhəmətlə anıram. Şeirləri bütün coğrafiyamızda əks-səda verməyə davam edəcək”, - deyə türkiyəli nazir qeyd edib.

    O, paylaşımına şairin şeirindən bir bənd də əlavə edib:

    “Ana yurdda yuva qurdum,

    Ata yurda könül verdim.

    Ana yurdum, ata yurdum

    Azərbaycan-Türkiyə”.
    Çavuşoğlu Bəxtiyar Vahabzadəni andı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin anım günü ilə bağlı paylaşım edib. Bu barədə o, “Twitter” hesabında yazıb. “Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadəni ölümünün 12-ci ildönümündə hörmət və mərhəmətlə anıram. Şeirləri bütün coğrafiyamızda əks-səda verməyə davam edəcək”, - deyə türkiyəli nazir qeyd edib. O, paylaşımına şairin şeirindən bir bənd də əlavə edib: “Ana yurdda yuva qurdum, Ata yurda könül verdim. Ana yurdum, ata yurdum Azərbaycan-Türkiyə”.
    0 Comments 0 Shares
  • "Facebook" "ağıllı saat" buraxacaq

    ABŞ-ın "Facebook" şirkəti "ağıllı saat" buraxmağı planlaşdırır.

    Milli.Az Trend-ə istinadən bildirir ki, həmin məhsulun gələn il bazara çıxması gözlənilir.

    Qeyd olunur ki, istifadəçilər "ağıllı saat" vasitəsilə "Facebooka" məxsus platformalara (Messenger, WhatsApp, Instagram) yazı yaza biləcək. Bundan başqa, həmin saatlar fitnes və sağlamlıq vəziyyətinə nəzarət funksiyaları ilə təchiz olunacaq.

    İlkin məlumatlara əsasən "ağıllı saat" "Android" əməliyyat sistemi ilə işləyəcək.
    "Facebook" "ağıllı saat" buraxacaq ABŞ-ın "Facebook" şirkəti "ağıllı saat" buraxmağı planlaşdırır. Milli.Az Trend-ə istinadən bildirir ki, həmin məhsulun gələn il bazara çıxması gözlənilir. Qeyd olunur ki, istifadəçilər "ağıllı saat" vasitəsilə "Facebooka" məxsus platformalara (Messenger, WhatsApp, Instagram) yazı yaza biləcək. Bundan başqa, həmin saatlar fitnes və sağlamlıq vəziyyətinə nəzarət funksiyaları ilə təchiz olunacaq. İlkin məlumatlara əsasən "ağıllı saat" "Android" əməliyyat sistemi ilə işləyəcək.
    0 Comments 0 Shares
  • Bizə vurulacaq vaksinin tərkibi nədir?

    "Azərbaycan koronavirusla bağlı mübarizə tədbirlərinə başlayanda peyvəndləmə də buraya daxil edilmişdi. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə peyvənd strategiyasını hazırlayan ilk ölkələrdən olduq. Məhz bu strategiya çərçivəsində ölkəmiz hazırda peyvəndi alan ilk ölkələrdən biridir".

    Bunu REAL-ın efirində Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov dilə gətirib.

    Deputatın sözlərinə görə, bu gün ölkəmiz vaksinasiyanın ikinci mərhələsindədir:

    "Peyvənd seçiminə gəldikdə, əsas qarşımızda duran tələblərdən biri peyvəndin effektivliyi və təhlükəsizliyidir. Peyvənd proqramı yalnız vaksindən ibarət deyil. Peyvəndin düzgün idarə olunması, çatdırılması, saxlanması, həyata keçirilməsi çox önəmli məsələlərdir.

    Azərbaycanın seçərək tətbiq etdiyi Çin istehsalı olan "Sinovac" peyvəndi həm effektivliyinə, həm təhlükəsizliyi, həm peyvəndin idarə olunması, çatdırılması, saxlanması, vurulması qaydalarına görə digər vaksinlərdən üstündür.

    ÜST-ün ilkin olaraq qeydiyyata aldığı vaksin də məhz "Sinovac"dır.

    Peyvənd heç bir genetik dəyişikliyə gətirib çıxarmayacaq. Bu vaksin insanda anticismlər əmələ gətirir və onu yoluxmadan qoruyur".

    Milli.Az
    Bizə vurulacaq vaksinin tərkibi nədir? "Azərbaycan koronavirusla bağlı mübarizə tədbirlərinə başlayanda peyvəndləmə də buraya daxil edilmişdi. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə peyvənd strategiyasını hazırlayan ilk ölkələrdən olduq. Məhz bu strategiya çərçivəsində ölkəmiz hazırda peyvəndi alan ilk ölkələrdən biridir". Bunu REAL-ın efirində Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov dilə gətirib. Deputatın sözlərinə görə, bu gün ölkəmiz vaksinasiyanın ikinci mərhələsindədir: "Peyvənd seçiminə gəldikdə, əsas qarşımızda duran tələblərdən biri peyvəndin effektivliyi və təhlükəsizliyidir. Peyvənd proqramı yalnız vaksindən ibarət deyil. Peyvəndin düzgün idarə olunması, çatdırılması, saxlanması, həyata keçirilməsi çox önəmli məsələlərdir. Azərbaycanın seçərək tətbiq etdiyi Çin istehsalı olan "Sinovac" peyvəndi həm effektivliyinə, həm təhlükəsizliyi, həm peyvəndin idarə olunması, çatdırılması, saxlanması, vurulması qaydalarına görə digər vaksinlərdən üstündür. ÜST-ün ilkin olaraq qeydiyyata aldığı vaksin də məhz "Sinovac"dır. Peyvənd heç bir genetik dəyişikliyə gətirib çıxarmayacaq. Bu vaksin insanda anticismlər əmələ gətirir və onu yoluxmadan qoruyur". Milli.Az
    0 Comments 0 Shares
  • Koronavirus ağız boşluğuna da zərər vurur - ARAŞDIRMA

    Yeni növ koronavirus infeksiyasının (COVID-19) ağız boşluğunda da problemlər yaratması müəyyənləşib.

    Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmanın nəticələrinə görə, infeksiya daha çox ağız boşluğu vasitəsilə keçdiyi üçün dil, damaq, diş əti və yanaqlarda yaralara səbəb ola bilər.

    Araşdırmada 64 nəfər iştirak edib. Onlardan 23-nün dilində, 20-nin yanaqlarında, 11-nin diş ətlərində, 4-nün damaqlarında yaralar müəyyən olunub. Geridə qalan 16 nəfərdə isə ağızda yaralara rast gəlinməyib.
    Koronavirus ağız boşluğuna da zərər vurur - ARAŞDIRMA Yeni növ koronavirus infeksiyasının (COVID-19) ağız boşluğunda da problemlər yaratması müəyyənləşib. Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmanın nəticələrinə görə, infeksiya daha çox ağız boşluğu vasitəsilə keçdiyi üçün dil, damaq, diş əti və yanaqlarda yaralara səbəb ola bilər. Araşdırmada 64 nəfər iştirak edib. Onlardan 23-nün dilində, 20-nin yanaqlarında, 11-nin diş ətlərində, 4-nün damaqlarında yaralar müəyyən olunub. Geridə qalan 16 nəfərdə isə ağızda yaralara rast gəlinməyib.
    0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10