• 0 Comments 0 Shares
  • Mübariz İbrahimovun atası: “Bu il qəhrəmanın doğum günü fərqli qeyd edilir”

    Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.

    “Report”un məlumatına görə, tədbirlərdən biri qəhrəmanın ata ocağında, Əliabad kəndindəki evində baş tutub.

    Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Milli Qəhrəmanın evi ziyarət edilib, ailəsi ilə görüş keçirilib.

    Tədbir iştirakçıları görüş zamanı Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar: “Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük igidlik, mübarizlik məktəbi qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübariz ölümün gözünə dik baxaraq Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut edib. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirib”.

    Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bu il ötən illərdən fərqli olaraq qəhrəmanın doğum günü Zəfər günündən sonra qeyd edilir. Bu da bizdə əlavə olaraq sevinc hissi yaradır”.

    Ziyarətçilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olublar.

    Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlərə dünən rayonun bir sıra müəssisələrində və digər idarələrdə start verilib.
    Mübariz İbrahimovun atası: “Bu il qəhrəmanın doğum günü fərqli qeyd edilir” Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub. “Report”un məlumatına görə, tədbirlərdən biri qəhrəmanın ata ocağında, Əliabad kəndindəki evində baş tutub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Milli Qəhrəmanın evi ziyarət edilib, ailəsi ilə görüş keçirilib. Tədbir iştirakçıları görüş zamanı Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar: “Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük igidlik, mübarizlik məktəbi qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübariz ölümün gözünə dik baxaraq Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut edib. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirib”. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bu il ötən illərdən fərqli olaraq qəhrəmanın doğum günü Zəfər günündən sonra qeyd edilir. Bu da bizdə əlavə olaraq sevinc hissi yaradır”. Ziyarətçilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olublar. Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlərə dünən rayonun bir sıra müəssisələrində və digər idarələrdə start verilib.
    0 Comments 0 Shares
  • Bakıda metronun açılması xəbərinə aydınlıq gətirildi - RƏSMİ

    Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

    “Bakı Metropoliteni” QSC-dən Trend-ə verilən məlumatda bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

    “Bakı Metropoliteni” QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir.

    https://az.trend.az/azerbaijan/gundem/3376937.html
    Bakıda metronun açılması xəbərinə aydınlıq gətirildi - RƏSMİ Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır. “Bakı Metropoliteni” QSC-dən Trend-ə verilən məlumatda bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir. “Bakı Metropoliteni” QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir. https://az.trend.az/azerbaijan/gundem/3376937.html
    0 Comments 0 Shares
  • ABŞ-da sosial şəbəkələr və onlayn platformalara qarşı qaydalar sərtləşdirilir

    ABŞ-da onlayn platformaların məhkəmə prosesini sadələşdirən qanun layihəsi təklif olunub.

    Trend-in CNBC-yə istinadən məlumatına görə, yeni qanun layihəsinə əsasən, ABŞ-da onlayn platformaların, sosial şəbəkələrin məhkəmə prosesi sadələşdirilir.

    Yeni qanun layihəsi ABŞ Demokrat Partiyası tərəfindən təklif edilib. yeni qanun layihəsin təhqiredici və ya zərərli məzmun paylaşanların məhkəmə prosesini asanlaşdıracaq.

    Yeni qanun layihəsinin hazırlanmasına səbəb isə əvvəlki qaydaların daha yumşaq olmasıdır. Belə ki, əvvəlki qanunlara əsasən hər hansı istifadəçi sosial şəbəkələrdə və onlayn platformalarda təhqir və zərərli paylaşıma görə məhkəmə şikayətləri tam təmin olunmurdu. Məhkəmə bu şikayətləri qısa müddətdə ləğv edir və ya tam təmin etmirdi.

    Yeni qaydalara əsasən onlayn platformalar saxta və zərərli reklamlara görə də məsuliyyət daşıyacaq.

    Yeni qanun layihəsi qəbul edilərsə, "Facebook", "Twitter","Google", "YouTube" kimi sosial şəbəkələri və "Amazon", "Etsy" kimi e-ticarət saytları da daxil olmaqla bir sıra platformalara qarşı qərarlar sərtləşdiriləcək. Onlar qaydalara daha ciddi əməl etməli olacaqlar, əks təqdirdə qanuna uyğun olaraq cəzalandırlacaqlar.

    https://az.trend.az/business/it/3376894.html
    ABŞ-da sosial şəbəkələr və onlayn platformalara qarşı qaydalar sərtləşdirilir ABŞ-da onlayn platformaların məhkəmə prosesini sadələşdirən qanun layihəsi təklif olunub. Trend-in CNBC-yə istinadən məlumatına görə, yeni qanun layihəsinə əsasən, ABŞ-da onlayn platformaların, sosial şəbəkələrin məhkəmə prosesi sadələşdirilir. Yeni qanun layihəsi ABŞ Demokrat Partiyası tərəfindən təklif edilib. yeni qanun layihəsin təhqiredici və ya zərərli məzmun paylaşanların məhkəmə prosesini asanlaşdıracaq. Yeni qanun layihəsinin hazırlanmasına səbəb isə əvvəlki qaydaların daha yumşaq olmasıdır. Belə ki, əvvəlki qanunlara əsasən hər hansı istifadəçi sosial şəbəkələrdə və onlayn platformalarda təhqir və zərərli paylaşıma görə məhkəmə şikayətləri tam təmin olunmurdu. Məhkəmə bu şikayətləri qısa müddətdə ləğv edir və ya tam təmin etmirdi. Yeni qaydalara əsasən onlayn platformalar saxta və zərərli reklamlara görə də məsuliyyət daşıyacaq. Yeni qanun layihəsi qəbul edilərsə, "Facebook", "Twitter","Google", "YouTube" kimi sosial şəbəkələri və "Amazon", "Etsy" kimi e-ticarət saytları da daxil olmaqla bir sıra platformalara qarşı qərarlar sərtləşdiriləcək. Onlar qaydalara daha ciddi əməl etməli olacaqlar, əks təqdirdə qanuna uyğun olaraq cəzalandırlacaqlar. https://az.trend.az/business/it/3376894.html
    0 Comments 0 Shares
  • Azərbaycanın Milli Sosial Şəbəkəsi

    https://yollar.ru
    Azərbaycanın Milli Sosial Şəbəkəsi https://yollar.ru
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • master forum
    https://yollar.ru/forums
    master forum https://yollar.ru/forums
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • ABŞ-ın keçmiş dövlət katibi vəfat edib

    Bakı, 8 fevral, AZƏRTAC

    ABŞ-ın keçmiş dövlət katibi Corc Şults Kaliforniyada 101 yaşında vəfat edib.

    AZƏRTAC xəbər verir ki, bu barədə onun çalışdığı Huver İnstitutunun rəsmi saytında bildirilib.

    Qeyd edək ki, C.Şults, xüsusilə ABŞ prezidentləri Riçard Nikson və Ronald Reyqan administrasiyalarında yüksək vəzifələrdə çalışıb.
    ABŞ-ın keçmiş dövlət katibi vəfat edib Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın keçmiş dövlət katibi Corc Şults Kaliforniyada 101 yaşında vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə onun çalışdığı Huver İnstitutunun rəsmi saytında bildirilib. Qeyd edək ki, C.Şults, xüsusilə ABŞ prezidentləri Riçard Nikson və Ronald Reyqan administrasiyalarında yüksək vəzifələrdə çalışıb.
    0 Comments 0 Shares
  • İranda virusa yoluxan 1 milyon 253 min 554 xəstə sağalıb

    Tehran, 8 fevral, AZƏRTAC

    İranda COVID-19 infeksiyasına yoluxanların və yoluxaraq ölənlərin sayında azalma davam edir.

    AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda koronavirusa 6 min 65 nəfər yoluxub, 57 nəfər isə ölüb. Bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 466 min 435 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 469-a çatıb.

    Xüsusi xəstəxanalarda müalicə alan 3 min 789 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 253 min 554 xəstə sağalaraq evə buraxılıb.

    Mətbuat katibi nəzərə çatdırıb ki, bu gündən əhaliyə peyvənd vurulması prosesi başlayacaq.
    İranda virusa yoluxan 1 milyon 253 min 554 xəstə sağalıb Tehran, 8 fevral, AZƏRTAC İranda COVID-19 infeksiyasına yoluxanların və yoluxaraq ölənlərin sayında azalma davam edir. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda koronavirusa 6 min 65 nəfər yoluxub, 57 nəfər isə ölüb. Bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 466 min 435 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 469-a çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 3 min 789 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 253 min 554 xəstə sağalaraq evə buraxılıb. Mətbuat katibi nəzərə çatdırıb ki, bu gündən əhaliyə peyvənd vurulması prosesi başlayacaq.
    0 Comments 0 Shares
  • KİTABDAN SÖZ YAZILI ŞƏKİLLƏRİ
    KİTABDAN SÖZ YAZILI ŞƏKİLLƏRİ
    0 Comments 0 Shares
  • profil ucun statuslar
    profil ucun statuslar
    0 Comments 0 Shares
Statok.net ILK-10