• Südün inanılmaz FAYDALARI

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, K. Əliyeva, Ş. Məmmədova südün tərkibi və bioloji xüsusiyyətləri barədə məqalə hazırlayıb.

    Bu barədə qurumdan Milli.Az-a məlumat verilib.

    Məqaləni təqdim edirik:

    Süd - süd vəzisi hüceyrələri tərəfindən qanla gətirilən maddələrdən sintez olunan süd vəzisi sekretidir (şirəsi). Mürəkkəb biokimyəvi tərkibə malik olan süd insan dünyaya göz açan ilk gündən həyatının bütün mərhələlərində istifadə edilən olduqca faydalı qida növüdür.

    Südü əvəzolunmaz qida növü kimi səciyyələndirən əsas xüsusiyyətlər onun yüksək bioloji dəyərə malik olması ilə bağlıdır. Belə ki, südün tərkibində insan orqanizmi üçün vacib olan bütün qida maddələrinə (bu qida komponentlərinin sayı 100-dən artıqdır) rast gəlinir. Bu sıraya yağları, zülalları, fermentləri, immun cisimləri, süd şəkərini (laktoza), vitaminləri (A, D, E, C, B qrupu), makro və mikroelementləri (başlıca olaraq Ca və P, eləcə də Mg, Na, K, Fe, Cu, Cl, Zn, Se və b.), piqmentləri (karotinoidlər), hormonları və digərlərini şamil etmək olar. Südün tərkibindəki qida maddələri zərif dispers (suda yaxşı həll olan) şəkildə olduğundan insan orqanizmi tərəfindən yaxşı (95-98 %) mənimsənilir.

    Südün tərkibi heyvanın növü, cinsi, yaşı, laktasiya dövrü, yemin tərkibi, yemləndirmənin tipi, saxlanma şəraiti, ilin fəsli və digər amillərdən asılı olaraq dəyişir. Qeyd edək ki, inək südü daha çox istifadə olunur. İnək südünün tərkibində 12,5 % quru maddə vardır ki, onun 3,5 %-i qiymətli zülallardan (kazein, laktoalbumin, laktoqlobulin, laktoferrin və s.) təşkil olunub. Kazein fosfoproteidlərə aid olmaqla, inək südü zülalları arasında çoxluq (87 %) təşkil edir. Südün ağ rəngdə olması məhz bu zülal birləşmələri ilə bağlıdır. Müxtəlif fraksiyalardan (α, β, γ) ibarət olan kazein südün tərkibində kalsium - kazeinat duzları şəklində təmsil olunur.

    Turşumuş südün tərkibində kazein koaqulyasiyaya məruz qaldığı üçün südün keyfiyyəti dəyişir. İnək və qoyun südündən fərqli olaraq, camış südünün tərkibində kazeinin miqdarı az olur. Laktoferrin ("qırmızı zülal") isə dəmir tərkibli, bakterisid xüsusiyyətli zülaldır, məməlilər və insanlarda anadangəlmə immun sistemin formalaşmasında əsas amillərdən biri hesab olunur. Belə ki, yenidoğulmuş körpələrin patogen mikroorqanizmlərdən qorunmasında mühüm rol oynayan laktoferrin, eyni zamanda insan orqanizmi üçün güclü antioksidant və immunomodulyator təsirə malikdir. Albuminlər (laktoalbumin) südün qiymətli zülallarından hesab olunur. Onlar südü qaynatdıqda pıxtalaşır, köpük əmələ gətirir və qismən qabın dibinə çökür.

    Qlobulinlər (laktoqlobulin və immunoqlobulinlər) miqdarca "ağız südü"ndə daha çox olur ki, bu da körpə heyvanların orqanizmində müdafiə sistemini formalaşdırır. Ümumiyyətlə, "ağız südü" tərkib etibarilə zülallar, yağlar, immun cisimlər, fermentlər və vitaminlərlə zəngin olur. Süddən sintez yolu ilə qan damarlarının stimulyatoru funksiyasını həyata keçirən bioloji aktiv zülal - anqioqenin əldə olunur. Göründüyü kimi, südün tərkibində mövcud olan zülallar yalnız struktur quruluşuna görə deyil, həmçinin bioloji xüsusiyyətinə və funksiyasına görə də fərqlənir. Lakin onların tərkibində demək olar ki, bütün aminturşularına rast gəlinir.

    Süd yağının tərkibində 20-yə yaxın doymuş və doymamış yağ turşuları vardır. Onların arasında əvəzolunmaz polidoymamış yağ turşuları (linol, linolen və s.) az, doymuş iri molekullu yağ turşuları (miristin, palmitin, stearin və b.) isə əksinə, çoxdur. Süd yağının tərkibində olan iri molekullu doymamış araxidon və kiçik molekullu yağ turşuları (başlıca olaraq, yağ turşusu), həmçinin triasilqliseridlər və fosfolipidlər (lesitin, kefalin və b.) onun qida əhəmiyyətini daha da artırır. Yağlılığına görə camış südü qoyun südünə yaxındır (7-8 %). İnək və keçi südündə isə yağlılıq 3,5-4 % təşkil edir. Ümumiyyətlə, bir qayda olaraq laktasiya dövrünün sonunda əldə olunan südün tərkibində yağların miqdarı daha çox olur.

    İnək südünün tərkibində olan karbohidratlardan laktozanın miqdarı 4,7 % təşkil edir. Laktoza disaxarid olmaqla, südə şirintəhər dad verir. Körpələrin (insanlar və məməlilər) nazik bağırsağında sintez olunan laktaza fermenti südün tərkibindəki laktozanın parçalanmasını və həzm olunmasını təmin edir. Yaşlı insanların orqanizmində laktaza fermenti sintez olunmadığından südün həzməgediciliyi çətinləşir. Laktozanın hidrolizi və parçalanması ilə süd məhsullarında gedən fermentləşmə (süd turşu qıcqırması) prosesləri nəticəsində əmələ gələn maddələr (süd turşusu, sirkə turşusu, propion turşusu, efirlər və s.) süd məhsullarının (pendir, şor, qatıq, kefir, süzmə, ayran, yoğurt və s.) hazırlanmasında texnoloji emal proseslərinin əsasını təşkil edir. Laktoza orqanizmdə kalsiumun mənimsənilməsini artırmaqla yanaşı, qiymətli prebiotik hesab edilən laktulozanın sintezində istifadə olunur.

    Heyvanın növündən asılı olaraq südün enerji dəyəri dəyişir. İnək südünün enerji dəyəri 65 kkal-dırsa, qoyun südündə 110 kkal, camış südündə 105 kkal, keçi südündə isə 67 kkal-dır. Təzə südün tərkibində hidrogen ionlarının konsentrasiyası neytrala yaxın (pH= 6,67-6,68) olur ki, bununla da südün kolloid sisteminin sabitliyi və eyni zamanda bakterisid xüsusiyyəti təmin olunur.

    Sağım və saxlanma şəraitindən asılı olaraq çiy südün tərkibində müxtəlif bakteriyalara rast gəlinir ki, bu da südün mikroflorası (mikrobiota) adlanır. Südün mikroflorasına sağım dövründə südə xarici mühitdən (heyvanın xarici örtüyü, sağım maşını və s.) düşən mikroorqanizmlərlə yanaşı, sanitar qaydalara uyğun saxlanılmadıqda və ya uzun müddət saxlanıldıqda əmələ gələn yağ-turşu və süd-turşu bakteriyalarını, bağırsaq çöplərini, enterokokkları, maya göbələklərini və sair şamil etmək olar. Mikroorqanizmlər arasında südə acılıq, spesifik olmayan tam və ya qoxu, rəng dəyişimi və yapışqanlılıq kimi yad xassələr verən növlərlə yanaşı, müxtəlif infeksion xəstəliklərin (bruselyoz, vərəm və s.) və qida zəhərlənmələrinin (qızılı stafilokokklar, salmonella və s.) törədicilərinə də rast gəlmək mümkündür.

    Təzə sağılmış südün tərkibində olan laktenin, eləcə də lizosim bakterisid xüsusiyyətə malik olduğu üçün müəyyən mikroorqanizm növlərini məhv edir və ya onların inkişafının qarşısını alır. Qeyd edək ki, südün öz bakterisid xüsusiyyətini qoruması müddəti bakteriosid faza adlanır. Südün sanitar tələblərə uyğun şəraitdə sağılması və saxlanması bakteriosid fazanın müddətini artırır. Bu müddət həm də südün mikroflorasındakı mikroorqanizmlərin sıxlığından asılıdır. Təzə sağılmış südün temperaturu 35o C-yə yaxın olmaqla, bakteriosid fazası 30o C-də 3 saat, 20o C-də 6 saat, 10o C-də 20 saat, 5o C-də 36 saat, 0o C-də isə 48 saata qədər davam edir. Bakteriosid faza başa çatdıqdan sonra südün tərkibində bakteriyaların çoxalması baş verir ki, temperaturun yüksəlməsi ilə bu proses qısa zamanda südün turşuması və ya çürüməsi ilə nəticələnir. Bu zaman maya və kif göbələklərinin inkişafı da baş verə bilər.

    Sənaye üsulu ilə istehsal zamanı süd mexaniki çirklənmələrdən təmizlənməklə yanaşı, pasterizə və ya sterilizə olunaraq qablaşdırılır. Südün pasterizasiya (südün 63-65° C-də 30 dəq., 71-74° C-də 40-45 san., 85-90° C-də 15 san. ərzində qızdırılması), ultrapasterizasiya (südün 135-140° C-də 2-5 san. ərzində qızdırılması) və sterilizasiya (südün 110-120° C-də 20-40 san. və ya 135-150° C-də 2-6 san. ərzində qızdırılması) olunmasında əsas məqsəd onun tərkibindəki patogen mikroorqanizmlərin məhv edilməsidir. Pasterizasiya zamanı termofil (istiliyə həssas) və termostabil (istiliyə davamlı) bakteriyaların bir qismi, eləcə də onların sporları sağ qalır. Sterilizasiya prosesində isə südün tərkibindəki bütün mikroflora demək olar ki, məhv olur. Pasterizə və sterilizə olunmuş süddən eyni zamanda qatılaşdırılmış süd emal edilir.

    İnsanlar süd vasitəsilə vərəm və bruselyoz kimi zoonoz xəstəliklərə yoluxa bilərlər. Qeyd edək ki, vərəm xəstəliyinin törədicisi - mikobakteriyalar turş mühitə davamlı olduğuna görə turşumuş süd məhsullarının tərkibində uzun müddət sağ qalır.

    İnsanlar üçün südün qida dəyəri həm də ondan hazırlanan məhsullarla ölçülür. Bu məhsullar pasterizə olunmuş südün qursaq fermenti (rennin) və ya süd-turşu bakteriyaları ilə fermentləşdirilməsi yolu ilə əldə olunur. Xama, qatıq, pendir, kəsmik, asidofilli süd, kefir, kumıs və digər süd məhsulları probiotik təsirə malik olub, insanlarda bağırsaq mikroflorasına və maddələr mübadiləsinə stimulyasiyaedici təsir göstərir.

    Beləliklə, qida məhsulu kimi südün biokimyəvi tərkibi və bioloji xüsusiyyətləri barədə ətraflı məlumata malik olmaqla, ondan sağlam, eləcə də müxtəlif xəstəliklər zamanı diyetik qida növü kimi faydalanmaq mümkündür.

    Milli.Az
    Südün inanılmaz FAYDALARI Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, K. Əliyeva, Ş. Məmmədova südün tərkibi və bioloji xüsusiyyətləri barədə məqalə hazırlayıb. Bu barədə qurumdan Milli.Az-a məlumat verilib. Məqaləni təqdim edirik: Süd - süd vəzisi hüceyrələri tərəfindən qanla gətirilən maddələrdən sintez olunan süd vəzisi sekretidir (şirəsi). Mürəkkəb biokimyəvi tərkibə malik olan süd insan dünyaya göz açan ilk gündən həyatının bütün mərhələlərində istifadə edilən olduqca faydalı qida növüdür. Südü əvəzolunmaz qida növü kimi səciyyələndirən əsas xüsusiyyətlər onun yüksək bioloji dəyərə malik olması ilə bağlıdır. Belə ki, südün tərkibində insan orqanizmi üçün vacib olan bütün qida maddələrinə (bu qida komponentlərinin sayı 100-dən artıqdır) rast gəlinir. Bu sıraya yağları, zülalları, fermentləri, immun cisimləri, süd şəkərini (laktoza), vitaminləri (A, D, E, C, B qrupu), makro və mikroelementləri (başlıca olaraq Ca və P, eləcə də Mg, Na, K, Fe, Cu, Cl, Zn, Se və b.), piqmentləri (karotinoidlər), hormonları və digərlərini şamil etmək olar. Südün tərkibindəki qida maddələri zərif dispers (suda yaxşı həll olan) şəkildə olduğundan insan orqanizmi tərəfindən yaxşı (95-98 %) mənimsənilir. Südün tərkibi heyvanın növü, cinsi, yaşı, laktasiya dövrü, yemin tərkibi, yemləndirmənin tipi, saxlanma şəraiti, ilin fəsli və digər amillərdən asılı olaraq dəyişir. Qeyd edək ki, inək südü daha çox istifadə olunur. İnək südünün tərkibində 12,5 % quru maddə vardır ki, onun 3,5 %-i qiymətli zülallardan (kazein, laktoalbumin, laktoqlobulin, laktoferrin və s.) təşkil olunub. Kazein fosfoproteidlərə aid olmaqla, inək südü zülalları arasında çoxluq (87 %) təşkil edir. Südün ağ rəngdə olması məhz bu zülal birləşmələri ilə bağlıdır. Müxtəlif fraksiyalardan (α, β, γ) ibarət olan kazein südün tərkibində kalsium - kazeinat duzları şəklində təmsil olunur. Turşumuş südün tərkibində kazein koaqulyasiyaya məruz qaldığı üçün südün keyfiyyəti dəyişir. İnək və qoyun südündən fərqli olaraq, camış südünün tərkibində kazeinin miqdarı az olur. Laktoferrin ("qırmızı zülal") isə dəmir tərkibli, bakterisid xüsusiyyətli zülaldır, məməlilər və insanlarda anadangəlmə immun sistemin formalaşmasında əsas amillərdən biri hesab olunur. Belə ki, yenidoğulmuş körpələrin patogen mikroorqanizmlərdən qorunmasında mühüm rol oynayan laktoferrin, eyni zamanda insan orqanizmi üçün güclü antioksidant və immunomodulyator təsirə malikdir. Albuminlər (laktoalbumin) südün qiymətli zülallarından hesab olunur. Onlar südü qaynatdıqda pıxtalaşır, köpük əmələ gətirir və qismən qabın dibinə çökür. Qlobulinlər (laktoqlobulin və immunoqlobulinlər) miqdarca "ağız südü"ndə daha çox olur ki, bu da körpə heyvanların orqanizmində müdafiə sistemini formalaşdırır. Ümumiyyətlə, "ağız südü" tərkib etibarilə zülallar, yağlar, immun cisimlər, fermentlər və vitaminlərlə zəngin olur. Süddən sintez yolu ilə qan damarlarının stimulyatoru funksiyasını həyata keçirən bioloji aktiv zülal - anqioqenin əldə olunur. Göründüyü kimi, südün tərkibində mövcud olan zülallar yalnız struktur quruluşuna görə deyil, həmçinin bioloji xüsusiyyətinə və funksiyasına görə də fərqlənir. Lakin onların tərkibində demək olar ki, bütün aminturşularına rast gəlinir. Süd yağının tərkibində 20-yə yaxın doymuş və doymamış yağ turşuları vardır. Onların arasında əvəzolunmaz polidoymamış yağ turşuları (linol, linolen və s.) az, doymuş iri molekullu yağ turşuları (miristin, palmitin, stearin və b.) isə əksinə, çoxdur. Süd yağının tərkibində olan iri molekullu doymamış araxidon və kiçik molekullu yağ turşuları (başlıca olaraq, yağ turşusu), həmçinin triasilqliseridlər və fosfolipidlər (lesitin, kefalin və b.) onun qida əhəmiyyətini daha da artırır. Yağlılığına görə camış südü qoyun südünə yaxındır (7-8 %). İnək və keçi südündə isə yağlılıq 3,5-4 % təşkil edir. Ümumiyyətlə, bir qayda olaraq laktasiya dövrünün sonunda əldə olunan südün tərkibində yağların miqdarı daha çox olur. İnək südünün tərkibində olan karbohidratlardan laktozanın miqdarı 4,7 % təşkil edir. Laktoza disaxarid olmaqla, südə şirintəhər dad verir. Körpələrin (insanlar və məməlilər) nazik bağırsağında sintez olunan laktaza fermenti südün tərkibindəki laktozanın parçalanmasını və həzm olunmasını təmin edir. Yaşlı insanların orqanizmində laktaza fermenti sintez olunmadığından südün həzməgediciliyi çətinləşir. Laktozanın hidrolizi və parçalanması ilə süd məhsullarında gedən fermentləşmə (süd turşu qıcqırması) prosesləri nəticəsində əmələ gələn maddələr (süd turşusu, sirkə turşusu, propion turşusu, efirlər və s.) süd məhsullarının (pendir, şor, qatıq, kefir, süzmə, ayran, yoğurt və s.) hazırlanmasında texnoloji emal proseslərinin əsasını təşkil edir. Laktoza orqanizmdə kalsiumun mənimsənilməsini artırmaqla yanaşı, qiymətli prebiotik hesab edilən laktulozanın sintezində istifadə olunur. Heyvanın növündən asılı olaraq südün enerji dəyəri dəyişir. İnək südünün enerji dəyəri 65 kkal-dırsa, qoyun südündə 110 kkal, camış südündə 105 kkal, keçi südündə isə 67 kkal-dır. Təzə südün tərkibində hidrogen ionlarının konsentrasiyası neytrala yaxın (pH= 6,67-6,68) olur ki, bununla da südün kolloid sisteminin sabitliyi və eyni zamanda bakterisid xüsusiyyəti təmin olunur. Sağım və saxlanma şəraitindən asılı olaraq çiy südün tərkibində müxtəlif bakteriyalara rast gəlinir ki, bu da südün mikroflorası (mikrobiota) adlanır. Südün mikroflorasına sağım dövründə südə xarici mühitdən (heyvanın xarici örtüyü, sağım maşını və s.) düşən mikroorqanizmlərlə yanaşı, sanitar qaydalara uyğun saxlanılmadıqda və ya uzun müddət saxlanıldıqda əmələ gələn yağ-turşu və süd-turşu bakteriyalarını, bağırsaq çöplərini, enterokokkları, maya göbələklərini və sair şamil etmək olar. Mikroorqanizmlər arasında südə acılıq, spesifik olmayan tam və ya qoxu, rəng dəyişimi və yapışqanlılıq kimi yad xassələr verən növlərlə yanaşı, müxtəlif infeksion xəstəliklərin (bruselyoz, vərəm və s.) və qida zəhərlənmələrinin (qızılı stafilokokklar, salmonella və s.) törədicilərinə də rast gəlmək mümkündür. Təzə sağılmış südün tərkibində olan laktenin, eləcə də lizosim bakterisid xüsusiyyətə malik olduğu üçün müəyyən mikroorqanizm növlərini məhv edir və ya onların inkişafının qarşısını alır. Qeyd edək ki, südün öz bakterisid xüsusiyyətini qoruması müddəti bakteriosid faza adlanır. Südün sanitar tələblərə uyğun şəraitdə sağılması və saxlanması bakteriosid fazanın müddətini artırır. Bu müddət həm də südün mikroflorasındakı mikroorqanizmlərin sıxlığından asılıdır. Təzə sağılmış südün temperaturu 35o C-yə yaxın olmaqla, bakteriosid fazası 30o C-də 3 saat, 20o C-də 6 saat, 10o C-də 20 saat, 5o C-də 36 saat, 0o C-də isə 48 saata qədər davam edir. Bakteriosid faza başa çatdıqdan sonra südün tərkibində bakteriyaların çoxalması baş verir ki, temperaturun yüksəlməsi ilə bu proses qısa zamanda südün turşuması və ya çürüməsi ilə nəticələnir. Bu zaman maya və kif göbələklərinin inkişafı da baş verə bilər. Sənaye üsulu ilə istehsal zamanı süd mexaniki çirklənmələrdən təmizlənməklə yanaşı, pasterizə və ya sterilizə olunaraq qablaşdırılır. Südün pasterizasiya (südün 63-65° C-də 30 dəq., 71-74° C-də 40-45 san., 85-90° C-də 15 san. ərzində qızdırılması), ultrapasterizasiya (südün 135-140° C-də 2-5 san. ərzində qızdırılması) və sterilizasiya (südün 110-120° C-də 20-40 san. və ya 135-150° C-də 2-6 san. ərzində qızdırılması) olunmasında əsas məqsəd onun tərkibindəki patogen mikroorqanizmlərin məhv edilməsidir. Pasterizasiya zamanı termofil (istiliyə həssas) və termostabil (istiliyə davamlı) bakteriyaların bir qismi, eləcə də onların sporları sağ qalır. Sterilizasiya prosesində isə südün tərkibindəki bütün mikroflora demək olar ki, məhv olur. Pasterizə və sterilizə olunmuş süddən eyni zamanda qatılaşdırılmış süd emal edilir. İnsanlar süd vasitəsilə vərəm və bruselyoz kimi zoonoz xəstəliklərə yoluxa bilərlər. Qeyd edək ki, vərəm xəstəliyinin törədicisi - mikobakteriyalar turş mühitə davamlı olduğuna görə turşumuş süd məhsullarının tərkibində uzun müddət sağ qalır. İnsanlar üçün südün qida dəyəri həm də ondan hazırlanan məhsullarla ölçülür. Bu məhsullar pasterizə olunmuş südün qursaq fermenti (rennin) və ya süd-turşu bakteriyaları ilə fermentləşdirilməsi yolu ilə əldə olunur. Xama, qatıq, pendir, kəsmik, asidofilli süd, kefir, kumıs və digər süd məhsulları probiotik təsirə malik olub, insanlarda bağırsaq mikroflorasına və maddələr mübadiləsinə stimulyasiyaedici təsir göstərir. Beləliklə, qida məhsulu kimi südün biokimyəvi tərkibi və bioloji xüsusiyyətləri barədə ətraflı məlumata malik olmaqla, ondan sağlam, eləcə də müxtəlif xəstəliklər zamanı diyetik qida növü kimi faydalanmaq mümkündür. Milli.Az
    0 Comments 0 Shares
  • Bu üsullar sizi bəyaz dişlərə qovuşduracaq

    Ağ dişlərə sahib olmaq üçün ev şəraitində müxtəlif metodlardan istifadə etmək olar.
    Milli.Az axşam.az-a istinadən bir neçə üsulu təqdim edir.

    1.Banan qabığının iç tərəfi ilə dişlər sürtülür və sonra ağız boşluğu yaxalanır.

    2. Soda ilə dişlərinizi təmizləyərək diş ərpindən azad ola bilərsiniz.

    3. Qabartma tozu ilə limon suyunu qarışdıraraq dişlərinizi sürtün və 5 dəq gözləyin, daha sonra isə ağzınızı yaxalayın.
    Bu üsullar sizi bəyaz dişlərə qovuşduracaq Ağ dişlərə sahib olmaq üçün ev şəraitində müxtəlif metodlardan istifadə etmək olar. Milli.Az axşam.az-a istinadən bir neçə üsulu təqdim edir. 1.Banan qabığının iç tərəfi ilə dişlər sürtülür və sonra ağız boşluğu yaxalanır. 2. Soda ilə dişlərinizi təmizləyərək diş ərpindən azad ola bilərsiniz. 3. Qabartma tozu ilə limon suyunu qarışdıraraq dişlərinizi sürtün və 5 dəq gözləyin, daha sonra isə ağzınızı yaxalayın.
    NEWS.MILLI.AZ
    Bu üsullar sizi bəyaz dişlərə qovuşduracaq
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Azerbaycanin milli sosial sebekesi
    https://yollar.ru/
    Azerbaycanin milli sosial sebekesi https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə, sual-cavab
    0 Comments 0 Shares
  • İş elanları
    https://yollar.ru/
    İş elanları https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə, sual-cavab
    0 Comments 0 Shares
  • Pulsuz elanlar
    https://yollar.ru/
    Pulsuz elanlar https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə, sual-cavab
    0 Comments 0 Shares
  • Evlilik ildönümü mesajları - Mənalı və gözəl yubiley sözləri

    Bir ömür boyu birlikdə yaşamağa söz verən cütlüklərin xoşbəxt evliliyinin sirri, şübhəsiz ki, xüsusi günləri unutmamaqdır. Bu xüsusi gündə həyat yoldaşınıza aldığınız hədiyyə ilə yanaşı, gözəl yubiley sözləri ünvanlaya bilərsiniz. Ən romantik, emosional və gözəl evlilik ildönümü sözlərini təqdim edirik.
    Həyatı paylaşdığı ömür-gün yoldaşını bu özəl gündə unutmadığını göstərmək istəyənlər gözəl evlilik ildönümü mesajlarından istifadə edə bilərlər.

    Ən gözəl Evlilik ildönümü mesajları
    Hər gün üzümdə böyük bir təbəssümlə oyanıram. Çünki gözlərimi hər açdıqda səni görürəm. Mənə sonsuzadək “hə” dediyin və həyatımın bir parçası olduğun üçün sənə minnətdaram. İlimiz mübarək olsun.

    Yanında olanda xoşbəxt oluram. Bu xoşbəxtliyi səninlə paylaşmaq çox gözəldir. Səni çox sevirəm, əzizim. Birlikdə çoxlu evlilik ildönümləri keçirməyimizi arzu edirəm.

    Məni özünə aşiq etditməyi bacaran yeganə insan sənsən. Gözəlliyin, mövcudluğun, lətafətin məni sehrlədi. Həyatımı daha gözəl etdiyin üçün minnətdaram sənə. Səninlə həmişə birlikdə olmaq istəyirəm.

    “Səni sevirəm” cümləsi sənin kimi bir qadın üçün yetərli deyil. Sən mənim yeganə sevgim, həyatım, qadınımsan. Səninlə daha bir il keçirdiyimə görə özümü şanslı sayıram. Hər il səni daha çox sevəcəyimə əmin ol.

    Evlilik yubiley sözləri
    Əlindən tutub, hara getdiyini bilmədən addımladığın biri olmalıdır. Mən bu yolda sonuna qədər səninlə addımlamağı, sənin əlindən tutmağı seçmişəm…
    Səninlə həyatımı birləşdirmək ən böyük xoşbəxtlikdir. Evlilik ildönümümüz mübarək olsun!

    İllər keçsə də, sənə olan məhəbbətim ilk gündəki kimi təzə və təravətlidir. Evlilik ildönümümüz mübarək.

    Daha neçə-neçə illəri birlikdə keçirəcəyimizə ümid edirəm. Səni hər ötən il daha çox sevirəm.

    Məni mən edən sənin varlığındır. Həyatımda olduğun üçün sənə təşəkkür edirəm. Səni həmişə ilk günkü kimi sevəcəyəm.

    Sənin bircə gülüşün məni cənnətə aparır. Həmişə orada səninlə yaşamaq istəyirəm. Həmişə mənə necə gülmüsənsə, bundan sonra da elə gül.

    Səni sevməyin verdiyi gücü içimdə yaşayıram. Sənin sevgin məni mənalandırır. Ən gözəl gözlərə sonsuza qədər baxmaq istəyirəm. İldönümümüz mübarək olsun, əzizim.

    Dünyama sonsuz işıq oldun. Məni sevginlə aydınlatdın. Məni mən edən sən oldun. Hər şeyi sənə borcluyam. Bir ömür səninlə birlikdə olmaq istəyirəm. Evlilik ildönümümüz mübarək.

    Canıma can qatan insan, səbəbim də sənsən, nəticəm də sən… Bir-birini tutan əllərimiz heç zaman ayrılmasın. İldönümümüz mübarək!

    Mənə sarıldığın an sanki yenidən dünyaya gəlirəm. Sənin sevgin məni canlandırır.

    Hələ də bir-birimizə heyranlıqla baxırıq. Övladlarımıza da belə baxmağımızı istəyirəm. Səninlə sonsuza qədər birlikdə olmaq istəyirəm.

    Mən təkcə səninəm, dünən olduğu kimi, bu gün də sənə aidəm. Birlikdə keçəcək illərimiz heç tükənməsin.

    Əllərimiz bir-birini daha bərk tutsun, heç zaman ayrılmasın.

    Xoşbəxtliyimizin bir ömür davam etməsini diləyirəm, gözəl həyat yoldaşım.

    Neçə-neçə illəri birlikdə keçirmək diləyi ilə, əzizim...

    Mən səni hər il daha çox sevirəm. Yubileyimiz mübarək əzizim.

    Sevgi iki bədəndə yaşayan bir ruhdan ibarətdir. Ruhum, evlilik ildönümümüz mübarək.

    Evlilik yalnız səninlə mənalanır. İldönümümüz mübarək olsun.

    Hər günümüz bir-birimizi daha çox sevmək və bir-birimizlə daha çox ünsiyyət qurmaqla keçsin.

    Bu gün, sabah və əbədi olaraq səni özüm qədər sevirəm. Evlilik ildönümümüz mübarək.

    Məni mən edən sənin varlığındır. Həyatımda olduğuna görə sənə təşəkkür edirəm. Səni sevirəm.

    Həyatımız boyu bir almanın iki yarısı kimi bir-birimizi tamamlayaq.

    Evlilik əbədiyyətə doğru ilk addımı atmaqdır. Xoşbəxtliyimiz əbədi olsun, sevgimiz tükənməsin.

    Həyatımız boyunca günəş həmişə önümüzdə, kölgələrsə arxamızda olsun. Səni çox sevirəm, canım.

    Birləşən əllərimiz və qəlblərimiz heç vaxt ayrılmayacaq. İldönümümüz mübarək.

    Hər günümü səninlə yaşamaq istəyirəm. Evlilik ildönümümüz mübarək.

    Sənə həyat yoldaşınla birlikdə dinc və xoşbəxt bir həyat arzulayıram. Hər ikinizi təbrik edirəm və xoşbəxtlik arzulayıram.

    Dünyadakı ən böyük xoşbəxtlik gözəl bir evlilikdir. Səninlə çox xoşbəxtəm. Evlilik ildönümümüz mübarək.

    İllər keçsə də, sevgimiz ilk günki kimidir. Yaşatdığın və yaşadacağın bütün xoşbəxtliklərə görə sənə minnətdaram.

    Ömrünüz boyu sizə ən gözəl günləri, ən sevincli anları və sevginin zirvələrini arzulayıram. Təbriklər...

    Həyat adlanan bu yolu səninlə bölüşmək böyük uğurdur mənim üçün. Yaxşı və pis gündə birlikdə olmağımızı arzu edirəm.

    Bir-birinizi bir ömür sevməyinizi və xoşbəxt, dinc yaşamağınızı arzulayıram. Əlləriniz bir-birindən ayrılmasın.

    Dilək tutmaq üçün ulduzun uçmasına nə gərək var? Qəlbimin qəlbinə sığınması da kifayətdir... İldönümümüz mübarək.

    Eşq, küləyin gətirdiyi toxumların düşdüyü yerdə açan çiçəkdir. Səni çox sevirəm. Evlilik ildönümümüz mübarək olsun.

    Bu xoşbəxt anlarda nəfəs almağı belə unuduram. Sanki ölümsüzlüyü tuturam. Həyatımın mənası, sonsuza qədər birlikdə olmaq ümidi ilə...

    İllər keçsə də, evlilik ildönümümüzdən etibarən sənə olan sevgim ilk gündəki kimi təzədir. Evlilik ildönümümüz mübarək.

    Gözlərinin “qəhvəsindən” qoy ömrümə, qırx ili xətrinə “səndə” qalım. Yaxşı ki, həyatımın sahibisən. İldönümümüz mübarək, əzizim.

    Allah bizə və ailəmizə uzun, dinc və sağlam ömür nəsib etsin. Bizi bir-birimizdən ayırmasın. Evlilik ildönümümüz mübarək, əzizim.

    Gülüşün cənnətdən atılan çörək qırıntıları kimidir! Səni bir sərçə kimi qarın toxluğuna sevirəm. İldönümümüz mübarək, sevgilim.

    Ey canımın sahibi, yar! Sən mənim yanımda olduqdan sonra itirdiklərimin nə əhəmiyyəti var... Yaxşı ki, səninlə evlənmişəm. Evlilik ildönümümüz mübarək.

    Günəşin donduğu bir alov görsən, bil ki, o sənin üçün yanan qəlbimdir. Evlilik ildönümümüz mübarək, səni çox sevirəm.

    Sən mənim ömrümün sahibi, həyatımın sevinci, övladımın anası, əziz həyat yoldaşımsan. Yaxşı ki, varsan. İldönümümüz mübarək.

    Yenidən ümidsizliyə qapılmamaq üçün səni tanımaq kifayətdir. Dünyamı gözəlləşdirən sevgilim, varlığım üçün minnətdarlığım.

    Mən səni hər zaman sevirəm. Göy üzünün aydınlığı qədər sevirəm. Yağış damlaları hər düşəndə, torpaqda çiçəklərin açması qədər sevirəm. İldönümümüz mübarək.

    Bir gün getsən, qəlbimi yerindən çıxarmadan getmə. Qəlbimə güllə vurmadan getmə. Evliliyimiz mübarək olsun.

    Sən ruhuma damlamadıqdan sonra mən bu bədəndə nə edim? Sevgi də sənsən, həsrət də sənsən, mən də sən... Hər şeyim sənsən, əzizim. Evlilik ildönümümüz mübarək.

    Toyumuz illər əvvəl idi. İlk günün həyəcanı, sevinci və xoşbəxtliyi hələ də gözlərimizdədir. Yeganə arzum bu gözlərdə bir ömür boyu rahatlıq tapmaqdır. Evlilik ildönümümüz mübarək olsun.

    Biz bir-birimizə məxsus iki ürəyik. Özümüz üçün iki nəfərlik bir dünya yaratdıq. İki nəfərlik dünyamız övladlarımız və nəvələrimizlə şənlənsin.

    Səni nəcib insanların sadə sevgisi ilə deyil, sadə insanların nəcib sevgisi ilə sevdim. Gözəl sevgimizə nöqtə qoyma, sənə bir dəstə vergül gətirdim. Evlilik ildönümümüz mübarək.

    Yaşlanmaq , xəyallarımızı bölüşmək və hər zaman irəliyə baxmaq üçün çıxdığımız yolda çiyin-çiyinə, yan-yana olmaq diləyi ilə... Evlilik ildönümümüz mübarək.

    Evimin başçısı, ürəyimin sahibi əziz ərim. Allah daha bir ili sənin gözlərinə baxaraq keçirməyi nəsib etsin. Allah sənin başımızdan əskik etməsin. Yubileyiniz mübarək.

    Alnımın yazısı, gözəl mələyim. Yaxşı ki, evlənmək üçün məni seçdin. Səni çox sevirəm, gözəl arvadım. Evliliyimizin növbəti ilini təbrik edirəm.

    Günəş doğmağı, səhər açılmağı, yağış yağmağı unuda bilər, mən isə səni əsla unutmaram. Çiçəklər açmağı, quşlar uçmağı unuda bilər, mən səni unutmaram. İldönümümüz mübarək.

    Bir baxış bəzən dərman, bəzənsə zəhərli oxdur. Bir baxış aşiqə nələr-nələr anladar... Bir baxış aşiqi saatlarla ağladar. Səni sevirəm. Evlilik ildönümümüz mübarək olsun.

    Sənə yüzlərlə məna verdim: böyük bir qadın, kiçicik uşaq, məsum körpə, şəfqətli ana, vəfalı bacı, güldürən qardaş, şirin sevgili, gözəl dost və ideal həyat yoldaşı. Evlilik ildönümümüz mübarək.

    Birlikdə gülmək, səyahət etmək, xoşbəxt olmaq, sevinc yaşamaq və ən əsası daim bir-birinizi sevmək üçün çox "vaxtımız"ın olmasını arzu edirəm. Əllərimiz və gözlərimiz bir-birindən ayrılmasın.

    Sənin üçün darıxmaq, soyuq bir qış axşamı üşümək kimidir. Yağışın altında titrəyə-titrəyə islanmaq kimidir. İsti yer tapıb sığınmağı necə istəyirlərsə, mən də səni elə istəyirəm. Nəfəsinlə qızınmaq istəyirəm. Evlilik ildönümümüz mübarək.

    Nə zaman bir şeir səslənsə ağlımdasan, nə zaman bir zəng gəlsə qarşımdasan. Tanrının ən gözəl hədiyyəsi, həyatımın ən həqiqi yalanısan. Bütün vərdişlərimi əzbər bilən, göz yaşlarımı silən, dünyanın ən gözəl qadını, ildönümümüz mübarək.

    Evlənmək üçün keşməkeşli yollar aşdıq. Gah güldük, gah ağladıq, gah ayrıldıq, gah barışdıq. Ancaq bir-birimizə olan sevgi və bağlılığımız heç vaxt azalmadı. Canımın yarısı idin, artıq hamısısan. Səni sevirəm, evlilik ildönümümüz mübarək.
    Evlilik ildönümü mesajları - Mənalı və gözəl yubiley sözləri Bir ömür boyu birlikdə yaşamağa söz verən cütlüklərin xoşbəxt evliliyinin sirri, şübhəsiz ki, xüsusi günləri unutmamaqdır. Bu xüsusi gündə həyat yoldaşınıza aldığınız hədiyyə ilə yanaşı, gözəl yubiley sözləri ünvanlaya bilərsiniz. Ən romantik, emosional və gözəl evlilik ildönümü sözlərini təqdim edirik. Həyatı paylaşdığı ömür-gün yoldaşını bu özəl gündə unutmadığını göstərmək istəyənlər gözəl evlilik ildönümü mesajlarından istifadə edə bilərlər. Ən gözəl Evlilik ildönümü mesajları Hər gün üzümdə böyük bir təbəssümlə oyanıram. Çünki gözlərimi hər açdıqda səni görürəm. Mənə sonsuzadək “hə” dediyin və həyatımın bir parçası olduğun üçün sənə minnətdaram. İlimiz mübarək olsun. Yanında olanda xoşbəxt oluram. Bu xoşbəxtliyi səninlə paylaşmaq çox gözəldir. Səni çox sevirəm, əzizim. Birlikdə çoxlu evlilik ildönümləri keçirməyimizi arzu edirəm. Məni özünə aşiq etditməyi bacaran yeganə insan sənsən. Gözəlliyin, mövcudluğun, lətafətin məni sehrlədi. Həyatımı daha gözəl etdiyin üçün minnətdaram sənə. Səninlə həmişə birlikdə olmaq istəyirəm. “Səni sevirəm” cümləsi sənin kimi bir qadın üçün yetərli deyil. Sən mənim yeganə sevgim, həyatım, qadınımsan. Səninlə daha bir il keçirdiyimə görə özümü şanslı sayıram. Hər il səni daha çox sevəcəyimə əmin ol. Evlilik yubiley sözləri Əlindən tutub, hara getdiyini bilmədən addımladığın biri olmalıdır. Mən bu yolda sonuna qədər səninlə addımlamağı, sənin əlindən tutmağı seçmişəm… Səninlə həyatımı birləşdirmək ən böyük xoşbəxtlikdir. Evlilik ildönümümüz mübarək olsun! İllər keçsə də, sənə olan məhəbbətim ilk gündəki kimi təzə və təravətlidir. Evlilik ildönümümüz mübarək. Daha neçə-neçə illəri birlikdə keçirəcəyimizə ümid edirəm. Səni hər ötən il daha çox sevirəm. Məni mən edən sənin varlığındır. Həyatımda olduğun üçün sənə təşəkkür edirəm. Səni həmişə ilk günkü kimi sevəcəyəm. Sənin bircə gülüşün məni cənnətə aparır. Həmişə orada səninlə yaşamaq istəyirəm. Həmişə mənə necə gülmüsənsə, bundan sonra da elə gül. Səni sevməyin verdiyi gücü içimdə yaşayıram. Sənin sevgin məni mənalandırır. Ən gözəl gözlərə sonsuza qədər baxmaq istəyirəm. İldönümümüz mübarək olsun, əzizim. Dünyama sonsuz işıq oldun. Məni sevginlə aydınlatdın. Məni mən edən sən oldun. Hər şeyi sənə borcluyam. Bir ömür səninlə birlikdə olmaq istəyirəm. Evlilik ildönümümüz mübarək. Canıma can qatan insan, səbəbim də sənsən, nəticəm də sən… Bir-birini tutan əllərimiz heç zaman ayrılmasın. İldönümümüz mübarək! Mənə sarıldığın an sanki yenidən dünyaya gəlirəm. Sənin sevgin məni canlandırır. Hələ də bir-birimizə heyranlıqla baxırıq. Övladlarımıza da belə baxmağımızı istəyirəm. Səninlə sonsuza qədər birlikdə olmaq istəyirəm. Mən təkcə səninəm, dünən olduğu kimi, bu gün də sənə aidəm. Birlikdə keçəcək illərimiz heç tükənməsin. Əllərimiz bir-birini daha bərk tutsun, heç zaman ayrılmasın. Xoşbəxtliyimizin bir ömür davam etməsini diləyirəm, gözəl həyat yoldaşım. Neçə-neçə illəri birlikdə keçirmək diləyi ilə, əzizim... Mən səni hər il daha çox sevirəm. Yubileyimiz mübarək əzizim. Sevgi iki bədəndə yaşayan bir ruhdan ibarətdir. Ruhum, evlilik ildönümümüz mübarək. Evlilik yalnız səninlə mənalanır. İldönümümüz mübarək olsun. Hər günümüz bir-birimizi daha çox sevmək və bir-birimizlə daha çox ünsiyyət qurmaqla keçsin. Bu gün, sabah və əbədi olaraq səni özüm qədər sevirəm. Evlilik ildönümümüz mübarək. Məni mən edən sənin varlığındır. Həyatımda olduğuna görə sənə təşəkkür edirəm. Səni sevirəm. Həyatımız boyu bir almanın iki yarısı kimi bir-birimizi tamamlayaq. Evlilik əbədiyyətə doğru ilk addımı atmaqdır. Xoşbəxtliyimiz əbədi olsun, sevgimiz tükənməsin. Həyatımız boyunca günəş həmişə önümüzdə, kölgələrsə arxamızda olsun. Səni çox sevirəm, canım. Birləşən əllərimiz və qəlblərimiz heç vaxt ayrılmayacaq. İldönümümüz mübarək. Hər günümü səninlə yaşamaq istəyirəm. Evlilik ildönümümüz mübarək. Sənə həyat yoldaşınla birlikdə dinc və xoşbəxt bir həyat arzulayıram. Hər ikinizi təbrik edirəm və xoşbəxtlik arzulayıram. Dünyadakı ən böyük xoşbəxtlik gözəl bir evlilikdir. Səninlə çox xoşbəxtəm. Evlilik ildönümümüz mübarək. İllər keçsə də, sevgimiz ilk günki kimidir. Yaşatdığın və yaşadacağın bütün xoşbəxtliklərə görə sənə minnətdaram. Ömrünüz boyu sizə ən gözəl günləri, ən sevincli anları və sevginin zirvələrini arzulayıram. Təbriklər... Həyat adlanan bu yolu səninlə bölüşmək böyük uğurdur mənim üçün. Yaxşı və pis gündə birlikdə olmağımızı arzu edirəm. Bir-birinizi bir ömür sevməyinizi və xoşbəxt, dinc yaşamağınızı arzulayıram. Əlləriniz bir-birindən ayrılmasın. Dilək tutmaq üçün ulduzun uçmasına nə gərək var? Qəlbimin qəlbinə sığınması da kifayətdir... İldönümümüz mübarək. Eşq, küləyin gətirdiyi toxumların düşdüyü yerdə açan çiçəkdir. Səni çox sevirəm. Evlilik ildönümümüz mübarək olsun. Bu xoşbəxt anlarda nəfəs almağı belə unuduram. Sanki ölümsüzlüyü tuturam. Həyatımın mənası, sonsuza qədər birlikdə olmaq ümidi ilə... İllər keçsə də, evlilik ildönümümüzdən etibarən sənə olan sevgim ilk gündəki kimi təzədir. Evlilik ildönümümüz mübarək. Gözlərinin “qəhvəsindən” qoy ömrümə, qırx ili xətrinə “səndə” qalım. Yaxşı ki, həyatımın sahibisən. İldönümümüz mübarək, əzizim. Allah bizə və ailəmizə uzun, dinc və sağlam ömür nəsib etsin. Bizi bir-birimizdən ayırmasın. Evlilik ildönümümüz mübarək, əzizim. Gülüşün cənnətdən atılan çörək qırıntıları kimidir! Səni bir sərçə kimi qarın toxluğuna sevirəm. İldönümümüz mübarək, sevgilim. Ey canımın sahibi, yar! Sən mənim yanımda olduqdan sonra itirdiklərimin nə əhəmiyyəti var... Yaxşı ki, səninlə evlənmişəm. Evlilik ildönümümüz mübarək. Günəşin donduğu bir alov görsən, bil ki, o sənin üçün yanan qəlbimdir. Evlilik ildönümümüz mübarək, səni çox sevirəm. Sən mənim ömrümün sahibi, həyatımın sevinci, övladımın anası, əziz həyat yoldaşımsan. Yaxşı ki, varsan. İldönümümüz mübarək. Yenidən ümidsizliyə qapılmamaq üçün səni tanımaq kifayətdir. Dünyamı gözəlləşdirən sevgilim, varlığım üçün minnətdarlığım. Mən səni hər zaman sevirəm. Göy üzünün aydınlığı qədər sevirəm. Yağış damlaları hər düşəndə, torpaqda çiçəklərin açması qədər sevirəm. İldönümümüz mübarək. Bir gün getsən, qəlbimi yerindən çıxarmadan getmə. Qəlbimə güllə vurmadan getmə. Evliliyimiz mübarək olsun. Sən ruhuma damlamadıqdan sonra mən bu bədəndə nə edim? Sevgi də sənsən, həsrət də sənsən, mən də sən... Hər şeyim sənsən, əzizim. Evlilik ildönümümüz mübarək. Toyumuz illər əvvəl idi. İlk günün həyəcanı, sevinci və xoşbəxtliyi hələ də gözlərimizdədir. Yeganə arzum bu gözlərdə bir ömür boyu rahatlıq tapmaqdır. Evlilik ildönümümüz mübarək olsun. Biz bir-birimizə məxsus iki ürəyik. Özümüz üçün iki nəfərlik bir dünya yaratdıq. İki nəfərlik dünyamız övladlarımız və nəvələrimizlə şənlənsin. Səni nəcib insanların sadə sevgisi ilə deyil, sadə insanların nəcib sevgisi ilə sevdim. Gözəl sevgimizə nöqtə qoyma, sənə bir dəstə vergül gətirdim. Evlilik ildönümümüz mübarək. Yaşlanmaq , xəyallarımızı bölüşmək və hər zaman irəliyə baxmaq üçün çıxdığımız yolda çiyin-çiyinə, yan-yana olmaq diləyi ilə... Evlilik ildönümümüz mübarək. Evimin başçısı, ürəyimin sahibi əziz ərim. Allah daha bir ili sənin gözlərinə baxaraq keçirməyi nəsib etsin. Allah sənin başımızdan əskik etməsin. Yubileyiniz mübarək. Alnımın yazısı, gözəl mələyim. Yaxşı ki, evlənmək üçün məni seçdin. Səni çox sevirəm, gözəl arvadım. Evliliyimizin növbəti ilini təbrik edirəm. Günəş doğmağı, səhər açılmağı, yağış yağmağı unuda bilər, mən isə səni əsla unutmaram. Çiçəklər açmağı, quşlar uçmağı unuda bilər, mən səni unutmaram. İldönümümüz mübarək. Bir baxış bəzən dərman, bəzənsə zəhərli oxdur. Bir baxış aşiqə nələr-nələr anladar... Bir baxış aşiqi saatlarla ağladar. Səni sevirəm. Evlilik ildönümümüz mübarək olsun. Sənə yüzlərlə məna verdim: böyük bir qadın, kiçicik uşaq, məsum körpə, şəfqətli ana, vəfalı bacı, güldürən qardaş, şirin sevgili, gözəl dost və ideal həyat yoldaşı. Evlilik ildönümümüz mübarək. Birlikdə gülmək, səyahət etmək, xoşbəxt olmaq, sevinc yaşamaq və ən əsası daim bir-birinizi sevmək üçün çox "vaxtımız"ın olmasını arzu edirəm. Əllərimiz və gözlərimiz bir-birindən ayrılmasın. Sənin üçün darıxmaq, soyuq bir qış axşamı üşümək kimidir. Yağışın altında titrəyə-titrəyə islanmaq kimidir. İsti yer tapıb sığınmağı necə istəyirlərsə, mən də səni elə istəyirəm. Nəfəsinlə qızınmaq istəyirəm. Evlilik ildönümümüz mübarək. Nə zaman bir şeir səslənsə ağlımdasan, nə zaman bir zəng gəlsə qarşımdasan. Tanrının ən gözəl hədiyyəsi, həyatımın ən həqiqi yalanısan. Bütün vərdişlərimi əzbər bilən, göz yaşlarımı silən, dünyanın ən gözəl qadını, ildönümümüz mübarək. Evlənmək üçün keşməkeşli yollar aşdıq. Gah güldük, gah ağladıq, gah ayrıldıq, gah barışdıq. Ancaq bir-birimizə olan sevgi və bağlılığımız heç vaxt azalmadı. Canımın yarısı idin, artıq hamısısan. Səni sevirəm, evlilik ildönümümüz mübarək.
    0 Comments 0 Shares
  • Bacıya aid ad günü təbrikləri

    Bu məqaləmizdə bacı üçün ən gözəl ad günü təbriklərini bir məqalədə toplamışıq.
    Bacıya yazmaq üçün doğum günü təbriklərini və ad günü təbriki yazılı şəkilləri telefonunuza endirə bilərsiniz. Ad günü təbrik şəkillərini whatsapp statusda, instagram hesabınızda paylaşaraq bacınızın ad gününü təbrik edə bilərsiniz.

    Bacı ad günün mübarək mesajları
    Yeni yaşını təbrik edir, gözlərindən öpürəm, əziz bacım.

    Ad günün mübarək, əziz bacım, səni çox sevirəm.

    Bacı candır, dərd ortağıdır. Bütün bacıların ad günü mübarək.

    Canım bacım! Sağlamlıq və xoşbəxtlik içində ad gününü təbrik edirəm.

    Doğum günün mübarək, həyatımın ən önəmli hissəsi - bacım.

    Yaxşı ki, varsan bacı. Ad günün mübarək.

    Həyatında təbəssüm əsla əskik olmasın. Ad günün mübarək.
    Bacıya aid ad günü təbrikləri Bu məqaləmizdə bacı üçün ən gözəl ad günü təbriklərini bir məqalədə toplamışıq. Bacıya yazmaq üçün doğum günü təbriklərini və ad günü təbriki yazılı şəkilləri telefonunuza endirə bilərsiniz. Ad günü təbrik şəkillərini whatsapp statusda, instagram hesabınızda paylaşaraq bacınızın ad gününü təbrik edə bilərsiniz. Bacı ad günün mübarək mesajları Yeni yaşını təbrik edir, gözlərindən öpürəm, əziz bacım. Ad günün mübarək, əziz bacım, səni çox sevirəm. Bacı candır, dərd ortağıdır. Bütün bacıların ad günü mübarək. Canım bacım! Sağlamlıq və xoşbəxtlik içində ad gününü təbrik edirəm. Doğum günün mübarək, həyatımın ən önəmli hissəsi - bacım. Yaxşı ki, varsan bacı. Ad günün mübarək. Həyatında təbəssüm əsla əskik olmasın. Ad günün mübarək.
    0 Comments 0 Shares
  • Cüməniz mübarək yazılı şəkillər
    Cüməniz mübarək yazılı şəkillər
    0 Comments 0 Shares
  • 8 Mart təbrik mesajları və yazılı şəkillər

    8 Mart Beynəlxalq qadınlar günü bir neçə ölkələrdə qeyd edildiyi kimi bizim ölkəmizdə də qeyd edilir. Xanımlara müxtəlif hədiyyələr alınır, təbrik mesajları göndərilir.
    Sizə yardımcı olmaq məqsədi ilə sizlər üçün 8 mart ilə əlaqəli təbrik mesajları və 8 mart qadınlar bayramı ilə əlaqəli təbrik yazılı şəkillər paylaşmaq qərarına gəldik. Ana üçün, sevgili üçün, həyat yoldaşı üçün təbrik mesajlarını sizlərlə paylaşırıq. 8 mart şəkillərini tlefonunuza yükləyərək sevdiyiniz xanimlara göndərə bilərsiniz.

    8 Mart təbrik mesajları:

    Bütün qadınların 8 Mart bayramını təbrik edir, bərabərlik, azadlıq və xoşbəxtlik dolu ömür arzu edirəm.

    Qadın həyat deməkdir. 8 Mart qadınlar gününüz mübarək.

    Kişi qadınsız natamamdır, qadın kişinin gizli qəhrəmanıdır. Bütün qadınların bu gözəl günü mübarək olsun.
    8 Mart təbrik mesajları və yazılı şəkillər 8 Mart Beynəlxalq qadınlar günü bir neçə ölkələrdə qeyd edildiyi kimi bizim ölkəmizdə də qeyd edilir. Xanımlara müxtəlif hədiyyələr alınır, təbrik mesajları göndərilir. Sizə yardımcı olmaq məqsədi ilə sizlər üçün 8 mart ilə əlaqəli təbrik mesajları və 8 mart qadınlar bayramı ilə əlaqəli təbrik yazılı şəkillər paylaşmaq qərarına gəldik. Ana üçün, sevgili üçün, həyat yoldaşı üçün təbrik mesajlarını sizlərlə paylaşırıq. 8 mart şəkillərini tlefonunuza yükləyərək sevdiyiniz xanimlara göndərə bilərsiniz. 8 Mart təbrik mesajları: Bütün qadınların 8 Mart bayramını təbrik edir, bərabərlik, azadlıq və xoşbəxtlik dolu ömür arzu edirəm. Qadın həyat deməkdir. 8 Mart qadınlar gününüz mübarək. Kişi qadınsız natamamdır, qadın kişinin gizli qəhrəmanıdır. Bütün qadınların bu gözəl günü mübarək olsun.
    0 Comments 0 Shares
  • Bu infarkt riskini azaldır

    ABŞ-da aparılan araşdırmalar zamanı sadə qəhvənin orqanizim üçün bəzi faydaları olduğu orataya çıxıb.

    Axşam.az xarici mətbuata istinadən bildirir ki, gündə bir fincan sadə qəhvə içmək infarkt riskini yüzdə 30 %-ə qədər azaldır.

    21 min insan üzərində aparılan araşdırmalar zamanı, qəhvə içən insanlarda ürək-damar sistemi xəstəliklərinin azaldığı faktı aşkar edilib.

    Hər gün bir fincan sadə qəhvə qəblu ürək çatışmazlığı riskini 5 ildən 12 ilə qədər azaldır.

    Qəhvə qaraciyər və xərçəng xəstəliyi üçün də faydalıdır. Lakin içinə süd yaxud da şəkər qatsanız bu ürək çatışmazlığı prossesini sürətləndirir.

    Normal qayda ilə sadə qəhvə içmək artıq çəkidən də azad olmağa kömək edir. Eyni zamanda xroniki xəstəliklərə qarşı bədəni gücləndirir.
    Bu infarkt riskini azaldır ABŞ-da aparılan araşdırmalar zamanı sadə qəhvənin orqanizim üçün bəzi faydaları olduğu orataya çıxıb. Axşam.az xarici mətbuata istinadən bildirir ki, gündə bir fincan sadə qəhvə içmək infarkt riskini yüzdə 30 %-ə qədər azaldır. 21 min insan üzərində aparılan araşdırmalar zamanı, qəhvə içən insanlarda ürək-damar sistemi xəstəliklərinin azaldığı faktı aşkar edilib. Hər gün bir fincan sadə qəhvə qəblu ürək çatışmazlığı riskini 5 ildən 12 ilə qədər azaldır. Qəhvə qaraciyər və xərçəng xəstəliyi üçün də faydalıdır. Lakin içinə süd yaxud da şəkər qatsanız bu ürək çatışmazlığı prossesini sürətləndirir. Normal qayda ilə sadə qəhvə içmək artıq çəkidən də azad olmağa kömək edir. Eyni zamanda xroniki xəstəliklərə qarşı bədəni gücləndirir.
    0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10