• “Microsoft” şirkəti “Office 2021” proqram təminatını rəsmən təqdim edib

    "Microsoft" şirkəti "Office" proqram təminatının iki versiyasını (Office 2021 və biznes üçün Office LTSC) rəsmi olaraq təqdim edib. "Windows" və "macOS" əməliyyat sistemləri üçün yeni proqram təminatı bu il əlçatan olacaq. Yeniliyin vacib xüsusiyyəti abunənin olmamasıdır.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft" şirkəti "Office 2021" proqram təminatında reallaşdırılmış funksiya və dəyişiklikləri tamamilə açıqlamayıb, amma "Office LTSC" versiyasının qara rejim, dinamik massivlər və digər yeniliklərə malik olacağı məlumdur. "Office 2021", həmçinin analoji funksiyalarla təchiz ediləcək. Lakin istifadəçi interfeysində ciddi dəyişikliklər gözləmək lazım deyil.

    İndi "Office LTSC" versiyası 7 il əvəzinə, 5 il dəstəklənəcək. "Office Professional Plus" və "Office Standard"ın qiyməti 10% artacaq. "Office 2021" versiyasının qiyməti əvvəlki kimi saxlanılacaq.
    “Microsoft” şirkəti “Office 2021” proqram təminatını rəsmən təqdim edib "Microsoft" şirkəti "Office" proqram təminatının iki versiyasını (Office 2021 və biznes üçün Office LTSC) rəsmi olaraq təqdim edib. "Windows" və "macOS" əməliyyat sistemləri üçün yeni proqram təminatı bu il əlçatan olacaq. Yeniliyin vacib xüsusiyyəti abunənin olmamasıdır. Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft" şirkəti "Office 2021" proqram təminatında reallaşdırılmış funksiya və dəyişiklikləri tamamilə açıqlamayıb, amma "Office LTSC" versiyasının qara rejim, dinamik massivlər və digər yeniliklərə malik olacağı məlumdur. "Office 2021", həmçinin analoji funksiyalarla təchiz ediləcək. Lakin istifadəçi interfeysində ciddi dəyişikliklər gözləmək lazım deyil. İndi "Office LTSC" versiyası 7 il əvəzinə, 5 il dəstəklənəcək. "Office Professional Plus" və "Office Standard"ın qiyməti 10% artacaq. "Office 2021" versiyasının qiyməti əvvəlki kimi saxlanılacaq.
    0 Comments 0 Shares
  • Android 12 NƏ ZAMAN təqdim olunacaq?

    Google-un populyar mobil əməliyyat sistemi Android-in yeni versiyası üçün yeniləmə tarixi açıqlanıb.

    Milli.Az ted.az-a istinadən bildirir ki, bir yenilənmə fevralda başlayıb, aprel ayına kimi davam edəcək. Bu dövürdə hər dəfə yeni funksiyaların tətbiqi reallaşacaq.

    Fevral - aprel aylarında olacaq ilk yenilənmə API və istifadə dəyişiklikləri, əlavə xüsusiyyətlər, sabitlik və performans üçün nəzərdə tutulub.

    Android 12 Beta isə may ayında satışa təqdim ediləcək. Bu ilin avqust ayında da ayrıca beta versiyası əlavə ediləcək. May-Avqust aylarındakı yenilənmə ilə yeni Beta keyfiyyətlər, platforma stabilizasiyası, son API və Google Play təsdiqləri gözlənilir.

    Sentyabrda isə sonuncu versiya təqdim olunacaq.
    Android 12 NƏ ZAMAN təqdim olunacaq? Google-un populyar mobil əməliyyat sistemi Android-in yeni versiyası üçün yeniləmə tarixi açıqlanıb. Milli.Az ted.az-a istinadən bildirir ki, bir yenilənmə fevralda başlayıb, aprel ayına kimi davam edəcək. Bu dövürdə hər dəfə yeni funksiyaların tətbiqi reallaşacaq. Fevral - aprel aylarında olacaq ilk yenilənmə API və istifadə dəyişiklikləri, əlavə xüsusiyyətlər, sabitlik və performans üçün nəzərdə tutulub. Android 12 Beta isə may ayında satışa təqdim ediləcək. Bu ilin avqust ayında da ayrıca beta versiyası əlavə ediləcək. May-Avqust aylarındakı yenilənmə ilə yeni Beta keyfiyyətlər, platforma stabilizasiyası, son API və Google Play təsdiqləri gözlənilir. Sentyabrda isə sonuncu versiya təqdim olunacaq.
    0 Comments 0 Shares
  • "Twitter" Azərbaycana qarşı yaradılan 35 erməni hesabını bloklayıb

    "Twitter" sosial şəbəkəsi Rusiya, Ermənistan və İranla bağlı 373 hesabı platforma ilə manipulyasiya siyasətinin pozulmasına görə bloklayıb.

    Milli.Az Trend-ə istinadən bildirir ki, Rusiya ilə əlaqəli 100, İranla əlaqəli 238 hesab bağlanıb.

    Qeyd edilir ki, "Azərbaycanı hədəf etmək məqsədilə" yaradılan 35 erməni hesabı da sosial şəbəkənin siyasətini pozduğuna görə bloklanıb.
    "Twitter" Azərbaycana qarşı yaradılan 35 erməni hesabını bloklayıb "Twitter" sosial şəbəkəsi Rusiya, Ermənistan və İranla bağlı 373 hesabı platforma ilə manipulyasiya siyasətinin pozulmasına görə bloklayıb. Milli.Az Trend-ə istinadən bildirir ki, Rusiya ilə əlaqəli 100, İranla əlaqəli 238 hesab bağlanıb. Qeyd edilir ki, "Azərbaycanı hədəf etmək məqsədilə" yaradılan 35 erməni hesabı da sosial şəbəkənin siyasətini pozduğuna görə bloklanıb.
    0 Comments 0 Shares
  • YouTube 2021-ci ildə bu YENİLİKLƏRİ təqdim edəcək

    YouTube rəsmisi Neal Mohan bu il platformada istifadəyə veriləcək yeni xüsusiyyətləri açıqlayıb.

    Milli.Az ted.az-a istinadən bildirir ki, qısa video xüsusiyyəti dünya səviyyəsində gündəlik 3,5 milyarddan çox baxış əldə edə bilib.

    Bu formatın beta versiyası ABŞ üçün mart ayından istifadəyə veriləcək.

    YouTube video seqmentlərinin istifadəsini də genişləndirəcək. Çünki 2020-ci ildə platformada izləyiciləri bir kliklə izləmək istədikləri videonun müəyyən hissələrinə apararaq naviqasiyanı asanlaşdıran bölmələr təqdim edilib. YouTube tezliklə bu xüsusiyyəti daha aktual edəcək. Beləliklə, istifadəçi öz bölmələrini yaratmayıb yükləməsə də, əlaqəli videolara avtomatik bölmələr əlavə etmək mümkün olacaq.

    YouTube TV yaxın gələcəkdə abunəçilərin proqramları 4K formatında izləməsinə və ya oflayn izləmək üçün DRV-ə yükləməsinə imkan verən əlavə seçim də təklif edəcək.

    YouTube Kids valideynlərə ana platformadan uşaqlarının baxış seçimlərinə xüsusi video və kanallar əlavə etmək imkanı verən seçim də təqdim edəcək.

    YouTube, həmçinin 2020-ci ildə alqışlama xüsusiyyətini test olaraq işə saldıqdan sonra bu il daha geniş istifadəsinə şərait yaradacaq.
    YouTube 2021-ci ildə bu YENİLİKLƏRİ təqdim edəcək YouTube rəsmisi Neal Mohan bu il platformada istifadəyə veriləcək yeni xüsusiyyətləri açıqlayıb. Milli.Az ted.az-a istinadən bildirir ki, qısa video xüsusiyyəti dünya səviyyəsində gündəlik 3,5 milyarddan çox baxış əldə edə bilib. Bu formatın beta versiyası ABŞ üçün mart ayından istifadəyə veriləcək. YouTube video seqmentlərinin istifadəsini də genişləndirəcək. Çünki 2020-ci ildə platformada izləyiciləri bir kliklə izləmək istədikləri videonun müəyyən hissələrinə apararaq naviqasiyanı asanlaşdıran bölmələr təqdim edilib. YouTube tezliklə bu xüsusiyyəti daha aktual edəcək. Beləliklə, istifadəçi öz bölmələrini yaratmayıb yükləməsə də, əlaqəli videolara avtomatik bölmələr əlavə etmək mümkün olacaq. YouTube TV yaxın gələcəkdə abunəçilərin proqramları 4K formatında izləməsinə və ya oflayn izləmək üçün DRV-ə yükləməsinə imkan verən əlavə seçim də təklif edəcək. YouTube Kids valideynlərə ana platformadan uşaqlarının baxış seçimlərinə xüsusi video və kanallar əlavə etmək imkanı verən seçim də təqdim edəcək. YouTube, həmçinin 2020-ci ildə alqışlama xüsusiyyətini test olaraq işə saldıqdan sonra bu il daha geniş istifadəsinə şərait yaradacaq.
    0 Comments 0 Shares
  • Ən populyar əməliyyat sistemləri məlum olub

    "IDC" agentliyinin hesabatına əsasən, "Windows" platforması kompüterlər üçün əməliyyat sistemləri bazarında öz liderliyini qoruyub saxlayıb.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ildə "Microsoft" şirkətinə məxsus əməliyyat sisteminin bazar payı 85,4-dən 80,5%-dək azalıb. "Apple" şirkətinə məxsus "macOS" sisteminin bazar payının 6,7-dən 7,5%-dək artmasına baxmayaraq, reytinqdə ikinci yeri itirib. Bazar payı il ərzində 6,4-dən 10,8%-dək artmış "Google"un "Chrome OS" sistemi ikinci yeri tutub. Digər əməliyyat sistemlərinin birgə bazar payı 1,2%-dir.

    Mütəxəssislər "Chrome OS" əməliyyat sisteminin populyarlığını əhalinin aktiv hissəsinin (tələbələr və məktəblilər) distant işləməsi və ya təhsil alması ilə izah ediblər. Buna görə ucuz "Chromebook" noutbuklarına quraşdırılmış "Chrome OS" sisteminə tələbat artıb.

    "Microsoft" şirkəti, həmçinin ucuz noutbuk istifadəçiləri üçün nəzərdə tutulmuş "Windows 10X" platforması üzərində işləyir. Bu əməliyyat sisteminin 2021-ci ilin ortasında təqdim ediləcəyi gözlənilir.
    Ən populyar əməliyyat sistemləri məlum olub "IDC" agentliyinin hesabatına əsasən, "Windows" platforması kompüterlər üçün əməliyyat sistemləri bazarında öz liderliyini qoruyub saxlayıb. Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ildə "Microsoft" şirkətinə məxsus əməliyyat sisteminin bazar payı 85,4-dən 80,5%-dək azalıb. "Apple" şirkətinə məxsus "macOS" sisteminin bazar payının 6,7-dən 7,5%-dək artmasına baxmayaraq, reytinqdə ikinci yeri itirib. Bazar payı il ərzində 6,4-dən 10,8%-dək artmış "Google"un "Chrome OS" sistemi ikinci yeri tutub. Digər əməliyyat sistemlərinin birgə bazar payı 1,2%-dir. Mütəxəssislər "Chrome OS" əməliyyat sisteminin populyarlığını əhalinin aktiv hissəsinin (tələbələr və məktəblilər) distant işləməsi və ya təhsil alması ilə izah ediblər. Buna görə ucuz "Chromebook" noutbuklarına quraşdırılmış "Chrome OS" sisteminə tələbat artıb. "Microsoft" şirkəti, həmçinin ucuz noutbuk istifadəçiləri üçün nəzərdə tutulmuş "Windows 10X" platforması üzərində işləyir. Bu əməliyyat sisteminin 2021-ci ilin ortasında təqdim ediləcəyi gözlənilir.
    0 Comments 0 Shares
  • Şaxtalı havada beyin niyə zəifləyir? - Maraqlı AÇIQLAMA

    Soyuq qış ayları gəldi. Soyuq havanın beynimizə necə təsir etdiyi, elm insanları arasında da müzakirə mövzusudur.

    Uzun müddət "Qış gəlmədi" deyə danışdıqdan sonra soyuqlar bir anda gəlməyə başladı. İqlimdəki dəyişmə, bizlərin də davranışlarına təsir edir. İnsanların, soyuq havanın bizə necə təsir etdiyinə dair fərqli fikirləri var. Belə görünür ki, insanlar kimi elm insanları da bu mövzuda fikir birliyinə çata bilmir.

    Qışda, soyuğu biz hiss edir olsaq da beynimiz üçün bu istilik dəyişməsinin heç bir mənası yoxdur, çünki soyuğu əsla birbaşa hiss etmir. Milli.Az bildirir ki, bu mövzuyla əlaqədar olaraq nevroloq Klifford Segil belə danışıb:

    "Gerçək beyniniz öz istilətmə sistemi olan təcrid bir kassanın içərisində dayanır, xizək mərkəzlərindəki yerdən istilətməli otaqlar kimi".

    Həkim, sinir sistemimizin mərkəzi olan beynimizin qorumalı olduğunu söyləyir. Bundan əlavə, beynimizi soyuqdan qoruyan, beyin mayesi kimi başqa strukturlar da var. Həddindən artıq soyuqlardan qulaqlarımızda və burnumuzda soyuq yanığı olsa belə beynimizin istiliyi düşmür.

    Beynimizin istiliyinin düşməməsi, soyuqdan təsirlənmədiyi mənasına gəlir? Bu mövzuda elm insanları arasında fərqli baxışlar mövcuddur. Bəzi araşdırmaçılar, hava vəziyyətinin beynimizin işiylə təsiri olmadığını düşünür. Bəziləri isə bu fikirə qarşı çıxır.

    2016-cı ildə Proceedings of the National Academy of Sciences jurnalında nümayiş olunan bir məqalədə, 28 adamla kiçik bir araşdırma aparılıb və beyin fəaliyyətlərinin mövsümi olaraq dəyişdiyi aşkar edilmişdir. Bu araşdırmaya görə daha soyuq havalarda beynimiz diqqət tələb edən mövzularda zəifləyərkən, hərəkət ehtiva edən mövzularda daha yaxşı hala gəlir.

    Beynimizin necə işlədiyi mövsümi olaraq dəyişiklik göstərmiş ola bilər, ancaq bu iş, düşünmə formamızda hər hansı istiqamətdə bir dəyişiklik olduğu mənasını vermir.

    2014-cü ildə aparılan bir araşdırma, insanların ən yaxşı qabiliyyətini otaq istiliyində göstərdiyini müəyyən etdi.

    Elm, soyuğun insanlara necə təsir etdiyi üzərində hələ bir fikir birliyi meydana gətirə bilməyib. . Bəzi insanlar soyuqda daha yaxşı işləyərkən, bəziləri istini seçir. Beynimiz öz xüsusi saunasında qışı keçirərkən nələr yaşandığı isə bilinmir. /medicina.az
    Şaxtalı havada beyin niyə zəifləyir? - Maraqlı AÇIQLAMA Soyuq qış ayları gəldi. Soyuq havanın beynimizə necə təsir etdiyi, elm insanları arasında da müzakirə mövzusudur. Uzun müddət "Qış gəlmədi" deyə danışdıqdan sonra soyuqlar bir anda gəlməyə başladı. İqlimdəki dəyişmə, bizlərin də davranışlarına təsir edir. İnsanların, soyuq havanın bizə necə təsir etdiyinə dair fərqli fikirləri var. Belə görünür ki, insanlar kimi elm insanları da bu mövzuda fikir birliyinə çata bilmir. Qışda, soyuğu biz hiss edir olsaq da beynimiz üçün bu istilik dəyişməsinin heç bir mənası yoxdur, çünki soyuğu əsla birbaşa hiss etmir. Milli.Az bildirir ki, bu mövzuyla əlaqədar olaraq nevroloq Klifford Segil belə danışıb: "Gerçək beyniniz öz istilətmə sistemi olan təcrid bir kassanın içərisində dayanır, xizək mərkəzlərindəki yerdən istilətməli otaqlar kimi". Həkim, sinir sistemimizin mərkəzi olan beynimizin qorumalı olduğunu söyləyir. Bundan əlavə, beynimizi soyuqdan qoruyan, beyin mayesi kimi başqa strukturlar da var. Həddindən artıq soyuqlardan qulaqlarımızda və burnumuzda soyuq yanığı olsa belə beynimizin istiliyi düşmür. Beynimizin istiliyinin düşməməsi, soyuqdan təsirlənmədiyi mənasına gəlir? Bu mövzuda elm insanları arasında fərqli baxışlar mövcuddur. Bəzi araşdırmaçılar, hava vəziyyətinin beynimizin işiylə təsiri olmadığını düşünür. Bəziləri isə bu fikirə qarşı çıxır. 2016-cı ildə Proceedings of the National Academy of Sciences jurnalında nümayiş olunan bir məqalədə, 28 adamla kiçik bir araşdırma aparılıb və beyin fəaliyyətlərinin mövsümi olaraq dəyişdiyi aşkar edilmişdir. Bu araşdırmaya görə daha soyuq havalarda beynimiz diqqət tələb edən mövzularda zəifləyərkən, hərəkət ehtiva edən mövzularda daha yaxşı hala gəlir. Beynimizin necə işlədiyi mövsümi olaraq dəyişiklik göstərmiş ola bilər, ancaq bu iş, düşünmə formamızda hər hansı istiqamətdə bir dəyişiklik olduğu mənasını vermir. 2014-cü ildə aparılan bir araşdırma, insanların ən yaxşı qabiliyyətini otaq istiliyində göstərdiyini müəyyən etdi. Elm, soyuğun insanlara necə təsir etdiyi üzərində hələ bir fikir birliyi meydana gətirə bilməyib. . Bəzi insanlar soyuqda daha yaxşı işləyərkən, bəziləri istini seçir. Beynimiz öz xüsusi saunasında qışı keçirərkən nələr yaşandığı isə bilinmir. /medicina.az
    0 Comments 0 Shares
  • Soyuq havada spirtli içkilərin qəbulu ziyandır - SƏBƏB

    "Soyuq havada insanlar qəbul etdikləri qidalara normal hava şəraiti ilə müqayisədə xüsusi diqqət yetirməlidir. Bol zülallı qidalara, meyvəyə üstünlük vermək olduqca əhəmiyyətlidir".

    Milli.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında terapevt Rasif Bağırov deyib. Həkim qeyd edib ki, sözügedən qidalar bədənin enerji potensialını çoxaldır:

    "Nəticədə xəstəliklərə qarşı müqavimət qabiliyyəti artır. Təbii ki, xəstələnmənin qarşısını tək qidalarla almaq olmaz. Soyuqdan qorunmaq da əsas şərtlərdən biridir, belə havalarda isti geyinmək önəmlidir".

    İçkilərə gəldikdə isə həmsöhbətimiz soyuq havada spirtli içki qəbul edilməsinin tərəfdarı olmadığını vurğulayıb:

    "Bəzi şəxslər soyuq havada spirtli içki qəbul edirlər, amma tibbdə qayda belədir ki, soyuq havada spirtli içkilərin qəbulu xəstələrə yaxşı təsir göstərmir. Çünki spirtli içkilərin qəbulu temperaturun tənzimlənməsini kəskin şəkildə pozur, nəticədə insan bədənində damarların genişlənməsi baş verir. Şaxtalı havada spirtli içkilərdən istifadə xəstənin daha tez donmasına gətirib çıxarır.

    Rasif Bağırov soyuq havanın virusu öldürmədiyini də diqqətə çatdırıb:

    "Sadəcə virusun fəaliyyətini müəyyən qədər dayandıra bilir. Amma hava şəraiti düzələn kimi o, yenidən aktivləşir. Virus insanın ağız boşluğunda, tənəfüs yolunda, mədə-bağırsaq sistemində oturur, bədənin müqavimət qabiliyyəti azca aşağı düşən kimi virus olduğu yerdə inkişaf edir. Məsələn, adicə vərəm çöplərini yuxarı tənəffüs yollarında axtardıqda həmişə tapmaq olar. Amma zəif formada olurlar, iş qabiliyyətləri olmur. Sadəcə əlverişli mühitə düşəndə vərəm prosesi inkişaf etməyə başlayır".
    Soyuq havada spirtli içkilərin qəbulu ziyandır - SƏBƏB "Soyuq havada insanlar qəbul etdikləri qidalara normal hava şəraiti ilə müqayisədə xüsusi diqqət yetirməlidir. Bol zülallı qidalara, meyvəyə üstünlük vermək olduqca əhəmiyyətlidir". Milli.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında terapevt Rasif Bağırov deyib. Həkim qeyd edib ki, sözügedən qidalar bədənin enerji potensialını çoxaldır: "Nəticədə xəstəliklərə qarşı müqavimət qabiliyyəti artır. Təbii ki, xəstələnmənin qarşısını tək qidalarla almaq olmaz. Soyuqdan qorunmaq da əsas şərtlərdən biridir, belə havalarda isti geyinmək önəmlidir". İçkilərə gəldikdə isə həmsöhbətimiz soyuq havada spirtli içki qəbul edilməsinin tərəfdarı olmadığını vurğulayıb: "Bəzi şəxslər soyuq havada spirtli içki qəbul edirlər, amma tibbdə qayda belədir ki, soyuq havada spirtli içkilərin qəbulu xəstələrə yaxşı təsir göstərmir. Çünki spirtli içkilərin qəbulu temperaturun tənzimlənməsini kəskin şəkildə pozur, nəticədə insan bədənində damarların genişlənməsi baş verir. Şaxtalı havada spirtli içkilərdən istifadə xəstənin daha tez donmasına gətirib çıxarır. Rasif Bağırov soyuq havanın virusu öldürmədiyini də diqqətə çatdırıb: "Sadəcə virusun fəaliyyətini müəyyən qədər dayandıra bilir. Amma hava şəraiti düzələn kimi o, yenidən aktivləşir. Virus insanın ağız boşluğunda, tənəfüs yolunda, mədə-bağırsaq sistemində oturur, bədənin müqavimət qabiliyyəti azca aşağı düşən kimi virus olduğu yerdə inkişaf edir. Məsələn, adicə vərəm çöplərini yuxarı tənəffüs yollarında axtardıqda həmişə tapmaq olar. Amma zəif formada olurlar, iş qabiliyyətləri olmur. Sadəcə əlverişli mühitə düşəndə vərəm prosesi inkişaf etməyə başlayır".
    0 Comments 0 Shares
  • Soyuq qışda xəstələnməmək üçün 7 FƏRQLİ MƏSLƏHƏT

    Soyuq, qarlı havada bədən və beyin tamam fərqli iş mexanizminə keçir. Əzələlər gərginləşir, qan damarları sıxılır, orqanlar istiliyi daxildə saxlamaq istəyir. Beyində bədbin fikirlər artır, insan depressiyaya düşür. Üstəlik soyuqdan xəstəliklər.

    Milli.Az-ın verəcəyi 7 tövsiyəyə əməl edərək soyuq fəslə tab gətirə bilərsiniz:

    Yaxşıca yatın

    Yuxu rejimi və keyfiyyətli yuxu gün boyu daha enerjili olmaq üçün çox əhəmiyyətlidir. Axşam tez yuxuya gedə bilmirsinizsə, o zaman bunun səbəblərini axtarın. Məsələn: çox gec saatda qəhvə içmək sizin yuxuya getməyinizə mane ola bilər. Gec saatda yemək yemək də rahat yatmağa mane olan amillərdəndir.

    Qamətinizə diqqət edin!

    Gündəlik iş rejimi və qaçaqaç insanın qamətinə təsir edir. Araşdırmalara görə, insanın qamətinin gözəl olması, onu sağlamlığından əlavə, psixoloji vəziyyəti üçün də son dərəcə faydalıdır. Hər zaman başınızı və çiyinlərinizi dik tutun. Beləliklə də daha pozitiv və xoşbəxt bir qış keçirə bilərsiniz.

    Telefona fasilə verin

    Müasir zamanda bir çoxları hər anın fotosunu çəkərək sosial şəbəkədə paylaşmaq istəyir. Bunu edərkən təəssüf ki, yoldaşları və ya ailə üzvləri ilə keçirdiyi vaxtdan ləzzət ala bilmir. Xoşbəxt anların dadını çıxarmaq üçün telefonu bir kənara qoyun. Bir müddət telefondan uzaq olmaqla heç nə itirməzsiniz.

    Sizi bədbəxt edən münasibətləri bitirin

    Münasibətinizdəki bədbinlik özünüzə inama zərər verir. Sizi bədbəxt edən şəxslərə görə daha narahat və qeyri-müəyyən əhval-ruhiyyəyə köklənirsiniz. Sizə və fikirlərinizə dəyər verən və sizi xoşbəxt edən insanlarla birlikdə olmağa çalışın.

    Hərəkət edin və sağlam qidalanın

    Araşdırmalara görə, həftədə, ən az 3 dəfə idman etmək depressiyaya düşmək riskini azaldır. Gündəlik həyatınızdakı hərəkətliliyinizi artırın və daha aktiv olun. Sağlam və xoşbəxtlik hormonlarını artıran qidalardan istifadə edin. Bol-bol su için. Bütün bu sadalananları edərək sağlam və rahat bir qış keçirə bilərsiniz.

    Özünüzə vaxt ayırın

    Bütün gün dostlarınızla, ailənizlə vaxt keçirdiyinizdən özünüz yaddan çıxa bilərsiziniz. Bir müddət tək qalın və nə etmək istədiyinizi düşünün.

    Edəcəyiniz işləri qabaqcadan planlaşdırın

    Özünüz üçün həyata keçirməli olduğunuz işlərin siyahısını hazırlayın. Planlı olmaq sizin motivasiyanızı artıracaq. Bu isə problemlərin içərisində çaş-baş qalmağınıza və ruhdan düşməyinizə imkan verməyəcək. Beləliklə də qışdan daha rahat və xoşbəxt halda çıxa biləcəksiniz. /medicina.az
    Soyuq qışda xəstələnməmək üçün 7 FƏRQLİ MƏSLƏHƏT Soyuq, qarlı havada bədən və beyin tamam fərqli iş mexanizminə keçir. Əzələlər gərginləşir, qan damarları sıxılır, orqanlar istiliyi daxildə saxlamaq istəyir. Beyində bədbin fikirlər artır, insan depressiyaya düşür. Üstəlik soyuqdan xəstəliklər. Milli.Az-ın verəcəyi 7 tövsiyəyə əməl edərək soyuq fəslə tab gətirə bilərsiniz: Yaxşıca yatın Yuxu rejimi və keyfiyyətli yuxu gün boyu daha enerjili olmaq üçün çox əhəmiyyətlidir. Axşam tez yuxuya gedə bilmirsinizsə, o zaman bunun səbəblərini axtarın. Məsələn: çox gec saatda qəhvə içmək sizin yuxuya getməyinizə mane ola bilər. Gec saatda yemək yemək də rahat yatmağa mane olan amillərdəndir. Qamətinizə diqqət edin! Gündəlik iş rejimi və qaçaqaç insanın qamətinə təsir edir. Araşdırmalara görə, insanın qamətinin gözəl olması, onu sağlamlığından əlavə, psixoloji vəziyyəti üçün də son dərəcə faydalıdır. Hər zaman başınızı və çiyinlərinizi dik tutun. Beləliklə də daha pozitiv və xoşbəxt bir qış keçirə bilərsiniz. Telefona fasilə verin Müasir zamanda bir çoxları hər anın fotosunu çəkərək sosial şəbəkədə paylaşmaq istəyir. Bunu edərkən təəssüf ki, yoldaşları və ya ailə üzvləri ilə keçirdiyi vaxtdan ləzzət ala bilmir. Xoşbəxt anların dadını çıxarmaq üçün telefonu bir kənara qoyun. Bir müddət telefondan uzaq olmaqla heç nə itirməzsiniz. Sizi bədbəxt edən münasibətləri bitirin Münasibətinizdəki bədbinlik özünüzə inama zərər verir. Sizi bədbəxt edən şəxslərə görə daha narahat və qeyri-müəyyən əhval-ruhiyyəyə köklənirsiniz. Sizə və fikirlərinizə dəyər verən və sizi xoşbəxt edən insanlarla birlikdə olmağa çalışın. Hərəkət edin və sağlam qidalanın Araşdırmalara görə, həftədə, ən az 3 dəfə idman etmək depressiyaya düşmək riskini azaldır. Gündəlik həyatınızdakı hərəkətliliyinizi artırın və daha aktiv olun. Sağlam və xoşbəxtlik hormonlarını artıran qidalardan istifadə edin. Bol-bol su için. Bütün bu sadalananları edərək sağlam və rahat bir qış keçirə bilərsiniz. Özünüzə vaxt ayırın Bütün gün dostlarınızla, ailənizlə vaxt keçirdiyinizdən özünüz yaddan çıxa bilərsiziniz. Bir müddət tək qalın və nə etmək istədiyinizi düşünün. Edəcəyiniz işləri qabaqcadan planlaşdırın Özünüz üçün həyata keçirməli olduğunuz işlərin siyahısını hazırlayın. Planlı olmaq sizin motivasiyanızı artıracaq. Bu isə problemlərin içərisində çaş-baş qalmağınıza və ruhdan düşməyinizə imkan verməyəcək. Beləliklə də qışdan daha rahat və xoşbəxt halda çıxa biləcəksiniz. /medicina.az
    0 Comments 0 Shares
  • Soyuq havanın dərimizə təsiri - Qar üzü gözəlləşdirir

    Soyuq havanın bizim cildimizə təsiri dedikdə, ağlımıza ilk olaraq pis tərəfləri gəlir. Bu bir həqiqətdir.

    Dərimizi qurudur, qurudan dərimizi çatladır deyə soyuq havaları sevmirik. Ancaq heç bir mövsüm qış qədər dərimizi canlandırmır. Dərinizi yaxşı nəmləndirdiyiniz müddətdə soyuq havanın zərərdən çox faydası var. Maddələr mübadiləsini sürətləndirər. Yəni, ümumiyyətlə soyuq hava gözəlləşdirər.

    Milli.Az soyuq havanın cildinizə olan xeyiri haqqında bəzi bilgiləri diqqətinizi çatdırır.

    Məsamələri sıxlaşdırar

    Soyuq hava insan dərisinə yaxşı təsir edir, üzdəki məsamələri sıxlaşdırır, qabarıqlığı azaldır. Ona görə də mütəxəssislər "Üzünüzü isti deyil, soyuq su ilə yuyun" deyə xəbərdarlıq edirlər. Unutmayın, soyuqda qalan hər şey büzüşər, istidə qalan hər şey yumşalar. Məsamələrimiz də belədir. Rus mütəxəssislərinə görə soyuq havanın "estetik" faydası da var.

    Serotonini artırır

    Qışda, soyuq havada alınan təmiz oksigen yaya nisbətən 30 faiz daha çoxdur. Qana daha çox oksigen gedəndə insanın zehni fəaliyyəti də artır. Alimlər qeyd edir ki, normal olaraq soyuq havaya çıxmaq "xoşbəxtlik sindromu" adlandırılan serotonin hormonunun ifrazını artırır. Xoşbəxtlik insanı gülmüsədər. Gülümsəmə isə ən gözəl makiyajdır.

    Qan damarları işləyir

    Bir çoxumuz soyuq havanın dərini qurutduğunu və büzüşdürdüyünü düşünürük. Lakin, 2010-cu ildə Harvardda aparılan bir araşdırmaya görə soyuq havalar damar sisteminin fəaliyyəti üçün çox yararlıdır. Çünki qan damarları işləyərək dəriyə qarşı həssas olmasını təmin edir. Əgər qış aylarında quru bir dəriyə sahibsinizsə üzünüzü hind qozu yağı ilə yuya bilərsiniz.

    Maddələr mübadiləsini sürətləndirir

    Düşünülənin tam əksinə müəyyən miqdarda soyuq havaya məruz qalmaq maddələr mübadiləsini sürətləndirərək kilo verməyə, arıqlamağa kömək olur. Bədən istiliyinin düşməsi piylənməyə səbəb olan ağ yağ toxuması hüceyrələrinin qəhvəyi rəngli yağ toxuması hüceyrələrinə çevrilməsini təmin edir.

    Lazer epilyasiyasının əsl zamanıdır

    Lazer epilyasiyasının payız, qış və ya yaz mövsümündə tətbiq olunması lazımdır. Çünki bu mövsümlərdə günəşin zərərli şüalarından qorunmaq mümkün olur.

    Döymə üçün uyğun mövsüm

    Əgər ömür boyu qalacaq döymənizin 10 günlük baxım müddətində çətinlik çəkəcəyinizi düşünürsünüzsə payız və qış ayları döymə etdirmək üçün ən doğru mövsümdür. Avropa və Amerikada döymə etdirmək üçün daha çox qış və payız ayları seçilir. Döyməyə qulluq edərkən buz tətbiqi də döymə boyasının dəri altında daha yaxşı yapışmasını təmin edər. Toxuma möhkəmləşərək içəridəki boyanı həbs edər və yayılmasına da mane olar.

    Qış tərəvəzləri arıqladır

    Qara kələm, ağ kələm, çuğundur, brokoli, kərəviz, ispanaq və pırasa kimi qış aylarında yetişən kök bitkilərinin kilo itkisində əhəmiyyətli rolu var. Bunun səbəbi kök bitkilərinin digər qidalarla nisbətdə ortalama iki dəfə daha çox liflə zəngin olmasıdır. Kök bitkiləri bəsləyici və bol miqdarda həll edilən liflə zəngin olduğundan həzm sistemini işlədib təmizləyir. Qandakı şəkər səviyyəsini tarazlayaraq toxluq hissi yaradır. /medicina.az
    Soyuq havanın dərimizə təsiri - Qar üzü gözəlləşdirir Soyuq havanın bizim cildimizə təsiri dedikdə, ağlımıza ilk olaraq pis tərəfləri gəlir. Bu bir həqiqətdir. Dərimizi qurudur, qurudan dərimizi çatladır deyə soyuq havaları sevmirik. Ancaq heç bir mövsüm qış qədər dərimizi canlandırmır. Dərinizi yaxşı nəmləndirdiyiniz müddətdə soyuq havanın zərərdən çox faydası var. Maddələr mübadiləsini sürətləndirər. Yəni, ümumiyyətlə soyuq hava gözəlləşdirər. Milli.Az soyuq havanın cildinizə olan xeyiri haqqında bəzi bilgiləri diqqətinizi çatdırır. Məsamələri sıxlaşdırar Soyuq hava insan dərisinə yaxşı təsir edir, üzdəki məsamələri sıxlaşdırır, qabarıqlığı azaldır. Ona görə də mütəxəssislər "Üzünüzü isti deyil, soyuq su ilə yuyun" deyə xəbərdarlıq edirlər. Unutmayın, soyuqda qalan hər şey büzüşər, istidə qalan hər şey yumşalar. Məsamələrimiz də belədir. Rus mütəxəssislərinə görə soyuq havanın "estetik" faydası da var. Serotonini artırır Qışda, soyuq havada alınan təmiz oksigen yaya nisbətən 30 faiz daha çoxdur. Qana daha çox oksigen gedəndə insanın zehni fəaliyyəti də artır. Alimlər qeyd edir ki, normal olaraq soyuq havaya çıxmaq "xoşbəxtlik sindromu" adlandırılan serotonin hormonunun ifrazını artırır. Xoşbəxtlik insanı gülmüsədər. Gülümsəmə isə ən gözəl makiyajdır. Qan damarları işləyir Bir çoxumuz soyuq havanın dərini qurutduğunu və büzüşdürdüyünü düşünürük. Lakin, 2010-cu ildə Harvardda aparılan bir araşdırmaya görə soyuq havalar damar sisteminin fəaliyyəti üçün çox yararlıdır. Çünki qan damarları işləyərək dəriyə qarşı həssas olmasını təmin edir. Əgər qış aylarında quru bir dəriyə sahibsinizsə üzünüzü hind qozu yağı ilə yuya bilərsiniz. Maddələr mübadiləsini sürətləndirir Düşünülənin tam əksinə müəyyən miqdarda soyuq havaya məruz qalmaq maddələr mübadiləsini sürətləndirərək kilo verməyə, arıqlamağa kömək olur. Bədən istiliyinin düşməsi piylənməyə səbəb olan ağ yağ toxuması hüceyrələrinin qəhvəyi rəngli yağ toxuması hüceyrələrinə çevrilməsini təmin edir. Lazer epilyasiyasının əsl zamanıdır Lazer epilyasiyasının payız, qış və ya yaz mövsümündə tətbiq olunması lazımdır. Çünki bu mövsümlərdə günəşin zərərli şüalarından qorunmaq mümkün olur. Döymə üçün uyğun mövsüm Əgər ömür boyu qalacaq döymənizin 10 günlük baxım müddətində çətinlik çəkəcəyinizi düşünürsünüzsə payız və qış ayları döymə etdirmək üçün ən doğru mövsümdür. Avropa və Amerikada döymə etdirmək üçün daha çox qış və payız ayları seçilir. Döyməyə qulluq edərkən buz tətbiqi də döymə boyasının dəri altında daha yaxşı yapışmasını təmin edər. Toxuma möhkəmləşərək içəridəki boyanı həbs edər və yayılmasına da mane olar. Qış tərəvəzləri arıqladır Qara kələm, ağ kələm, çuğundur, brokoli, kərəviz, ispanaq və pırasa kimi qış aylarında yetişən kök bitkilərinin kilo itkisində əhəmiyyətli rolu var. Bunun səbəbi kök bitkilərinin digər qidalarla nisbətdə ortalama iki dəfə daha çox liflə zəngin olmasıdır. Kök bitkiləri bəsləyici və bol miqdarda həll edilən liflə zəngin olduğundan həzm sistemini işlədib təmizləyir. Qandakı şəkər səviyyəsini tarazlayaraq toxluq hissi yaradır. /medicina.az
    1
    0 Comments 0 Shares
  • Suyun orqanizm üçün faydaları

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssislərinin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə suyun insan orqanizminə faydası haqqındadır.

    Milli.Az Trend-ə istinadən bildirir ki, su insan orqanizmində əhəmiyyətli rol oynayır. Belə ki, su metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak edir. Həmçinin su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Su onurğa beynin fəaliyyəti üçün vacibdir. Bol su içmək oynaq ağrılarının qarşısını alır. Su həm həzm prosesini sürətləndirmək, həm də qidanın udulması, nəqli və istifadəsini, toksinlərin və tullantıların bədəndən çıxarılmasını təmin etmək baxımından əvəzedilməz rola malikdir. Araşdırmalara görə, günlük su qəbulu qəbizliyin qarşısını almaq üçün də vacibdir.

    Su beynimizin normal funksiyasının təmin olunmasında da mühüm rol oynayır. Belə ki, beyin kütləsinin təxminən 75 %-i sudan ibarətdir. Beyin idrak fəaliyyətinin, eləcə də əhval-ruhiyyənin tənzimlənməsi üçün su vacibdir. Qeyd edək ki, uzun müddət susuz qaldıqda unutqanlıq, diqqət əksikliyi kimi hallar özünü göstərməyə başlayır. Su itkisinin bərpası ilə yaddaşa mənfi təsirin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar da mövcuddur.

    Yetkin orqanizmdə su miqdarı bədən çəkisinin 50-60 %-ni, körpələrdə isə 75 %-ni təşkil edir. Alimlərin qənaətinə görə, yaş artdıqca bədəndə ümumi su miqdarı tədricən azalır. Bu miqdar kişilərlə müqayisədə qadınlarda bir qədər aşağı olub, bədənin təxminən 55 %-ni təşkil edir. Bunun başlıca səbəbi qadınlarda kişilərə nisbətən daha çox yağ toxumasının mövcud olmasıdır.

    Nəzərə alınmalıdır ki, böyüklərlə nisbətdə uşaqların orqanizmində su itkisi daha çox baş verir. Bu, uşaq orqanizminin daha çox maye tələb etməsi ilə əsaslandırılır. Hamiləlik zamanı fetus ehtiyaclarının ödənilməsini təmin etmək, dünyaya gələcək körpənin orqanlarının normal inkişafı üçün suya tələbat artır. Buna görə də hamilə qadınlar kifayət qədər su istehlak etməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) normal halda 60 kq çəkiyə malik yetişkinlər üçün gündə 2 l, 10 kq çəkiyə malik uşaqlar üçün isə 1 l su istehlakını tövsiyə edir. ABŞ Tibb İnstitutunun əməkdaşları isə məsləhət görürlər ki, hamilə və laktasiya dövründə olan qadınlar əlavə 0.3 l/gün və 1.1 l/gün su istehlak etməlidirlər.

    Düzgün miqdarda suyun qəbulu hər yaş qrupu üçün həyati əhəmiyyət daşıyır. Yetərli elektrolit balansı orqanizmin optimal işləməsini təmin etmək üçün vacibdir. Əks təqdirdə əzələ zəifliyi, yorğunluq kimi problemlər baş qaldıra bilər. Bədəndəki ümumi suyun çatışmazlığı, yəni dehidrasiya insanın fiziki fəaliyyətlə məşğul olma qabiliyyətini poza, sidik sistemi və ürək-damar sistemi xəstəliklərinin artmasına səbəb ola bilər. Hədsiz su itkisi başağrısı, başgicəllənmə və ya həzm problemlərinə yol açır. ABŞ Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri bədən çəkisinin 3-5 %-i qədər su itkisini mülayim dehidrasiya, bədən çəkisinin 6-10 %-i qədər su itkisi olduqda orta dərəcədə dehidrasiya və 9-15 %-li su itkisini isə kəskin dehidrasiya hesab edirlər. Mülayim dehidrasiya əhval-ruhiyyəyə, yaddaşa və ya beyinin normal fəaliyyətinə təsir göstərə bilər. Bu simptomları aradan qaldırmaq üçün yenidən müəyyən qədər su qəbulu kifayətdir. Bəzi araşdırmalara görə, qəhvə kimi diuretik içkilər də mülayim dehidrasiyaya yol aça bilir. Ancaq kəskin dehidrasiya böyrək çatışmazlığı, ürək problemləri, hətta ölümlə də nəticələnə bilər. Yüksək temperatur, yüksək və ya son dərəcə aşağı nisbi rütubət, gərgin fiziki güc də kəskin dehidrasiyaya səbəb olur. Kəskin dehidrasiya zamanı tünd rəngli sidik, quru dəri, sürətli ürək döyüntüsü və ya sürətli nəfəsalma, şok və huşsuzluq kimi əlamətlər müşahidə olunur.

    Bədənin maye itkisini bərpa etmək üçün bu nisbəti qoruyacaq miqdarda su istehlak etmək vacibdir. Qeyd edək ki, (təxminən 80 %) içki və su orqanizmin mayeyə olan ehtiyacını daha çox ödəyir. Bununla yanaşı, orqanizmin mayeyə olan tələbatını su ehtiva edən qidalar vasitəsilə də ödəmək mümkündür. Araşdırmalara görə, ümumi su qəbulunun 50 %-ə qədərinin qidadan, xüsusilə də su ilə zəngin meyvələrdən qaynaqlandığı məlum olub.

    Orqanizmin tələbatından artıq maye qəbul etmək bəzən təhlükəli hallar yarada bilər. Bu böyrək və ürək çatışmazlığı ilə nəticələnən hiponatremiyaya yol aça bilər. Qeyd edək ki, hiponatremiya qəbul edilən suyun miqdarı böyrəyin su xaric etmə qabiliyyətini aşdığı zaman yaranır. Bu zaman natrium konsentrasiyasında baş verən azalma nəticəsində antidiuretik hormon (ADH) sekresiyasına maneə törədilir ki, nəticədə böyrəkdən atılan suyun miqdarı artır. Böyrəklər vasitəsilə gündə təxminən 20-28 l su süzülə bilər. Mütəxəssislərin fikrincə, normal böyrək funksiyası olan bir insanın içə biləcəyi maksimum su miqdarı 800-1000 ml/saat təşkil edir.

    İstehlak edilən suyun tərkibində Ca, Na, K, Cl, Mg, Fe, Zn, Cu, Cr, I, Co, Mo və Se kimi elementlərin olması orqanizm üçün vacibdir. Ümumilikdə, içməli su ilə daha çox qəbul edilən mikroelementlər kalsium və maqneziumdur. Tələb olunan gündəlik su qəbulu ilə bədən bu elementlərin 20 %-nə qədərini təmin edə bilər. Digər elementlərə gəldikdə isə içməli su ilə 5 %-dən azı təmin edilə bilər. Qeyd edək ki, təbiətdən birbaşa götürülmüş sularda bəzən qurğuşun, mis və bu metalların birləşmələr olduğuna görə onlar istehlak edilməzdən əvvəl tədqiq edilməli və təmizlənməlidir.

    Suyun pH göstəricisi keyfiyyəti müəyyən edə bilmək üçün mühüm ölçü vahididir. Suyun yararlılığından əmin olmaq üçün təmizlənmə və dezinfeksiyanın bütün mərhələlərində bu ölçü vahidinə diqqət yetirilməlidir. Qeyd edək ki, xlor ilə effektiv dezinfeksiya üçün pH 8-dən az olmalıdır. Suyun pH göstəricisinin aşağı olması (təxminən pH 7 və ya daha az) aşındırıcı təsir yarada bilər. Suyun optimal pH göstəricisi 6.5-8.5 olmalıdır. Bu, suyun tərkibinə və paylama sistemində istifadə olunan materialların (boruların) təbiətinə görə dəyişə bilir.
    Suyun orqanizm üçün faydaları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssislərinin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə suyun insan orqanizminə faydası haqqındadır. Milli.Az Trend-ə istinadən bildirir ki, su insan orqanizmində əhəmiyyətli rol oynayır. Belə ki, su metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak edir. Həmçinin su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Su onurğa beynin fəaliyyəti üçün vacibdir. Bol su içmək oynaq ağrılarının qarşısını alır. Su həm həzm prosesini sürətləndirmək, həm də qidanın udulması, nəqli və istifadəsini, toksinlərin və tullantıların bədəndən çıxarılmasını təmin etmək baxımından əvəzedilməz rola malikdir. Araşdırmalara görə, günlük su qəbulu qəbizliyin qarşısını almaq üçün də vacibdir. Su beynimizin normal funksiyasının təmin olunmasında da mühüm rol oynayır. Belə ki, beyin kütləsinin təxminən 75 %-i sudan ibarətdir. Beyin idrak fəaliyyətinin, eləcə də əhval-ruhiyyənin tənzimlənməsi üçün su vacibdir. Qeyd edək ki, uzun müddət susuz qaldıqda unutqanlıq, diqqət əksikliyi kimi hallar özünü göstərməyə başlayır. Su itkisinin bərpası ilə yaddaşa mənfi təsirin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar da mövcuddur. Yetkin orqanizmdə su miqdarı bədən çəkisinin 50-60 %-ni, körpələrdə isə 75 %-ni təşkil edir. Alimlərin qənaətinə görə, yaş artdıqca bədəndə ümumi su miqdarı tədricən azalır. Bu miqdar kişilərlə müqayisədə qadınlarda bir qədər aşağı olub, bədənin təxminən 55 %-ni təşkil edir. Bunun başlıca səbəbi qadınlarda kişilərə nisbətən daha çox yağ toxumasının mövcud olmasıdır. Nəzərə alınmalıdır ki, böyüklərlə nisbətdə uşaqların orqanizmində su itkisi daha çox baş verir. Bu, uşaq orqanizminin daha çox maye tələb etməsi ilə əsaslandırılır. Hamiləlik zamanı fetus ehtiyaclarının ödənilməsini təmin etmək, dünyaya gələcək körpənin orqanlarının normal inkişafı üçün suya tələbat artır. Buna görə də hamilə qadınlar kifayət qədər su istehlak etməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) normal halda 60 kq çəkiyə malik yetişkinlər üçün gündə 2 l, 10 kq çəkiyə malik uşaqlar üçün isə 1 l su istehlakını tövsiyə edir. ABŞ Tibb İnstitutunun əməkdaşları isə məsləhət görürlər ki, hamilə və laktasiya dövründə olan qadınlar əlavə 0.3 l/gün və 1.1 l/gün su istehlak etməlidirlər. Düzgün miqdarda suyun qəbulu hər yaş qrupu üçün həyati əhəmiyyət daşıyır. Yetərli elektrolit balansı orqanizmin optimal işləməsini təmin etmək üçün vacibdir. Əks təqdirdə əzələ zəifliyi, yorğunluq kimi problemlər baş qaldıra bilər. Bədəndəki ümumi suyun çatışmazlığı, yəni dehidrasiya insanın fiziki fəaliyyətlə məşğul olma qabiliyyətini poza, sidik sistemi və ürək-damar sistemi xəstəliklərinin artmasına səbəb ola bilər. Hədsiz su itkisi başağrısı, başgicəllənmə və ya həzm problemlərinə yol açır. ABŞ Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri bədən çəkisinin 3-5 %-i qədər su itkisini mülayim dehidrasiya, bədən çəkisinin 6-10 %-i qədər su itkisi olduqda orta dərəcədə dehidrasiya və 9-15 %-li su itkisini isə kəskin dehidrasiya hesab edirlər. Mülayim dehidrasiya əhval-ruhiyyəyə, yaddaşa və ya beyinin normal fəaliyyətinə təsir göstərə bilər. Bu simptomları aradan qaldırmaq üçün yenidən müəyyən qədər su qəbulu kifayətdir. Bəzi araşdırmalara görə, qəhvə kimi diuretik içkilər də mülayim dehidrasiyaya yol aça bilir. Ancaq kəskin dehidrasiya böyrək çatışmazlığı, ürək problemləri, hətta ölümlə də nəticələnə bilər. Yüksək temperatur, yüksək və ya son dərəcə aşağı nisbi rütubət, gərgin fiziki güc də kəskin dehidrasiyaya səbəb olur. Kəskin dehidrasiya zamanı tünd rəngli sidik, quru dəri, sürətli ürək döyüntüsü və ya sürətli nəfəsalma, şok və huşsuzluq kimi əlamətlər müşahidə olunur. Bədənin maye itkisini bərpa etmək üçün bu nisbəti qoruyacaq miqdarda su istehlak etmək vacibdir. Qeyd edək ki, (təxminən 80 %) içki və su orqanizmin mayeyə olan ehtiyacını daha çox ödəyir. Bununla yanaşı, orqanizmin mayeyə olan tələbatını su ehtiva edən qidalar vasitəsilə də ödəmək mümkündür. Araşdırmalara görə, ümumi su qəbulunun 50 %-ə qədərinin qidadan, xüsusilə də su ilə zəngin meyvələrdən qaynaqlandığı məlum olub. Orqanizmin tələbatından artıq maye qəbul etmək bəzən təhlükəli hallar yarada bilər. Bu böyrək və ürək çatışmazlığı ilə nəticələnən hiponatremiyaya yol aça bilər. Qeyd edək ki, hiponatremiya qəbul edilən suyun miqdarı böyrəyin su xaric etmə qabiliyyətini aşdığı zaman yaranır. Bu zaman natrium konsentrasiyasında baş verən azalma nəticəsində antidiuretik hormon (ADH) sekresiyasına maneə törədilir ki, nəticədə böyrəkdən atılan suyun miqdarı artır. Böyrəklər vasitəsilə gündə təxminən 20-28 l su süzülə bilər. Mütəxəssislərin fikrincə, normal böyrək funksiyası olan bir insanın içə biləcəyi maksimum su miqdarı 800-1000 ml/saat təşkil edir. İstehlak edilən suyun tərkibində Ca, Na, K, Cl, Mg, Fe, Zn, Cu, Cr, I, Co, Mo və Se kimi elementlərin olması orqanizm üçün vacibdir. Ümumilikdə, içməli su ilə daha çox qəbul edilən mikroelementlər kalsium və maqneziumdur. Tələb olunan gündəlik su qəbulu ilə bədən bu elementlərin 20 %-nə qədərini təmin edə bilər. Digər elementlərə gəldikdə isə içməli su ilə 5 %-dən azı təmin edilə bilər. Qeyd edək ki, təbiətdən birbaşa götürülmüş sularda bəzən qurğuşun, mis və bu metalların birləşmələr olduğuna görə onlar istehlak edilməzdən əvvəl tədqiq edilməli və təmizlənməlidir. Suyun pH göstəricisi keyfiyyəti müəyyən edə bilmək üçün mühüm ölçü vahididir. Suyun yararlılığından əmin olmaq üçün təmizlənmə və dezinfeksiyanın bütün mərhələlərində bu ölçü vahidinə diqqət yetirilməlidir. Qeyd edək ki, xlor ilə effektiv dezinfeksiya üçün pH 8-dən az olmalıdır. Suyun pH göstəricisinin aşağı olması (təxminən pH 7 və ya daha az) aşındırıcı təsir yarada bilər. Suyun optimal pH göstəricisi 6.5-8.5 olmalıdır. Bu, suyun tərkibinə və paylama sistemində istifadə olunan materialların (boruların) təbiətinə görə dəyişə bilir.
    0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10