• profil sekilleri
    profil sekilleri
    0 Comments 0 Shares
  • Yuxuda yumurta görməyin yuxuyozması


    Yuxuda yumurta görmək nə məna verir? Yuxuda yumurta görmək nə deməkdir? Bu mövzunu araşdırdıq. Müxtəlif mənbələrdən topladığımız yuxu yozmaları təqdim edirik.

    Yuxuda yumurta görmək pul, xoşbəxtlik, evlilik anlamı verir. Belə yuxu görən şəxs subaydırsa, evlənəcək, evlidirsə, həyat yoldaşıyla xoş günlər keçirəcək.

    Bəzi yozumlara görə yuxuda yumurta görmək uşaq anlamı verir. Evli şəxslərin uşağının olacağına işarədir. Yuxuda yumurta yediyini görən şəxsin övladı dürüst və çalışqan olacaq.

    Yuxuda soyutma yumurta görmək

    Yuxuda yumurta görmək

    Yuxunu görənin sahib olduqlarının dəyərini bilməsinin vacibliyinə, uzun fasilədən sonra rahatlaşacağına işarədir. Yuxuda soyutma yumurta görmək çəkdiyin zəhmətin bəhrəsini zamanla görməyə dəlalət edir.

    Yuxuda qırıq yumurta görmək

    Bu cür yuxu görən şəxsin istək və arzuları tezliklə baş tutacaq. Yuxuda qırıq yumurta görmək yuxu sahibinin kimisə üzəcəyinə, bunun fərqinə varıb narahat və peşman olacağına işarədir.

    Yuxuda ağ yumurta görmək

    Yuxuda ağ yumurta görmək parlaq bir gələcək, gözəl iş imkanları deməkdir.

    Prostatitin düşmanı! Yatmamışdan qabaq bunu edin nəticə şok edəcək...
    Prostatitin düşmanı! Yatmamışdan qabaq bunu edin nəticə şok edəcək...
    Yuxuda çoxlu yumurta görmək

    Belə yuxu görmək yuxu sahibinin qarşısına müxtəlif iş imkanları çıxacağına, qərar verməmiş böyükləri ilə danışacağına işarədir. Yuxuda çoxlu yumurta görmək həmçinin hüzur və bərəkətdən xəbər verir.

    Yuxuda yumurta sarısı görmək

    Yuxuda yumurta görməyin mənası nədir

    Sarı uşağa və sarı qızıla işarədir. Yumurta sarısı görən şəxs evlidirsə, günəş kimi parlaq övlad sahibi olacaq. Həm də çoxlu pul qazanacaq.

    Yuxuda çiy yumurta yemək

    Bu, yaxşı əlamət sayılmır. Yuxuda çiy yumurta yemək insanın haram şeydən istifadə etdiyindən xəbər verir. Yuxuda çiy yumurta yemək insanın gələcəkdə əziyyət çəkəcəyini göstərir.

    Yuxuda bişmiş yumurta görmək

    Yozuculara görə, yuxunu görənin ailəsi ilə münasibətinin korlanacağına, böyüklərin köməyilə vəziyyətin düzələcəyinə dəlalət edir. Yuxuda bişmiş yumurta görmək təhsil və iş həyatındakı çətinləri dəf etmək anlamına gəlir.

    Yuxuda lax yumurta görmək

    Xeyirsiz, laqeyd övlad deməkdir. Yuxuda lax yumurta görən şəxs yozucuların fikrincə, problemli övlad sahibi olacaq. Bu, pis niyyətli insana işarədir. Belə yuxu görən insanın evi bolluq-bərəkət cəhətdən korluq çəkəcək.

    Yuxuda yumurta görmək insanın hüzur dolu həyata sahib olacağından, evlilik həyatının gözəl keçəcəyindən xəbər verir.

    Yuxuda yumurta görməyin mənası
    Yuxu sahibi evlidirsə, uşağa, subaydırsa, evliliyə işarədir.

    Yuxuda yumurta görməyin psixoloji izahı

    Yuxu sahibi səhv dostlar seçdiyinə görə problemlərlə üzləşəcək.

    Yuxuda yumurta ağı görmək

    Yuxu sahibinin pullarının qarşıdakı günlərdə bitəcəyi anlamını verir.

    Oynaqlarınız bir gecədə tam dəyişəcək!!! Yatmazdan əvvəl bunu...
    Oynaqlarınız bir gecədə tam dəyişəcək!!! Yatmazdan əvvəl bunu...

    Yuxuda yumurta düşürmək

    Yuxuda əlindən yerə yumurta düşürdüyünü görən şəxs subaydırsa, qisməti bağlanacaq. Ailəlidirsə, ciddi problemlərlə üzləşəcək.

    Yuxuda yumurta yığmaq

    yumurtanı yuxuda görmək

    İş həyatındakı uğurlardan xəbər verir. Yuxuda yumurta yığmaq gözəl bir vəzifə deməkdir. Bəzi yuxu yozuculara görə, insanın rahat ömür sürəcəyinə işarədir.

    Yuxuda yumurta bişirib yemək

    Yuxuda yumurta qırıb yağda bişirdiyi görmək fərahlıq, sevinc, izzət, mənfəət əlamətidir. Durna yumurtası görmək miskin övlada işarədir.

    Yuxuda yumurta qabığı yemək

    yumurta ilə əlaqəli yuxu görmək

    Beləyuxu görən şəxs gizli məqamları ortaya çıxaracaq.

    Yuxuda hində yumurta görmək

    Başqaları tərəfindən yaxşı mənada qəbullanmaq deməkdir.

    Yuxuda tutuquşu yumurtası görmək

    Bu, ağıllı xidmətçiyə işarədir. Əlində təzə bişmiş yumurta görmək mal-mülkdən xəbər verir.

    Yuxuda yumurta görmək nə anlama gəlir?
    yuxuda qırılmış yumurta görmək

    Yozuculara görə, zənginlik əlamətidir. Yuxuda yumurta görən şəxsin gələcək həyatında maddi və mənəvi anlamda qazanacağına işarədir. Yuxuda yumurta görən şəxs subaydırsa, evlənəcək, evlidirsə, övladı olacaq.

    Yuxuda yumurta yemək

    Yuxu sahibinin övladı olacağına işarədir. Yuxuda yumurta yediyini görən şəxs hamilədirsə, oğlu olacaq. Yuxuda yumurta yəm həm də pis əlamət sayılır. Ailədəki problemlərdən xəbər verir.

    Yuxuda lap çox yumurta görmək

    Yozuculara görə, bu, zənginlik, pul anlamına gəlir. Yuxuda çoxlu yumurta görmək gələcək xoşbəxtlikdən xəbər verir.

    Yuxuda qucağına aldığın toyuğun yumurtlaması

    Xeyirli bir övlad əlamətidir.

    Yuxuda yumurta soymaq

    Qaynadılmış yumurta soyan şəxs mal-mülk sahibi olacaq.

    Yuxuda yumurta qırmaq

    Bu, pis əlamət sayılır. Yuxuda yumurta qırdığını görən şəxsin uşaqları varsa, onların xəstələnəcəyinə, hətta xəstə uşağın öləcəyinə işarədir.

    Yuxuda yumurta bişirmək

    Bu yuxunu görənin yaşantılarının daha da sadələşəcəyinə dəlalət edir. Onun həyatındakı bəzi şeylər dəyişəcək. Öz ayaqları üzərində dayana biləcək.

    Yuxuda tavada yumurta bişirmək

    Yuxuda yumurta bişirmək

    Belə yuxu görən şəxs yaxşı qərarlar verəcək və bunun sayəsində çoxlarını heyrətləndirəcək. Yuxuda tavada yumurta bişirmək insanın hər kəs tərəfindən sevilən şəxsə çevrilməsindən xəbər verir.

    Yuxuda yumurta soymaq

    Yuxunu görənin münasibətlərinin pis olduğu insanlarla anlaşacağı, hər şeyin yoluna düşəcəyi anlamını verir. Vacib qərarlara işarədir.

    Yuxuda çatlamış yumurta görmək

    Bu, yaxşı əlamət deyil. Bolluq, bərəkət, zənginlik, rifah deməkdir. Bütün problemlərin həll olunacağı anlamını verir.

    https://www.ilk.az
    Yuxuda yumurta görməyin yuxuyozması Yuxuda yumurta görmək nə məna verir? Yuxuda yumurta görmək nə deməkdir? Bu mövzunu araşdırdıq. Müxtəlif mənbələrdən topladığımız yuxu yozmaları təqdim edirik. Yuxuda yumurta görmək pul, xoşbəxtlik, evlilik anlamı verir. Belə yuxu görən şəxs subaydırsa, evlənəcək, evlidirsə, həyat yoldaşıyla xoş günlər keçirəcək. Bəzi yozumlara görə yuxuda yumurta görmək uşaq anlamı verir. Evli şəxslərin uşağının olacağına işarədir. Yuxuda yumurta yediyini görən şəxsin övladı dürüst və çalışqan olacaq. Yuxuda soyutma yumurta görmək Yuxuda yumurta görmək Yuxunu görənin sahib olduqlarının dəyərini bilməsinin vacibliyinə, uzun fasilədən sonra rahatlaşacağına işarədir. Yuxuda soyutma yumurta görmək çəkdiyin zəhmətin bəhrəsini zamanla görməyə dəlalət edir. Yuxuda qırıq yumurta görmək Bu cür yuxu görən şəxsin istək və arzuları tezliklə baş tutacaq. Yuxuda qırıq yumurta görmək yuxu sahibinin kimisə üzəcəyinə, bunun fərqinə varıb narahat və peşman olacağına işarədir. Yuxuda ağ yumurta görmək Yuxuda ağ yumurta görmək parlaq bir gələcək, gözəl iş imkanları deməkdir. Prostatitin düşmanı! Yatmamışdan qabaq bunu edin nəticə şok edəcək... Prostatitin düşmanı! Yatmamışdan qabaq bunu edin nəticə şok edəcək... Yuxuda çoxlu yumurta görmək Belə yuxu görmək yuxu sahibinin qarşısına müxtəlif iş imkanları çıxacağına, qərar verməmiş böyükləri ilə danışacağına işarədir. Yuxuda çoxlu yumurta görmək həmçinin hüzur və bərəkətdən xəbər verir. Yuxuda yumurta sarısı görmək Yuxuda yumurta görməyin mənası nədir Sarı uşağa və sarı qızıla işarədir. Yumurta sarısı görən şəxs evlidirsə, günəş kimi parlaq övlad sahibi olacaq. Həm də çoxlu pul qazanacaq. Yuxuda çiy yumurta yemək Bu, yaxşı əlamət sayılmır. Yuxuda çiy yumurta yemək insanın haram şeydən istifadə etdiyindən xəbər verir. Yuxuda çiy yumurta yemək insanın gələcəkdə əziyyət çəkəcəyini göstərir. Yuxuda bişmiş yumurta görmək Yozuculara görə, yuxunu görənin ailəsi ilə münasibətinin korlanacağına, böyüklərin köməyilə vəziyyətin düzələcəyinə dəlalət edir. Yuxuda bişmiş yumurta görmək təhsil və iş həyatındakı çətinləri dəf etmək anlamına gəlir. Yuxuda lax yumurta görmək Xeyirsiz, laqeyd övlad deməkdir. Yuxuda lax yumurta görən şəxs yozucuların fikrincə, problemli övlad sahibi olacaq. Bu, pis niyyətli insana işarədir. Belə yuxu görən insanın evi bolluq-bərəkət cəhətdən korluq çəkəcək. Yuxuda yumurta görmək insanın hüzur dolu həyata sahib olacağından, evlilik həyatının gözəl keçəcəyindən xəbər verir. Yuxuda yumurta görməyin mənası Yuxu sahibi evlidirsə, uşağa, subaydırsa, evliliyə işarədir. Yuxuda yumurta görməyin psixoloji izahı Yuxu sahibi səhv dostlar seçdiyinə görə problemlərlə üzləşəcək. Yuxuda yumurta ağı görmək Yuxu sahibinin pullarının qarşıdakı günlərdə bitəcəyi anlamını verir. Oynaqlarınız bir gecədə tam dəyişəcək!!! Yatmazdan əvvəl bunu... Oynaqlarınız bir gecədə tam dəyişəcək!!! Yatmazdan əvvəl bunu... Yuxuda yumurta düşürmək Yuxuda əlindən yerə yumurta düşürdüyünü görən şəxs subaydırsa, qisməti bağlanacaq. Ailəlidirsə, ciddi problemlərlə üzləşəcək. Yuxuda yumurta yığmaq yumurtanı yuxuda görmək İş həyatındakı uğurlardan xəbər verir. Yuxuda yumurta yığmaq gözəl bir vəzifə deməkdir. Bəzi yuxu yozuculara görə, insanın rahat ömür sürəcəyinə işarədir. Yuxuda yumurta bişirib yemək Yuxuda yumurta qırıb yağda bişirdiyi görmək fərahlıq, sevinc, izzət, mənfəət əlamətidir. Durna yumurtası görmək miskin övlada işarədir. Yuxuda yumurta qabığı yemək yumurta ilə əlaqəli yuxu görmək Beləyuxu görən şəxs gizli məqamları ortaya çıxaracaq. Yuxuda hində yumurta görmək Başqaları tərəfindən yaxşı mənada qəbullanmaq deməkdir. Yuxuda tutuquşu yumurtası görmək Bu, ağıllı xidmətçiyə işarədir. Əlində təzə bişmiş yumurta görmək mal-mülkdən xəbər verir. Yuxuda yumurta görmək nə anlama gəlir? yuxuda qırılmış yumurta görmək Yozuculara görə, zənginlik əlamətidir. Yuxuda yumurta görən şəxsin gələcək həyatında maddi və mənəvi anlamda qazanacağına işarədir. Yuxuda yumurta görən şəxs subaydırsa, evlənəcək, evlidirsə, övladı olacaq. Yuxuda yumurta yemək Yuxu sahibinin övladı olacağına işarədir. Yuxuda yumurta yediyini görən şəxs hamilədirsə, oğlu olacaq. Yuxuda yumurta yəm həm də pis əlamət sayılır. Ailədəki problemlərdən xəbər verir. Yuxuda lap çox yumurta görmək Yozuculara görə, bu, zənginlik, pul anlamına gəlir. Yuxuda çoxlu yumurta görmək gələcək xoşbəxtlikdən xəbər verir. Yuxuda qucağına aldığın toyuğun yumurtlaması Xeyirli bir övlad əlamətidir. Yuxuda yumurta soymaq Qaynadılmış yumurta soyan şəxs mal-mülk sahibi olacaq. Yuxuda yumurta qırmaq Bu, pis əlamət sayılır. Yuxuda yumurta qırdığını görən şəxsin uşaqları varsa, onların xəstələnəcəyinə, hətta xəstə uşağın öləcəyinə işarədir. Yuxuda yumurta bişirmək Bu yuxunu görənin yaşantılarının daha da sadələşəcəyinə dəlalət edir. Onun həyatındakı bəzi şeylər dəyişəcək. Öz ayaqları üzərində dayana biləcək. Yuxuda tavada yumurta bişirmək Yuxuda yumurta bişirmək Belə yuxu görən şəxs yaxşı qərarlar verəcək və bunun sayəsində çoxlarını heyrətləndirəcək. Yuxuda tavada yumurta bişirmək insanın hər kəs tərəfindən sevilən şəxsə çevrilməsindən xəbər verir. Yuxuda yumurta soymaq Yuxunu görənin münasibətlərinin pis olduğu insanlarla anlaşacağı, hər şeyin yoluna düşəcəyi anlamını verir. Vacib qərarlara işarədir. Yuxuda çatlamış yumurta görmək Bu, yaxşı əlamət deyil. Bolluq, bərəkət, zənginlik, rifah deməkdir. Bütün problemlərin həll olunacağı anlamını verir. https://www.ilk.az
    0 Comments 0 Shares
  • Yuxuda yağış görməyin yuxuyozması
    Yuxuda yağış görmək xeyirli əlamətdir. Bolluq və bərəkət rəmzidir. Yuxu haqqında sizə ətraflı məlumatı təqdim edirik. Yuxuda yağış görən şəxsin ruhu rahatlayar, hüzur, xoşbəxtlik, fərahlıq tapar. Səhhəti yaxşılaşar, qarşısına yaxşı qismət çıxar. Yuxuda yağış görməyin müxtəlif şəkildə yozmaları mövcuddur.
    Yuxuda yağış yağdığını görmək

    Yuxuda yağış yağdığını görmək yaxşı qismətlərə, sıxıntıların yox olacağına, xəstəlikdən sağalmağa işarədir. Yuxu sahibinin işində yaşanan durğunluğun aradan qalxacağı, uğradığı zərərdən tədricən çıxacağı anlamına gəlir. Bəzən bu cür yuxu insana vəd olunan bir şeyin yerinə yetiriləcəyi ilə əlaqələndirilir.

    Yuxuda yağışın hər yerə yağması

    Ümid üzülən nəyinsə canlanmasına, xeyir, bərəkət və nemətə, kədər və borcdan qurtuluşa dəlalət edir. Bu cür yuxu sahibi sıxıntısız, gözəl anlar yaşayar. Yağış kədərdən xilas olmağa işarədir.

    Yuxuda yağışın üzərinə yağmağı

    Yuxuda yağışın üzərinə yağmağı

    Yuxuda üzərinə yağış yağdığını görən şəxsin kürəyi yerə gəlməz, hər arzusu reallaşar, sağlamlığı və sevinci qaydasında olar.

    Yuxuda yağışda gəzmək

    Yuxuda yağışda gəzmək

    Yuxuda yağışda gəzmək çətin günlərdən Allahın köməyilə xilas olmaq, ağlayan gözlərin yenidən gülməsi, xəstəlikdən sağalmaq əlamətidir.

    Yuxuda çiskin görmək

    Yuxuda çiskin görmək

    Xəstəlikdən sağalmaq, problemlərdən qurtulmaq kimi yozulur. Bu yuxu əsasən müxtəlif problemlərlə üzləşən insanlar üçün rahatlamaq, inanmaq əlaməti hesab edilir. Yağış öz məhləsinə və ya evinə yağırsa, orada yaşayan hər kəs xeyir tapar.

    Yuxuda şimşək çaxmağı və yağış yağmağı

    Yuxuda şimşək çaxmağı və yağış yağmağı

    Yuxu sahibinin sevindirici xəbər alacağına, yaxınlar və dostların sürprizi ilə qarşılaşacağına, gözəl hadisələrin bir-birini əvəz edəcəyinə işarədir.

    Yuxuda leysan yağış görmək

    Yuxuda leysan yağış görmək

    Yuxuda leysan görmək bolluq, bərəkət və ucuzluğa dəlalət edir. Yuxu sahibinin özü və ailəsi böyük qismət qazanar, işləri qaydasında gedər, qazancı artar.

    Yuxuda yağış damlalarına toxunmaq

    Yuxuda yağış damlalarına toxunmaq

    Belə yuxu sahibi hansı işdən qorxursa, o işi etdikdən sonra xeyir tapar. Yuxuda yağış suyu içən şəxs xəstəlikdən sağalar. Yuxuda yağış suyu ilə yuyunan insan bütün qayğılardan xilas olar,xəstəliklərdən sağalar və maddi cəhətdən inkişaf edər.

    Yuxuda yağışın təkcə bir yerə yağması

    Yuxuda yağışın təkcə bir yerə yağması

    Yuxuda yağışın sadəcə olaraq bir yerə yağması həmin yerdəki insanlara pislik ediləcəyi kimi yozulur. Bəzən isə bu yuxu həmin yerdə yaxşı olayların yaşanacağı, insanların hüzur tapacağı ilə əlaqələndirilir.

    Yuxuda yağışın öz evinə yağdığını görmək

    Yuxuda yağışın öz evinə yağdığını görmək

    Yağışın təkcə öz evinə yağdığını görmək mənfəət, xeyir və yaxşılığa işarədir. Yağışın selə çevrildiyini, ağacları kökündən çıxardığını görmək həmin ərazidə olacaq fitnə-fəsadlardan xəbər verir.

    Yuxuda yağışın səsini eşitmək

    Belə yuxu sahibi cəmiyyətdə sayılıb-seçilən şəxsə çevilər. Ümumiyyətlə, yaxşı yuxu hesab olunur. İnsanlar arasında hörmət qazanmağa, yüksək mövqe sahibi olmağa dəlalət edir.

    Yuxuda yağışda islanmaq

    Yuxuda yağışda islanmaq

    Yuxuda yağışda islanmaq iş həyatındakı uğursuzluğun sona çatacağına, maddi sıxıntılardan qurtuluşa, bolluq və bərəkətə işarədir. Müalicəsi çətin hesab olunan xəstəlikdən sağalmaq kimi də yozulur.

    https://www.ilk.az
    Yuxuda yağış görməyin yuxuyozması Yuxuda yağış görmək xeyirli əlamətdir. Bolluq və bərəkət rəmzidir. Yuxu haqqında sizə ətraflı məlumatı təqdim edirik. Yuxuda yağış görən şəxsin ruhu rahatlayar, hüzur, xoşbəxtlik, fərahlıq tapar. Səhhəti yaxşılaşar, qarşısına yaxşı qismət çıxar. Yuxuda yağış görməyin müxtəlif şəkildə yozmaları mövcuddur. Yuxuda yağış yağdığını görmək Yuxuda yağış yağdığını görmək yaxşı qismətlərə, sıxıntıların yox olacağına, xəstəlikdən sağalmağa işarədir. Yuxu sahibinin işində yaşanan durğunluğun aradan qalxacağı, uğradığı zərərdən tədricən çıxacağı anlamına gəlir. Bəzən bu cür yuxu insana vəd olunan bir şeyin yerinə yetiriləcəyi ilə əlaqələndirilir. Yuxuda yağışın hər yerə yağması Ümid üzülən nəyinsə canlanmasına, xeyir, bərəkət və nemətə, kədər və borcdan qurtuluşa dəlalət edir. Bu cür yuxu sahibi sıxıntısız, gözəl anlar yaşayar. Yağış kədərdən xilas olmağa işarədir. Yuxuda yağışın üzərinə yağmağı Yuxuda yağışın üzərinə yağmağı Yuxuda üzərinə yağış yağdığını görən şəxsin kürəyi yerə gəlməz, hər arzusu reallaşar, sağlamlığı və sevinci qaydasında olar. Yuxuda yağışda gəzmək Yuxuda yağışda gəzmək Yuxuda yağışda gəzmək çətin günlərdən Allahın köməyilə xilas olmaq, ağlayan gözlərin yenidən gülməsi, xəstəlikdən sağalmaq əlamətidir. Yuxuda çiskin görmək Yuxuda çiskin görmək Xəstəlikdən sağalmaq, problemlərdən qurtulmaq kimi yozulur. Bu yuxu əsasən müxtəlif problemlərlə üzləşən insanlar üçün rahatlamaq, inanmaq əlaməti hesab edilir. Yağış öz məhləsinə və ya evinə yağırsa, orada yaşayan hər kəs xeyir tapar. Yuxuda şimşək çaxmağı və yağış yağmağı Yuxuda şimşək çaxmağı və yağış yağmağı Yuxu sahibinin sevindirici xəbər alacağına, yaxınlar və dostların sürprizi ilə qarşılaşacağına, gözəl hadisələrin bir-birini əvəz edəcəyinə işarədir. Yuxuda leysan yağış görmək Yuxuda leysan yağış görmək Yuxuda leysan görmək bolluq, bərəkət və ucuzluğa dəlalət edir. Yuxu sahibinin özü və ailəsi böyük qismət qazanar, işləri qaydasında gedər, qazancı artar. Yuxuda yağış damlalarına toxunmaq Yuxuda yağış damlalarına toxunmaq Belə yuxu sahibi hansı işdən qorxursa, o işi etdikdən sonra xeyir tapar. Yuxuda yağış suyu içən şəxs xəstəlikdən sağalar. Yuxuda yağış suyu ilə yuyunan insan bütün qayğılardan xilas olar,xəstəliklərdən sağalar və maddi cəhətdən inkişaf edər. Yuxuda yağışın təkcə bir yerə yağması Yuxuda yağışın təkcə bir yerə yağması Yuxuda yağışın sadəcə olaraq bir yerə yağması həmin yerdəki insanlara pislik ediləcəyi kimi yozulur. Bəzən isə bu yuxu həmin yerdə yaxşı olayların yaşanacağı, insanların hüzur tapacağı ilə əlaqələndirilir. Yuxuda yağışın öz evinə yağdığını görmək Yuxuda yağışın öz evinə yağdığını görmək Yağışın təkcə öz evinə yağdığını görmək mənfəət, xeyir və yaxşılığa işarədir. Yağışın selə çevrildiyini, ağacları kökündən çıxardığını görmək həmin ərazidə olacaq fitnə-fəsadlardan xəbər verir. Yuxuda yağışın səsini eşitmək Belə yuxu sahibi cəmiyyətdə sayılıb-seçilən şəxsə çevilər. Ümumiyyətlə, yaxşı yuxu hesab olunur. İnsanlar arasında hörmət qazanmağa, yüksək mövqe sahibi olmağa dəlalət edir. Yuxuda yağışda islanmaq Yuxuda yağışda islanmaq Yuxuda yağışda islanmaq iş həyatındakı uğursuzluğun sona çatacağına, maddi sıxıntılardan qurtuluşa, bolluq və bərəkətə işarədir. Müalicəsi çətin hesab olunan xəstəlikdən sağalmaq kimi də yozulur. https://www.ilk.az
    0 Comments 0 Shares
  • whatsapp üçün status
    whatsapp üçün status
    0 Comments 0 Shares
  • Toyların keçirilməsinə bu formada icazə verilə bilər - AÇIQLAMA

    Sevindirici haldır ki, ölkəmizdə koronavirusa qarşı atılan ardıcıl addımlar öz müsbət nəticələrini verməkdədir, virusa yoluxmalarda əhəmiyyətli dərəcədə azalmaya nail olunub. Məlumdur ki, azalmanı nəzərə alaraq Operativ Qərargah ölkədə sərt karantin rejminin tədricən yumşaldılmasına qərar verib, bir çox sahələrdə fəaliyyətin karantin qaydalarına əməl olunmaqla bərpasına icazə verilib.

    Lakin bir sıra kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağalar hələ də qalmaqdadır. Əlbəttə ki, bu tədbirlərdən biri cəmiyyətin daha çox marağında olduğu toy mərasimləridir. Ölkədə virusa qarşı vaksinasiyanın başlanması toyların keçirilməsinə icazə veriləcəyi ehtimallarını artırıb.

    Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova ilk öncə virusa qarşı əldə edilən uğurları yüksək qiymətləndirib. O qeyd edib ki, virusun yayıldığı ilk gündən ölkəmizdə bu bəlaya qarşı sistemli şəkildə tədbirlər həyata keçirildi və bunun nəticəsi olaraq Azərbaycan virusla ən effektiv mübarizə aparan ölkələrdən birinə çevrilib.

    Deputat vurğulayıb ki, Azərbaycanda vaksinasiyanın tətbiqi də virusa qarşı mübarizənin effektivliyini xeyli artırmış olacaq: “Toyların keçirilməsinə gəlincə isə hesab edirəm ki, əhalinin müəyyən təbəqəsi vaksinasiya olunduqdan sonra toylarla bağlı da qərar qəbul etmək olar. Artıq bu gündən etibarən 65 yaşdan yuxarı insanların da vaksinasiyasına başlanılıb. Məlumdur ki, ölkəmizdə vaksinasiya strategiyası mövcuddur və ilk növbədə risk qrupuna daxil olan insanların vaksinasiyası aparılır. Düşünürəm ki, həm ölkədə epidemioloji vəziyyət, həm də risk qrupuna daxil olan insanların vaksinasiyası nəzərə alınmaqla müəyyən müddətdən sonra toyların da keçirilməsinə icazə verilə bilər.

    Əlbəttə ki, toyların keçirilməsi də önəmlidir, çünki ailə institutu cəmiyyətin əsas fundamentlərindən birini təşkil edir. Koronavirus səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da nikahların sayı xeyli azalıb ki, bu da yaxşı hal deyil və demoqrafik vəziyyətə mənfi təsir göstərəcək. Bu baxımdan müəyyən qaydalar çərçivəsində, o cümlədən iştirakçıların sayı, sosial məsafə və digər qaydalara ciddi əməl etmək şərti ilə toyların keçirilməsinə icazə verilməsi məqsədəuyğundur.

    Ancaq burada insanlarımızın da üzərinə böyük məsuliyyət düşür. Toyların keçirilməsində daha diqqətli olmaq, qaydalara daha ciddi şəkildə əməl etmək lazımdır. Çünki toylar bizim milli adət-ənənəmizdir və toyda yaxın qohumlar, dostlar iştirak edir və bu baxımdan yaxın təmasdan görüşmələr, söhbətlər çox olur. Ona görə də pandemiya dövründə bu cür hallara yol verməmək vacibdir.

    Əlbəttə ümumilikdə bu virusdan canımızı qurtarmaq üçün bir az da səbrli olmalı və qoyulan qaydalara ciddi şəkildə riayət etməliyik”.
    Toyların keçirilməsinə bu formada icazə verilə bilər - AÇIQLAMA Sevindirici haldır ki, ölkəmizdə koronavirusa qarşı atılan ardıcıl addımlar öz müsbət nəticələrini verməkdədir, virusa yoluxmalarda əhəmiyyətli dərəcədə azalmaya nail olunub. Məlumdur ki, azalmanı nəzərə alaraq Operativ Qərargah ölkədə sərt karantin rejminin tədricən yumşaldılmasına qərar verib, bir çox sahələrdə fəaliyyətin karantin qaydalarına əməl olunmaqla bərpasına icazə verilib. Lakin bir sıra kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağalar hələ də qalmaqdadır. Əlbəttə ki, bu tədbirlərdən biri cəmiyyətin daha çox marağında olduğu toy mərasimləridir. Ölkədə virusa qarşı vaksinasiyanın başlanması toyların keçirilməsinə icazə veriləcəyi ehtimallarını artırıb. Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova ilk öncə virusa qarşı əldə edilən uğurları yüksək qiymətləndirib. O qeyd edib ki, virusun yayıldığı ilk gündən ölkəmizdə bu bəlaya qarşı sistemli şəkildə tədbirlər həyata keçirildi və bunun nəticəsi olaraq Azərbaycan virusla ən effektiv mübarizə aparan ölkələrdən birinə çevrilib. Deputat vurğulayıb ki, Azərbaycanda vaksinasiyanın tətbiqi də virusa qarşı mübarizənin effektivliyini xeyli artırmış olacaq: “Toyların keçirilməsinə gəlincə isə hesab edirəm ki, əhalinin müəyyən təbəqəsi vaksinasiya olunduqdan sonra toylarla bağlı da qərar qəbul etmək olar. Artıq bu gündən etibarən 65 yaşdan yuxarı insanların da vaksinasiyasına başlanılıb. Məlumdur ki, ölkəmizdə vaksinasiya strategiyası mövcuddur və ilk növbədə risk qrupuna daxil olan insanların vaksinasiyası aparılır. Düşünürəm ki, həm ölkədə epidemioloji vəziyyət, həm də risk qrupuna daxil olan insanların vaksinasiyası nəzərə alınmaqla müəyyən müddətdən sonra toyların da keçirilməsinə icazə verilə bilər. Əlbəttə ki, toyların keçirilməsi də önəmlidir, çünki ailə institutu cəmiyyətin əsas fundamentlərindən birini təşkil edir. Koronavirus səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da nikahların sayı xeyli azalıb ki, bu da yaxşı hal deyil və demoqrafik vəziyyətə mənfi təsir göstərəcək. Bu baxımdan müəyyən qaydalar çərçivəsində, o cümlədən iştirakçıların sayı, sosial məsafə və digər qaydalara ciddi əməl etmək şərti ilə toyların keçirilməsinə icazə verilməsi məqsədəuyğundur. Ancaq burada insanlarımızın da üzərinə böyük məsuliyyət düşür. Toyların keçirilməsində daha diqqətli olmaq, qaydalara daha ciddi şəkildə əməl etmək lazımdır. Çünki toylar bizim milli adət-ənənəmizdir və toyda yaxın qohumlar, dostlar iştirak edir və bu baxımdan yaxın təmasdan görüşmələr, söhbətlər çox olur. Ona görə də pandemiya dövründə bu cür hallara yol verməmək vacibdir. Əlbəttə ümumilikdə bu virusdan canımızı qurtarmaq üçün bir az da səbrli olmalı və qoyulan qaydalara ciddi şəkildə riayət etməliyik”.
    AZ.TREND.AZ
    Toyların keçirilməsinə bu formada icazə verilə bilər - AÇIQLAMA
    Trend BİA - Qafqaz, Xəzər, Mərkəzi Asiya xəbərlərinin aparıcı tədarükçüsü. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və Türkiyədən son xəbərlər.
    0 Comments 0 Shares
  • profil ucun status
    profil ucun status
    0 Comments 0 Shares
  • profil statuslari
    profil statuslari
    0 Comments 0 Shares
  • yazili sekiller
    yazili sekiller
    0 Comments 0 Shares
  • MOBİL TELEFONLARDAKI TƏHLÜKƏ - DİQQƏTLİ OLUN

    Mütəxəsislər tərəfindən aparılan tədqiqatlarda mobil telefonlar üzərində xəstəliklərə səbəb olan patogenik mikroblar aşkarlanıb.

    Yollar.ru xəbər verir ki, tədqiqatlar nəticəsində məlum olub ki, mobil telefonlar üzərindəki bakteriyaların sayı tualetdəki mikroblardan çoxdur.

    Mütəxəssislər qeyd edirlər ki, problemin kökündə insanların gigiyena qaydalarına düzgün riayət etməmələri dayanır.

    Tədqiqatçılar telefonların təmiz olması olması üçün gün ərzində ən azı bir dəfə birdəfəlik istifadə üçün nəzərdə tutulan nəm dəsmalla onu silməyi tövsiyə edirlər.
    MOBİL TELEFONLARDAKI TƏHLÜKƏ - DİQQƏTLİ OLUN Mütəxəsislər tərəfindən aparılan tədqiqatlarda mobil telefonlar üzərində xəstəliklərə səbəb olan patogenik mikroblar aşkarlanıb. Yollar.ru xəbər verir ki, tədqiqatlar nəticəsində məlum olub ki, mobil telefonlar üzərindəki bakteriyaların sayı tualetdəki mikroblardan çoxdur. Mütəxəssislər qeyd edirlər ki, problemin kökündə insanların gigiyena qaydalarına düzgün riayət etməmələri dayanır. Tədqiqatçılar telefonların təmiz olması olması üçün gün ərzində ən azı bir dəfə birdəfəlik istifadə üçün nəzərdə tutulan nəm dəsmalla onu silməyi tövsiyə edirlər.
    0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10