• “Qarabağ” Xocalı soyqırımına görə oyuna xüsusi forma ilə çıxdı

    “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail”lə oyununda təqdirəlayiq addım atıb.

    “Report” xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və “Justice for Khojaly” (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxıblar.
    “Qarabağ” Xocalı soyqırımına görə oyuna xüsusi forma ilə çıxdı “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail”lə oyununda təqdirəlayiq addım atıb. “Report” xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və “Justice for Khojaly” (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxıblar.
    0 Comments 0 Shares
  • İlham Əliyev: “Kəlbəcər, Laçın istiqamətində Azərbaycanın itkiləri çox ola bilərdi”


    Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı ən vacib amillərdən birinin itkilərimizin az olmasını hesab edir.

    Bunu İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

    Dövlət başçısı bildirib ki, onsuz da biz bütün torpaqları azad edəcəkdik.

    “Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər, Laçın istiqamətində. Artıq qış gəlmişdi, qar yağmağa başlamışdı, orada bizim itkilərimiz çox ola bilərdi. Ona görə düşməni hərbi yolla məğlub etdik, torpağımızdan qovduq, Şuşa şəhərini və digər şəhərləri işğalçılardan azad etdik. Ondan sonra Laçın, Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir”, - deyə Prezident əlavə edib.

    İlham Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub:

    “Mən, o cümlədən bunların arasında mülki vətəndaşları da nəzərdə tuturam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə, onların yaxınlarına səbir versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin, İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanını aldıq. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq”.

    Prezident Birinci Qarabağ müharibəsində verdiyimiz itkilərdən də danışıb:

    “Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olub və 4 minə yaxın hərbçimiz itkin düşüb, təqribən 16 min itkimiz olub və torpaqlarımız işğal altına düşüb. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilib. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi”.
    İlham Əliyev: “Kəlbəcər, Laçın istiqamətində Azərbaycanın itkiləri çox ola bilərdi” Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı ən vacib amillərdən birinin itkilərimizin az olmasını hesab edir. Bunu İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib. Dövlət başçısı bildirib ki, onsuz da biz bütün torpaqları azad edəcəkdik. “Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər, Laçın istiqamətində. Artıq qış gəlmişdi, qar yağmağa başlamışdı, orada bizim itkilərimiz çox ola bilərdi. Ona görə düşməni hərbi yolla məğlub etdik, torpağımızdan qovduq, Şuşa şəhərini və digər şəhərləri işğalçılardan azad etdik. Ondan sonra Laçın, Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir”, - deyə Prezident əlavə edib. İlham Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub: “Mən, o cümlədən bunların arasında mülki vətəndaşları da nəzərdə tuturam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə, onların yaxınlarına səbir versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin, İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanını aldıq. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq”. Prezident Birinci Qarabağ müharibəsində verdiyimiz itkilərdən də danışıb: “Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olub və 4 minə yaxın hərbçimiz itkin düşüb, təqribən 16 min itkimiz olub və torpaqlarımız işğal altına düşüb. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilib. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi”.
    0 Comments 0 Shares
  • Prezident: “Azərbaycana yeni müasir silahlar gətirilir”


    “Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların (Ermənistanın -red) müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb”.

    Bunu Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib.

    “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”, deyə İ.Əliyev bildirib.

    Prezident qeyd edib ki, Azərbaycan bütün işlərə nəzarət edir.

    “Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq”, - deyə Prezident əlavə edib.
    Prezident: “Azərbaycana yeni müasir silahlar gətirilir” “Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların (Ermənistanın -red) müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb”. Bunu Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib. “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”, deyə İ.Əliyev bildirib. Prezident qeyd edib ki, Azərbaycan bütün işlərə nəzarət edir. “Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq”, - deyə Prezident əlavə edib.
    0 Comments 0 Shares
  • Onlayn Tanisliq

    https://yollar.ru
    Onlayn Tanisliq https://yollar.ru
    YOLLAR.RU
    Welcome to Azərbaycanın Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə, sual-cavab, onlayn qazanc
    0 Comments 0 Shares
  • “Microsoft Word” proqram təminatında mətni proqnozlaşdıran funksiya istifadəyə veriləcək

    "Microsoft 365" ofis paketi üçün yol xəritəsini dərc edən "Microsoft"un tərtibatçıları perspektivli funksiyalardan birinin mətn redaktoruna inteqrasiya edilməsi planını açıqlayıb. Şirkətə yaxın mənbələrin məlumatına əsasən, "Microsoft Word" hər bir konkret istifadəçinin yazı tərzinə uyğunlaşaraq ona mətnin yığılmasında kömək edəcək.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, mətnin proqnozlaşdırılması funksiyası ilk dəfə ötən ilin sentyabrında "Word", "Outlook.com" və "Microsoft 365" sınaq versiyasında tətbiq edilmişdi. Lakin bu funksiya yalnız Şimali Amerikada yaşayan istifadəçilər üçün məhdud rejimdə əlçatan olub. "Microsoft"un bu funksiyası yazılanları proqnozlaşdırmaqla mətnin daxil edilməsini sürətləndirməyi nəzərdə tutur.

    Mətnin daxil edilməsi zamanı istifadəçi alqoritmə görə məna baxımından ən uyğun gələn söz və söz birləşmələrini görəcək. Onlar boz rənglə işıqlandırılacaq, istifadəçi uyğun gələn mətnin sürətli daxil edilməsi üçün TAB və ya təklif edilmiş variant uyğun gəlmədikdə "Escape" düyməsini sıxmalı olacaq.

    Bundan başqa, "Microsoft Word" tədricən istifadəçinin yazı tərzinə uyğunlaşacaq, orfoqrafik və qrammatik səhvlərin sayını azaltmağa kömək edəcək. "Microsoft"un nümayəndələri mətnin proqnozlaşdırılmasında maşın təlimi modelindən istifadə edildiyini bildiriblər. Şirkət istifadəçi tərəfindən daxil edilmiş mətnə giriş əldə etmir.
    “Microsoft Word” proqram təminatında mətni proqnozlaşdıran funksiya istifadəyə veriləcək "Microsoft 365" ofis paketi üçün yol xəritəsini dərc edən "Microsoft"un tərtibatçıları perspektivli funksiyalardan birinin mətn redaktoruna inteqrasiya edilməsi planını açıqlayıb. Şirkətə yaxın mənbələrin məlumatına əsasən, "Microsoft Word" hər bir konkret istifadəçinin yazı tərzinə uyğunlaşaraq ona mətnin yığılmasında kömək edəcək. Milli.Az ictnews.az-a istinadən bildirir ki, mətnin proqnozlaşdırılması funksiyası ilk dəfə ötən ilin sentyabrında "Word", "Outlook.com" və "Microsoft 365" sınaq versiyasında tətbiq edilmişdi. Lakin bu funksiya yalnız Şimali Amerikada yaşayan istifadəçilər üçün məhdud rejimdə əlçatan olub. "Microsoft"un bu funksiyası yazılanları proqnozlaşdırmaqla mətnin daxil edilməsini sürətləndirməyi nəzərdə tutur. Mətnin daxil edilməsi zamanı istifadəçi alqoritmə görə məna baxımından ən uyğun gələn söz və söz birləşmələrini görəcək. Onlar boz rənglə işıqlandırılacaq, istifadəçi uyğun gələn mətnin sürətli daxil edilməsi üçün TAB və ya təklif edilmiş variant uyğun gəlmədikdə "Escape" düyməsini sıxmalı olacaq. Bundan başqa, "Microsoft Word" tədricən istifadəçinin yazı tərzinə uyğunlaşacaq, orfoqrafik və qrammatik səhvlərin sayını azaltmağa kömək edəcək. "Microsoft"un nümayəndələri mətnin proqnozlaşdırılmasında maşın təlimi modelindən istifadə edildiyini bildiriblər. Şirkət istifadəçi tərəfindən daxil edilmiş mətnə giriş əldə etmir.
    0 Comments 0 Shares
  • “Huawei” elastik ekrana malik “Mate X2” smartfonunu təqdim edib

    Çinin "Huawei" şirkəti elastik ekranla təchiz edilmiş yeni qabaqcıl "Mate X2" smartfonunu təqdim edib. Şirkətin məlumatına görə, qurğunun ən ucuz modelinin qiyməti təxminən 2800 dollar təşkil edəcək.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon öz konstruksiyasına görə kitabı xatırladır: daxili elastik ekranın diaqonalı 8,01 düym, kənar ekranın diaqonalı isə 6,45 düym təşkil edir. Bu, qurğunu həm açıq, həm də bağlı şəkildə istifadə etməyə imkan verəcək.

    "Kirin 9000" prosessoru ilə təchiz edilmiş smartfon iki aktiv SİM kartla işləyə bilər. Cihaz 55 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat akkumulyator batareyası ilə təchiz edilib.

    Smartfon 10-x optik zuma malik 50 meqapiksellik (mp) "Leica" kamerası, həmçinin 2,5 sm fokus məsafəsindən makroçəkiliş imkanına malik 16 mp-lik videokamera ilə təchiz edilib.
    “Huawei” elastik ekrana malik “Mate X2” smartfonunu təqdim edib Çinin "Huawei" şirkəti elastik ekranla təchiz edilmiş yeni qabaqcıl "Mate X2" smartfonunu təqdim edib. Şirkətin məlumatına görə, qurğunun ən ucuz modelinin qiyməti təxminən 2800 dollar təşkil edəcək. Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon öz konstruksiyasına görə kitabı xatırladır: daxili elastik ekranın diaqonalı 8,01 düym, kənar ekranın diaqonalı isə 6,45 düym təşkil edir. Bu, qurğunu həm açıq, həm də bağlı şəkildə istifadə etməyə imkan verəcək. "Kirin 9000" prosessoru ilə təchiz edilmiş smartfon iki aktiv SİM kartla işləyə bilər. Cihaz 55 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat akkumulyator batareyası ilə təchiz edilib. Smartfon 10-x optik zuma malik 50 meqapiksellik (mp) "Leica" kamerası, həmçinin 2,5 sm fokus məsafəsindən makroçəkiliş imkanına malik 16 mp-lik videokamera ilə təchiz edilib.
    0 Comments 0 Shares
  • Yeni “Samsung” televizorlarının qiyməti məlum olub

    "Samsung" şirkəti ən yeni "The Frame" interyer televizorları və 2021-ci il model sırasına daxil olan "4K QLED" panellərinin qiymətini elan edib. Qurğular ilin əvvəlində "CES" virtual məişət elektronikası sərgisi çərçivəsində təqdim olunub.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, "The Frame" televizorları dizaynına görə eleqant çərçivəli rəsmləri xatırladır. Paneldən istifadə edilməyən zaman televizorda incəsənət əsərləri nümayiş etdirilir.

    Məlumata görə, 2021-ci il model sırasına aid "The Frame" televizorlarının qiyməti 999 dollardan başlayır. Həm albom, həm də portret şəklində istifadə edilən 43 düym diaqonallı versiyanın da qiyməti eynidir.

    50 və 55 düym diaqonallı "The Frame" modifikasiyası 1299 və 1499 dollar dəyərində qiymətləndirilib. Ölçüləri 65 və 75 düym təşkil edən modellərin qiyməti 1999 və 2999 dollara bərabərdir.

    "4K QLED" televizorlarına gəldikdə, 43 və 85 diaqonal ölçüsündə mövcud olan başlanğıc seriyalı "Q60A" qurğularının qiyməti 549-2599 dollar arasında dəyişir.

    Orta səviyyəli "Q70A" seriyasına 55-85 düym diaqonallı variantlar daxildir. Onların qiyməti 949-2999 dollardır.

    1299-3699 dollara təklif olunan "Q80A" seriyasının ən bahalı qurğuları 55 və 85 düym ölçüsündə təqdim olunub.
    Yeni “Samsung” televizorlarının qiyməti məlum olub "Samsung" şirkəti ən yeni "The Frame" interyer televizorları və 2021-ci il model sırasına daxil olan "4K QLED" panellərinin qiymətini elan edib. Qurğular ilin əvvəlində "CES" virtual məişət elektronikası sərgisi çərçivəsində təqdim olunub. Milli.Az ictnews.az-a istinadən bildirir ki, "The Frame" televizorları dizaynına görə eleqant çərçivəli rəsmləri xatırladır. Paneldən istifadə edilməyən zaman televizorda incəsənət əsərləri nümayiş etdirilir. Məlumata görə, 2021-ci il model sırasına aid "The Frame" televizorlarının qiyməti 999 dollardan başlayır. Həm albom, həm də portret şəklində istifadə edilən 43 düym diaqonallı versiyanın da qiyməti eynidir. 50 və 55 düym diaqonallı "The Frame" modifikasiyası 1299 və 1499 dollar dəyərində qiymətləndirilib. Ölçüləri 65 və 75 düym təşkil edən modellərin qiyməti 1999 və 2999 dollara bərabərdir. "4K QLED" televizorlarına gəldikdə, 43 və 85 diaqonal ölçüsündə mövcud olan başlanğıc seriyalı "Q60A" qurğularının qiyməti 549-2599 dollar arasında dəyişir. Orta səviyyəli "Q70A" seriyasına 55-85 düym diaqonallı variantlar daxildir. Onların qiyməti 949-2999 dollardır. 1299-3699 dollara təklif olunan "Q80A" seriyasının ən bahalı qurğuları 55 və 85 düym ölçüsündə təqdim olunub.
    0 Comments 0 Shares
  • “LG Gram 360” noutbuku 16 və 14 düym ekranlı versiyalarda hazırlanıb

    "LG Electronics" şirkəti nazik və yüngül "Gram" portativ kompüterlər seriyasını genişləndirərək "Intel Tiger Lake" aparat platforması üzərində qurulan "Gram 360" modelini təqdim edib.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, seriyaya 16 və 14 düym ekranlı modellər daxildir. Ekranlı qapağı 360 dərəcə döndərərək noutbuku planşet iş rejiminə keçirmək mümkündür. Hazırda yalnız böyük versiyanın təsvir ölçüsü açıqlanıb - "WQXGA" (2560 × 1600 piksel). Həmçinin "DCI-P3" rəng məkanı 100 faiz əhatə olunub.

    Transformerlər (şəklini dəyişən) "Intel EVO" sertifikasiyasına malikdir: "Iris Xe" qrafik sürətləndiricisinə malik on birinci nəsil "Core" prosessorundan istifadə olunub. Operativ yaddaş tutumu 8 giqabayt, quraşdırılmış yaddaş 256 giqabayt təşkil edir.

    Kompüterlər alüminium və maqnezium ərintisindən hazırlanmış möhkəm korpusa malikdir. Çəkisi 1480 qram təşkil edən böyük versiya enerjini 80 vatt-saat tutumlu akkumulyatordan alır.

    Hər iki noutbuk "Obsidian Black" (qara) rəngdə təklif olunacaq. Bundan başqa, 16 düymlük model üçün "Quartz Silver" (gümüşü), 14 düymlük üçün "Topaz Green" (yaşıl) nəzərdə tutulub. Qiymətlər müvafiq olaraq 2010 və 1880 dollar arasında dəyişir.

    https://yollar.ru
    “LG Gram 360” noutbuku 16 və 14 düym ekranlı versiyalarda hazırlanıb "LG Electronics" şirkəti nazik və yüngül "Gram" portativ kompüterlər seriyasını genişləndirərək "Intel Tiger Lake" aparat platforması üzərində qurulan "Gram 360" modelini təqdim edib. Milli.Az ictnews.az-a istinadən bildirir ki, seriyaya 16 və 14 düym ekranlı modellər daxildir. Ekranlı qapağı 360 dərəcə döndərərək noutbuku planşet iş rejiminə keçirmək mümkündür. Hazırda yalnız böyük versiyanın təsvir ölçüsü açıqlanıb - "WQXGA" (2560 × 1600 piksel). Həmçinin "DCI-P3" rəng məkanı 100 faiz əhatə olunub. Transformerlər (şəklini dəyişən) "Intel EVO" sertifikasiyasına malikdir: "Iris Xe" qrafik sürətləndiricisinə malik on birinci nəsil "Core" prosessorundan istifadə olunub. Operativ yaddaş tutumu 8 giqabayt, quraşdırılmış yaddaş 256 giqabayt təşkil edir. Kompüterlər alüminium və maqnezium ərintisindən hazırlanmış möhkəm korpusa malikdir. Çəkisi 1480 qram təşkil edən böyük versiya enerjini 80 vatt-saat tutumlu akkumulyatordan alır. Hər iki noutbuk "Obsidian Black" (qara) rəngdə təklif olunacaq. Bundan başqa, 16 düymlük model üçün "Quartz Silver" (gümüşü), 14 düymlük üçün "Topaz Green" (yaşıl) nəzərdə tutulub. Qiymətlər müvafiq olaraq 2010 və 1880 dollar arasında dəyişir. https://yollar.ru
    NEWS.MILLI.AZ
    “LG Gram 360” noutbuku 16 və 14 düym ekranlı versiyalarda hazırlanıb
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Soyuq günlərin isti içkiləri

    Soyuq havalı günlərdə isti içkilər qəbul etmək çox faydalıdır. Yeməkdən bir müddət sonra qəbul edilən isti içki, o cümlədən çay infarkt, beyin-damar xəstəlikləri riskini azaldır. Xüsusən yaşıl çayda olan antioksidantlar yaddaşsızlığa səbəb olan fermentin aktivləşməsinin qarşısını alır. Lakin qeyd etmək lazımdır ki, yaşıl çayın tərkibində kofein mövcud olduğundan həkimlər gün ərzində iki fincandan artıq içməyi məsləhət görmürlər.

    Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Rasionumuzda xüsusi yer tutan qəhvə antioksidantlarla zəngin olduğu üçün xərçəng riskini azaldır. Araşdırmalar göstərir ki, qəhvə həm də şəkər xəstəliyinin yaranmasının qarşısını alır. Ona görə də gün ərzində iki-üç fincan qəhvə içmək məsləhətdir. Lakin unutmaq olmaz ki, qəhvənin çox qəbul edilməsi yuxu probleminin yaranmasına səbəb olur. Həmçinin qəhvənin tərkibindəki kofestol maddəsi qanda xolesterini yüksəldir".

    Mütəxəssislər bildirirlər ki, qara çay mövsümi soyuqdəymələr zamanı çox faydalıdır. Tərkibi B2, C və E vitaminləri ilə zəngin olan çay qan dövranını yaxşılaşdırır. Bu ətirli içki ürək-damar xəstəliklərinə profilaktik təsir göstərir. Həddindən çox çay içmək yuxusuzluğa, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər.

    Həkim-diyetoloq bildirib: "Bol vitamin və minerallarla zəngin olan süd isə həm də zəngin kalsium mənbəyi hesab olunur. Süd yaddaşı gücləndirməklə qanda xolesterinin səviyyəsini azaldır, dişlərin erkən çürüməsinin qarşısını alır. Həmçinin bu içki dərini cavan saxlayır. Araşdırmalar göstərir ki, süd həm də mədə-bağırsaq xəstəliklərinin dərmanıdır. Gün ərzində bir neçə dəfə süd qəbul etmək olar. Sinir toxumalarının inkişafında süd qəbul edilməsinin xüsusi rolu var".

    Beləliklə, isti içkilər soyuq aylarda həm canı isidir, həm də sağlamlığa çox müsbət təsir göstərir.

    https://yollar.ru
    Soyuq günlərin isti içkiləri Soyuq havalı günlərdə isti içkilər qəbul etmək çox faydalıdır. Yeməkdən bir müddət sonra qəbul edilən isti içki, o cümlədən çay infarkt, beyin-damar xəstəlikləri riskini azaldır. Xüsusən yaşıl çayda olan antioksidantlar yaddaşsızlığa səbəb olan fermentin aktivləşməsinin qarşısını alır. Lakin qeyd etmək lazımdır ki, yaşıl çayın tərkibində kofein mövcud olduğundan həkimlər gün ərzində iki fincandan artıq içməyi məsləhət görmürlər. Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Rasionumuzda xüsusi yer tutan qəhvə antioksidantlarla zəngin olduğu üçün xərçəng riskini azaldır. Araşdırmalar göstərir ki, qəhvə həm də şəkər xəstəliyinin yaranmasının qarşısını alır. Ona görə də gün ərzində iki-üç fincan qəhvə içmək məsləhətdir. Lakin unutmaq olmaz ki, qəhvənin çox qəbul edilməsi yuxu probleminin yaranmasına səbəb olur. Həmçinin qəhvənin tərkibindəki kofestol maddəsi qanda xolesterini yüksəldir". Mütəxəssislər bildirirlər ki, qara çay mövsümi soyuqdəymələr zamanı çox faydalıdır. Tərkibi B2, C və E vitaminləri ilə zəngin olan çay qan dövranını yaxşılaşdırır. Bu ətirli içki ürək-damar xəstəliklərinə profilaktik təsir göstərir. Həddindən çox çay içmək yuxusuzluğa, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Həkim-diyetoloq bildirib: "Bol vitamin və minerallarla zəngin olan süd isə həm də zəngin kalsium mənbəyi hesab olunur. Süd yaddaşı gücləndirməklə qanda xolesterinin səviyyəsini azaldır, dişlərin erkən çürüməsinin qarşısını alır. Həmçinin bu içki dərini cavan saxlayır. Araşdırmalar göstərir ki, süd həm də mədə-bağırsaq xəstəliklərinin dərmanıdır. Gün ərzində bir neçə dəfə süd qəbul etmək olar. Sinir toxumalarının inkişafında süd qəbul edilməsinin xüsusi rolu var". Beləliklə, isti içkilər soyuq aylarda həm canı isidir, həm də sağlamlığa çox müsbət təsir göstərir. https://yollar.ru
    NEWS.MILLI.AZ
    Soyuq günlərin isti içkiləri
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Saç rənginin təbii yollarla açılması

    Açıq rəngli saçlar bir çox qadınların arzusudur. Bəzən qadınlar saçlarının rəngini açdırmaq üçün saatlarla salonlarda vaxt keçirirlər. Burada onların saçlarının rəngi kimyəvi maddələr vasitəsilə dəyişdirilir.
    Bəzi qadınlar da ev şəraitində saçlarının rəngini bir-neçə ton aça bilirlər. Onlar zərər görməsin deyə saçlarının rəngini təbii yollarla açırlar. Saçların təbii yollarla rənginin açılması kimyəvi yollarla istifadədən daha yaxşıdır.
    Bəs saçların rəngini təbii yollarla necə açmaq olar?
    Bunun üçün mətbəxinizdə bəzi məhsullar var. Siz bunlardan istifadə etməklə asanlıqla saçınızın rənginin aça bilərsiniz.
    1. Limon və su qarışımı.
    Limon hər evdə olan bir meyvədir. Ondan müxtəlif məqsədlərlə daima istifadə edildiyi barədə hamımız bilirik. Bu dəfə limondan fərqli məqsədlə istifadə edəcəyik. Saçların rəngini açmaq üçün eyni miqdar limon suyu və su qarışdırılır və nəmli saçlara sürtülür. Bundan sora saçlar günəş altında qurudulur. Bu zaman bəzi şeylərə diqqət yetirmək lazımdır:
    * Qarışımda limon suyu və suyun miqdarı eyni olmalıdır.
    * Qarışım saçlara sprey şəklində vurulmalıdır.
    * Proseduru başlamazdan əvvəl saçları islatmaq və hər tərəfini nəmləndirmək lazımdır.
    * Proseduru etməmişdən 3 gün əvvəl saçlarınızı yuyun. Bu zaman saçlarınızda əmələ gələn təbii yağlar limon suyunun saçlarınıza zərər vurmasının qarşısını alacaq.
    * Əgər saçlarınızın müəyyən hissəsinin rəngini açmaq istəyirsinizsə pambığı qarışıma batırıb, həmin nahiyyələrə sürtün.
    * Qarışım günəş altında qurudulduqda effekti daha yaxşı olur. Amma qarışımı sürtdükdən sonra 60 dəqiqədən artıq günəş altında dayanmaq olmaz.
    * Saçlarınızı gün altında qurudarkən dərinizi gün şüalarından qoruyun.
    2. Bal və zeytun yağı.
    Saçın rənginin təbii yollarla açılmasının digər yolu bal və zeytun yağı qarışımıdır. Bunun üçün eyni miqdarda bal və süzmə zeytun yağı qarışdırılır və saçlara masaj şəklində sürtülür. Qarışım ən az yarım saat saxlanılır, sonra saçlar şampunla yuyulur.
    3. Çobanyastığı suyu.
    Bir ovuc quru çobanyastığı 2 stəkan suyun içərisinə qoyulur və qaynadılır. Suyun rəngi saralanda odun üstündən götürülür və soyuduqdan sonra sprey şüşəsi vasitəsilə saçlara vurulur. Saçlar günəş işığı altında 1 saat müddətinə qurudulur.

    https://yollar.ru
    Saç rənginin təbii yollarla açılması Açıq rəngli saçlar bir çox qadınların arzusudur. Bəzən qadınlar saçlarının rəngini açdırmaq üçün saatlarla salonlarda vaxt keçirirlər. Burada onların saçlarının rəngi kimyəvi maddələr vasitəsilə dəyişdirilir. Bəzi qadınlar da ev şəraitində saçlarının rəngini bir-neçə ton aça bilirlər. Onlar zərər görməsin deyə saçlarının rəngini təbii yollarla açırlar. Saçların təbii yollarla rənginin açılması kimyəvi yollarla istifadədən daha yaxşıdır. Bəs saçların rəngini təbii yollarla necə açmaq olar? Bunun üçün mətbəxinizdə bəzi məhsullar var. Siz bunlardan istifadə etməklə asanlıqla saçınızın rənginin aça bilərsiniz. 1. Limon və su qarışımı. Limon hər evdə olan bir meyvədir. Ondan müxtəlif məqsədlərlə daima istifadə edildiyi barədə hamımız bilirik. Bu dəfə limondan fərqli məqsədlə istifadə edəcəyik. Saçların rəngini açmaq üçün eyni miqdar limon suyu və su qarışdırılır və nəmli saçlara sürtülür. Bundan sora saçlar günəş altında qurudulur. Bu zaman bəzi şeylərə diqqət yetirmək lazımdır: * Qarışımda limon suyu və suyun miqdarı eyni olmalıdır. * Qarışım saçlara sprey şəklində vurulmalıdır. * Proseduru başlamazdan əvvəl saçları islatmaq və hər tərəfini nəmləndirmək lazımdır. * Proseduru etməmişdən 3 gün əvvəl saçlarınızı yuyun. Bu zaman saçlarınızda əmələ gələn təbii yağlar limon suyunun saçlarınıza zərər vurmasının qarşısını alacaq. * Əgər saçlarınızın müəyyən hissəsinin rəngini açmaq istəyirsinizsə pambığı qarışıma batırıb, həmin nahiyyələrə sürtün. * Qarışım günəş altında qurudulduqda effekti daha yaxşı olur. Amma qarışımı sürtdükdən sonra 60 dəqiqədən artıq günəş altında dayanmaq olmaz. * Saçlarınızı gün altında qurudarkən dərinizi gün şüalarından qoruyun. 2. Bal və zeytun yağı. Saçın rənginin təbii yollarla açılmasının digər yolu bal və zeytun yağı qarışımıdır. Bunun üçün eyni miqdarda bal və süzmə zeytun yağı qarışdırılır və saçlara masaj şəklində sürtülür. Qarışım ən az yarım saat saxlanılır, sonra saçlar şampunla yuyulur. 3. Çobanyastığı suyu. Bir ovuc quru çobanyastığı 2 stəkan suyun içərisinə qoyulur və qaynadılır. Suyun rəngi saralanda odun üstündən götürülür və soyuduqdan sonra sprey şüşəsi vasitəsilə saçlara vurulur. Saçlar günəş işığı altında 1 saat müddətinə qurudulur. https://yollar.ru
    NEWS.MILLI.AZ
    Saç rənginin təbii yollarla açılması
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10