• Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır?

    Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə ürək və qan-damar xəstəliklərindən ölənlərin sayında 26,6 faiz artım olub. Bunun əsas səbəbi koronavirusdan sağalandan sonra orqanizmdə yaranan problemlərdir.

    Bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova deyib: "Koronavirus infeksiyası bir neçə orqanı zədələyə bilir. Həmin orqanlara əsasən ağciyər, ürək və böyrəklər aiddir. Lakin əgər alt qatda yatan hər hansı bir narahatlıq varsa, xəstəliklərin artması nəticəsində digər orqanların da zədələnməsi mümkündür. Yoluxma əsasən ürək-damar sistemi xəstəlikləri olanlarda narahatlıq yaradır ki, bu da insanın COVID-19-dan sağalandan sonra da laxtalanma ilə əlaqədar problemlər olduğuna görə damarlarda yaranan laxtalanmaya gətirib çıxarır və bunun nəticəsində insanlar həyatını itirir".

    Həkim-kardioloq qeyd edib ki, risk qrupunda olan koronavirus xəstələri sağalandan sonra da vaxtaşırı olaraq müayinədən keçməlidirlər: "Bəzən COVID-19 xəstəliyindən müalicə olunan zaman ikincili bakterial və ya parazitar infeksiyanın qoşulması nəticəsində orqanizmin digər orqanlarına da zərər dəymiş olur və həmin hallar letallığa aparıb çıxarır. Bəzən də elə olur ki, xəstə özünü COVID-19 infeksiyasından sağalmış sayır, orqanizmdə temperaturun yüksəlməməsini və oksigen saturasiyasının 90 üzərində olmasını infeksiyadan sağalma kimi qəbul edir və qanın laxtalanmasını nəzərə almır. Halbuki laxtalanma düzəlməyincə həyat üçün təhlükə ola bilər. İstənilən halda koronavirusdan sağalanların ayda bir dəfə də olsa həkim müayinəsindən keçməsi məsləhətdir".

    Həkim onu da bildirib ki, virusun sonrakı bir neçə il ərzində insan orqanizmində yarada biləcəyi problemləri isə gələcəkdə yaşanan təcrübələrlə daha dəqiq öyrənmək mümkündür.Milli.Az
    Koronavirusdan sağalandan sonra ən çox hansı problemlər yaranır? Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə ürək və qan-damar xəstəliklərindən ölənlərin sayında 26,6 faiz artım olub. Bunun əsas səbəbi koronavirusdan sağalandan sonra orqanizmdə yaranan problemlərdir. Bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova deyib: "Koronavirus infeksiyası bir neçə orqanı zədələyə bilir. Həmin orqanlara əsasən ağciyər, ürək və böyrəklər aiddir. Lakin əgər alt qatda yatan hər hansı bir narahatlıq varsa, xəstəliklərin artması nəticəsində digər orqanların da zədələnməsi mümkündür. Yoluxma əsasən ürək-damar sistemi xəstəlikləri olanlarda narahatlıq yaradır ki, bu da insanın COVID-19-dan sağalandan sonra da laxtalanma ilə əlaqədar problemlər olduğuna görə damarlarda yaranan laxtalanmaya gətirib çıxarır və bunun nəticəsində insanlar həyatını itirir". Həkim-kardioloq qeyd edib ki, risk qrupunda olan koronavirus xəstələri sağalandan sonra da vaxtaşırı olaraq müayinədən keçməlidirlər: "Bəzən COVID-19 xəstəliyindən müalicə olunan zaman ikincili bakterial və ya parazitar infeksiyanın qoşulması nəticəsində orqanizmin digər orqanlarına da zərər dəymiş olur və həmin hallar letallığa aparıb çıxarır. Bəzən də elə olur ki, xəstə özünü COVID-19 infeksiyasından sağalmış sayır, orqanizmdə temperaturun yüksəlməməsini və oksigen saturasiyasının 90 üzərində olmasını infeksiyadan sağalma kimi qəbul edir və qanın laxtalanmasını nəzərə almır. Halbuki laxtalanma düzəlməyincə həyat üçün təhlükə ola bilər. İstənilən halda koronavirusdan sağalanların ayda bir dəfə də olsa həkim müayinəsindən keçməsi məsləhətdir". Həkim onu da bildirib ki, virusun sonrakı bir neçə il ərzində insan orqanizmində yarada biləcəyi problemləri isə gələcəkdə yaşanan təcrübələrlə daha dəqiq öyrənmək mümkündür.Milli.Az
    0 Comments 0 Shares
  • Biz yatarkən beynimiz nə edir?
    İnsanlar həyatın demək olar ki, üçdə birini yatırlar. Lakin bu zaman beyində nələrin baş verdiyi haqda ümumi qəbul edilən bir nəzəriyyə yoxdur. Milli.Az axşam.az-a istinadən xəbər verir ki, biz yatmadığımız zaman sinir hüceyrələri daim həyəcan içərisindədir və biri-birinə siqnallar verir. Bərpa Neyronların təmas yerlərində (sinapslarda) siqnalların...
    0 Comments 0 Shares
  • Yüzlərlə britaniyalı alim Çinə məlumatlar ötürməkdə ittiham olunur

    Böyük Britaniya təhlükəsizlik qüvvələri Çinə son silahlarla bağlı gizli məlumat verməkdə şübhəli bilinən təxminən 200 britaniyalı alimi nəzarətə götürüblər.

    Bu barədə “The Times” qəzeti məlumatlı mənbəyə istinadən xəbər yayır.

    Qəzetin yazdığına görə, onlar düşmən dövlətlərə strateji cəhətdən əhəmiyyətli sahələrdə “intellektual mülkiyyətin ötürülməsinin qarşısını almağa yönəlmiş sərt ixrac məhdudiyyətlərini” pozmaqda şübhəli bilinirlər.

    Britaniya hökuməti ölkədə ondan çox universitetdə çalışan 200-dən çox vətəndaşına müvafiq bildiriş göndərməyə hazırlaşır. Onlar təyyarələr, raket dizaynı və kiber silahlarla əlaqəli ən qabaqcıl hərbi texnologiyalarla bağlı gizli araşdırmaların nəticələrini Çinə ötürməkdə şübhəli bilinirlər.

    İstintaq altında olan bir çox alimin Çin şirkətləri ilə ticarət sövdələşmələri edərək səhvən qanunları pozduğundan şübhə edilir.

    “Yaxın gələcəkdə məhkəmələrdə onlarla alimi görə bilərik”, - deyə qeyd edilir.
    Yüzlərlə britaniyalı alim Çinə məlumatlar ötürməkdə ittiham olunur Böyük Britaniya təhlükəsizlik qüvvələri Çinə son silahlarla bağlı gizli məlumat verməkdə şübhəli bilinən təxminən 200 britaniyalı alimi nəzarətə götürüblər. Bu barədə “The Times” qəzeti məlumatlı mənbəyə istinadən xəbər yayır. Qəzetin yazdığına görə, onlar düşmən dövlətlərə strateji cəhətdən əhəmiyyətli sahələrdə “intellektual mülkiyyətin ötürülməsinin qarşısını almağa yönəlmiş sərt ixrac məhdudiyyətlərini” pozmaqda şübhəli bilinirlər. Britaniya hökuməti ölkədə ondan çox universitetdə çalışan 200-dən çox vətəndaşına müvafiq bildiriş göndərməyə hazırlaşır. Onlar təyyarələr, raket dizaynı və kiber silahlarla əlaqəli ən qabaqcıl hərbi texnologiyalarla bağlı gizli araşdırmaların nəticələrini Çinə ötürməkdə şübhəli bilinirlər. İstintaq altında olan bir çox alimin Çin şirkətləri ilə ticarət sövdələşmələri edərək səhvən qanunları pozduğundan şübhə edilir. “Yaxın gələcəkdə məhkəmələrdə onlarla alimi görə bilərik”, - deyə qeyd edilir.
    0 Comments 0 Shares
  • SOCAR Türkiyə şirkətləri ilə bağlı əhəmiyyətli dəyişiklik edəcək
    “Petkim və STAR NEZ-in inteqrasiyası reallaşdırıla bilər”.

    Bu barədə “Bloomberg HT”yə müsahibəsində SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodunun (NEZ) və “Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov məlumat verib.

    O, 2021-ci ildə neft-kimya sənayesindəki gözləntilər və investisiya planları barədə danışıb. Onun sözlərinə görə, Petkim və STAR Neft Emalı Zavodunun inteqrasiyası 2-3 il ərzində həyata keçirilə bilər.

    A.Məmmədov əlavə edib ki, Petkim Türkiyədəki neft-kimya sənayesi üzrə təlabatın 18 faizini qarşılayır və bu ehtiyacın tamamilə qarşılanması üçün beş ədəd daha Petkim kimi şirkətə ehtiyac var. Baş direktor qeyd edib ki, STAR NEZ dizel bazarında Türkiyəki təlabatı qarşılamaq üçün yeni investisiyaları dəstəkləyir.

    Xatırladaq ki, STAR Neft Emalı Zavodunun illik dizayn istehsal gücü 10 milyon tondur. Zavodda ötən il ərzində 10,3 milyon xam neft və 300 min ton təbii qazdan istifadə etməklə böyük həcmdə dizel yanacağı (4,8 milyon ton), aviasiya yanacağı (1,6 milyon ton), LPG (0,3 milyon ton), nafta (1,5 milyon ton), neft koksu (0,7 milyon ton), kükürd (0,2 milyon ton) olmaqla cəmi 10,1 milyon ton məhsul hasil edilib.

    Həmçinin, “Petkim Petrokimya Holdinq”inin hazırda 21 təsisi var. Onlardan 15-i əsas istehsalat vahidi, 6-sı köməkçi qurğulardan ibarətdir. Müəssisə illik 3 milyon 600 min ton məhsul istehsal edir. Satışa çıxarılan məhsulların həcmi isə 2 milyon ton səviyyəsindədir. Müəssisə 2 əsas xammaldan istifadə etməklə (nafya və LPG) 50-dən çox məhsul istehsal edir.
    SOCAR Türkiyə şirkətləri ilə bağlı əhəmiyyətli dəyişiklik edəcək “Petkim və STAR NEZ-in inteqrasiyası reallaşdırıla bilər”. Bu barədə “Bloomberg HT”yə müsahibəsində SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodunun (NEZ) və “Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov məlumat verib. O, 2021-ci ildə neft-kimya sənayesindəki gözləntilər və investisiya planları barədə danışıb. Onun sözlərinə görə, Petkim və STAR Neft Emalı Zavodunun inteqrasiyası 2-3 il ərzində həyata keçirilə bilər. A.Məmmədov əlavə edib ki, Petkim Türkiyədəki neft-kimya sənayesi üzrə təlabatın 18 faizini qarşılayır və bu ehtiyacın tamamilə qarşılanması üçün beş ədəd daha Petkim kimi şirkətə ehtiyac var. Baş direktor qeyd edib ki, STAR NEZ dizel bazarında Türkiyəki təlabatı qarşılamaq üçün yeni investisiyaları dəstəkləyir. Xatırladaq ki, STAR Neft Emalı Zavodunun illik dizayn istehsal gücü 10 milyon tondur. Zavodda ötən il ərzində 10,3 milyon xam neft və 300 min ton təbii qazdan istifadə etməklə böyük həcmdə dizel yanacağı (4,8 milyon ton), aviasiya yanacağı (1,6 milyon ton), LPG (0,3 milyon ton), nafta (1,5 milyon ton), neft koksu (0,7 milyon ton), kükürd (0,2 milyon ton) olmaqla cəmi 10,1 milyon ton məhsul hasil edilib. Həmçinin, “Petkim Petrokimya Holdinq”inin hazırda 21 təsisi var. Onlardan 15-i əsas istehsalat vahidi, 6-sı köməkçi qurğulardan ibarətdir. Müəssisə illik 3 milyon 600 min ton məhsul istehsal edir. Satışa çıxarılan məhsulların həcmi isə 2 milyon ton səviyyəsindədir. Müəssisə 2 əsas xammaldan istifadə etməklə (nafya və LPG) 50-dən çox məhsul istehsal edir.
    0 Comments 0 Shares
  • ABŞ-da peyvənd çatışmazlığı yaşanır

    ABŞ-da SARS-CoV-2 koronavirusuna qarşı peyvənd çatışmazlığı var.

    “Politico” bu barədə mənbələrə istinadən xəbər yayır.

    Bildirilir ki, 30 milyon amerikalı artıq azı bir doza peyvənd alıb və ölkədə hər gün təxminən 1,3 milyon vaksin vurulur.

    Bununla yanaşı, dərmanları paylamaq üçün vasitələr məhduddur və hamının peyvənd oluna bilməyəcəyindən ehtiyatlanan səlahiyyətlilər bütün əhalini kütləvi vaksinasiyaya çağırmaqdan çəkinirlər.

    Bu səbəbdən, kampaniya üçün ayrılan 1 milyard dolların əhəmiyyətli hissəsi hələ də “dondurulub”.

    “İnsanları onu əldə etməyə çağırmadan məhsulu hazır vəziyyətə gətirməliyik. Hələ hazır deyilik”, - deyə məsul səlahiyyətli Mark Veber bildirib.

    Eyni zamanda, bunun ABŞ hökumətinin qarşılaşdığı ən çətin problemlərdən biri olduğuna diqqət çəkilir.
    ABŞ-da peyvənd çatışmazlığı yaşanır ABŞ-da SARS-CoV-2 koronavirusuna qarşı peyvənd çatışmazlığı var. “Politico” bu barədə mənbələrə istinadən xəbər yayır. Bildirilir ki, 30 milyon amerikalı artıq azı bir doza peyvənd alıb və ölkədə hər gün təxminən 1,3 milyon vaksin vurulur. Bununla yanaşı, dərmanları paylamaq üçün vasitələr məhduddur və hamının peyvənd oluna bilməyəcəyindən ehtiyatlanan səlahiyyətlilər bütün əhalini kütləvi vaksinasiyaya çağırmaqdan çəkinirlər. Bu səbəbdən, kampaniya üçün ayrılan 1 milyard dolların əhəmiyyətli hissəsi hələ də “dondurulub”. “İnsanları onu əldə etməyə çağırmadan məhsulu hazır vəziyyətə gətirməliyik. Hələ hazır deyilik”, - deyə məsul səlahiyyətli Mark Veber bildirib. Eyni zamanda, bunun ABŞ hökumətinin qarşılaşdığı ən çətin problemlərdən biri olduğuna diqqət çəkilir.
    0 Comments 0 Shares
  • Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb

    Daxili işlər orqanlarında çalışan şəxslərin COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.

    “Report”un əldə etdiyi məlumata görə, ötən gündən başlayaraq polis əməkdaşlarına koronavirus əleyhinə peyvənd vurulur.

    İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları vaksinasiya olunur.

    Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.
    Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb Daxili işlər orqanlarında çalışan şəxslərin COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb. “Report”un əldə etdiyi məlumata görə, ötən gündən başlayaraq polis əməkdaşlarına koronavirus əleyhinə peyvənd vurulur. İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları vaksinasiya olunur. Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.
    0 Comments 0 Shares
  • İndoneziyada leysan yağışlar: Minlərlə ev su altında qaldı

    İndoneziyanın Bekasi bölgəsini cənginə alan leysan yağışlar nəticəsində 5 672 ev sular altında qalıb.

    Bu barədə “Hürriyet” məlumat yayıb.

    Leysan yağışlar bölgənin 12 rayonunda selə səbəb olub. Suyun səviyyəsi bəzi ərazilərdə 30-150 santimetr arasında dəyişib.
    İndoneziyada leysan yağışlar: Minlərlə ev su altında qaldı İndoneziyanın Bekasi bölgəsini cənginə alan leysan yağışlar nəticəsində 5 672 ev sular altında qalıb. Bu barədə “Hürriyet” məlumat yayıb. Leysan yağışlar bölgənin 12 rayonunda selə səbəb olub. Suyun səviyyəsi bəzi ərazilərdə 30-150 santimetr arasında dəyişib.
    0 Comments 0 Shares
  • “Qarabağ ermənilərinə Rusiya pasportu verilməsi barədə açıqlamalar saxtadır” - RUSİYADAN MÜSAHİBƏ

    Türkiyə Avropa İttifaqına daxil olmaqda çətinlik çəkir, Rusiya isə “kollektiv Qərb”lə gərgin münasibətdədir. Buna görə də Moskva ilə Ankara arasında əlaqələrin inkişafı qaçılmazdır.

    Bunu Rusiya Federasiya Şurası Beynəlxalq İşlər Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Media.Az-a verdiyi müsahibədə bildirib.

    “Dağlıq Qarabağa gəldikdə, dinamikaya riayət etmək lazımdır. Müharibədəki məğlubiyyətə görə bir növ psixoloji travma alan Ermənistan tərəfində bəzi problemlər görürəm. Türkiyə təbii ki, Azərbaycanın güclü tərəfdaşı kimi çıxış edir və Cənubi Qafqazdakı vəziyyətdə maraqlı tərəfdir. Ankaranın bu bölgəni nə vaxtsa tərk etməsi ehtimalı azdır, bu da Rusiya ilə Türkiyə arasında əməkdaşlığın uzunmüddətli olacağından xəbər verir”, - deyə o qeyd edib.

    Nikiforov erməni xalqının İrəvan rəhbərliyinin səhv davranışlarına görə travma aldıqlarını deyib:

    “Nikol Paşinyan insanları “müqəddəs müharibəyə” qaldırdı, qələbələrdən danışıldı, amma bunların hamısı heç oldu”.

    Rusiyalı ekspert qeyd edib ki, erməni cəmiyyətində bu barədə absurd və səhv açıqlamalar çox olub. Onların bəziləri də Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən “ekzotik” adlandırılaraq rədd edilib.

    O, Qarabağdakı ermənilərə Rusiya pasportlarının verilməsi barədə xəbərlərin də saxta olduğunu vurğulayıb:

    “İndi də erməni tərəfində Rusiya pasportlarının verilməsi ilə bağlı açıqlamalar var (erməni millətindən olan Qarabağ sakinlərinə - red.), lakin bunlar hamısı saxtadır, onlar gələcəkdə də ortaya çıxacaqlar. Türkiyənin Rusiyaya “rüşvət” verməsi bu cür beynəlxalq saxtakarlıq nümunələrindən biridir. Unutmayın ki, Ermənistanda hələ də ABŞ-ın “kürklü pəncəsi” mövcuddur”.
    “Qarabağ ermənilərinə Rusiya pasportu verilməsi barədə açıqlamalar saxtadır” - RUSİYADAN MÜSAHİBƏ Türkiyə Avropa İttifaqına daxil olmaqda çətinlik çəkir, Rusiya isə “kollektiv Qərb”lə gərgin münasibətdədir. Buna görə də Moskva ilə Ankara arasında əlaqələrin inkişafı qaçılmazdır. Bunu Rusiya Federasiya Şurası Beynəlxalq İşlər Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Media.Az-a verdiyi müsahibədə bildirib. “Dağlıq Qarabağa gəldikdə, dinamikaya riayət etmək lazımdır. Müharibədəki məğlubiyyətə görə bir növ psixoloji travma alan Ermənistan tərəfində bəzi problemlər görürəm. Türkiyə təbii ki, Azərbaycanın güclü tərəfdaşı kimi çıxış edir və Cənubi Qafqazdakı vəziyyətdə maraqlı tərəfdir. Ankaranın bu bölgəni nə vaxtsa tərk etməsi ehtimalı azdır, bu da Rusiya ilə Türkiyə arasında əməkdaşlığın uzunmüddətli olacağından xəbər verir”, - deyə o qeyd edib. Nikiforov erməni xalqının İrəvan rəhbərliyinin səhv davranışlarına görə travma aldıqlarını deyib: “Nikol Paşinyan insanları “müqəddəs müharibəyə” qaldırdı, qələbələrdən danışıldı, amma bunların hamısı heç oldu”. Rusiyalı ekspert qeyd edib ki, erməni cəmiyyətində bu barədə absurd və səhv açıqlamalar çox olub. Onların bəziləri də Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən “ekzotik” adlandırılaraq rədd edilib. O, Qarabağdakı ermənilərə Rusiya pasportlarının verilməsi barədə xəbərlərin də saxta olduğunu vurğulayıb: “İndi də erməni tərəfində Rusiya pasportlarının verilməsi ilə bağlı açıqlamalar var (erməni millətindən olan Qarabağ sakinlərinə - red.), lakin bunlar hamısı saxtadır, onlar gələcəkdə də ortaya çıxacaqlar. Türkiyənin Rusiyaya “rüşvət” verməsi bu cür beynəlxalq saxtakarlıq nümunələrindən biridir. Unutmayın ki, Ermənistanda hələ də ABŞ-ın “kürklü pəncəsi” mövcuddur”.
    0 Comments 0 Shares
  • Türkiyə Azərbaycanın şəhid övladlarına təhsil təqaüdü ayıracaq

    “Can Azərbaycanın Qarabağ zəfərində şəhid olan qəhrəmanlarının övladları üçün özəl təqaüd proqramı ayırırıq”.

    Bu barədə Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin rəhbəri Abdulla Eren öz “Twitter” səhifəsində yazıb.

    “Türkiyə hər sahədə olduğu kimi, təhsil sahəsində də qardaşlarının yanındadır”, - A.Eren sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
    Türkiyə Azərbaycanın şəhid övladlarına təhsil təqaüdü ayıracaq “Can Azərbaycanın Qarabağ zəfərində şəhid olan qəhrəmanlarının övladları üçün özəl təqaüd proqramı ayırırıq”. Bu barədə Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin rəhbəri Abdulla Eren öz “Twitter” səhifəsində yazıb. “Türkiyə hər sahədə olduğu kimi, təhsil sahəsində də qardaşlarının yanındadır”, - A.Eren sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
    0 Comments 0 Shares
  • İlham Əliyev Baş Prokurorluğun yeni inzibati binasının açılışında iştirak etdi

    Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevə raport verib.

    Qeyd edək ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 10 iyun tarixli Sərəncamına əsasən Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, yeni idarə və şöbələr, o cümlədən islahatların tərkib hissəsi kimi, kriminalistika və informatika idarəsi yaradılıb.

    Yeni inzibati bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verən Baş prokuror Kamran Əliyev bildirib ki, dörd korpusdan ibarət kompleksdə Baş Prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksdəki bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. Yeni inzibati binada yaradılmış müasir şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyətini təmin edəcək. Eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması işi də yeni kompleksdə müvafiq standartlara və müasir formaya uyğunlaşdırılıb.

    Diqqətə çatdırılıb ki, cinayət prosesi iştirakçılarının dindirilməsi üçün müasir tələblərə cavab verən 13 dindirmə otağında zəruri texniki vasitələr qoyulub. Eyni zamanda, cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı yaradılıb. Kriminalistika otağı da ən müasir cihaz və avadanlıqla təmin olunub. İnzibati binada üç iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsinə imkan verəcək.

    Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılan və 44 günlük Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial qalereya ilə tanış olub. Qalereyada Vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə qarşı törətdiyi terror aktları ilə bağlı maddi sübutlar toplanıb.

    Dövlətimizin başçısına səyyar kriminalistik laboratoriyaların quraşdırıldığı avtomobillər barədə də məlumat verilib. Bildirilib ki, avtomobillərdə quraşdırılmış batareyaların köməyi ilə mühərriklər işə salınmadan 1,5-2 saat ərzində avtonom rejimdə hadisə yerini, eləcə də istintaq hərəkəti aparılan ərazini işıqlandırmaq mümkündür. Müasir texnika və avadanlıqla təchiz edilən bu cür avtomobillər MDB məkanında yalnız Azərbaycandadır.

    Kompleksin ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyevin fəal hüquq siyasətinin əsas məqsədi qanunun aliliyinin təmin olunmasıdır. Prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması bu istiqamətdə həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirir.

    11:58

    Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.
    İlham Əliyev Baş Prokurorluğun yeni inzibati binasının açılışında iştirak etdi Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevə raport verib. Qeyd edək ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 10 iyun tarixli Sərəncamına əsasən Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, yeni idarə və şöbələr, o cümlədən islahatların tərkib hissəsi kimi, kriminalistika və informatika idarəsi yaradılıb. Yeni inzibati bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verən Baş prokuror Kamran Əliyev bildirib ki, dörd korpusdan ibarət kompleksdə Baş Prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksdəki bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. Yeni inzibati binada yaradılmış müasir şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyətini təmin edəcək. Eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması işi də yeni kompleksdə müvafiq standartlara və müasir formaya uyğunlaşdırılıb. Diqqətə çatdırılıb ki, cinayət prosesi iştirakçılarının dindirilməsi üçün müasir tələblərə cavab verən 13 dindirmə otağında zəruri texniki vasitələr qoyulub. Eyni zamanda, cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı yaradılıb. Kriminalistika otağı da ən müasir cihaz və avadanlıqla təmin olunub. İnzibati binada üç iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsinə imkan verəcək. Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılan və 44 günlük Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial qalereya ilə tanış olub. Qalereyada Vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə qarşı törətdiyi terror aktları ilə bağlı maddi sübutlar toplanıb. Dövlətimizin başçısına səyyar kriminalistik laboratoriyaların quraşdırıldığı avtomobillər barədə də məlumat verilib. Bildirilib ki, avtomobillərdə quraşdırılmış batareyaların köməyi ilə mühərriklər işə salınmadan 1,5-2 saat ərzində avtonom rejimdə hadisə yerini, eləcə də istintaq hərəkəti aparılan ərazini işıqlandırmaq mümkündür. Müasir texnika və avadanlıqla təchiz edilən bu cür avtomobillər MDB məkanında yalnız Azərbaycandadır. Kompleksin ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin fəal hüquq siyasətinin əsas məqsədi qanunun aliliyinin təmin olunmasıdır. Prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması bu istiqamətdə həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirir. 11:58 Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
    0 Comments 0 Shares
Statok.net ILK-10