• Sabahın havası: Duman olacaq, külək əsəcək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
    Sabahın havası: Duman olacaq, külək əsəcək Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
    0 Comments 0 Shares
  • Morton: “Azərbaycanda qadınların seçki hüququnun Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir”

    Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda qadınlara səs vermə hüququnun Britaniyadan daha əvvəl verilməsini möhtəşəm adlandırıb.

    Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında bəyan edib.

    Bakıda səfərdə olduğunu bildirən V.Morton qadın hüquqlarını inkişaf etdirmək və fikirlərinin eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə işlədiyini deyib.

    “Azərbaycan Respublikasında qadınların ümumi seçki hüququnun Böyük Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir”, - deyə o vurğulayıb.
    Morton: “Azərbaycanda qadınların seçki hüququnun Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir” Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda qadınlara səs vermə hüququnun Britaniyadan daha əvvəl verilməsini möhtəşəm adlandırıb. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında bəyan edib. Bakıda səfərdə olduğunu bildirən V.Morton qadın hüquqlarını inkişaf etdirmək və fikirlərinin eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə işlədiyini deyib. “Azərbaycan Respublikasında qadınların ümumi seçki hüququnun Böyük Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir”, - deyə o vurğulayıb.
    0 Comments 0 Shares
  • profil statuslari, statuslar, yazili sekiller
    profil statuslari, statuslar, yazili sekiller
    0 Comments 0 Shares
  • YUXUDAN OYANIB YENİDƏN YATMAQ ZİYANLIDIR?

    Gecə yuxusunun bölünməməsi sağlam həyat tərzi üçün böyük önəm daşıyır.

    Yollar.ru bildirir ki, bunu Türkiyədən olan fizioloq, professor Levent Öztürk açıqlayıb. Onun sözlərinə görə, nizamlı yuxu sağlamlığa əhəmiyyətli təsir göstərir.

    Professor deyib ki, standart bir yuxu vaxtı yoxdur, yuxu müddəti insandan-insana dəyişir. Aparılan araşdırmalar əksəriyyət üçün gündə 7-8 saatlıq yuxunun kifayət olduğunu göstərir.

    Həkim qeyd edib ki, yuxu bioloji olaraq sağlamlıq üçün çox vacibdir. Araşdırmalara görə, insanların 8 faizi 5 saatdan az yatır, onlara qısa yatanlar deyilir: "Uzun yatanlar da var, 10 saatdan az yatanda bəzi problemləri olur. Onlar cəmiyyətin 2 faizini təşkil edir. Bu, genetik olaraq təyin olunmuş bir şey olduğundan, yuxu vaxtını öz əlimizlə dəyişmək, yaxşılaşdırmaq kimi bir şey yoxdur. Bioloji olaraq, nə qədər yuxu vaxtına ehtiyac varsa, o müddətdə yatmalıyıq".

    Onun sözlərinə görə, yuxu homogen bir proses deyil, yuxunun hər mərhələsinin fərqli funksiyaları var: "İnsan yatdıqdan sonra bütöv bir şəkildə yatmalıdır".

    Yatağa girəndən sonar yuxuya getmək və dərin yuxu dövrünün başladığını deyən mütəxəssis bildirib ki, dərin yuxudan təxminən 100 dəqiqə sonra REM dediyimiz yuxularla əlaqəli ilk dövrə giririk: "Bu müddət bir neçə dəqiqə çəkir. Sonra yenidən dərin yuxuya giririk. Müəyyən bir müddətdən sonra ikinci REM dövrünə giririk. Bu müddət birinci dövrdən bir az daha uzundur. Sonra dərin yuxu azalır və REM-lər daha uzun çəkir. Gecə ilk dəfə yatdıqda, beyin əvvəlcə özünü dincəltməyə xidmət edən dərin yuxunu yatır, sonra da beyninin oyanıqlıq qədər aktiv çalışdığı REM yuxusunu yerinə yetirir. Yuxunun hər dövrü fərqli mərhələlərdən ibarətdir. Yetkin bir şəxs yatdıqdan sonra bütöv bir şəkildə yatmalıdır. Yuxunun qırılmaması lazımdır. Bir 6 saatlıq yuxu ilə və iki 3 saatlıq yuxu bir-birinə bərabər deyil. Çünki 3 və ya 4 saat yatandan sonra oyandıqda, yenidən yatdıqda yuxu prosesini yenidən yaşamalı olursunuz".

    Mənbə:e-tibb.az
    YUXUDAN OYANIB YENİDƏN YATMAQ ZİYANLIDIR? Gecə yuxusunun bölünməməsi sağlam həyat tərzi üçün böyük önəm daşıyır. Yollar.ru bildirir ki, bunu Türkiyədən olan fizioloq, professor Levent Öztürk açıqlayıb. Onun sözlərinə görə, nizamlı yuxu sağlamlığa əhəmiyyətli təsir göstərir. Professor deyib ki, standart bir yuxu vaxtı yoxdur, yuxu müddəti insandan-insana dəyişir. Aparılan araşdırmalar əksəriyyət üçün gündə 7-8 saatlıq yuxunun kifayət olduğunu göstərir. Həkim qeyd edib ki, yuxu bioloji olaraq sağlamlıq üçün çox vacibdir. Araşdırmalara görə, insanların 8 faizi 5 saatdan az yatır, onlara qısa yatanlar deyilir: "Uzun yatanlar da var, 10 saatdan az yatanda bəzi problemləri olur. Onlar cəmiyyətin 2 faizini təşkil edir. Bu, genetik olaraq təyin olunmuş bir şey olduğundan, yuxu vaxtını öz əlimizlə dəyişmək, yaxşılaşdırmaq kimi bir şey yoxdur. Bioloji olaraq, nə qədər yuxu vaxtına ehtiyac varsa, o müddətdə yatmalıyıq". Onun sözlərinə görə, yuxu homogen bir proses deyil, yuxunun hər mərhələsinin fərqli funksiyaları var: "İnsan yatdıqdan sonra bütöv bir şəkildə yatmalıdır". Yatağa girəndən sonar yuxuya getmək və dərin yuxu dövrünün başladığını deyən mütəxəssis bildirib ki, dərin yuxudan təxminən 100 dəqiqə sonra REM dediyimiz yuxularla əlaqəli ilk dövrə giririk: "Bu müddət bir neçə dəqiqə çəkir. Sonra yenidən dərin yuxuya giririk. Müəyyən bir müddətdən sonra ikinci REM dövrünə giririk. Bu müddət birinci dövrdən bir az daha uzundur. Sonra dərin yuxu azalır və REM-lər daha uzun çəkir. Gecə ilk dəfə yatdıqda, beyin əvvəlcə özünü dincəltməyə xidmət edən dərin yuxunu yatır, sonra da beyninin oyanıqlıq qədər aktiv çalışdığı REM yuxusunu yerinə yetirir. Yuxunun hər dövrü fərqli mərhələlərdən ibarətdir. Yetkin bir şəxs yatdıqdan sonra bütöv bir şəkildə yatmalıdır. Yuxunun qırılmaması lazımdır. Bir 6 saatlıq yuxu ilə və iki 3 saatlıq yuxu bir-birinə bərabər deyil. Çünki 3 və ya 4 saat yatandan sonra oyandıqda, yenidən yatdıqda yuxu prosesini yenidən yaşamalı olursunuz". Mənbə:e-tibb.az
    0 Comments 0 Shares
  • BƏDƏNDƏN PİS QOXULARIN GƏLMƏSİNƏ SƏBƏB OLAN 9 QİDA

    Bədəndən gələn pis tər qoxularını aradan qaldırmaq üçün bəzən gigiyena qaydalarını yerinə yetirmək kifayət etmir. Bunun üçün gərəkdir ki, yediyimiz məhsullara diqqət edək.

    Yollar.ru xəbər verir ki, bədəndən gələn qoxular birbaşa yediyimiz məhsullarla sıx əlaqəlidir.

    Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur. Lakin bəzi ərzaqlaq məhsullarının su ilə birləşməsi nəticəsində və insan bədənində yaşayan bakteriyalar çoxalanda tər iyi kəskinləşir. Bu proses adətən metabolizm proseslərinin pozulması, hormonal və problemlərinin, həm də bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanların nəticəsində baş verir.

    Halbuki, çoxları hesab edir ki, bədəndən gələn pis qoxunun səbəbi tərdir, lakin bizim rasionda olan yeyinti məhsullarının tərkibindəki kimyəvi birləşmələr, mikroorqanizmlər və çirk bədənin qoxusuna təsir edir.

    Kimyəvi maddələr orqanizmdə artıq turşluq dərəcəsi doğurur, pH səviyyəsinin disbalansına gətirib çıxarır. Buna görə də orqanizm üçün bütün zəhərli elementləri xaric etmək çətinləşir və bu səbəbdən də pis iy yaranır.

    Bundan əlavə, qida məhsulların bəzilərinin tərkibində olan aktiv uçucu maddələr ya tər, ya da nəfəs vasitəsilə çıxarılır.

    1. Sarımsaq

    Sarımsağın kəskin qoxusu olduğu üçün bəzi insanlar ondan istifadə etməməyə üstünlük verirlər. Axı sarımsaq istifadəsindən sonra ağzından bir neçə saat ərzində pis qoxu gəlir. Bununla yanaşı, sarımsaqda olan uçucu kükürd birləşmələri tər iyinə də təsir edir. Bu maddə qan və həzm prosesi nəticəsində sorulur, sonda isə xoşagəlməz tər iyi əmələ gəlir.

    2. İşlənmiş şəkər

    Çeynəmə rezin və bütün növ işlənmiş şəkər məhsulları orqanizmin turşululuq səviyyəsini pozur, temperaturu dəyişir və pis qoxu doğurur. Yadınızda saxlayın ki, bakteriyalar şəkərlə qidalanır, onların hədsiz artması səbəbindən fermentasiya prosesləri sürətlənir və qoxu kəskinləşir.

    3. Ədviyyat

    Kerri və zirə kimi ədviyyatlar bir qayda olaraq həm dəridə, həm də ağızda xoşagəlməz qoxular doğurur, çünki onların həzm prosesində kükürdlü qazlar ayrılır, daha sonra isə dəri məsamələri vasitəsilə çıxır.

    Onların böyük hissəsi düzgün həzm olunur, lakin bəziləri qan dövranında qalır və bir müddət sonra tərə qarışaraq dəridən xaric olur.

    4. Bitki yağı

    Bitki yağları əsasən fastfud sənayesində istifadə olunur. Onlar nəinki artıq çəkiyə əsas səbəb olur, həm də xoşagəlməz qoxuların yaranmasına təsir edir. Bu yağ həzm sisteminin fəaliyyətinə mane olaraq bağırsaqlardakı digər maddələrlə zərərli kombinasiyalar təşkil edir.

    5. Kolbasa məmulatları

    Paştet, kolbasa, sosiska və bişməmiş ət məhsullarının bütün növləri mədədə turşululuğu artırır və qazlar doğurur. Onlar həzm prosesini yavaşladır, tərkibindəki yağ və kimyəvi maddələr isə toksinləri çıxarmağa kömək edən metabolik funksiyaları dəyişirlər.

    6. Qırmızı ət

    Qırmızı ətdə olan zülallar bağırsaqlarda çətin həzm olunur, buna görə orada bir neçə gün ərzində ləngiyirlər. Odur ki, onların bağırsaqlarda çürüməsi bədənin pis qoxuması riskini yüksəldir.

    Həftədə iki dəfə qırmızı ət yeyən insanlar, hər gün ət yeyənlərlə müqayisədə daha az tərləyir. Dolayısı ilə birincilərin bədənindən daha az qoxu gəlir. Bundan başqa, ətin sayını azaltmaqla siz qarın köpü və qəbizlik, meteorizmin qarşısını ala bilərsiniz.

    7. Mərəçüyüd (Qulançar)

    Baxmayaraq ki, bu, çox faydalı məhsuldur, xoşagəlməz qoxu və sidikdə turşuluq yarada bilər. Bu effekt bəzi insanlarda genetik fərqlərə uyğun olaraq özünü bu və ya digər dərəcədə göstərir.

    8. Spirtli içkilər

    Həddindən artıq miqdarda spirtli içkilər içən insanlar daha xoşagəlməz dəri və nəfəs qoxusu ilə fərqlənir. Orqanizm alkoqollu içkini toksin kimi qəbul edir, onun xaric olunmasına görə qaraciyər cavab verir.

    Spirtli içkilər 90% maye və uksus turşusuna transformasiya olunur, toksin olmayan maddə maye və duzlarla birlikdə vücuddan çıxarılır. 10% isə qan dövranında qalır, həm dəridə, həm də nəfəsdə pis qoxu doğurur.

    9. Soğan

    Bakteriyalar soğanda olan kükürd tərkibli və uçucu maddələr meydana gətirən amin turşularını parçalayır. Bu kükürd birləşmələri qana düşür, ağız, mədə, bağırsaq və qaraciyərə çatır. Onlar həmçinin ağciyər alveolasına daxil olur və böyük miqdarda yığılmışsa, nəfəs aldıqda güclü qoxuya səbəb olur.

    Yekun olaraq qeyd edək ki, yaxşı gigiyenaya baxmayaraq, ağız boşluğunda və bədəndən xoşagəlməz qoxular duyursunuzsa, çox güman ki, bunun səbəbi bəzi ərzaq məhsullarında gizlənir.
    Mənbə:publika.az
    BƏDƏNDƏN PİS QOXULARIN GƏLMƏSİNƏ SƏBƏB OLAN 9 QİDA Bədəndən gələn pis tər qoxularını aradan qaldırmaq üçün bəzən gigiyena qaydalarını yerinə yetirmək kifayət etmir. Bunun üçün gərəkdir ki, yediyimiz məhsullara diqqət edək. Yollar.ru xəbər verir ki, bədəndən gələn qoxular birbaşa yediyimiz məhsullarla sıx əlaqəlidir. Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur. Lakin bəzi ərzaqlaq məhsullarının su ilə birləşməsi nəticəsində və insan bədənində yaşayan bakteriyalar çoxalanda tər iyi kəskinləşir. Bu proses adətən metabolizm proseslərinin pozulması, hormonal və problemlərinin, həm də bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanların nəticəsində baş verir. Halbuki, çoxları hesab edir ki, bədəndən gələn pis qoxunun səbəbi tərdir, lakin bizim rasionda olan yeyinti məhsullarının tərkibindəki kimyəvi birləşmələr, mikroorqanizmlər və çirk bədənin qoxusuna təsir edir. Kimyəvi maddələr orqanizmdə artıq turşluq dərəcəsi doğurur, pH səviyyəsinin disbalansına gətirib çıxarır. Buna görə də orqanizm üçün bütün zəhərli elementləri xaric etmək çətinləşir və bu səbəbdən də pis iy yaranır. Bundan əlavə, qida məhsulların bəzilərinin tərkibində olan aktiv uçucu maddələr ya tər, ya da nəfəs vasitəsilə çıxarılır. 1. Sarımsaq Sarımsağın kəskin qoxusu olduğu üçün bəzi insanlar ondan istifadə etməməyə üstünlük verirlər. Axı sarımsaq istifadəsindən sonra ağzından bir neçə saat ərzində pis qoxu gəlir. Bununla yanaşı, sarımsaqda olan uçucu kükürd birləşmələri tər iyinə də təsir edir. Bu maddə qan və həzm prosesi nəticəsində sorulur, sonda isə xoşagəlməz tər iyi əmələ gəlir. 2. İşlənmiş şəkər Çeynəmə rezin və bütün növ işlənmiş şəkər məhsulları orqanizmin turşululuq səviyyəsini pozur, temperaturu dəyişir və pis qoxu doğurur. Yadınızda saxlayın ki, bakteriyalar şəkərlə qidalanır, onların hədsiz artması səbəbindən fermentasiya prosesləri sürətlənir və qoxu kəskinləşir. 3. Ədviyyat Kerri və zirə kimi ədviyyatlar bir qayda olaraq həm dəridə, həm də ağızda xoşagəlməz qoxular doğurur, çünki onların həzm prosesində kükürdlü qazlar ayrılır, daha sonra isə dəri məsamələri vasitəsilə çıxır. Onların böyük hissəsi düzgün həzm olunur, lakin bəziləri qan dövranında qalır və bir müddət sonra tərə qarışaraq dəridən xaric olur. 4. Bitki yağı Bitki yağları əsasən fastfud sənayesində istifadə olunur. Onlar nəinki artıq çəkiyə əsas səbəb olur, həm də xoşagəlməz qoxuların yaranmasına təsir edir. Bu yağ həzm sisteminin fəaliyyətinə mane olaraq bağırsaqlardakı digər maddələrlə zərərli kombinasiyalar təşkil edir. 5. Kolbasa məmulatları Paştet, kolbasa, sosiska və bişməmiş ət məhsullarının bütün növləri mədədə turşululuğu artırır və qazlar doğurur. Onlar həzm prosesini yavaşladır, tərkibindəki yağ və kimyəvi maddələr isə toksinləri çıxarmağa kömək edən metabolik funksiyaları dəyişirlər. 6. Qırmızı ət Qırmızı ətdə olan zülallar bağırsaqlarda çətin həzm olunur, buna görə orada bir neçə gün ərzində ləngiyirlər. Odur ki, onların bağırsaqlarda çürüməsi bədənin pis qoxuması riskini yüksəldir. Həftədə iki dəfə qırmızı ət yeyən insanlar, hər gün ət yeyənlərlə müqayisədə daha az tərləyir. Dolayısı ilə birincilərin bədənindən daha az qoxu gəlir. Bundan başqa, ətin sayını azaltmaqla siz qarın köpü və qəbizlik, meteorizmin qarşısını ala bilərsiniz. 7. Mərəçüyüd (Qulançar) Baxmayaraq ki, bu, çox faydalı məhsuldur, xoşagəlməz qoxu və sidikdə turşuluq yarada bilər. Bu effekt bəzi insanlarda genetik fərqlərə uyğun olaraq özünü bu və ya digər dərəcədə göstərir. 8. Spirtli içkilər Həddindən artıq miqdarda spirtli içkilər içən insanlar daha xoşagəlməz dəri və nəfəs qoxusu ilə fərqlənir. Orqanizm alkoqollu içkini toksin kimi qəbul edir, onun xaric olunmasına görə qaraciyər cavab verir. Spirtli içkilər 90% maye və uksus turşusuna transformasiya olunur, toksin olmayan maddə maye və duzlarla birlikdə vücuddan çıxarılır. 10% isə qan dövranında qalır, həm dəridə, həm də nəfəsdə pis qoxu doğurur. 9. Soğan Bakteriyalar soğanda olan kükürd tərkibli və uçucu maddələr meydana gətirən amin turşularını parçalayır. Bu kükürd birləşmələri qana düşür, ağız, mədə, bağırsaq və qaraciyərə çatır. Onlar həmçinin ağciyər alveolasına daxil olur və böyük miqdarda yığılmışsa, nəfəs aldıqda güclü qoxuya səbəb olur. Yekun olaraq qeyd edək ki, yaxşı gigiyenaya baxmayaraq, ağız boşluğunda və bədəndən xoşagəlməz qoxular duyursunuzsa, çox güman ki, bunun səbəbi bəzi ərzaq məhsullarında gizlənir. Mənbə:publika.az
    0 Comments 0 Shares
  • Düzgün qidalanma, ilk növbədə, orqanizmin immunitetinin möhkəmlənməsinə səbəb olur
    İnfeksion xəstəlik olan COVID-19-un bütün dünyada yayıldığı və 2 milyondan çox insanın ölümünə səbəb olduğu bir vaxtda, bütün tibbi təşkilatlar böyük və ya kiçikliyindən asılı olmayaraq bu xəstəliyin aradan qaldırılması üçün bu işə öz töhfəsini verməlidir. İnfeksion xəstəliklərlə mübarizənin...
    0 Comments 0 Shares
  • “Bavariya” klublararası dünya çempionatında finala çıxdı

    Qətərdə keçirilən klublararası dünya çempionatında Almaniyanın “Bavariya” klubu Misirin “Əl-Əhli” kollektivinə 2:0 hesabı ilə qalib gəlib.

    “Sports” resursu məlumat verir ki, Avropa çempionu afrikalıları Levandovskinin dublu sayəsində məğlub edib.

    Beləliklə də, turnirin fevralın 11-də keçiriləcək final matçında münhenlilər Meksikanın “Tiqres” komandası ilə qarşılaşacaq.
    “Bavariya” klublararası dünya çempionatında finala çıxdı Qətərdə keçirilən klublararası dünya çempionatında Almaniyanın “Bavariya” klubu Misirin “Əl-Əhli” kollektivinə 2:0 hesabı ilə qalib gəlib. “Sports” resursu məlumat verir ki, Avropa çempionu afrikalıları Levandovskinin dublu sayəsində məğlub edib. Beləliklə də, turnirin fevralın 11-də keçiriləcək final matçında münhenlilər Meksikanın “Tiqres” komandası ilə qarşılaşacaq.
    0 Comments 0 Shares
  • Tayson və Holifild arasında döyüş keçirilə bilər

    Məşhur boksçular Mayk Tayson və Evander Holifild arasında növbəti döyüş keçirilə bilər.

    Bu barədə TASS məlumat yayıb. Məlumatda bildirilir ki, yaxın zamanlarda Birləşmiş Ərəb Əmirliklərində idman funksionerlərinin iştirakı ilə forum keçiriləcək və ehtimal var ki, qarşılaşma məhz həmin tədbir çərçivəsində baş tutacaq.

    Rusiyanın “Fight Nights” klubunun sahibi Əmir Muradov öz açıqlamasında bildirib ki, sözügedən qarşılaşmanın keçirilməsi üçün danışıqlar gedir.

    “Bu çox maraqlı olardı. Amma belə bir döyüşün təşkili üçün haradasa 30 milyon dollar tələb olunur. Hazırda qarşılaşmanın keçirilməsi üçün bir neçə məkan nəzərdən keçirilir”, - deyə klub sahibi bildirib.

    Xatırladaq ki, bugünədək Tayson və Holifild artıq iki dəfə qarşılaşıb. İlk görüşdə 11-ci raundda Holifild “dəmir Maykı” nokauta göndərib. İkinci görüşdə isə Tayson rəqibinin qulağını dişlədikdən sonra diskvalifikasiya edilib.
    Tayson və Holifild arasında döyüş keçirilə bilər Məşhur boksçular Mayk Tayson və Evander Holifild arasında növbəti döyüş keçirilə bilər. Bu barədə TASS məlumat yayıb. Məlumatda bildirilir ki, yaxın zamanlarda Birləşmiş Ərəb Əmirliklərində idman funksionerlərinin iştirakı ilə forum keçiriləcək və ehtimal var ki, qarşılaşma məhz həmin tədbir çərçivəsində baş tutacaq. Rusiyanın “Fight Nights” klubunun sahibi Əmir Muradov öz açıqlamasında bildirib ki, sözügedən qarşılaşmanın keçirilməsi üçün danışıqlar gedir. “Bu çox maraqlı olardı. Amma belə bir döyüşün təşkili üçün haradasa 30 milyon dollar tələb olunur. Hazırda qarşılaşmanın keçirilməsi üçün bir neçə məkan nəzərdən keçirilir”, - deyə klub sahibi bildirib. Xatırladaq ki, bugünədək Tayson və Holifild artıq iki dəfə qarşılaşıb. İlk görüşdə 11-ci raundda Holifild “dəmir Maykı” nokauta göndərib. İkinci görüşdə isə Tayson rəqibinin qulağını dişlədikdən sonra diskvalifikasiya edilib.
    0 Comments 0 Shares
  • “Apple” və “Hyundai” elektromobillərin istehsalı barədə razılaşa bilməyib

    ABŞ-ın “Apple” və Cənubi Koreyanın “Hyundai” şirkətləri arasında elektromobillərin istehsalı üzrə aparılan danışıqlar uğursuz olub.

    “The Wall Street Journal” nəşri bildirib ki, bu bərədə “Hyundai” şirkəti və qismən ona məxsus olan “Kia Motor” məlumat yayıb.

    Qeyd edək ki, bir qədər əvvəl CNBC telekanalı tərəflər arasında danışıqların getdiyini və 2024-cü ildə elektrik avtomobillərinin birgə istehsalına başlanılacağını bəyan edib. Elektromobillərin ABŞ-ın Corciya ştatının Vest Point şəhərindəki Kia zavodunda istehsal ediləcəyi bildirilib.
    “Apple” və “Hyundai” elektromobillərin istehsalı barədə razılaşa bilməyib ABŞ-ın “Apple” və Cənubi Koreyanın “Hyundai” şirkətləri arasında elektromobillərin istehsalı üzrə aparılan danışıqlar uğursuz olub. “The Wall Street Journal” nəşri bildirib ki, bu bərədə “Hyundai” şirkəti və qismən ona məxsus olan “Kia Motor” məlumat yayıb. Qeyd edək ki, bir qədər əvvəl CNBC telekanalı tərəflər arasında danışıqların getdiyini və 2024-cü ildə elektrik avtomobillərinin birgə istehsalına başlanılacağını bəyan edib. Elektromobillərin ABŞ-ın Corciya ştatının Vest Point şəhərindəki Kia zavodunda istehsal ediləcəyi bildirilib.
    0 Comments 0 Shares
  • Ərdoğan və Merkel arasında görüş keçirilib

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.

    “Haber Global”ın Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş videokonfrans formatında təşkl edilib.

    Görüşdə Almaniya ilə Türkiyə arasındakı əməkdaşlığın inkişafı, regional məsələlər, eləcə də Türkiyə - Avropa İttifaqı əlaqələri müzakirə olunub.
    Ərdoğan və Merkel arasında görüş keçirilib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. “Haber Global”ın Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş videokonfrans formatında təşkl edilib. Görüşdə Almaniya ilə Türkiyə arasındakı əməkdaşlığın inkişafı, regional məsələlər, eləcə də Türkiyə - Avropa İttifaqı əlaqələri müzakirə olunub.
    0 Comments 0 Shares
Statok.net ILK-10