• La coopération fructueuse entre les ministères de l’intérieur de l'Azerbaïdjan et du Pakistan suscite la satisfaction
    La coopération fructueuse entre les ministères de l’intérieur de l'Azerbaïdjan et du Pakistan suscite la satisfaction
    0 Comments 0 Shares
  • Les perspectives des relations commerciales entre l’Azerbaïdjan et l’Irak au menu des discussions
    Les perspectives des relations commerciales entre l’Azerbaïdjan et l’Irak au menu des discussions
    0 Comments 0 Shares
  • Coronavirus : l’Azerbaïdjan a enregistré 365 nouvelles contaminations en 24 heures
    Coronavirus : l’Azerbaïdjan a enregistré 365 nouvelles contaminations en 24 heures
    0 Comments 0 Shares
  • Le pape François entame une visite en Irak
    Le pape François entame une visite en Irak
    0 Comments 0 Shares
  • Une vidéo du village de Youkhary Refedinli de la région de Fuzouli a été diffusée VIDEO
    Une vidéo du village de Youkhary Refedinli de la région de Fuzouli a été diffusée VIDEO
    0 Comments 0 Shares
  • Azərbaycan qadınının cəmiyyətimizdəki rolu


    2021-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşüb.

    Bu haqda Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

    Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə 2/3 qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

    Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

    Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir.

    Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırkı dövrdə bu göstərici 18,3 faizdir.

    Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2020-ci ildə 7,5 faizədək artıb.

    Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 130-dan çox qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində durur.
    Azərbaycan qadınının cəmiyyətimizdəki rolu 2021-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşüb. Bu haqda Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə 2/3 qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır. Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir. Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırkı dövrdə bu göstərici 18,3 faizdir. Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2020-ci ildə 7,5 faizədək artıb. Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 130-dan çox qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində durur.
    0 Comments 0 Shares
  • Yeni fındıq emalı fabriki istifadəyə verilir

    Zaqatalada yeni fındıq emalı fabriki yaradılır.

    İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır.

    Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

    Müvafiq istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan fındıq emalı müəssisələrinin yaradılmasıdır. Belə müəssisələrdən biri də “Agrarco” MMC-nin Zaqatala rayonunda tikilən fındıq emalı fabrikidir.

    Hazırda müəssisədə son tamamlama işləri aparılır. İldə yeddi min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri olacaq.

    Ümumi investisiya dəyəri 34,3 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
    Yeni fındıq emalı fabriki istifadəyə verilir Zaqatalada yeni fındıq emalı fabriki yaradılır. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Müvafiq istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan fındıq emalı müəssisələrinin yaradılmasıdır. Belə müəssisələrdən biri də “Agrarco” MMC-nin Zaqatala rayonunda tikilən fındıq emalı fabrikidir. Hazırda müəssisədə son tamamlama işləri aparılır. İldə yeddi min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri olacaq. Ümumi investisiya dəyəri 34,3 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
    0 Comments 0 Shares
  • Maksim Şevçenko: “Qarabağ Azərbaycandır və mən bu barədə mübahisə etmək istəmirəm”

    “Prekrasnaya Rossiya bu-bu-bu” adlı “Youtube” layihəsinin növbəti verilişində, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra etirazların baş verdiyi Ermənistandakı mövcud vəziyyət müzakirə edilib.

    Verilişin qonağı tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko olub.

    Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibədən sonra hakimiyyətdə qala bilməsinin və bəlkə də hələ uzun müddət hakimiyyətdə qalacağının səbəbi Rusiya, Türkiyə və Azərbaycanın, hətta Fransa liderlərinin ortaq maraqlarından irəli gəlir.

    “Paşinyan bu maraqların balansında müəyyən bir nöqtədir. Bir tərəfdən Rusiya, digər tərəfdən Türkiyə, Avropa Birliyi və sair. Paşinyananın istənilən kənar hərəkəti maraqlar balansını pozur və konfrontasiyaya gətirib çıxara bilər”.

    Aparıcılardan biri Ermənistandakı etiraz aksiyalarında silahla davranmağı bacaran təcrübəli insanların iştirakından və onların arxasında kimlərin dayandığından maraqlanıb.

    M.Şevçenko Ermənistandakı etirazçıları Adolf Hitlerin elektoratı ilə müqayisə edib.

    O qeyd edib ki, bu şəxslər də müharibənin nə olduğunu bilirdilər, Versal sülh müqaviləsindən (Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqaviləsi - red.) narazı idilər və qisas almağı tələb edirdilər. Ancaq hər iki halda bu insanlar ciddi elit qrupların dəstəyi olmadan uğur qazana bilmədilər.

    “Erməni elitası Qarabağ müharibəsində məğlubiyyətə uğradı. Bu insanlar 30 il ərzində istehkamlar qurmuşdular, lakin bütün bunlar bir ay ərzində Azərbaycan ordusu və Türkiyə istehsallı PUAlar tərəfindən darmadağın edildi”, - deyə, M. Şevçenko bildirib.

    Daha sonra layihə rəhbəri ilə jurnalist arasında Qarabağ ərazisinin Azərbaycana məxsus olub-olmaması üstündə mübahisə yaranıb.

    “Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı mübahisə etməyəcəm. Kim istəyirsə gedib Azərbaycan əsgərindən soruşa bilər, o sizə müharibənin kimin ərazisində aparıldığını izah edəcək. Bu, Azərbaycan ərazisidir”, - deyə, M.Şevçenko vurğulayıb.

    Eyni zamanda M.Şevçenko Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə də istinad edib.

    M.Şevçenko Bakıda keçirilən, Azərbaycan və Türkiyə Prezidentlərinin olduğu qələbə paradında fəxri qonaq kimi iştirak etdiyini də xatırladıb.

    “Türkiyə Azərbaycanda dünəndən deyil, erməni hərbi birləşmələrin rus qoşunlarının dəstəyi ilə bir milyon azərbaycanlını öz doğma torpaqlarından qovduğu vaxtdan mövcuddur.

    Məhz o vaxtdan başlayaraq, təxminən 1994-cü ildən böyük lider Heydər Əliyev azərbaycanlı hərbçiləri Avropaya deyil, Türk hərbi məktəblərində oxumağa göndərməyə başladı”, - M.Şevçenko qeyd edib.

    O bildirib ki, Cənubi Qafqazda, o cümlədən Ermənistanda rəsmi olaraq bir neçə Rusiya hərbi bazası var, Türkiyənin isə Azərbaycanda hərbi bazası yoxdur.
    Maksim Şevçenko: “Qarabağ Azərbaycandır və mən bu barədə mübahisə etmək istəmirəm” “Prekrasnaya Rossiya bu-bu-bu” adlı “Youtube” layihəsinin növbəti verilişində, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra etirazların baş verdiyi Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Verilişin qonağı tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko olub. Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibədən sonra hakimiyyətdə qala bilməsinin və bəlkə də hələ uzun müddət hakimiyyətdə qalacağının səbəbi Rusiya, Türkiyə və Azərbaycanın, hətta Fransa liderlərinin ortaq maraqlarından irəli gəlir. “Paşinyan bu maraqların balansında müəyyən bir nöqtədir. Bir tərəfdən Rusiya, digər tərəfdən Türkiyə, Avropa Birliyi və sair. Paşinyananın istənilən kənar hərəkəti maraqlar balansını pozur və konfrontasiyaya gətirib çıxara bilər”. Aparıcılardan biri Ermənistandakı etiraz aksiyalarında silahla davranmağı bacaran təcrübəli insanların iştirakından və onların arxasında kimlərin dayandığından maraqlanıb. M.Şevçenko Ermənistandakı etirazçıları Adolf Hitlerin elektoratı ilə müqayisə edib. O qeyd edib ki, bu şəxslər də müharibənin nə olduğunu bilirdilər, Versal sülh müqaviləsindən (Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqaviləsi - red.) narazı idilər və qisas almağı tələb edirdilər. Ancaq hər iki halda bu insanlar ciddi elit qrupların dəstəyi olmadan uğur qazana bilmədilər. “Erməni elitası Qarabağ müharibəsində məğlubiyyətə uğradı. Bu insanlar 30 il ərzində istehkamlar qurmuşdular, lakin bütün bunlar bir ay ərzində Azərbaycan ordusu və Türkiyə istehsallı PUAlar tərəfindən darmadağın edildi”, - deyə, M. Şevçenko bildirib. Daha sonra layihə rəhbəri ilə jurnalist arasında Qarabağ ərazisinin Azərbaycana məxsus olub-olmaması üstündə mübahisə yaranıb. “Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı mübahisə etməyəcəm. Kim istəyirsə gedib Azərbaycan əsgərindən soruşa bilər, o sizə müharibənin kimin ərazisində aparıldığını izah edəcək. Bu, Azərbaycan ərazisidir”, - deyə, M.Şevçenko vurğulayıb. Eyni zamanda M.Şevçenko Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə də istinad edib. M.Şevçenko Bakıda keçirilən, Azərbaycan və Türkiyə Prezidentlərinin olduğu qələbə paradında fəxri qonaq kimi iştirak etdiyini də xatırladıb. “Türkiyə Azərbaycanda dünəndən deyil, erməni hərbi birləşmələrin rus qoşunlarının dəstəyi ilə bir milyon azərbaycanlını öz doğma torpaqlarından qovduğu vaxtdan mövcuddur. Məhz o vaxtdan başlayaraq, təxminən 1994-cü ildən böyük lider Heydər Əliyev azərbaycanlı hərbçiləri Avropaya deyil, Türk hərbi məktəblərində oxumağa göndərməyə başladı”, - M.Şevçenko qeyd edib. O bildirib ki, Cənubi Qafqazda, o cümlədən Ermənistanda rəsmi olaraq bir neçə Rusiya hərbi bazası var, Türkiyənin isə Azərbaycanda hərbi bazası yoxdur.
    0 Comments 0 Shares
  • İlham Əliyev: “Biznes kölgədən çıxır”

    “İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

    “Bu ilin iki ayında bizim gəlirlərimiz proqnozdan əlavə haradasa 200, ya 300 milyon manat artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, biznes kölgədən çıxır. Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür.

    Beləliklə, hətta böhranlı pandemiya dövründə biz indi maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə biz böyük bərpa işlərini başlamışıq Qarabağda. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”, - deyə dövlət başçısı bildirib.
    İlham Əliyev: “Biznes kölgədən çıxır” “İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib. “Bu ilin iki ayında bizim gəlirlərimiz proqnozdan əlavə haradasa 200, ya 300 milyon manat artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, biznes kölgədən çıxır. Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz indi maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə biz böyük bərpa işlərini başlamışıq Qarabağda. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”, - deyə dövlət başçısı bildirib.
    0 Comments 0 Shares
  • Yuxuda dişləmək nə anlam verir?

    Yuxuda dişləmək yuxu sahibinin yaxşı bir insandan kömək alacağını və pis günlər keçirəcəyini göstərir. Həmçinin, yeni insanlarla tanışlıq deməkdir.

    Yuxuda kimisə dişlədiyini görmək

    Yuxu sahibinin ətrafındakı birinə qarşı qarşılıqsız hissləri olduğundan xəbər verir. Yuxuda bir adamı dişlədiyini görmək yuxu sahibinin yaxşı bir insanla mükəmməl bir dostluq quracağına işarədir.

    Yuxuda dilini dişlədiyini görmək

    Yuxu sahibinin əsəbləşməməyə çalışacağı hadisələrlə rastlaşacağına dəlalət edir. Həmçinin, acgöz bir insan olduğunu göstərir.

    Yuxuda barmaqlarını dişlədiyini görmək

    Yuxu sahibinin çox peşman olduğu şeyləri edəcəyini göstərir. Yuxuda barmaqlarını dişlədiyini görmək yuxu sahibinin maddi çətinliklərlə üzləşəcəyi anlamına gəlir.

    Yuxuda heyvan dişlədiyini görmək

    Yuxu sahibini çətin günlərin gözlədiyi kimi yozulur. Yuxuda heyvan dişlədiyini görmək ruzi və qazancın kəsiləcəyinə işarədir.

    Yuxuda dodağını dişlədiyini görmək

    Yuxu sahibinin yeni insanlarla dostluq edəcəyi anlamına gəlir. Yuxuda dodağını dişlədiyini görmək yuxu sahibinin maddi cəhətdən rahatlaşacağını göstərir.

    Yuxuda meyvə dişlədiyini görmək

    Yuxu sahibinin həyatında həmişə yaxşı insanlarla rastlaşacağından xəbər verir. Həmçinin, iş həyatındakı uğurlara işarədir.(ilk.az)
    Yuxuda dişləmək nə anlam verir? Yuxuda dişləmək yuxu sahibinin yaxşı bir insandan kömək alacağını və pis günlər keçirəcəyini göstərir. Həmçinin, yeni insanlarla tanışlıq deməkdir. Yuxuda kimisə dişlədiyini görmək Yuxu sahibinin ətrafındakı birinə qarşı qarşılıqsız hissləri olduğundan xəbər verir. Yuxuda bir adamı dişlədiyini görmək yuxu sahibinin yaxşı bir insanla mükəmməl bir dostluq quracağına işarədir. Yuxuda dilini dişlədiyini görmək Yuxu sahibinin əsəbləşməməyə çalışacağı hadisələrlə rastlaşacağına dəlalət edir. Həmçinin, acgöz bir insan olduğunu göstərir. Yuxuda barmaqlarını dişlədiyini görmək Yuxu sahibinin çox peşman olduğu şeyləri edəcəyini göstərir. Yuxuda barmaqlarını dişlədiyini görmək yuxu sahibinin maddi çətinliklərlə üzləşəcəyi anlamına gəlir. Yuxuda heyvan dişlədiyini görmək Yuxu sahibini çətin günlərin gözlədiyi kimi yozulur. Yuxuda heyvan dişlədiyini görmək ruzi və qazancın kəsiləcəyinə işarədir. Yuxuda dodağını dişlədiyini görmək Yuxu sahibinin yeni insanlarla dostluq edəcəyi anlamına gəlir. Yuxuda dodağını dişlədiyini görmək yuxu sahibinin maddi cəhətdən rahatlaşacağını göstərir. Yuxuda meyvə dişlədiyini görmək Yuxu sahibinin həyatında həmişə yaxşı insanlarla rastlaşacağından xəbər verir. Həmçinin, iş həyatındakı uğurlara işarədir.(ilk.az)
    0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10