• En yaxşı qısa whatsapp statusları
    En yaxşı qısa whatsapp statusları
    0 Comments 0 Shares
  • Sevgi, Ayriliq statusları. Whatsapp üçün maraqlı ve menalı statuslar
    Sevgi, Ayriliq statusları. Whatsapp üçün maraqlı ve menalı statuslar
    0 Comments 0 Shares
  • profil ucun sekiller
    profil ucun sekiller
    0 Comments 0 Shares
  • whatsapp üçün status yazıları
    whatsapp üçün status yazıları
    0 Comments 0 Shares
  • Ünsiyyət Tanışlıq
    https://yollar.ru/
    Ünsiyyət Tanışlıq https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • KİŞİLƏR QADINLARIN HANSI XASİYYƏTİNİ BƏYƏNMİR?

    1. Kişilər səliqəsiz və zövgsüz qadınları sevmir. Parfüm kişilərin ən zəif nöqtələrindəndir - kişilər pis qoxunun gəldiyi qadınlardan uzaq qaçır.

    2. Əsəbi, qışqıraraq danışan qadınlara kişilərdə antipatiya olur.

    3. "Kişiləşmiş”, özlərini kişi kimi aparan qadınlarla da kişilərin arası olmur. Onlar yumşaq, zərif, incə qadınları sevir.

    4. Kişilər ifrat dərəcədə makiyajdan, aksesuarlardan istifadə edən xanımları bəyənmir.

    5. Güləş, boks, futbol kimi idman növləriylə məşğul olan qadınlar da bəyənilməyənlər sırasındadır.

    6. Zəif, fədakar, qürursuz qadınları da bəyənmirlər. Kişilər daha çox dayanıqlı, dözümlü, sağlam qadınla bir yerdə olmağa üstünlük verir.

    7. Sərxoş, normadan artıq içki qəbul edən, həmçinin şorgöz qadınlar kişilərin bəyənmədiyi xanımlar sırasındadır.

    8. Kişilər yanlarındakı qadının başqa bir kişiyə diqqət göstərməsinə tab gətirə bilmir.

    9. Kişilərin şopinqi sevən, vaxtının böyük hissəsini buna «xərcləyən», həmçinin kişilərin də onlarla birgə şopinqə getməsini istəyən qadınlarla arası
    olmur. Onlar şopinqi əlavə xərc kimi dəyərləndirir.

    10. Kişilərdə onları ataları, qardaşları, xüsusilə də keçmiş sevgililərilə müqayisə edən qadınlara qarşı antipatiya olur.

    11. İfrat dərəcədə qısqanclıq kişilərin əsəblərinə toxunur. Amma onlar «soyuq» qadınlardan da tez soyuyur.

    12. Kişilərdən pulunun miqdarını soruşan qadınlara münasibət mənfi olur.

    13. Kiçik bir şeyi şişirdən qadınlar təbii ki, bəyənilmir.

    14. Ən kiçik hadisədən ağlayan qadınların gözyaşları kişilər tərəfindən «təhlükə» kimi qəbul olunur.

    15. Qadınlarda uzun dırnaqları sevmirlər.

    16. Durmadan danışan, susmaq bilməyən qadınlara kişilər nifrət edir.

    17. Kişilər onların şəxsi əşyalarına toxunan qadınları sevmir.

    18. Başqa qadınların gözəlliyini, pulunu, zərifliyini qısqanan qadınlar kişilər tərəfindən bəyənilmir.

    19. Kişilər yol verdikləri xətaları, qüsurları tez-tez dilə gətirən qadınlardan daha tez bezir.
    KİŞİLƏR QADINLARIN HANSI XASİYYƏTİNİ BƏYƏNMİR? 1. Kişilər səliqəsiz və zövgsüz qadınları sevmir. Parfüm kişilərin ən zəif nöqtələrindəndir - kişilər pis qoxunun gəldiyi qadınlardan uzaq qaçır. 2. Əsəbi, qışqıraraq danışan qadınlara kişilərdə antipatiya olur. 3. "Kişiləşmiş”, özlərini kişi kimi aparan qadınlarla da kişilərin arası olmur. Onlar yumşaq, zərif, incə qadınları sevir. 4. Kişilər ifrat dərəcədə makiyajdan, aksesuarlardan istifadə edən xanımları bəyənmir. 5. Güləş, boks, futbol kimi idman növləriylə məşğul olan qadınlar da bəyənilməyənlər sırasındadır. 6. Zəif, fədakar, qürursuz qadınları da bəyənmirlər. Kişilər daha çox dayanıqlı, dözümlü, sağlam qadınla bir yerdə olmağa üstünlük verir. 7. Sərxoş, normadan artıq içki qəbul edən, həmçinin şorgöz qadınlar kişilərin bəyənmədiyi xanımlar sırasındadır. 8. Kişilər yanlarındakı qadının başqa bir kişiyə diqqət göstərməsinə tab gətirə bilmir. 9. Kişilərin şopinqi sevən, vaxtının böyük hissəsini buna «xərcləyən», həmçinin kişilərin də onlarla birgə şopinqə getməsini istəyən qadınlarla arası olmur. Onlar şopinqi əlavə xərc kimi dəyərləndirir. 10. Kişilərdə onları ataları, qardaşları, xüsusilə də keçmiş sevgililərilə müqayisə edən qadınlara qarşı antipatiya olur. 11. İfrat dərəcədə qısqanclıq kişilərin əsəblərinə toxunur. Amma onlar «soyuq» qadınlardan da tez soyuyur. 12. Kişilərdən pulunun miqdarını soruşan qadınlara münasibət mənfi olur. 13. Kiçik bir şeyi şişirdən qadınlar təbii ki, bəyənilmir. 14. Ən kiçik hadisədən ağlayan qadınların gözyaşları kişilər tərəfindən «təhlükə» kimi qəbul olunur. 15. Qadınlarda uzun dırnaqları sevmirlər. 16. Durmadan danışan, susmaq bilməyən qadınlara kişilər nifrət edir. 17. Kişilər onların şəxsi əşyalarına toxunan qadınları sevmir. 18. Başqa qadınların gözəlliyini, pulunu, zərifliyini qısqanan qadınlar kişilər tərəfindən bəyənilmir. 19. Kişilər yol verdikləri xətaları, qüsurları tez-tez dilə gətirən qadınlardan daha tez bezir.
    0 Comments 0 Shares
  • PAXIL VƏ QISQANC BÜRCLƏR

    Qoç bürcü - Həmişə ön planda olmağı sevən qoçlar, arxa planda olduğu zaman öz mövqeyi artıqlaması ilə göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclıq hissi olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır.

    Buğa bürcü - Onlar üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressivlik və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığı sevən buğalar, qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edir. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur.

    Əkizlər bürcü - Şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır.

    Xərçəng bürcü - Aşırı duyğusal olan xərçəng bürcü qısqanclıq mövzusunda geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman xərçənglər, ətraflarındakı hər kəsə qarşı qəddar davarnır. Gərgin və narahat halı ilə hər kəsdə pis əhval-ruhiyyə yaradır. Qısqanclıqların ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilərlər. Yalan danışdığınızı o dəqiqə hiss edirlər. Güvən sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur.

    Şir bürcü - Ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların güvənini qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlayırlar.

    Qız bürcü - Sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da "zəif nöqtələri" var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanclıq duyğusunu yaşamır və yaşatmırlar, amma onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər.

    Tərəzi bürcü - Son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar.

    Əqrəb bürcü - Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanır. Qısqananda özünü idarə edə bilməyən bu bürcün nümayəndələri hadislərin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

    Oxatan bürcü - Adətən bu bürclər qısqanc deyillər. Dəyişkən xarakterə malik olduğu üçün nə edəcəklərini bilmirlər. Qısqanclıq hissləri baş qaldırdığı zaman da nə cür hərəkət edəcəklərini bilmirlər. qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.

    Oğlaq bürcü - Məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və ətrafındakı insanların onları "geridə qoyduğunu" gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.

    Dolça bürcü - Hər bir insan kimi dolçalar da hərdən qısqanclıq hisslərinin əsiri olur. Lakin digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərafdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək.

    Balıq bürcü - Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünürlər. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmasından xoşları gəlmir çünki, azad olmaq onların arzusudur. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.
    PAXIL VƏ QISQANC BÜRCLƏR Qoç bürcü - Həmişə ön planda olmağı sevən qoçlar, arxa planda olduğu zaman öz mövqeyi artıqlaması ilə göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclıq hissi olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır. Buğa bürcü - Onlar üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressivlik və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığı sevən buğalar, qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edir. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur. Əkizlər bürcü - Şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır. Xərçəng bürcü - Aşırı duyğusal olan xərçəng bürcü qısqanclıq mövzusunda geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman xərçənglər, ətraflarındakı hər kəsə qarşı qəddar davarnır. Gərgin və narahat halı ilə hər kəsdə pis əhval-ruhiyyə yaradır. Qısqanclıqların ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilərlər. Yalan danışdığınızı o dəqiqə hiss edirlər. Güvən sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur. Şir bürcü - Ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların güvənini qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlayırlar. Qız bürcü - Sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da "zəif nöqtələri" var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanclıq duyğusunu yaşamır və yaşatmırlar, amma onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər. Tərəzi bürcü - Son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar. Əqrəb bürcü - Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanır. Qısqananda özünü idarə edə bilməyən bu bürcün nümayəndələri hadislərin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar. Oxatan bürcü - Adətən bu bürclər qısqanc deyillər. Dəyişkən xarakterə malik olduğu üçün nə edəcəklərini bilmirlər. Qısqanclıq hissləri baş qaldırdığı zaman da nə cür hərəkət edəcəklərini bilmirlər. qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır. Oğlaq bürcü - Məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və ətrafındakı insanların onları "geridə qoyduğunu" gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir. Dolça bürcü - Hər bir insan kimi dolçalar da hərdən qısqanclıq hisslərinin əsiri olur. Lakin digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərafdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək. Balıq bürcü - Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünürlər. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmasından xoşları gəlmir çünki, azad olmaq onların arzusudur. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.
    0 Comments 0 Shares
  • QISABOYLU XANIMLAR ÜÇÜN: HÜNDÜR GÖRÜNMƏK ÜÇÜN NECƏ GEYİNMƏLİ?

    Daha uzun görünməyin yolları, ya da qısa boylular necə geyinməli?

    Qısa boylusansa qısa geyin

    Bu mövzuda örnək qadınların başında Miroslava Duma gəlir. Boyu 1.50 sm olan bu xanım daha çox mini ətək və paltarlara üstünlük verir. Bu mini geyimləri isə mütləq dabanlı, platform və ya plomb dabanlı ayaqqabılarla kombinləyir. Burada sirr qıçın tam görünməsindədir. Əgər qısa boylusunuzsa diz və dizdənaşağı ətəklərdən uzaq qaçmalısınız.

    Trapes şalvarlara üstünlük verin

    Qıçlara tam oturan, dizdən aşağı azca bollaşan şalvar modellərinə qarderobunuzda daha çox yer ayırın. Belə şalvarlarla dabanlı ayaqqabılar geyinin. Qalın dabanlı ayaqqabılar isə bu tip şalvarlarla əla kombindir. Ayaqqabıların dabanı şalvardan görünməməlidir. Belə kombin üçün üstə isə çox geniş və uzun olmayan geyimlər seçilməlidir ki, bel görünərək daha gözəl görüntü versin.

    Maxi ətəkləri unutmayın

    Maxi ətəklər xanımları daha uzun göstərir. Burada əsas sirr doğru kəsimli ətəyi seçməkdir. Qabarıq, qat-qat olan maxi ətəklərdən uzaq durmaq lazımdır. Daha çox birrəngli və tünd maxilərə üstünlük verin. Kombin olaraq da dabanlı botlar, sandallar və ayaqqabılar seçin.

    Ayaqqabılarınızı yaxşı seçin

    Hər zaman feminəl modellərə üstünlük verin. Feminəl ayaqqabılar qıçları daha uzun göstərməyə kömək edir. Ayaqların üstündən baxanda ayaqlar görünürsə bu tip ayaqqabılar qısa boy xanımlar üçün idealdır. Babetlər, sivriburun stilleto və platform ayaqqabılar bura daxildir. İdman stilində ayağınızın üzərini tamamilə örtən ayaqqabılardan qaçın. Biləkdən bağlanan ayaqqabılar da qısa boylular üçün deyil. Amma birinci punktda qeyd etdiyimiz kimi, Miroslava Duma tərzində geyim seçsəniz, bu zaman biləkdən bağlanan hündür dabanlı ayaqqabılar geyinə bilərsiniz. Mütləq nude (dəri rəngli) ayaqqabıları qarderobunuzdan əksik etməyin.

    Birrəngli geyinin

    Qısaboylusunuzsa o zaman monoton stildən əlavə monoton rəng də sizlikdir. Başdan ayağa bir rəng geyinsəniz həm olduğunuzda uzun, həm də incə görünərsiniz. Parlaq tək rənglərdən isə uzaqlaşın. Daha çox tünd rəngləri seçsəniz o zaman bu işdə uğurlu olarsınız. Qara, tüng göy, tünd yaşıl və bordo rəngli geyimləri qarderobunuza mütləq əlavə edin.

    Hər zaman yüksəkbel geyimlər istifadə edin

    Fərq etməz yüksəkbel ətək, şalvar və ya şort. Bu tip geyimlər diqqəti yayındırar və boyun uzun görünməsinə səbəb olar. Qısa boylu olub kilolu olan xanımlar yüksəkbel şalvarlar geyinməməlidir.

    Böyük çantalardan isə istifadə etməyin

    Oversized çantalar trend ola bilər, amma unutmayın ki, bu tip çantalar boyunuzu daha da qısa göstərər. Qısa boylu xanımlar, sizin üçün kiçik əl çantaları, çarpaz asqılı kiçik çantalar və çox böyük klatçlar əvəzolunmazdır.

    Saçlarınızı təpədən topuz yığın

    Çoxlarının imtina etmədiyi saç stili olan topuzları boyunuzun qısalığını önə çıxarmamaq üçün də rahatlıqla istifadə edə bilərsiniz. Saçlarınızı tam təpədən topuz yığsanız bu işi bacararsınız.

    Üfüqi xətlərdən uzaq qaçın, şaquli xətləri isə sevin

    Şaquli xətlər boyu uzun göstərər. Amma burada diqqət edilməli nüans xətlərin qalınlığıdır. Şaquli qalın xətli geyimlər insanı kilolu və daha da qısa boylu göstərir. Buna görə də şaquli incə xətli geyimləri seçsəniz qazanmış olarsınız.

    İncə kəmərlər istifadə edin

    Qalın kəmərlərinizi kənara tullayın! İncələri isə qarderobunuza əlavə edin. Amma yenə də burada bir nüansa diqqət etməlisiniz: kəmərin rəngi köynək, paltar və ya pencəyinizin rəngi ilə eyni və ya yaxın çalarda olmasıdır. Bununla da qıçları uzun göstərib, bədəni iki hissəyə bölmədiyiniz üçün xoş görünüş yaratmış olarsınız.

    Həmişə V yaxalı geyimlər geyinin

    V yaxalı üst geyimlər gözləri yanıladaraq onu geyinəni daha uzun göstərər. Hətta sadəcə uzun göstərməz, həm də, daha arıq göstərər.

    Qısa saçlara üstünlük verin

    Uzun saçların qısa boyları daha da vurğuladığı hamıya məlumdur. Qısa boylusunuzsa o zaman çiyinlərdən olan saçlar sizin üçün ideal saç modelidir. Bunun üçün daha çox kare saçlar (bob kəsimli saçlar) daha uyğundur. Hətta uclardan bir az uzun olsalar gözəl olar.
    QISABOYLU XANIMLAR ÜÇÜN: HÜNDÜR GÖRÜNMƏK ÜÇÜN NECƏ GEYİNMƏLİ? Daha uzun görünməyin yolları, ya da qısa boylular necə geyinməli? Qısa boylusansa qısa geyin Bu mövzuda örnək qadınların başında Miroslava Duma gəlir. Boyu 1.50 sm olan bu xanım daha çox mini ətək və paltarlara üstünlük verir. Bu mini geyimləri isə mütləq dabanlı, platform və ya plomb dabanlı ayaqqabılarla kombinləyir. Burada sirr qıçın tam görünməsindədir. Əgər qısa boylusunuzsa diz və dizdənaşağı ətəklərdən uzaq qaçmalısınız. Trapes şalvarlara üstünlük verin Qıçlara tam oturan, dizdən aşağı azca bollaşan şalvar modellərinə qarderobunuzda daha çox yer ayırın. Belə şalvarlarla dabanlı ayaqqabılar geyinin. Qalın dabanlı ayaqqabılar isə bu tip şalvarlarla əla kombindir. Ayaqqabıların dabanı şalvardan görünməməlidir. Belə kombin üçün üstə isə çox geniş və uzun olmayan geyimlər seçilməlidir ki, bel görünərək daha gözəl görüntü versin. Maxi ətəkləri unutmayın Maxi ətəklər xanımları daha uzun göstərir. Burada əsas sirr doğru kəsimli ətəyi seçməkdir. Qabarıq, qat-qat olan maxi ətəklərdən uzaq durmaq lazımdır. Daha çox birrəngli və tünd maxilərə üstünlük verin. Kombin olaraq da dabanlı botlar, sandallar və ayaqqabılar seçin. Ayaqqabılarınızı yaxşı seçin Hər zaman feminəl modellərə üstünlük verin. Feminəl ayaqqabılar qıçları daha uzun göstərməyə kömək edir. Ayaqların üstündən baxanda ayaqlar görünürsə bu tip ayaqqabılar qısa boy xanımlar üçün idealdır. Babetlər, sivriburun stilleto və platform ayaqqabılar bura daxildir. İdman stilində ayağınızın üzərini tamamilə örtən ayaqqabılardan qaçın. Biləkdən bağlanan ayaqqabılar da qısa boylular üçün deyil. Amma birinci punktda qeyd etdiyimiz kimi, Miroslava Duma tərzində geyim seçsəniz, bu zaman biləkdən bağlanan hündür dabanlı ayaqqabılar geyinə bilərsiniz. Mütləq nude (dəri rəngli) ayaqqabıları qarderobunuzdan əksik etməyin. Birrəngli geyinin Qısaboylusunuzsa o zaman monoton stildən əlavə monoton rəng də sizlikdir. Başdan ayağa bir rəng geyinsəniz həm olduğunuzda uzun, həm də incə görünərsiniz. Parlaq tək rənglərdən isə uzaqlaşın. Daha çox tünd rəngləri seçsəniz o zaman bu işdə uğurlu olarsınız. Qara, tüng göy, tünd yaşıl və bordo rəngli geyimləri qarderobunuza mütləq əlavə edin. Hər zaman yüksəkbel geyimlər istifadə edin Fərq etməz yüksəkbel ətək, şalvar və ya şort. Bu tip geyimlər diqqəti yayındırar və boyun uzun görünməsinə səbəb olar. Qısa boylu olub kilolu olan xanımlar yüksəkbel şalvarlar geyinməməlidir. Böyük çantalardan isə istifadə etməyin Oversized çantalar trend ola bilər, amma unutmayın ki, bu tip çantalar boyunuzu daha da qısa göstərər. Qısa boylu xanımlar, sizin üçün kiçik əl çantaları, çarpaz asqılı kiçik çantalar və çox böyük klatçlar əvəzolunmazdır. Saçlarınızı təpədən topuz yığın Çoxlarının imtina etmədiyi saç stili olan topuzları boyunuzun qısalığını önə çıxarmamaq üçün də rahatlıqla istifadə edə bilərsiniz. Saçlarınızı tam təpədən topuz yığsanız bu işi bacararsınız. Üfüqi xətlərdən uzaq qaçın, şaquli xətləri isə sevin Şaquli xətlər boyu uzun göstərər. Amma burada diqqət edilməli nüans xətlərin qalınlığıdır. Şaquli qalın xətli geyimlər insanı kilolu və daha da qısa boylu göstərir. Buna görə də şaquli incə xətli geyimləri seçsəniz qazanmış olarsınız. İncə kəmərlər istifadə edin Qalın kəmərlərinizi kənara tullayın! İncələri isə qarderobunuza əlavə edin. Amma yenə də burada bir nüansa diqqət etməlisiniz: kəmərin rəngi köynək, paltar və ya pencəyinizin rəngi ilə eyni və ya yaxın çalarda olmasıdır. Bununla da qıçları uzun göstərib, bədəni iki hissəyə bölmədiyiniz üçün xoş görünüş yaratmış olarsınız. Həmişə V yaxalı geyimlər geyinin V yaxalı üst geyimlər gözləri yanıladaraq onu geyinəni daha uzun göstərər. Hətta sadəcə uzun göstərməz, həm də, daha arıq göstərər. Qısa saçlara üstünlük verin Uzun saçların qısa boyları daha da vurğuladığı hamıya məlumdur. Qısa boylusunuzsa o zaman çiyinlərdən olan saçlar sizin üçün ideal saç modelidir. Bunun üçün daha çox kare saçlar (bob kəsimli saçlar) daha uyğundur. Hətta uclardan bir az uzun olsalar gözəl olar.
    0 Comments 0 Shares
  • KİŞİLƏR BU CÜR QADINLARI DAHA ÇOX SEVİR

    Kişilər zarafatlarına gülən qadınları daha çox sevir.

    ABŞ-da 80 qadın və kişi arasında yumor anlayışı və cazibədarlıq barədə aparılan sorşu bu nəticə gətirib çıxarıb.

    Kişilər güldürən deyil, gülən qadınlardan daha çox təsirlənir. ABŞ-dakı Miami Universitetindən alimlərin sonuncu işi kişilərin komik qadınlara nisbətən onların etdiyi zarafatlara gülən qadınları daha cazibədar saydığını ortaya çıxarıb.

    80 qadın və kişiyə yumor anlayışı və cazibədarlıq mövzusunda sualların verildiyi araşdırmada qadınların qarşılarındakı kişini güldürməyi çox əhəmiyyət vermədiyi, ancaq özlərini güldürən kişiləri sevdikləri məlum olub.
    KİŞİLƏR BU CÜR QADINLARI DAHA ÇOX SEVİR Kişilər zarafatlarına gülən qadınları daha çox sevir. ABŞ-da 80 qadın və kişi arasında yumor anlayışı və cazibədarlıq barədə aparılan sorşu bu nəticə gətirib çıxarıb. Kişilər güldürən deyil, gülən qadınlardan daha çox təsirlənir. ABŞ-dakı Miami Universitetindən alimlərin sonuncu işi kişilərin komik qadınlara nisbətən onların etdiyi zarafatlara gülən qadınları daha cazibədar saydığını ortaya çıxarıb. 80 qadın və kişiyə yumor anlayışı və cazibədarlıq mövzusunda sualların verildiyi araşdırmada qadınların qarşılarındakı kişini güldürməyi çox əhəmiyyət vermədiyi, ancaq özlərini güldürən kişiləri sevdikləri məlum olub.
    0 Comments 0 Shares
  • HƏR QADIN BUNU BİLMƏLİDİR - KİŞİLƏR HAQDA 10 FAKT

    Kişilər də ən az qadınlar qədər çətin varlıqlardır. Söhbət sevgi münasibətlərindən gedirsə, bu vəziyyət iki qat artır. Feat.Az hər qadının kişilər haqqında bilməli olduğu 10 faktı təqdim edir.

    1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar.

    2. Seksə başlayan tərəf hər zaman kişilər olmaq məcburiyyətində deyil. Buna görə də qadın ilk addımı atdıqda, bu, kişilərin çox xoşuna gəlir. Eyni zamanda, fərqli təcrübələr yaşamaq da onları başdan çıxarır.

    3. Evli cütlüklər üzərində aparılan araşdırmalardan biri sübut edib ki, yenidən evlənmə şansları olsa, kişilərin 90%-i yenə eyni qadını seçər. Yəni münasibətlərdə bağlılıq yalnız qadınlara məxsus deyil.

    4. Kişilərin baxımlı qadınlardan təsirləndikləri bir həqiqətdir. Ancaq yataqdan yeni qalxan və gecə göynəyindəki halınız də onların ağlını başından ala bilər. Kişilər sizi ən təbii halınızla gördükdə özlərinə daha yaxın və son dərəcə cazibədar hiss edir.

    5. Düşünülənin əksinə olaraq, kişilər romantik qadınları seksual qadınlardan daha çox bəyənir. Eləcə də təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur.

    6. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır.

    7. Kişilərin yataqda yalnız seks düşündükləri yanlışdır. Kişilər sevgililərini qucaqlamağı qadınların təxmin etdiklərindən daha çox sevirlər.

    8. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır.

    9. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər.

    10. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir.
    Mənbə:lent.az
    HƏR QADIN BUNU BİLMƏLİDİR - KİŞİLƏR HAQDA 10 FAKT Kişilər də ən az qadınlar qədər çətin varlıqlardır. Söhbət sevgi münasibətlərindən gedirsə, bu vəziyyət iki qat artır. Feat.Az hər qadının kişilər haqqında bilməli olduğu 10 faktı təqdim edir. 1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar. 2. Seksə başlayan tərəf hər zaman kişilər olmaq məcburiyyətində deyil. Buna görə də qadın ilk addımı atdıqda, bu, kişilərin çox xoşuna gəlir. Eyni zamanda, fərqli təcrübələr yaşamaq da onları başdan çıxarır. 3. Evli cütlüklər üzərində aparılan araşdırmalardan biri sübut edib ki, yenidən evlənmə şansları olsa, kişilərin 90%-i yenə eyni qadını seçər. Yəni münasibətlərdə bağlılıq yalnız qadınlara məxsus deyil. 4. Kişilərin baxımlı qadınlardan təsirləndikləri bir həqiqətdir. Ancaq yataqdan yeni qalxan və gecə göynəyindəki halınız də onların ağlını başından ala bilər. Kişilər sizi ən təbii halınızla gördükdə özlərinə daha yaxın və son dərəcə cazibədar hiss edir. 5. Düşünülənin əksinə olaraq, kişilər romantik qadınları seksual qadınlardan daha çox bəyənir. Eləcə də təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur. 6. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır. 7. Kişilərin yataqda yalnız seks düşündükləri yanlışdır. Kişilər sevgililərini qucaqlamağı qadınların təxmin etdiklərindən daha çox sevirlər. 8. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır. 9. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər. 10. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir. Mənbə:lent.az
    0 Comments 0 Shares
ILK-10