• KİŞİLƏRİN ƏN SEVDİYİ 7 QADIN TİPİ

    Kişilər hər qadından xoşlanmaz, amma bəzi qadın tipləri vardır ki,onlardan əsla imtina edə bilməzlər.

    Feat.Az kişilərin əsla imtina etmədiyi qadın tiplərini sizlərə təqdim edir.

    1. Təzyiq Göstərməyən Qadınlar

    Təzyiq göstərməyən, yəni azad buraxan qadınları hər kişi sevər. Çünki eşqbaz kişilər kimsənin onun işlərinə qarışmasını heç istəməzlər.

    2. Dürüst Qadınlar

    Dürüst insanı hər kəs sevər, amma bu cür qadınlar kişilər üçün imtina edilməzdir.

    3. Dost olmağı bacaran qadınlar

    Çox yaxşı dost olan bir qadın, kişilər üçün olmazsa olmazdır. Çünki kişi hər şeyini o qadınla paylaşa bilər və ona çox güvənərsə, bu onun üçün əladır.

    4. Seksual Qadınlar

    Hər kişinin ağlını başından alan seksual qadınlar, kişilər üçün çox diqqət çəkicidir.

    5. Pozitiv Qadınlar

    Bu cür qadınlar davamlı müsbət düşündükləri üçün ətrafındakıları həmişə xoşbəxt edərlər və əsla mənfi düşüncələr sərgiləmədikləri üçün ətrafındakı insanları özlərinə çəkərlər.

    6. Gülümsəyən Qadınlar

    Heç bir kişi davamlı qaşqabağını tökən qadınları sevməz. Tam tərsi, gülümsəyən bir qadın gördüklərində dərhal onunla danışmağa çalışarlar.

    7. Güvən Verən Qadınlar

    Kişilərin ən çox diqqət yetirdikləri şey güvəndir. Əgər yanında özünə güvən verən bir qadın varsa, başqa heç bir şeyə ehtiyacları yoxdur.
    KİŞİLƏRİN ƏN SEVDİYİ 7 QADIN TİPİ Kişilər hər qadından xoşlanmaz, amma bəzi qadın tipləri vardır ki,onlardan əsla imtina edə bilməzlər. Feat.Az kişilərin əsla imtina etmədiyi qadın tiplərini sizlərə təqdim edir. 1. Təzyiq Göstərməyən Qadınlar Təzyiq göstərməyən, yəni azad buraxan qadınları hər kişi sevər. Çünki eşqbaz kişilər kimsənin onun işlərinə qarışmasını heç istəməzlər. 2. Dürüst Qadınlar Dürüst insanı hər kəs sevər, amma bu cür qadınlar kişilər üçün imtina edilməzdir. 3. Dost olmağı bacaran qadınlar Çox yaxşı dost olan bir qadın, kişilər üçün olmazsa olmazdır. Çünki kişi hər şeyini o qadınla paylaşa bilər və ona çox güvənərsə, bu onun üçün əladır. 4. Seksual Qadınlar Hər kişinin ağlını başından alan seksual qadınlar, kişilər üçün çox diqqət çəkicidir. 5. Pozitiv Qadınlar Bu cür qadınlar davamlı müsbət düşündükləri üçün ətrafındakıları həmişə xoşbəxt edərlər və əsla mənfi düşüncələr sərgiləmədikləri üçün ətrafındakı insanları özlərinə çəkərlər. 6. Gülümsəyən Qadınlar Heç bir kişi davamlı qaşqabağını tökən qadınları sevməz. Tam tərsi, gülümsəyən bir qadın gördüklərində dərhal onunla danışmağa çalışarlar. 7. Güvən Verən Qadınlar Kişilərin ən çox diqqət yetirdikləri şey güvəndir. Əgər yanında özünə güvən verən bir qadın varsa, başqa heç bir şeyə ehtiyacları yoxdur.
    0 Comments 0 Shares
  • Təbii qazdan istifadəyə görə vətəndaşlara SMS bildirişləri göndəriləcək

    “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadəyə görə abonentlərə SMS bildirişlərin göndərilməsinə başlayır.

    Birlikdən Trend-ə bildirilib ki, bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir. Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minədək abonentin mobil telefon nömrələrinin baza məlumatlarında əksini tapdığı məlum olub. İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.

    Dəqiqləşdirmə aparmaq məqsədilə abonentlərimizdən xahiş olunur ki, istifadələrində olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı “WhatsApp” nömrəsinə göndərsinlər. Onların məlumatları da abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək.
    Təbii qazdan istifadəyə görə vətəndaşlara SMS bildirişləri göndəriləcək “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadəyə görə abonentlərə SMS bildirişlərin göndərilməsinə başlayır. Birlikdən Trend-ə bildirilib ki, bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir. Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minədək abonentin mobil telefon nömrələrinin baza məlumatlarında əksini tapdığı məlum olub. İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək. Dəqiqləşdirmə aparmaq məqsədilə abonentlərimizdən xahiş olunur ki, istifadələrində olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı “WhatsApp” nömrəsinə göndərsinlər. Onların məlumatları da abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək.
    0 Comments 0 Shares
  • Dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub

    Fevralın 8-də dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub.

    Trend xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, informasiya sahəsində görülən işlər və gələcəkdə reallaşdırıla biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

    Söhbət zamanı bildirilib ki, müharibə günlərində Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər geniş auditoriyaya əsasən fotolar vasitəsilə çatdırılıb. “Bu fotofaktlar Azərbaycanın haqlı mövqedə olduğunu göstərməklə yanaşı, düşmənin silahsız insanlara qarşı vuruşduğunu sübut etdi. Eyni zamanda, sizin mətbuatda çıxışlarınız və obyektiv baxışlarınız reallıqları tanıtmaq baxımından böyük töhfədir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

    Müharibə başlayan gündən Azərbaycanda olduğunu qeyd edən Reza Deqati deyib: “Mən bütün layihələrimi kənara qoyaraq Azərbaycana gəldim. Çünki belə bir dövrdə mütləq burada olmalı idim. Azad olunmuş bir çox ərazilərə səfər etmişəm. İstəyim odur ki, hər bir şəhəri və kəndi qarış-qarış gəzərək oradakı dağıntıları sənədləşdirim, sərgilər, albomlar və filmlər vasitəsilə dünyaya çatdırım. Bu həm də gələcək nəsillər üçün bir salnamə olacaq”, - deyə fotoqraf bildirib.

    Reza Deqati Azərbaycan əsgərlərinin şücaətinə, mərdliyinə və qorxmazlığına heyran olduğunu vurğulayıb. O, Kəlbəcərə səfəri zamanı şahidi olduğu maraqlı bir epizodu danışıb: “Kəlbəcərdə olarkən bir əsgərin sözləri məni çox kövrəltdi. Bilirsiniz ki, orada erməni mövqeləri daha yaxındır. Əsgərlər məni müşayiət edirdilər. İstəyirdim ki, onlar irəlidə getsin və mən də şəkillər çəkim. Amma nə qədər xahiş etdimsə, onlardan biri mənim arxada gəlməyimə razı olmadı. Dedi ki, düşməndən hər şey gözləmək olar, sizin kim olduğunuzu bilib atəş açarlar, qoy güllə sizə yox, mənə dəysin. Çox müharibələrdə olmuşam, amma belə mərd əsgərlər görməmişəm”.

    Vətən müharibəsinin bir çox özəllikləri ilə tarixdə xüsusi yeri tutacağını deyən fotoqraf vurğulayıb ki, Prezident İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya istiqamətində yüksək səviyyədə idarəçilik nümayiş etdirərək Azərbaycana Zəfər qazandırdı. “Gördüyüm münaqişələrdə adətən bu sahələrə ayrı-ayrı şəxslər rəhbərlik edirdilər. Amma burada Prezident İlham Əliyev bu üç sahəni elə uğurla idarə etdi ki, torpaqlar cəmi 44 gün ərzində azad olundu”, - deyə Reza Deqati bildirib.

    Görüşdə Vətən müharibəsinə həsr olunmuş birgə layihələrin reallaşdırılması, sərgilərin təşkili, həmçinin agentliyin fotomüxbirləri üçün ustad dərslərinin keçirilməsi məsələləri müzakirə edilib.
    Dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub Fevralın 8-də dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub. Trend xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, informasiya sahəsində görülən işlər və gələcəkdə reallaşdırıla biləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı bildirilib ki, müharibə günlərində Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər geniş auditoriyaya əsasən fotolar vasitəsilə çatdırılıb. “Bu fotofaktlar Azərbaycanın haqlı mövqedə olduğunu göstərməklə yanaşı, düşmənin silahsız insanlara qarşı vuruşduğunu sübut etdi. Eyni zamanda, sizin mətbuatda çıxışlarınız və obyektiv baxışlarınız reallıqları tanıtmaq baxımından böyük töhfədir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb. Müharibə başlayan gündən Azərbaycanda olduğunu qeyd edən Reza Deqati deyib: “Mən bütün layihələrimi kənara qoyaraq Azərbaycana gəldim. Çünki belə bir dövrdə mütləq burada olmalı idim. Azad olunmuş bir çox ərazilərə səfər etmişəm. İstəyim odur ki, hər bir şəhəri və kəndi qarış-qarış gəzərək oradakı dağıntıları sənədləşdirim, sərgilər, albomlar və filmlər vasitəsilə dünyaya çatdırım. Bu həm də gələcək nəsillər üçün bir salnamə olacaq”, - deyə fotoqraf bildirib. Reza Deqati Azərbaycan əsgərlərinin şücaətinə, mərdliyinə və qorxmazlığına heyran olduğunu vurğulayıb. O, Kəlbəcərə səfəri zamanı şahidi olduğu maraqlı bir epizodu danışıb: “Kəlbəcərdə olarkən bir əsgərin sözləri məni çox kövrəltdi. Bilirsiniz ki, orada erməni mövqeləri daha yaxındır. Əsgərlər məni müşayiət edirdilər. İstəyirdim ki, onlar irəlidə getsin və mən də şəkillər çəkim. Amma nə qədər xahiş etdimsə, onlardan biri mənim arxada gəlməyimə razı olmadı. Dedi ki, düşməndən hər şey gözləmək olar, sizin kim olduğunuzu bilib atəş açarlar, qoy güllə sizə yox, mənə dəysin. Çox müharibələrdə olmuşam, amma belə mərd əsgərlər görməmişəm”. Vətən müharibəsinin bir çox özəllikləri ilə tarixdə xüsusi yeri tutacağını deyən fotoqraf vurğulayıb ki, Prezident İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya istiqamətində yüksək səviyyədə idarəçilik nümayiş etdirərək Azərbaycana Zəfər qazandırdı. “Gördüyüm münaqişələrdə adətən bu sahələrə ayrı-ayrı şəxslər rəhbərlik edirdilər. Amma burada Prezident İlham Əliyev bu üç sahəni elə uğurla idarə etdi ki, torpaqlar cəmi 44 gün ərzində azad olundu”, - deyə Reza Deqati bildirib. Görüşdə Vətən müharibəsinə həsr olunmuş birgə layihələrin reallaşdırılması, sərgilərin təşkili, həmçinin agentliyin fotomüxbirləri üçün ustad dərslərinin keçirilməsi məsələləri müzakirə edilib.
    0 Comments 0 Shares
  • “Vikipediya”nın özbək dil bölməsində Füzuli rayonu haqqında məqalə yaradılıb

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında uzun müddət Ermənistan işğalı altında qalan və Azərbaycan ordusunun apardığı Vətən müharibəsi nəticəsində azad olunan Füzuli rayonu haqqında özbək dilində bölmə istifadəyə verib.

    Bu barədə Trend-ə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

    Məqalədə Azərbaycan Respublikasının 2 şəhər, 16 qəsəbə, 82 kənd, 144.000 nəfər əhalisi olan Füzuli rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında geniş məlumat verilir.

    İlk vaxtlar Qarabulaq, 1930-cu ildən sonra Karyagin adlanan bölgə, daha sonralar - 1959 - cu ildən Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Füzuli rayonu adlandırılmışdır.

    Rayon ərazisində çoxsaylı tarixi abidələrin olduğu və sözügedən abidələrin Əcəmi Memarlıq Məktəbinin təsiri ilə tikildiyi qeyd olunur.

    Füzuli rayonunda XIII əsrə aid Əhmədalı, Argali türbələri, Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi, XVIII əsrə aid məscid, XIX əsrə aid İmamzadə türbəsi, XIX əsrə aid Qacar, Böyük Pirəhmədli, Merdinli, Saracıq və Gorazilli kəndlərindəki körpülər, XIX əsrə aid "Məşədi Həbib" hamamı, Merdinli kəndi yaxınlığındakı daş at və qoç abidələri rayonun əsas abidələri hesab olunur.
    Bölmədə 1988-ci ildə başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzulilinin vuruşduğunu, yüzlərlə insanın şəhid olduğu qeyd olunur, 51 kənd və rayon mərkəzinin işğalçı Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu qeyd olunur. 17 oktyabr 2020-ci ildə Azərbaycan ordusunun apardığı Vətən müharibəsi nəticəsində rayonun tamamilə erməni işğalından azad edildiyi qeyd olunur.

    Yaradılan bölmədə Prezident İlham Əliyevin Füzulinin azad olunması ilə bağlı xalqa müraciətinə də yer verilib: “Təəssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli yırtıcı və vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökülüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib. Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidə abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq” deyə ölkə başçısı bildirib. Bölmədə həmçinin Füzulidə inşa ediləcək Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa yolunun təməlqoyma mərasimindən də fotoşəkillər yer alıb.

    Özbək dilində “Fuzuliy tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, ədəbiyyat siyahısı verilmişdir ki, burada bir sıra nəşrlərin siyahısı daxil edilmişdir.

    Azərbaycan Mədəniyyət Mərkəzi Özbək dilli auditoriya üçün yaratdığı bu bölmədən gələcəkdə hər bir internet istifadəçilərinin, xüsusi ilə tədqiqatçıların faydalanması mümkündür.

    Özbək dilində yaradılmış Füzuli rayonu haqqında bölmə ilə BURADAN linkində tanış olmaq mümkündür.
    “Vikipediya”nın özbək dil bölməsində Füzuli rayonu haqqında məqalə yaradılıb Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında uzun müddət Ermənistan işğalı altında qalan və Azərbaycan ordusunun apardığı Vətən müharibəsi nəticəsində azad olunan Füzuli rayonu haqqında özbək dilində bölmə istifadəyə verib. Bu barədə Trend-ə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Məqalədə Azərbaycan Respublikasının 2 şəhər, 16 qəsəbə, 82 kənd, 144.000 nəfər əhalisi olan Füzuli rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında geniş məlumat verilir. İlk vaxtlar Qarabulaq, 1930-cu ildən sonra Karyagin adlanan bölgə, daha sonralar - 1959 - cu ildən Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Füzuli rayonu adlandırılmışdır. Rayon ərazisində çoxsaylı tarixi abidələrin olduğu və sözügedən abidələrin Əcəmi Memarlıq Məktəbinin təsiri ilə tikildiyi qeyd olunur. Füzuli rayonunda XIII əsrə aid Əhmədalı, Argali türbələri, Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi, XVIII əsrə aid məscid, XIX əsrə aid İmamzadə türbəsi, XIX əsrə aid Qacar, Böyük Pirəhmədli, Merdinli, Saracıq və Gorazilli kəndlərindəki körpülər, XIX əsrə aid "Məşədi Həbib" hamamı, Merdinli kəndi yaxınlığındakı daş at və qoç abidələri rayonun əsas abidələri hesab olunur. Bölmədə 1988-ci ildə başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzulilinin vuruşduğunu, yüzlərlə insanın şəhid olduğu qeyd olunur, 51 kənd və rayon mərkəzinin işğalçı Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu qeyd olunur. 17 oktyabr 2020-ci ildə Azərbaycan ordusunun apardığı Vətən müharibəsi nəticəsində rayonun tamamilə erməni işğalından azad edildiyi qeyd olunur. Yaradılan bölmədə Prezident İlham Əliyevin Füzulinin azad olunması ilə bağlı xalqa müraciətinə də yer verilib: “Təəssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli yırtıcı və vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökülüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib. Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidə abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq” deyə ölkə başçısı bildirib. Bölmədə həmçinin Füzulidə inşa ediləcək Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa yolunun təməlqoyma mərasimindən də fotoşəkillər yer alıb. Özbək dilində “Fuzuliy tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, ədəbiyyat siyahısı verilmişdir ki, burada bir sıra nəşrlərin siyahısı daxil edilmişdir. Azərbaycan Mədəniyyət Mərkəzi Özbək dilli auditoriya üçün yaratdığı bu bölmədən gələcəkdə hər bir internet istifadəçilərinin, xüsusi ilə tədqiqatçıların faydalanması mümkündür. Özbək dilində yaradılmış Füzuli rayonu haqqında bölmə ilə BURADAN linkində tanış olmaq mümkündür.
    0 Comments 0 Shares
  • Qarabağda yeni regional radio kanalının açılması üçün müsabiqə elan edilib

    Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.

    Trend-in məlumatına görə, iclasda Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.
    Qarabağda yeni regional radio kanalının açılması üçün müsabiqə elan edilib Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.
    0 Comments 0 Shares
  • Onlayn söhbət, mesajlaşma, forum
    https://yollar.ru/
    Onlayn söhbət, mesajlaşma, forum https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Ünsiyyət Saytı
    forum ünsiyyət, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə
    0 Comments 0 Shares
  • Türkiyə dünya ölkələrinə 70 milyon gül göndərib

    Müqəddəs Valentin Günü ərəfəsində Türkiyədən 22 ölkəyə 70 milyon gül göndərilib.

    Bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb. Satılan güllərin böyük bir qismi Niderland, Böyük Britaniya, Almaniya və Rumıniya kimi Avropa ölkələrinin payına düşür.

    Türkiyənin dekorativ bitki və məhsulların ixracı assosiasiyasının rəhbəri İsmayıl Yılmaz “Anadolu Agentliyi”nə verdiyi açıqlamasında bildirib ki, pandemiya şəraitində ölkənin gül ixracı daha da artıb.

    Onun sözlərinə görə, 2019-cu ildə Türkiyədən ümumi dəyəri 6 milyon dollar olan 60 milyon gül ixrac olunubsa, 2020-ci ildə bu rəqəm müvafiq olaraq 7 milyon dollar və 70 milyon gülə çatıb.

    https://yollar.ru/
    Türkiyə dünya ölkələrinə 70 milyon gül göndərib Müqəddəs Valentin Günü ərəfəsində Türkiyədən 22 ölkəyə 70 milyon gül göndərilib. Bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb. Satılan güllərin böyük bir qismi Niderland, Böyük Britaniya, Almaniya və Rumıniya kimi Avropa ölkələrinin payına düşür. Türkiyənin dekorativ bitki və məhsulların ixracı assosiasiyasının rəhbəri İsmayıl Yılmaz “Anadolu Agentliyi”nə verdiyi açıqlamasında bildirib ki, pandemiya şəraitində ölkənin gül ixracı daha da artıb. Onun sözlərinə görə, 2019-cu ildə Türkiyədən ümumi dəyəri 6 milyon dollar olan 60 milyon gül ixrac olunubsa, 2020-ci ildə bu rəqəm müvafiq olaraq 7 milyon dollar və 70 milyon gülə çatıb. https://yollar.ru/
    OXU.AZ
    Türkiyə dünya ölkələrinə 70 milyon gül göndərib
    Müqəddəs Valentin Günü ərəfəsində Türkiyədən 22 ölkəyə 70 milyon gül göndərilib. Bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb. Satılan güllərin böyük bir qismi Niderland, Böyük Britaniya, Almaniya və Rumıniya kimi Avropa ölkələrinin payına düşür. Türkiyənin dekorativ bitki və məhsulların ixracı...
    0 Comments 0 Shares
  • Klop: “Bəlkə onun ayaqları donmuşdu? - VİDEO

    “Liverpul” klubunun baş məşqçisi Yurgen Klop İngiltərə Premyer Liqasının XXIII turunda “Mançester Siti” klubu ilə qarşılaşmada kobud səhvləri ilə yadda qalan Alisson Bekerin oyununa münasibət bildirib.

    Bu barədə “Sky Sports” məlumat verib.

    Qapıçısının sərgilədiyi oyuna münasibət bildirən almaniyalı mütəxəssis bildirib ki, ola bilər ki, A.Bekerin oyunda ayaqları donub.

    “Çox gülməli səslənir, amma bu, mümkündür”, - deyə Y.Klop söyləyib.

    Xatırladaq ki, “Mançester Siti” səfərdə “mersesaydlılar” üzərində 1:4 hesablı qələbə qazanıb.

    Oyun ərzində “Liverpul”un qapısına vurulan dörd qoldan ikisi braziliyalının kobud səhvlərindən sonra qeydə alınıb.

    https://yollar.ru/
    Klop: “Bəlkə onun ayaqları donmuşdu? - VİDEO “Liverpul” klubunun baş məşqçisi Yurgen Klop İngiltərə Premyer Liqasının XXIII turunda “Mançester Siti” klubu ilə qarşılaşmada kobud səhvləri ilə yadda qalan Alisson Bekerin oyununa münasibət bildirib. Bu barədə “Sky Sports” məlumat verib. Qapıçısının sərgilədiyi oyuna münasibət bildirən almaniyalı mütəxəssis bildirib ki, ola bilər ki, A.Bekerin oyunda ayaqları donub. “Çox gülməli səslənir, amma bu, mümkündür”, - deyə Y.Klop söyləyib. Xatırladaq ki, “Mançester Siti” səfərdə “mersesaydlılar” üzərində 1:4 hesablı qələbə qazanıb. Oyun ərzində “Liverpul”un qapısına vurulan dörd qoldan ikisi braziliyalının kobud səhvlərindən sonra qeydə alınıb. https://yollar.ru/
    OXU.AZ
    Klop: “Bəlkə onun ayaqları donmuşdu? - VİDEO
    “Liverpul” klubunun baş məşqçisi Yurgen Klop İngiltərə Premyer Liqasının XXIII turunda “Mançester Siti” klubu ilə qarşılaşmada kobud səhvləri ilə yadda qalan Alisson Bekerin oyununa münasibət bildirib. Bu barədə “Sky Sports” məlumat verib. Qapıçısının sərgilədiyi oyuna münasibət bildirən almaniyalı mütəxəssis bildirib...
    0 Comments 0 Shares
  • Mənalı Statuslar, Mənalı Sözlər, Ən Gözəl Mesajlar
    Mənalı Statuslar, Mənalı Sözlər, Ən Gözəl Mesajlar
    0 Comments 0 Shares
  • https://yollar.ru/sitemap.html
    https://yollar.ru/sitemap.html
    0 Comments 0 Shares
ILK-10