Yeni iPhone-lar Android smartfonların vacib funksiyalardan birini əldə edəcəklər

sayt admini
Admin
Joined: 2021-02-07 12:43:13
2021-02-07 20:32:33

Barmaq izi skanı texnologiyasına sahib ilk iPhone modeli 2013-cü ildə satışa çıxmışdı. Söhbət, iPhone 5s modelindən gedir. Lakin iPhone X-dən başlayaraq şirkət Touch ID texnologiyasından imtina etdi və onu Face ID ilə əvəz etdi. Lakin yaxın gələcəkdə bu vəziyyət dəyişə bilər. İnsayderlərin təqdim etdikləri yeni hesabata əsasən növbəti iPhone modellərində Touch ID texnologiyası yenidən reallaşdırılacaq. Lakin o, istifadəçilər üçün gözəgörünməz olacaq. Çinli insayderlərin keçmiş Apple əməkdaşlarına istinadən verdikləri məlumata əsasən bu il təqdim olunacaq iPhone 13 seriyası həm Face ID həm də Touch ID texnologiyasını əldə edəcək.

Bununla belə şirkət mühəndisləri fiziki Home düyməsindən tamamilə imtina etməyi və barmaq izi skanı texnologiyasını birbaşa ekrana inteqrasiya etməyi planlaşdırırlar. Bloomberg saytının jurnalisti Mark Gurman da bu fikirlə razıdır. Ənənəvi barmaq izi skanı texnologiyasına geri dönüşün səbəblərindən biri də pandemiya zamanı insanlarıın qoruyucu maskalardan istifadə etmələridir. Bu cür şərtlərdə isə Face ID texnoligiyasından istifadə qəlizləşir. Bununla belə istifadəçi öz qoruyucu maskasını heç də həmişə çıxartmaq imkanına sahib olmur.

Milli.Az

ILK-10