Zeytun yağını hər gün acqarına 1 qaşıq içsəniz... - 9 MÖHTƏŞƏM FAYDASI

sayt admini
Admin
Joined: 2021-02-07 12:43:13
2021-02-12 20:47:55

Sadəcə 1 qaşıqla orqanizmdə baş verən möcüzəvi dəyişiklik...

Zeytun yağı zeytun dənələrindən əldə edilən sağlam bitki yağıdır. Təbiətin möcüzəsi olan zeytun yağı həzmi asanlaşdırır, qaraciyəri təmizləyir, metabolizmanı sürətləndirir.

Lakin zeytun yağının faydaları bununla bitmir. Hər gün acqarına 1 qaşıq zeytun yağı içsəniz, görün hansı faydalı təsirləri olacaq:

1 – QARA CİYƏRİ TƏMİZLƏYİR

Qara ciyərin vəzifəsi bütün orqanizmi təmizləməkdir. Zeytun yağı da qara ciyəri təmizləyir. Orqanizmdə olan toksinləri zeytun yağının köməyi ilə təmizləyər, həmçinin funksiyasının artmasına kömək olar.

2 – HƏZMİ ASANLAŞDIRIR

Zeytun yağının tərkibində yüksək miqdarda antioksidant vardır. Bunun sayəsində həzm sistemini normallaşdırır və bağırsaqlar daha sağlam işləyir. Gündə 1 yemək qaşığı zeytun yağının qəbulu həzmə müsbət təsir edir. Eyni zamanda qəbzliyi olanlar bu problemi həll etmiş olur.

3 – SÜMÜKLƏRİ GÜCLƏNDİRİR

Zeytun yüksək miqdarda kalsiumla zəngin olan qidadır. Bu kalsium sayəsində sümüklərin inkişafına kömək edir. Zeytun yağı sümükləri gücləndirdiyi kimi, qırılmaqdan qoruyur. Minerallarla da zəngin olan zeytun yağı sümüklərin vazkeçilməzidir.

4 – DƏRİNİ QORUYUR

Dərini qoruyur və tez qocalmanın qarşısını alır. Dərini gözəlləşdirir və qüsursuzlaşdırır. Həmçinin dərini makiyaj və bir çox kimyəvi maddələrdən qoruyur.

5 – METABOLİZMANI SÜRƏTLƏNDİRİR

Zeytun yağı qəbul edən insanın metabolizması sürətlənir və tez çəki atır. Tez-tez zeytun yağlı salat yesəniz və bunu adət halına gətirsəniz bədən quruluşunuzu qoruyacaq və daha sağlam orqanizmə sahib olacaqsınız.

6 – DİABETƏ TƏSİRİ

Zeytun yağı qandakı şəkəri aşağı salır. Hətta diabet xəstələrinə insulin vəzifəsini yerinə yetirir və müsbət təsir göstərir.

7 – SAÇLARA FAYDASI

Saçlara da faydası olduqca çoxdur. Bir çox saça qulluq məhsullarının tərkibində zeytun yağı olur. Evdə də adi zeytun yağından istifadə edə bilərsiniz. Duşdan əvvəl zeytun yağını saçlarınıza sürtün və 15-20 dəqiqə saxlayın. Bu prosedur saç tökülməsinin və bir çox problemlərin qarşısını alır.

8 – STRESSİ AZALDIR

Stresli və yorucu günlərinizdə bir çay qaşığı zeytun yağı qəbul edin, bütün şikayətlərdən qurtulacaqsınız. Orqanizmin enerjisini artıraraq daha da günrah olmanıza səbəb olacaq.

9 – QAN TƏZYİQİNİ NORMALLAŞDIRIR

Qan təzyiqini normallaşdırdığı üçün təzyiqə faydalıdır. Bu faydasından dolayı yüksək təzyiqdən əziyyət çəkən insanların yararlanmasında böyük fayda var.

Bunlardan başqa, zeytun yağı xolestrolun səviyyəsini də qoruyur. Süd vəzlərində yaranan çatlara müsbət təsir etməklə yanaşı, süd vəzində xərçəngin yaranma riskini azaldır. Zeytun yağı faydalı yağlardan olduğu üçün hər gün qəbul edə bilərsiniz, ancaq miqdarını düzgün müəyyən edin!

Firuzə Alimova / TurpKimi.com

MobTop.az Statok.net ILK-10