Google haqqında bilmədiyiniz 10 maraqlı fakt

sayt admini
Admin
Joined: 2021-02-07 12:43:13
2021-02-12 21:32:57

Dünyanın ən çox tıklanan veb saytı və ən böyük axtarış sistemi olan Google haqqında nə qədər məlumatlısınız? Bu məqaləmizdə Google ilə bağlı maraqlı məlumatları təqdim edəcəyik.Həyatımızın hər anında iştirak edən, bilmədiklərimizi öyrədən Google ilə bağlı nələri bilirsiniz? Bununla bağlı qeyri-adi məlumatları sizə təqdim edirik:

1. 1999-cu ildə Google 1 milyon dollara satılacaqdı, ancaq ilk müştəri Excite son anda almaqdan imtina etdi.

2. Google-un reklam gəlirlərinin nə qədər yüksək olduğunu təsəvvür edə bilirsiniz? Hər il təkcə reklamdan 20 milyon dollar gəlir əldə edən Google, ABC və ya FOX-un ən çox izləndiyi saatların cəmindən daha çox qazanır.

3. Dünyanın ən böyük axtarış motoru Google-da hər dəqiqədə 2 milyon axtarış aparılır.

4. 16 Avqust 2013-cü il tarixində Google 5 dəqiqə müddətində çökdü. Bu dəqiqələrdə internetin trafiki 40% azaldı.

5. Google vasitəsilə edilən axtarışların 16% -i əvvəllər edilməyən axtarışlardır.

6. Google, tıklamalara və axtarışlara görə Facebook-u geridə qoyub. Dünyada ən çox ziyarət edilən veb saytdır.

7. Google Maps tətbiqi Android cihazlarının sürətini izləyərək trafiki hesablayır.

8. Steve Jobs, Google şirkətinin logosundakı ikinci “O” hərfinin sarı rəngdə omasını doğru hesab etmədiyini bildirib.

9. Google-un son dərəcə uğurlu xidmətlərindən biri olan Google Earth-ün məlumat bazası 20 Petabaytdan çoxdur.

10. Google-da edilən tək bir axtarış Apollo 11-in Aya göndərilməsindən daha çox hesablama gücü tələb edir.

https://www.ilk.az/

MobTop.az Statok.net ILK-10