Qara nöqtələrə qarşı maska

sayt admini
Admin
Joined: 2021-02-07 12:43:13
2021-02-13 13:32:46

Üz dərisində yaranan problemlərdən biri də qara nöqtələrdir.

Axşam.az ev şəraitində qara nöqtələrdən qurtulmaq üçün limonlu və badam yağlı maskanı təqdim edir.

Tərkibi:

1 yemək qaşığı limon suyu

1 yemək qaşığı bal

1 yemək qaşığı badam yağı

2 yemək qaşığı süd

İstifadə qaydası

Tələb olunanları qabda qarışdırın. Məhlulu qara nöqtələr və səpkilər olan hissəyə vurub 20 dəqiqə gözləyin. Bu vaxt ərzində günəş şüası qəbul etməyin. Daha sonra isə üzünüzü ilıq su ilə durulayın. Bu maskanı ard-arda 5-7 gün istifadə edin. 4-5 gün ara verərək yenidən təkrarlaya bilərsiniz.

MobTop.az Statok.net ILK-10