Bu yemək insanı cavanlaşdırır

sayt admini
Admin
Joined: 2021-02-07 12:43:13
2021-02-13 13:33:54

Qış aylarında daha çox isti və sulu yeməklərə üstünlük verilir. Bunlar soyuqdəymə və digər xəstəliklərin qarşısını tez bir zamanda ala bilir. Ən çox üstünlük verilən isti və sulu yeməklərdən biri də toyuq şorbasıdır.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, qədim dövrlərdən bu günə qədər insanların daha çox üstünlük verdiyi bu yeməyə hələ də böyük tələbat var.

Toyuq şorbasının faydalarını sadalamaqla bitmir. Bu qida bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
Bu şorba alim İbn Sinanın da müalicə vasitələri sırasında yer alıb.

Sözügedən qida immunitetin gücləndirilməsində, soyuqdəymə və qripin qarşısının alınmasında, sümük və hüceyrələrin inkişafında müstəsna rol oyanyır.

Sağlam qidalanma mütəxəssislərinin araşdırmalarına görə, bu yeməyin bilinməyən tərəfi isə onun insanı cavanlaşdırma xüsusiyyətinə malik olmasıdır. Belə ki, tərkibində dəri üçün lazımlı maddələr mövcuddur. Buna görə də ondan mütəmadi yedikdə cavan qalmağa kömək edir. Dərinin elastikliyini, saç və dırnağın möhkəmliyini və normal yuxunu təmin edir. Dərinin tez qırışmasının qarşısını alır.

Bir sözlə, toyuq suyu şorbası insanların gənc və sağlam qalmasında əvvəzsiz rola malikdir.

MobTop.az Statok.net ILK-10