Qlobal notbuk bazarının lideri məlum oldu

sayt admini
Admin
Joined: 2021-02-07 12:43:13
2021-02-16 20:09:50

Məsafədən iş və təhsil 2020-ci ilin dördüncü rübündə sənaye tarixində ən yüksək kompüter tələbinə gətirib çıxarıb.

Bu tələbat satışların illik müqayisədə 54% artmasına səbəb olub. Rüb ərzində 69,7 milyon, bütün il üçün 226,8 milyon mobil kompüter satılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə məlumat Strategy Analytics şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış hesabatda yer alıb.

Bazarın lideri Lenovo şirkəti olub. Ötən ilin dördüncü rübündə Çin istehsalçısı 2019-cu ilin dördüncü rübündən 47% daha çox, yəni 17.9 milyon notbuk satıb. Lenovo 2020-ci ildə ümumi olaraq 54.9 milyon notbuk satmağa nail olub. Bu, 2019-cu illə müqayisədə 24% çoxdur. Rübün sonunda şirkət kompüter bazarının 25,6%-ni tutub və ümumilikdə bir il üçün göstəricilərdən danışırıqsa, Lenovonun qlobal notbuk bazarındakı payı 26,8% olub.

İkinci yeri HP şirkəti tutur. İstehsalçı 2019-cu ilin dördüncü rübünə nisbətən satışda 64% artım edib, 15,8 milyon notbuk satmağa nail olub. Şirkət 2020-ci il ərzində satışa 52,2 milyon mobil kompüter göndərib ki, bu da 2019-cu illə müqayisədə 39% çoxdur. Rübün sonunda HP-nin payı 22,6%, ilin sonunda isə 23,0% olub. Üçüncü yer Dell-ə ​​məxsusdur. 2020-ci ilin dördüncü rübündə 11,5 milyon notbuk satışa göndərilib ki, bu da 2019-cu ilin müvafiq rübündən 65% çoxdur. Ötən il ərzində şirkət ümumi olaraq 35,4 milyon notbuk satmağı bacarıb. Bu, 2019-cu illə müqayisədə 28% çoxdur. Rübün sonunda Dell bazarın 16,6%, ilin sonunda isə 15,6% sahibdir. Apple dördüncü yerdədir. Rüb ərzində 6.3 milyon notbuk tədarük edərək tədarükləri illik göstəricilərdə 58% artırıb.

Ümumilikdə, 2020-ci ildə Apple 19,7 milyon notbuku satıb. Bu 2019-cu illə müqayisədə 26% çoxdur. Apple-ın rübün sonunda payı 9,1%, ilin sonunda isə 8,7% olub.

Acer ilk beşliyi bağlayır. Şirkət rüb ərzində 5.6 milyon notbuk satıb. Bu göstərici il ərzində 59% artıb. 2020-ci il ərzində Acer satışa 16,5 milyon notbuk göndərə bilib. Bu göstərici 2019-cu illə müqayisədə 33% çoxdur. Rübün sonunda Acer-in payı 8.0%, ilin sonunda 7.3% olub.

ILK-10