Yollar.ru - Mobil Portal
  • 2 people like this
  • Other
Recent Updates
  • https://yollar.ru/forums/thread/128/K%C3%B6rp%C9%99-u%C5%9Fa%C4%9F%C4%B1n-yem%C9%99yi
    https://yollar.ru/forums/thread/128/K%C3%B6rp%C9%99-u%C5%9Fa%C4%9F%C4%B1n-yem%C9%99yi
    YOLLAR.RU
    Körpə uşağın yeməyi
    Südəmər uşağın yeməyi ən əvvəl çaydan başlayır, çünki körpə aclıqan çox susuzluğa dözə bilmir. Əslində susuzluğa heç kim dözə bilmir, amma körpələr susuzluqdan ölə bilirlər. Körpə uşağın tempraturu qalxdıqda və ya ishal, qusma...
    0 Comments 0 Shares
  • https://yollar.ru/forums/thread/127/K-ouml-rp%C9%99l%C9%99rinizi-s-uuml-ni-qidalardan-qoruyun
    https://yollar.ru/forums/thread/127/K-ouml-rp%C9%99l%C9%99rinizi-s-uuml-ni-qidalardan-qoruyun
    YOLLAR.RU
    Körpələrinizi süni qidalardan qoruyun
    Körpə üçün ana südündən başqa digər xeyirli ikinci bir qida yoxdur. Amma bəzi analar müxtəlif səbəblərdən öz körpələrini süni qida ilə yedirirlər.Ümumiyyətlə körpələrə 3 cür qida təyin edilir:* təbii* süni* qarışıq.Təbii...
    0 Comments 0 Shares
  • İş Elanları, Vakansiyalar
    https://yollar.ru
    İş Elanları, Vakansiyalar https://yollar.ru
    YOLLAR.RU
    Azərbaycanın Ünsiyyət Saytı, İş Elanları, Vakansiyalar, İş...
    forum ünsiyyət, iş elanları, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə, sual-cavab, onlayn qazanc
    0 Comments 0 Shares
  • Apple və Google demək olar hər dəqiqə öz istifadəçilərini izləyirlər

    Dublində yerləşən Triniti adlı kollecin professoru Doug Leith-in tədqiqatlarına əsasən Google və Apple şirkətləri ortalama hər 4 dəqiqə yarımdan bir Pixel və iPhone smartfonlarından məlumatlar yığırlar. Yığılan məlumatlar arasında telefon nömrəsi kimi konfidensial məlumatlar yer alırlar. Məlumatda qeyd edilib ki, şirkətlər hətta smartfonlardan istifadə edilməyəndə də məlumatları yığırlar. İstehsalçılar əsasən cihazın seriya nömrəsi, MAC ünvanı, IMEI, telefon nömrəsi və SIM kart barəsində məlumatları əldə edirlər.

    Doug Leith-in sözlərinə əsasən hər iki şirkət konfidensial məlumatları eyni üsulla yığır. Lakin Google serverlərinə ötürülən məlumatların həcmi daha böyükdür. Beləliklə 12 saat ərzində Google öz cihazlarından 1 MB həcmində, Apple isə təqribi olaraq 52 KB həcmində məlumat əldə edir. Bundan əlavə olaraq hər hansısa iPhone modeli Wi-Fi şəbəkəsinə qoşulan zaman Apple şirkəti həmin şəbəkəyə qoşulu olan digər cihazların da MAC ünvanlarını əldə edir.

    Doug Leith-in fikrincə MAC ünvan Wi-Fi şəbəkəsində cihazı identifikasiya edir və nəticədə ev routerini, ictimai yerdə şəbəkəyə qoşulma nöqtəsini və ya ofis şəbəkəsini təyin edir. Öz hesabatında professor istifadəçi tərəfindən baxılmış veb səhifələr və edilmiş online alış-verişlər barədə yığılan məlumatlardan da narahatlıq duyduğunu qeyd edib. Google şirkəti sözügedən tədqiqatın nəticələrinə cavab olaraq qeyd edib ki, yığılan məlumatlar əməliyyat sisteminin dəstəklənməsi üçün lazımdır. Apple isə bu məsələyə hələki fikir bildirməyib.
    Apple və Google demək olar hər dəqiqə öz istifadəçilərini izləyirlər Dublində yerləşən Triniti adlı kollecin professoru Doug Leith-in tədqiqatlarına əsasən Google və Apple şirkətləri ortalama hər 4 dəqiqə yarımdan bir Pixel və iPhone smartfonlarından məlumatlar yığırlar. Yığılan məlumatlar arasında telefon nömrəsi kimi konfidensial məlumatlar yer alırlar. Məlumatda qeyd edilib ki, şirkətlər hətta smartfonlardan istifadə edilməyəndə də məlumatları yığırlar. İstehsalçılar əsasən cihazın seriya nömrəsi, MAC ünvanı, IMEI, telefon nömrəsi və SIM kart barəsində məlumatları əldə edirlər. Doug Leith-in sözlərinə əsasən hər iki şirkət konfidensial məlumatları eyni üsulla yığır. Lakin Google serverlərinə ötürülən məlumatların həcmi daha böyükdür. Beləliklə 12 saat ərzində Google öz cihazlarından 1 MB həcmində, Apple isə təqribi olaraq 52 KB həcmində məlumat əldə edir. Bundan əlavə olaraq hər hansısa iPhone modeli Wi-Fi şəbəkəsinə qoşulan zaman Apple şirkəti həmin şəbəkəyə qoşulu olan digər cihazların da MAC ünvanlarını əldə edir. Doug Leith-in fikrincə MAC ünvan Wi-Fi şəbəkəsində cihazı identifikasiya edir və nəticədə ev routerini, ictimai yerdə şəbəkəyə qoşulma nöqtəsini və ya ofis şəbəkəsini təyin edir. Öz hesabatında professor istifadəçi tərəfindən baxılmış veb səhifələr və edilmiş online alış-verişlər barədə yığılan məlumatlardan da narahatlıq duyduğunu qeyd edib. Google şirkəti sözügedən tədqiqatın nəticələrinə cavab olaraq qeyd edib ki, yığılan məlumatlar əməliyyat sisteminin dəstəklənməsi üçün lazımdır. Apple isə bu məsələyə hələki fikir bildirməyib.
    NEWS.MILLI.AZ
    Apple və Google demək olar hər dəqiqə öz istifadəçilərini izləyirlər
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • “iPhone 13” smartfonunun buraxılış tarixi açıqlanıb

    "iPhone 13" smartfonunun buraxılışı vaxtında baş tutacaq. Bu barədə "Wedbush" agentliyinin hesabatına istinad edən "9to5mac" nəşri məlumat yayıb.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitik Daniel Ayvsın sözlərinə görə, "Apple" şirkəti yeni smartfonları, həmişə olduğu kimi, sentyabrda buraxmaq niyyətindədir. Məlumata görə, qurğuların nümayişi sentyabrın üçüncü həftəsində keçiriləcək. Analitik bu qənaətə "iPhone" modelləri üçün təchizat zənciri haqqında hesabatları öyrəndikdən sonra gəlib.

    Lakin mütəxəssis smartfonların konstruksiyası üzərində tamamlama işlərinin yubanmaya səbəb ola biləcəyini istisna etməyib. Ən pis senaridə bir sıra "iPhone" versiyaları oktyabrın əvvəlində təqdim ediləcək. "Apple" nümayəndələri ümid edir ki, tədarük tarixi pozulmayacaq və istehlakçılar yeni qurğuları oktyabrda əldə edə biləcəklər.

    Agentliyin hesabatında, həmçinin qeyd olunur ki, "Apple" 25 faiz daha çox smartfon istehsal etməyə hazırlaşır. Hazırkı qabaqcıl modellər seriyası təxminən 100 milyon ədəd sayda satışa çıxarılıb. Yeni smartfonların dəqiq adı hələ ki müəyyənləşməyib. Mütəxəssislər tərəfindən onlar şərti olaraq "iPhone 13" adlandırılır.

    "Apple" şirkəti 2020-ci ildə yeni smartfonların nümayişini sentyabrdan oktyabra keçirib. Bundan başqa, modellər satışa hissə-hissə çıxarılıb. Bu, koronavirus pandemiyasının səbəb olduğu böhran nəticəsində "iPhone" istehsal edən zavodların fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədardır.

    Oktyabrda tanınmış bloger Min-Çi Ko bildirib ki, "Apple" 2021-ci ildə "iPhone 12" smartfonunun buraxılışı ilə bağlı bütün problemləri nəzərə alacaq. Mütəxəssisin proqnozuna görə, yeni qabaqcıl modellər vaxtında işıq üzü görəcək.

    “iPhone 13” smartfonunun buraxılış tarixi açıqlanıb "iPhone 13" smartfonunun buraxılışı vaxtında baş tutacaq. Bu barədə "Wedbush" agentliyinin hesabatına istinad edən "9to5mac" nəşri məlumat yayıb. Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitik Daniel Ayvsın sözlərinə görə, "Apple" şirkəti yeni smartfonları, həmişə olduğu kimi, sentyabrda buraxmaq niyyətindədir. Məlumata görə, qurğuların nümayişi sentyabrın üçüncü həftəsində keçiriləcək. Analitik bu qənaətə "iPhone" modelləri üçün təchizat zənciri haqqında hesabatları öyrəndikdən sonra gəlib. Lakin mütəxəssis smartfonların konstruksiyası üzərində tamamlama işlərinin yubanmaya səbəb ola biləcəyini istisna etməyib. Ən pis senaridə bir sıra "iPhone" versiyaları oktyabrın əvvəlində təqdim ediləcək. "Apple" nümayəndələri ümid edir ki, tədarük tarixi pozulmayacaq və istehlakçılar yeni qurğuları oktyabrda əldə edə biləcəklər. Agentliyin hesabatında, həmçinin qeyd olunur ki, "Apple" 25 faiz daha çox smartfon istehsal etməyə hazırlaşır. Hazırkı qabaqcıl modellər seriyası təxminən 100 milyon ədəd sayda satışa çıxarılıb. Yeni smartfonların dəqiq adı hələ ki müəyyənləşməyib. Mütəxəssislər tərəfindən onlar şərti olaraq "iPhone 13" adlandırılır. "Apple" şirkəti 2020-ci ildə yeni smartfonların nümayişini sentyabrdan oktyabra keçirib. Bundan başqa, modellər satışa hissə-hissə çıxarılıb. Bu, koronavirus pandemiyasının səbəb olduğu böhran nəticəsində "iPhone" istehsal edən zavodların fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədardır. Oktyabrda tanınmış bloger Min-Çi Ko bildirib ki, "Apple" 2021-ci ildə "iPhone 12" smartfonunun buraxılışı ilə bağlı bütün problemləri nəzərə alacaq. Mütəxəssisin proqnozuna görə, yeni qabaqcıl modellər vaxtında işıq üzü görəcək.
    NEWS.MILLI.AZ
    “iPhone 13” smartfonunun buraxılış tarixi açıqlanıb
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Android-də vacib sistem yenilənməsi kimi maskalanan zərərli proqram təminatı aşkar edilib
    Android-də vacib sistem yenilənməsi kimi maskalanan zərərli proqram təminatı aşkar edilib
    NEWS.MILLI.AZ
    Android-də vacib sistem yenilənməsi kimi maskalanan zərərli proqram təminatı aşkar edilib
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Süni ürək hazırlanıb

    Fransanın "Carmat" şirkəti tərəfindən süni ürək hazırlanıb.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, ürək xəstəliyi dünyada geniş yayılmış ölüm səbəbidir, inkişaf etmiş ölkələrdə təxminən hər beş nəfərdən biri bütün həyatı boyu ürək çatışmazlığından əziyyət çəkir.

    Süni ürək formasına görə insan ürəyinə oxşayır, çəkisi 4 kq-dır. Hər 4 saatdan bir enerji ilə doldurulması tələb olunan iki akkumulyator bloku ilə işləyir.

    Datçiklər qan təzyiqini müəyyənləşdirir və bunun nəticəsində alqoritm real vaxt rejimində qan axınına nəzarət edir. "Süni ürək insan ürəyi kimi işləyir, pasiyent hərəkət etdikdə qan axını artır, əksinə, pasiyent istirahət etdikdə qan axını sabit olur və azalır" - "Carmat" şirkətinin baş direktoru Stefan Piat deyib.

    Xəstənin qanı ilə təmasda olan detallar yan təsirlərlə bağlı riski azaltmaq üçün insan bədəninə uyğun materialdan hazırlanıb. Cərrahi implantasiyadan sonra qurğu heç bir baxım tələb etmir.

    Hazırda süni ürək üzərində keçirilən sınaqda 19 pasiyent iştirak edir.

    Şirkət 2020-ci ilin dekabrında öz süni ürəyinin Avropa Birliyində satışına icazə alıb. "Carmat" şirkəti iyunun sonunadək Almaniyada öz süni ürəyinin satışına başlamağa ümid edir. 2021-ci ilin sonunadək 20 belə qurğunun istehsalı planlaşdırılır.
    Süni ürək hazırlanıb Fransanın "Carmat" şirkəti tərəfindən süni ürək hazırlanıb. Milli.Az ictnews.az-a istinadən bildirir ki, ürək xəstəliyi dünyada geniş yayılmış ölüm səbəbidir, inkişaf etmiş ölkələrdə təxminən hər beş nəfərdən biri bütün həyatı boyu ürək çatışmazlığından əziyyət çəkir. Süni ürək formasına görə insan ürəyinə oxşayır, çəkisi 4 kq-dır. Hər 4 saatdan bir enerji ilə doldurulması tələb olunan iki akkumulyator bloku ilə işləyir. Datçiklər qan təzyiqini müəyyənləşdirir və bunun nəticəsində alqoritm real vaxt rejimində qan axınına nəzarət edir. "Süni ürək insan ürəyi kimi işləyir, pasiyent hərəkət etdikdə qan axını artır, əksinə, pasiyent istirahət etdikdə qan axını sabit olur və azalır" - "Carmat" şirkətinin baş direktoru Stefan Piat deyib. Xəstənin qanı ilə təmasda olan detallar yan təsirlərlə bağlı riski azaltmaq üçün insan bədəninə uyğun materialdan hazırlanıb. Cərrahi implantasiyadan sonra qurğu heç bir baxım tələb etmir. Hazırda süni ürək üzərində keçirilən sınaqda 19 pasiyent iştirak edir. Şirkət 2020-ci ilin dekabrında öz süni ürəyinin Avropa Birliyində satışına icazə alıb. "Carmat" şirkəti iyunun sonunadək Almaniyada öz süni ürəyinin satışına başlamağa ümid edir. 2021-ci ilin sonunadək 20 belə qurğunun istehsalı planlaşdırılır.
    NEWS.MILLI.AZ
    Süni ürək hazırlanıb
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • “Samsung” 200 meqapikselli kameraya malik smartfon nümayiş etdirib

    "Samsung" şirkəti rekord təsvir ölçülü kameraya malik smartfon buraxacaq. Bu barədə şirkətin "Twitter" hesabında deyilir.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreya şirkətinin prosessorların istehsalı ilə məşğul olan bölməsinin sosial şəbəkələrində yeni smartfonun görüntüləri dərc edilib. Qısa videoçarxa görə, qurğunun kamerası altı obyektivə malik olacaq. Onlardan biri 200 meqapikselli rekord təsvir ölçüsü ilə təchiz ediləcək. Detalların quraşdırılması "Galaxy S21" seriyalı qabaqcıl smartfonların əsas kamerasının dizaynını xatırladır.

    Bundan başqa, nümayiş olunan qurğu qoşa ön kamera ilə təchiz olunub. Videonun sonunda smartfonun "Exynos 2100" prosessoru əsasında işləməsi nümayiş edilir. Şirkətin saytındakı çipin səhifəsində göstərilib ki, qurğu 2900 meqahers tezliyində işləyir, süni intellektlə qarşılıqlı fəaliyyət göstərir, "4K" formatlı displeyləri, saniyədə 60 kadr tezliyində olmaqla "8K" standartlı videoçəkilişi, "LPDDR5" formatlı operativ yaddaşı dəstəkləyir.

    Nümayiş olunan qurğu prototipdir və işlək şəkildə mövcud deyil. Şirkət nümayəndələri altı kamera ilə təchiz edilən smartfonun nə vaxt satışa çıxarılacağı barədə məlumat təqdim etməyiblər.
    “Samsung” 200 meqapikselli kameraya malik smartfon nümayiş etdirib "Samsung" şirkəti rekord təsvir ölçülü kameraya malik smartfon buraxacaq. Bu barədə şirkətin "Twitter" hesabında deyilir. Milli.Az ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreya şirkətinin prosessorların istehsalı ilə məşğul olan bölməsinin sosial şəbəkələrində yeni smartfonun görüntüləri dərc edilib. Qısa videoçarxa görə, qurğunun kamerası altı obyektivə malik olacaq. Onlardan biri 200 meqapikselli rekord təsvir ölçüsü ilə təchiz ediləcək. Detalların quraşdırılması "Galaxy S21" seriyalı qabaqcıl smartfonların əsas kamerasının dizaynını xatırladır. Bundan başqa, nümayiş olunan qurğu qoşa ön kamera ilə təchiz olunub. Videonun sonunda smartfonun "Exynos 2100" prosessoru əsasında işləməsi nümayiş edilir. Şirkətin saytındakı çipin səhifəsində göstərilib ki, qurğu 2900 meqahers tezliyində işləyir, süni intellektlə qarşılıqlı fəaliyyət göstərir, "4K" formatlı displeyləri, saniyədə 60 kadr tezliyində olmaqla "8K" standartlı videoçəkilişi, "LPDDR5" formatlı operativ yaddaşı dəstəkləyir. Nümayiş olunan qurğu prototipdir və işlək şəkildə mövcud deyil. Şirkət nümayəndələri altı kamera ilə təchiz edilən smartfonun nə vaxt satışa çıxarılacağı barədə məlumat təqdim etməyiblər.
    0 Comments 0 Shares
  • Samsung öz smartfonlarını alıcılara dron vasitəsilə çatdırmağa başlayıb

    Samsung şirkəti öz mobil məhsullarının yeni sürətli çatdırılması üsulunu test etməyə başlayıb. Belə ki, şirkət dronlardan istifadə etməyə qərar verib. Bunun sayəsində alıcılar ödəniş etdikdən sonra yeni smartfonlarını bir neçə dəqiqəyə əldə edə bilərlər. Samsung-un bu təcrübəsi İrlandiyada reallaşdırılır. Bu məsələdə şirkət Manna Drone Delivery adlı yerli servis ilə əməkdaşlıq edir. Servisin təqdim etdiyi dronlar 80 metr hündürlükdə saatda 60 km sürətlə hərəkət edə bilirlər.

    Milli.Az technote.az-a istinadən bildirir ki, ilk alıcılar isə dron vasitəsilə növbəti məhsulları əldə edə bilərlər: Galaxy S və Galaxy A seriyasının smartfonları, Galaxy Tab S planşetləri, Galaxy Watch 3 smart saatı və Galaxy Buds Pro qulaqlıqları. Məhsulun sürətli çatdırılması bir sıra faktorlardan asılıdır. Həmin faktorlara həmçinin alıcıya qədər olan məsafə də daxildir. İlk mərhələdə Samsung məhsullarını dronlar vasitəsilə yanız Oranmore adlı şəhərin sakinləri əldə edə bilərlər. Məhsulun ortalama çatdırılma müddəti 3 dəqiqə təşkil edir. Şirkət bu çatdırılma üsulunu bütün İrlandiyada işə salmağı planlaşdırır. Yeni çatdırılma xidmətinin digər ölkələrdə də işə salınıb-salınmayacağı bilinmir.
    Samsung öz smartfonlarını alıcılara dron vasitəsilə çatdırmağa başlayıb Samsung şirkəti öz mobil məhsullarının yeni sürətli çatdırılması üsulunu test etməyə başlayıb. Belə ki, şirkət dronlardan istifadə etməyə qərar verib. Bunun sayəsində alıcılar ödəniş etdikdən sonra yeni smartfonlarını bir neçə dəqiqəyə əldə edə bilərlər. Samsung-un bu təcrübəsi İrlandiyada reallaşdırılır. Bu məsələdə şirkət Manna Drone Delivery adlı yerli servis ilə əməkdaşlıq edir. Servisin təqdim etdiyi dronlar 80 metr hündürlükdə saatda 60 km sürətlə hərəkət edə bilirlər. Milli.Az technote.az-a istinadən bildirir ki, ilk alıcılar isə dron vasitəsilə növbəti məhsulları əldə edə bilərlər: Galaxy S və Galaxy A seriyasının smartfonları, Galaxy Tab S planşetləri, Galaxy Watch 3 smart saatı və Galaxy Buds Pro qulaqlıqları. Məhsulun sürətli çatdırılması bir sıra faktorlardan asılıdır. Həmin faktorlara həmçinin alıcıya qədər olan məsafə də daxildir. İlk mərhələdə Samsung məhsullarını dronlar vasitəsilə yanız Oranmore adlı şəhərin sakinləri əldə edə bilərlər. Məhsulun ortalama çatdırılma müddəti 3 dəqiqə təşkil edir. Şirkət bu çatdırılma üsulunu bütün İrlandiyada işə salmağı planlaşdırır. Yeni çatdırılma xidmətinin digər ölkələrdə də işə salınıb-salınmayacağı bilinmir.
    0 Comments 0 Shares
  • bacı haqqında statuslar
    bacı haqqında statuslar
    0 Comments 0 Shares
More Stories
MobTop.az Statok.net ILK-10