Yollar.ru - Mobil Portal
  • 2 people like this
  • Other
Recent Updates
  • Azərbaycana maşınlar hansı ölkələrdən gətirilib? - TOP 10

    2021-ci ilin birinci yarısında Azərbaycana 22 633 ədəd qığılcımla alışan (benzin və qazla işləyən) daxili yanma mühərrikli (DYM), 9 161 ədəd dizel mühərrikli, 11 ədəd xüsusi təyinatlı və 22 ədəd digər növ minik avtomobili gətirilib.

    Oxu.Az-ın araşdırmasına əsasən, qığılcımla alışan DYM-li minik avtomobillərinin ümumi dəyəri 246 565 170 dollar, dizel mühərrikli avtomobillərin ümumi dəyəri isə 67 224 500 dollar olub.

    Qığılcımla alışan DYM-li minik avtomobillərindən 257 ədədi mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan, 12 121 ədədi mühərrikinin həcmi 1 000-1 500 kub sm olan, 10 110 ədədi mühərrikinin həcmi 1 500-3 000 kub sm olan, 145 ədədi mühərrikinin həcmi 3 000 kub sm-dən çox olan minik avtomobilləridir.

    Ölkəyə gətirilən dizel mühərrikli avtomobillərdən 4 020 ədədi mühərrikinin həcmi 1500 kub sm-dən çox olmayan, 4 889 ədədi mühərrikinin həcmi 1 500-2 500 kub sm olan, 252 ədədi isə mühərrikinin həcmi 2 500 kub sm-dən çox olan minik avtomobilləridir.

    Xüsusi təyinatlı minik avtomobillərinin ümumi dəyəri 37 160 min dollar, digər növ minik avtomobillərinin dəyəri 287 000 dollar olub.

    İlin ilk rübündə minik avtomobilləri Azərbaycana dünyanın 31 ölkəsindən - Rusiya, Almaniya, ABŞ, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Cənubi Afrika, Çexiya, Çin, Fransa, Hindistan, İndoneziya, İran, İspaniya, İsveç, İtaliya, Kanada, Koreya, Macarıstan, Mavriki, Mavritaniya, Meksika, Mərakeş, Niderland, Rumıniya, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Yaponiya, Yeni Zelandiyadan idxal edib.

    ABŞ - ümumi dəyəri 60 673 040 dollar olan 7 355 ədəd avtomobil idxal edilib. Onlardan 7 279 ədədi qığılcımla alışan DYM-li, 76 ədədi dizel mühərrikli olub.

    Koreya - ümumi dəyəri 43 849 610 dollar olan 6 633 ədəd avtomobil idxal edilib. Onlardan 2 831 ədədi qığılcımla alışan DYM-li, 3 802 ədədi dizel mühərrikli olub.

    Almaniya - ümumi dəyəri 74 987 360 dollar olan 6 344 ədəd avtomobil idxal edilib. Onlardan 4 101 ədədi qığılcımla alışan DYM-li, 2 248 ədədi dizel mühərrikli olub.

    Rusiya - ümumi dəyəri 25 392 580 dollar olan 2 519 ədəd avtomobil idxal edilib. Onlardan 2 518 ədədi qığılcımla alışan DYM-li, 1 ədədi sıxılmaqdan alışan DYM-li (dizel mühərrikli) olub.

    Yaponiya - ümumi dəyəri 30 516 310 dollar olan 1 850 ədəd avtomobil idxal edilib. Onlardan 1 530 ədədi qığılcımla alışan DYM-li, 317 ədədi dizel mühərrikli, 3 ədədi digər növ minik avtomobili olub.

    Meksika - ümumi dəyəri 14 345 150 dollar olan 1 725 ədəd avtomobil idxal edilib. Onlardan 1 715 ədəd qığılcımla alışan YDM-li, 9 ədədi dizel mühərrikli, 1 ədədi digər minik avtomobilləri kateqoriyasında olub.

    Çin - ümumi dəyəri 13 075 820 dollar olan dollar olan 872 ədəd avtomobil idxal edilib. Onlardan 757 ədədi qığılcımla alışan DYM-li, 88 ədədi dizel mühərrikli,11 ədəd xüsusi təyinatlı, 16 ədədi digər növ minik avtomobilləri olub.

    Slovakiya - ümumi dəyəri 8 644 790 dollar olan 837 ədəd avtomobil idxal edilib. Onlardan 417 ədəd qığılcımla alışan YDM-li, 420 ədəd dizel mühərrikli avtomobil olub.

    Türkiyə - ümumi dəyəri 5 896 780 dollar olan 832 ədəd avtomobil idxal edilib. Onlardan 334 ədədi qığılcımla alışan DYM-li, 498 ədədi dizel mühərrikli olub.

    Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından - ümumi dəyəri 16 157 270 dollar olan 827 ədəd avtomobil idxal edilib. Onlardan 219 ədədi qığılcımla alışan DYM-li, 608 ədədi dizel mühərrikli olub.
    Azərbaycana maşınlar hansı ölkələrdən gətirilib? - TOP 10 2021-ci ilin birinci yarısında Azərbaycana 22 633 ədəd qığılcımla alışan (benzin və qazla işləyən) daxili yanma mühərrikli (DYM), 9 161 ədəd dizel mühərrikli, 11 ədəd xüsusi təyinatlı və 22 ədəd digər növ minik avtomobili gətirilib. Oxu.Az-ın araşdırmasına əsasən, qığılcımla alışan DYM-li minik avtomobillərinin ümumi dəyəri 246 565 170 dollar, dizel mühərrikli avtomobillərin ümumi dəyəri isə 67 224 500 dollar olub. Qığılcımla alışan DYM-li minik avtomobillərindən 257 ədədi mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan, 12 121 ədədi mühərrikinin həcmi 1 000-1 500 kub sm olan, 10 110 ədədi mühərrikinin həcmi 1 500-3 000 kub sm olan, 145 ədədi mühərrikinin həcmi 3 000 kub sm-dən çox olan minik avtomobilləridir. Ölkəyə gətirilən dizel mühərrikli avtomobillərdən 4 020 ədədi mühərrikinin həcmi 1500 kub sm-dən çox olmayan, 4 889 ədədi mühərrikinin həcmi 1 500-2 500 kub sm olan, 252 ədədi isə mühərrikinin həcmi 2 500 kub sm-dən çox olan minik avtomobilləridir. Xüsusi təyinatlı minik avtomobillərinin ümumi dəyəri 37 160 min dollar, digər növ minik avtomobillərinin dəyəri 287 000 dollar olub. İlin ilk rübündə minik avtomobilləri Azərbaycana dünyanın 31 ölkəsindən - Rusiya, Almaniya, ABŞ, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Cənubi Afrika, Çexiya, Çin, Fransa, Hindistan, İndoneziya, İran, İspaniya, İsveç, İtaliya, Kanada, Koreya, Macarıstan, Mavriki, Mavritaniya, Meksika, Mərakeş, Niderland, Rumıniya, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Yaponiya, Yeni Zelandiyadan idxal edib. ABŞ - ümumi dəyəri 60 673 040 dollar olan 7 355 ədəd avtomobil idxal edilib. Onlardan 7 279 ədədi qığılcımla alışan DYM-li, 76 ədədi dizel mühərrikli olub. Koreya - ümumi dəyəri 43 849 610 dollar olan 6 633 ədəd avtomobil idxal edilib. Onlardan 2 831 ədədi qığılcımla alışan DYM-li, 3 802 ədədi dizel mühərrikli olub. Almaniya - ümumi dəyəri 74 987 360 dollar olan 6 344 ədəd avtomobil idxal edilib. Onlardan 4 101 ədədi qığılcımla alışan DYM-li, 2 248 ədədi dizel mühərrikli olub. Rusiya - ümumi dəyəri 25 392 580 dollar olan 2 519 ədəd avtomobil idxal edilib. Onlardan 2 518 ədədi qığılcımla alışan DYM-li, 1 ədədi sıxılmaqdan alışan DYM-li (dizel mühərrikli) olub. Yaponiya - ümumi dəyəri 30 516 310 dollar olan 1 850 ədəd avtomobil idxal edilib. Onlardan 1 530 ədədi qığılcımla alışan DYM-li, 317 ədədi dizel mühərrikli, 3 ədədi digər növ minik avtomobili olub. Meksika - ümumi dəyəri 14 345 150 dollar olan 1 725 ədəd avtomobil idxal edilib. Onlardan 1 715 ədəd qığılcımla alışan YDM-li, 9 ədədi dizel mühərrikli, 1 ədədi digər minik avtomobilləri kateqoriyasında olub. Çin - ümumi dəyəri 13 075 820 dollar olan dollar olan 872 ədəd avtomobil idxal edilib. Onlardan 757 ədədi qığılcımla alışan DYM-li, 88 ədədi dizel mühərrikli,11 ədəd xüsusi təyinatlı, 16 ədədi digər növ minik avtomobilləri olub. Slovakiya - ümumi dəyəri 8 644 790 dollar olan 837 ədəd avtomobil idxal edilib. Onlardan 417 ədəd qığılcımla alışan YDM-li, 420 ədəd dizel mühərrikli avtomobil olub. Türkiyə - ümumi dəyəri 5 896 780 dollar olan 832 ədəd avtomobil idxal edilib. Onlardan 334 ədədi qığılcımla alışan DYM-li, 498 ədədi dizel mühərrikli olub. Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından - ümumi dəyəri 16 157 270 dollar olan 827 ədəd avtomobil idxal edilib. Onlardan 219 ədədi qığılcımla alışan DYM-li, 608 ədədi dizel mühərrikli olub.
    0 Comments 0 Shares
  • Abituriyentlərin NƏZƏRİNƏ: Kolleclərə ixtisas seçimi başlayır

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə həyata keçiriləcək.

    İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

    İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

    Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

    Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

    Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

    2021/2022-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.
    Abituriyentlərin NƏZƏRİNƏ: Kolleclərə ixtisas seçimi başlayır Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə həyata keçiriləcək. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. 2021/2022-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.
    0 Comments 0 Shares
  • Koronadan sonra tökülən saçları bu yollarla bərpa edin

    Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova koronavirus infeksiyasından sonra tökülən saçları necə bərpa etməyin yollarını açıqlayıb.

    Milli.Az xəbər verir ki, endokrinoloq qeyd edib ki, pandemiyaya yoluxan şəxslər xəstələnəndən təxminən bir ay sonra saç tökülməsindən şikayətlənirlər.

    Z. Pavlova bildirib ki, COVID-19 zamanı bədən metabolik xəstəliklər də daxil olmaqla, ağır stress yaşayır və nəticədə saçlar tökülməyə başlayır.

    Endokrinoloq hesab edir ki, düzgün qidalanma və fiziki aktivlik kökü zəifləmiş saçları qidalandırmaq və bərpa etmək üçün ən yaxşı vasitədir.

    "Zülalla zəngin qidalardan istifadəyə üstünlük vermək, vitaminlərin qəbulu, çox gəzmək və aerobika ilə məşğul olmaq saçların qidalanmasına müsbət təsir göstərir", - deyə tibb elmləri namizədi vurğulayıb.

    Mütəxəssis həmçinin əlavə edib ki, saçları sıx yığmaq, onları fenin istisi ilə səliqəyə salmaq və köklərini boyamaq saç tökülməsini sürətləndirən səbəblərdir. /medicina.az
    Koronadan sonra tökülən saçları bu yollarla bərpa edin Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova koronavirus infeksiyasından sonra tökülən saçları necə bərpa etməyin yollarını açıqlayıb. Milli.Az xəbər verir ki, endokrinoloq qeyd edib ki, pandemiyaya yoluxan şəxslər xəstələnəndən təxminən bir ay sonra saç tökülməsindən şikayətlənirlər. Z. Pavlova bildirib ki, COVID-19 zamanı bədən metabolik xəstəliklər də daxil olmaqla, ağır stress yaşayır və nəticədə saçlar tökülməyə başlayır. Endokrinoloq hesab edir ki, düzgün qidalanma və fiziki aktivlik kökü zəifləmiş saçları qidalandırmaq və bərpa etmək üçün ən yaxşı vasitədir. "Zülalla zəngin qidalardan istifadəyə üstünlük vermək, vitaminlərin qəbulu, çox gəzmək və aerobika ilə məşğul olmaq saçların qidalanmasına müsbət təsir göstərir", - deyə tibb elmləri namizədi vurğulayıb. Mütəxəssis həmçinin əlavə edib ki, saçları sıx yığmaq, onları fenin istisi ilə səliqəyə salmaq və köklərini boyamaq saç tökülməsini sürətləndirən səbəblərdir. /medicina.az
    0 Comments 0 Shares
  • Çəki atmağın daha bir yolu - Su fitnessi

    Su qan dövranını tənzimləyir və təbii massaj effektini verir.

    Son zamanlarda aerobikanın bir çox növü və hərəkətləri yayılmışdır. Bu da insanların köhnə üsullardan daha çox yeni üsullar axtarışında olmasının səbəbidir. Aerobikanın ən geniş yayılmış forması su fitnessidir. Bu üsul əzələlərin güclənməsi və formalaşması üçün çox əhəmiyyətlidir. Su fitnessinin əsas təsirlərindən biri də suyun əks təsir gücüdür.

    Suda aerobika - Bu arıqlamanın ən yaxşı vasitəsidir (təbii ki, pəhrizinizi saxlayaraq). Belə hesab edilir ki, su həm əhvalınıza, həm də bədən müqavimətinizə müsbət təsir edəcək. Su qan dövranını tənzimləyir və təbii massaj effektini verir.

    Su fitnessi
    Su fitnessinin bir çox növü var. Bunlardan ən geniş yayılmışı su aerobikasıdır.

    1. Suda qaçış - dərin suda olan prosesdir ki, bu qaçış adi bir qaçış kimi olmalıdır.

    2. Suda gəzmək - bu da eyniylə qaçma hərəkəti kimidir.

    3. Su atlamaları - hərəkətin növündən asılı olaraq dərin və ya orta səviyəli suda omalıdır.

    4. Su yoqası - əzələlərinin dözümlü olması üçün yerinə yetirilir.

    5. Suda dartılma - dartılma və əzələlərin gücləndirilməsidir.

    İndisə sizlərə Karina Rakitinadan yeni arıqlama üsulundan məlumat verəcəm:

    "Mənim adım Karina Rakitinadır, mən su fitnessi üzrə təlimatçıyam. Bu gün mən arıqlamanın çox sadə üsulunu sizlərlə bölüşəcəm. Artıq çimərlik mövsümü başlayıb, siz bu mövsümü təkcə xoşa gələn deyil, hətta öz bədəninizin gözəlliyi və xeyri üçün də əlverişli edə bilərsiniz. Dənizdə, çayda, göldə, ən yaxşısı isə hovuzda üzməklə çətinlik çəkmədən çox faydalı məşqlər edə bilərsiniz. Və beləcə siz əzələlərinizi möhkəmlədə və artıq çəkidən də azad olacaqsınız.

    Suda daha asan hərəkət edildikdə yorğunluq elə də tez gəlmir. Siz aerobik hərəkətlərlə, suyun müqavimətini aradan qaldırmaqla, əzəzlələrinizi gərginləşdirə və tonunu qaldıra bilərsiniz. Suyun təyziqi həm də massaj effektini verecək. Ümumiyyətlə müsbət nəticə olacaq.

    Su fitnessi
    Su aerobikası:

    Suda belinizə qədər düz durmaqla 10-15 saniyə ərzində ayaqlarınızı həddindən artıq yuxarı qaldırmaqla yerində qaçış etməlisiniz. Yarım dəqiqə fasilələrlə 4-6 dəfə bu "yarış"ı təkrarlayın.

    Əsas mövqe - suda uzanmaq. Bir it kimi üzmək, öz ayaq və əllərinizi yelləyərək... Hərəkətlərin ritmini əvvəlcə sürətli, sonra isə azaltmaq lazımdır.Bu üzmə hərəkətini sakit üzməklə tamamlayın.

    Arxası üstə uzanmaq və döşəməyə əllərinizi söykəmək (bu hərəkət çox da dərin olmayan hovuzlar üçündür). Ayaqlarınızı düz tutaraq kəsişdirin və növbəli olaraq gah sağ ayağı yuxarı, gah da sol ayağı yuxarı qaldırın "qayçı" kimi. Hərəkəti 10-15 dəfə təkrarlayın.

    Üzmək əzələ, qarın və omba üçün ən təsir edici hərəkətdir. Əlinizə bir top alın və suya güclü ayaq zərbələri etməklə irəli üzün.

    Suda gözəl istirahət edin və tez bir zamanda artıq çəkinizdən heç bir iz də qalmayacaq.
    Çəki atmağın daha bir yolu - Su fitnessi Su qan dövranını tənzimləyir və təbii massaj effektini verir. Son zamanlarda aerobikanın bir çox növü və hərəkətləri yayılmışdır. Bu da insanların köhnə üsullardan daha çox yeni üsullar axtarışında olmasının səbəbidir. Aerobikanın ən geniş yayılmış forması su fitnessidir. Bu üsul əzələlərin güclənməsi və formalaşması üçün çox əhəmiyyətlidir. Su fitnessinin əsas təsirlərindən biri də suyun əks təsir gücüdür. Suda aerobika - Bu arıqlamanın ən yaxşı vasitəsidir (təbii ki, pəhrizinizi saxlayaraq). Belə hesab edilir ki, su həm əhvalınıza, həm də bədən müqavimətinizə müsbət təsir edəcək. Su qan dövranını tənzimləyir və təbii massaj effektini verir. Su fitnessi Su fitnessinin bir çox növü var. Bunlardan ən geniş yayılmışı su aerobikasıdır. 1. Suda qaçış - dərin suda olan prosesdir ki, bu qaçış adi bir qaçış kimi olmalıdır. 2. Suda gəzmək - bu da eyniylə qaçma hərəkəti kimidir. 3. Su atlamaları - hərəkətin növündən asılı olaraq dərin və ya orta səviyəli suda omalıdır. 4. Su yoqası - əzələlərinin dözümlü olması üçün yerinə yetirilir. 5. Suda dartılma - dartılma və əzələlərin gücləndirilməsidir. İndisə sizlərə Karina Rakitinadan yeni arıqlama üsulundan məlumat verəcəm: "Mənim adım Karina Rakitinadır, mən su fitnessi üzrə təlimatçıyam. Bu gün mən arıqlamanın çox sadə üsulunu sizlərlə bölüşəcəm. Artıq çimərlik mövsümü başlayıb, siz bu mövsümü təkcə xoşa gələn deyil, hətta öz bədəninizin gözəlliyi və xeyri üçün də əlverişli edə bilərsiniz. Dənizdə, çayda, göldə, ən yaxşısı isə hovuzda üzməklə çətinlik çəkmədən çox faydalı məşqlər edə bilərsiniz. Və beləcə siz əzələlərinizi möhkəmlədə və artıq çəkidən də azad olacaqsınız. Suda daha asan hərəkət edildikdə yorğunluq elə də tez gəlmir. Siz aerobik hərəkətlərlə, suyun müqavimətini aradan qaldırmaqla, əzəzlələrinizi gərginləşdirə və tonunu qaldıra bilərsiniz. Suyun təyziqi həm də massaj effektini verecək. Ümumiyyətlə müsbət nəticə olacaq. Su fitnessi Su aerobikası: Suda belinizə qədər düz durmaqla 10-15 saniyə ərzində ayaqlarınızı həddindən artıq yuxarı qaldırmaqla yerində qaçış etməlisiniz. Yarım dəqiqə fasilələrlə 4-6 dəfə bu "yarış"ı təkrarlayın. Əsas mövqe - suda uzanmaq. Bir it kimi üzmək, öz ayaq və əllərinizi yelləyərək... Hərəkətlərin ritmini əvvəlcə sürətli, sonra isə azaltmaq lazımdır.Bu üzmə hərəkətini sakit üzməklə tamamlayın. Arxası üstə uzanmaq və döşəməyə əllərinizi söykəmək (bu hərəkət çox da dərin olmayan hovuzlar üçündür). Ayaqlarınızı düz tutaraq kəsişdirin və növbəli olaraq gah sağ ayağı yuxarı, gah da sol ayağı yuxarı qaldırın "qayçı" kimi. Hərəkəti 10-15 dəfə təkrarlayın. Üzmək əzələ, qarın və omba üçün ən təsir edici hərəkətdir. Əlinizə bir top alın və suya güclü ayaq zərbələri etməklə irəli üzün. Suda gözəl istirahət edin və tez bir zamanda artıq çəkinizdən heç bir iz də qalmayacaq.
    NEWS.MILLI.AZ
    Çəki atmağın daha bir yolu - Su fitnessi
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Piylənmə və artıq çəki problemi

    Piylənmə müasir dövrümüzdə bir çoxlarını narahat edən ciddi xəstəliyə çevrilib. Xəstəlik orqanizmdə artıq piy yığılması ilə xarakterizə olunan, tez-tez residivləşən çox faktorlu mərəzdir. Statistik göstəricilərə görə, son bir ildə piylənmənin tezliyi iki dəfə artıb. Reproduktiv yaş həddində olan qadınların 30-60 faizi artıq çəkidən, 25-27 faizi isə piylənmədən əziyyət çəkir. Piylənmənin əsas səbəblərindən biri də stress faktorudur. Məlum olduğu kimi qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Stressə qarşı emosiyogen qida intizamı və ya hiperfaqik reaksiya müşahidə olunur. Qadınlar narahatlıqdan və darıxmaqdan daha çox qida qəbul edirlər. Beləliklə, öz qəm-kədərlərini və bədbəxtliklərini yeməklə sakitləşdirirlər. Tədricən sutkalıq qida qəbulu rejimi pozulur və "gecə yemək" sindromu formalaşır. Səhər anoreksiya, yuxunun pozulması yaranır ki, bu da axşam və gecə bulimiyasına (doyma hissinin olmaması) gətirir. Bu sindiromdan qurtarmaq üçün xəstələr özlərini sistemsiz, ciddi ac qalma pəhrizlərinə salırlar. Amma aclıq hissini öldürmək üçün gecelər daha çox yemək qəbul etdiklərinə görə çəkinin artması müşahidə olunur. Sonra günah hissi, özünü qiymətləndirmənin aşağı düşməsi, pəhriz aqressiyası yaranır ki, bu da qida intizamınin pozulmasına gətirib çıxarır.

    Beləliklə, artıq çəkidən və piylənmədən azad olmaq istəyənlər qida rasionlarına ciddi əməl etməlidirlər. Təklif olunan qida rasionu isə belədir:
    Qida rasionunda yağlar sutkalıq rasionunun 25-35 faizini təşkil etməli; Doymuş yağlar 7 faizdən az, polidoymamış yağ turşuları 10 faizə qədər, mono doymamış yağlar 20 faizdən az olmalıdır. Xolesterin sutkada 200 mq-dan az olmalıdır. Yüksək yağlılıq dərəcəsi olan qida məhsullarına, o cümlədən gizli yağlılıq (kolbasalar, sosislər, kəsmik, yarımfabrikatlar) məhsullarına məhdudiyyət qoyulur.
    Karbohidratlar sutkalıq kalorinin 55-60 faizini təşkil etməlidi. Həzm olunmayan (bitki lifləri ilə zəngin) və tədricən həzm olunan (nişasta) karbohidratlar - tərəvəz, meyvə, giləmeyvə, paxlavalar, kobud üyüdülmüş un məmulatları qəbul olunmalıdır. Tərəvəzlər qida rasionuna gün ərzində 3-4 dəfə , meyvələr 2-3 dəfə daxil edilməlidir.
    Tez sorulan karbohidratlardan qlükoza, saxaroza, fruktoza, laktoza qəbuluna məhdudiyyət qoyulur. Şəkər, mürəbbə, bal, şokolad, şirniyyat məmulatlar, şirin içkilər, üzüm, banan, xurma, yemiş və s. olmaz.
    Zülallar gündəlik qida rasionunun 15 faizini təşkil edir. Heyvani zülal: (yağsız ət, balıq və quş), 15 faizdən aşağı yağlılıqda olan süd məhsulları (yağsız pendir) və dəniz məhsulları, bitki mənşəli zülal, soya, paxla, noxud, göbələk və s. olmalıdır.
    Bundan başqa, piylənmə və artıq şəki kimi problemlərin həllində xüsusi pəhriz rejimi və bir sıra dərman preparatları məsləhət görülür. Amma buna görə endokrinoloqa müraciət etməyiniz məsləhətdir.

    Endokrinoloq Şıxəliyeva Mənsurə
    Piylənmə və artıq çəki problemi Piylənmə müasir dövrümüzdə bir çoxlarını narahat edən ciddi xəstəliyə çevrilib. Xəstəlik orqanizmdə artıq piy yığılması ilə xarakterizə olunan, tez-tez residivləşən çox faktorlu mərəzdir. Statistik göstəricilərə görə, son bir ildə piylənmənin tezliyi iki dəfə artıb. Reproduktiv yaş həddində olan qadınların 30-60 faizi artıq çəkidən, 25-27 faizi isə piylənmədən əziyyət çəkir. Piylənmənin əsas səbəblərindən biri də stress faktorudur. Məlum olduğu kimi qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Stressə qarşı emosiyogen qida intizamı və ya hiperfaqik reaksiya müşahidə olunur. Qadınlar narahatlıqdan və darıxmaqdan daha çox qida qəbul edirlər. Beləliklə, öz qəm-kədərlərini və bədbəxtliklərini yeməklə sakitləşdirirlər. Tədricən sutkalıq qida qəbulu rejimi pozulur və "gecə yemək" sindromu formalaşır. Səhər anoreksiya, yuxunun pozulması yaranır ki, bu da axşam və gecə bulimiyasına (doyma hissinin olmaması) gətirir. Bu sindiromdan qurtarmaq üçün xəstələr özlərini sistemsiz, ciddi ac qalma pəhrizlərinə salırlar. Amma aclıq hissini öldürmək üçün gecelər daha çox yemək qəbul etdiklərinə görə çəkinin artması müşahidə olunur. Sonra günah hissi, özünü qiymətləndirmənin aşağı düşməsi, pəhriz aqressiyası yaranır ki, bu da qida intizamınin pozulmasına gətirib çıxarır. Beləliklə, artıq çəkidən və piylənmədən azad olmaq istəyənlər qida rasionlarına ciddi əməl etməlidirlər. Təklif olunan qida rasionu isə belədir: Qida rasionunda yağlar sutkalıq rasionunun 25-35 faizini təşkil etməli; Doymuş yağlar 7 faizdən az, polidoymamış yağ turşuları 10 faizə qədər, mono doymamış yağlar 20 faizdən az olmalıdır. Xolesterin sutkada 200 mq-dan az olmalıdır. Yüksək yağlılıq dərəcəsi olan qida məhsullarına, o cümlədən gizli yağlılıq (kolbasalar, sosislər, kəsmik, yarımfabrikatlar) məhsullarına məhdudiyyət qoyulur. Karbohidratlar sutkalıq kalorinin 55-60 faizini təşkil etməlidi. Həzm olunmayan (bitki lifləri ilə zəngin) və tədricən həzm olunan (nişasta) karbohidratlar - tərəvəz, meyvə, giləmeyvə, paxlavalar, kobud üyüdülmüş un məmulatları qəbul olunmalıdır. Tərəvəzlər qida rasionuna gün ərzində 3-4 dəfə , meyvələr 2-3 dəfə daxil edilməlidir. Tez sorulan karbohidratlardan qlükoza, saxaroza, fruktoza, laktoza qəbuluna məhdudiyyət qoyulur. Şəkər, mürəbbə, bal, şokolad, şirniyyat məmulatlar, şirin içkilər, üzüm, banan, xurma, yemiş və s. olmaz. Zülallar gündəlik qida rasionunun 15 faizini təşkil edir. Heyvani zülal: (yağsız ət, balıq və quş), 15 faizdən aşağı yağlılıqda olan süd məhsulları (yağsız pendir) və dəniz məhsulları, bitki mənşəli zülal, soya, paxla, noxud, göbələk və s. olmalıdır. Bundan başqa, piylənmə və artıq şəki kimi problemlərin həllində xüsusi pəhriz rejimi və bir sıra dərman preparatları məsləhət görülür. Amma buna görə endokrinoloqa müraciət etməyiniz məsləhətdir. Endokrinoloq Şıxəliyeva Mənsurə
    NEWS.MILLI.AZ
    Piylənmə və artıq çəki problemi
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Xoşbəxt evlilik istəyirsənsə OXU

    Xoşbəxt evliliyə sahib olmaq istəyirsinizsə, Ailem.az-ın sizə təqdim edəcəyi 25 qızıl qaydaya diqqət edin.

    1. Bir-birinizin ən yaxın dostu olun. Ər-arvad kimi aranızda seks önəmini itirdiyində dost kimi başqa əyləncəli şeylər etməklə bir-birinizdən uzaqlaşmazsınız.

    2. Lazım olduğunda evin görünüşünü həyat yoldaşınızın istəyinə uyğun şəkildə dəyişin.

    3. Heç vaxt pul üstündə mübahisə etməyin.

    4. Yorğun və ac olduğunuz hallarda önəmli və həssas mövzulardan danışmayın.

    5. Həyat yoldaşınıza evə gələn mühüm bir qonaq kimi davranın.

    6. Axşamlar yaxınlıq edə biləcək qədər çox yaxın oturun.

    7. Birlikdə gülün.

    8. Mümkündürsə hamamlarınızı ayırın, eyni hamamdan istifadə etməyin.

    9. Qadınların sevilməyə, əzizlənməyə, kişilərinsə hörmət edilməyə ehtiyacı olduğunu unutmayın.

    10. Ayda bir dəfə də olsa, birlikdə bir şeylər edin.

    11. "Birinci mən" deməyin.

    12. Övlad sahibi olun.

    13. Mənfi şeylərdən tez-tez danışmayın.

    14. Gözəl anlarınızı xatırlayın.

    15. Mübahisələr zamanı ilk çıxış yolu boşanmaq olmamalıdı.

    16. Ehtiraslı olun.

    17. Bir-birinizi dəstəkləyin və digərinin fərdi fəaliyyətlərini qəbul edin.

    18. Əvvəl sahib olduğunuz yaxşı dostlarınızı unudun, çünki artıq daha yaxşı bir dostunuz var - həyat yoldaşınız.

    19. Seks həyatınızı qeyri-adi edin.

    20. Evliliyinizə mənfi təsirləri olan qohum-tanışlarınızdan uzaqlaşın.

    21. "Nə olar", "Xahiş edirəm", "Zəhmət oldu" kimi sehirli kəlmələri unutmayın.

    22. Bir-birinizin fərqli xüsusiyyətlərinizə hörmətlə yanaşın.

    23. Uşaqlar olmadan baş-başa bir səyahətə gedin.

    24. Ortaq xəyallarınız olsun.

    25. Bir-birinizin yetkinləşmə prosesinə diqqətsiz yanaşmayın.
    Xoşbəxt evlilik istəyirsənsə OXU Xoşbəxt evliliyə sahib olmaq istəyirsinizsə, Ailem.az-ın sizə təqdim edəcəyi 25 qızıl qaydaya diqqət edin. 1. Bir-birinizin ən yaxın dostu olun. Ər-arvad kimi aranızda seks önəmini itirdiyində dost kimi başqa əyləncəli şeylər etməklə bir-birinizdən uzaqlaşmazsınız. 2. Lazım olduğunda evin görünüşünü həyat yoldaşınızın istəyinə uyğun şəkildə dəyişin. 3. Heç vaxt pul üstündə mübahisə etməyin. 4. Yorğun və ac olduğunuz hallarda önəmli və həssas mövzulardan danışmayın. 5. Həyat yoldaşınıza evə gələn mühüm bir qonaq kimi davranın. 6. Axşamlar yaxınlıq edə biləcək qədər çox yaxın oturun. 7. Birlikdə gülün. 8. Mümkündürsə hamamlarınızı ayırın, eyni hamamdan istifadə etməyin. 9. Qadınların sevilməyə, əzizlənməyə, kişilərinsə hörmət edilməyə ehtiyacı olduğunu unutmayın. 10. Ayda bir dəfə də olsa, birlikdə bir şeylər edin. 11. "Birinci mən" deməyin. 12. Övlad sahibi olun. 13. Mənfi şeylərdən tez-tez danışmayın. 14. Gözəl anlarınızı xatırlayın. 15. Mübahisələr zamanı ilk çıxış yolu boşanmaq olmamalıdı. 16. Ehtiraslı olun. 17. Bir-birinizi dəstəkləyin və digərinin fərdi fəaliyyətlərini qəbul edin. 18. Əvvəl sahib olduğunuz yaxşı dostlarınızı unudun, çünki artıq daha yaxşı bir dostunuz var - həyat yoldaşınız. 19. Seks həyatınızı qeyri-adi edin. 20. Evliliyinizə mənfi təsirləri olan qohum-tanışlarınızdan uzaqlaşın. 21. "Nə olar", "Xahiş edirəm", "Zəhmət oldu" kimi sehirli kəlmələri unutmayın. 22. Bir-birinizin fərqli xüsusiyyətlərinizə hörmətlə yanaşın. 23. Uşaqlar olmadan baş-başa bir səyahətə gedin. 24. Ortaq xəyallarınız olsun. 25. Bir-birinizin yetkinləşmə prosesinə diqqətsiz yanaşmayın.
    NEWS.MILLI.AZ
    Xoşbəxt evlilik istəyirsənsə OXU
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Xoşbəxt deyilsiniz, çünki...

    Əgər hər səhər yuxudan oyanıb başqa bir insan olmağı arzu edirsinizsə, deməli, bu haqda ciddi düşünməyin vaxtı gəlib çatıb. Başqalarının sahib olduqlarına sahib ola bilmədiyiniz üçün pis ola və şikayətlənə bilərsiniz. Ancaq sizin də sahib olduqlarınıza önəm verməyib özünüzə qarşı haqsızlıq etməyiniz inanın daha yüksəkdi. Ailem.az xoşbəxt olmaq istəyənlərə bəzi məsləhətlər təqdim edir.

    Özünüzə haqsızlıq etməyin. Bir günü tamamilə özünüzə həsr etmək necə olar, sizcə? Gün boyu güzgünün önünə keçib ozünüzü incələyin. Sevdiyiniz özəlliklərinizi, başqalarının sizdə bəyəndikləri nədi, sahib olduqlarınızın sizə yaxın olan insanlar üçün nə qədər önəmli olduğunu xatırlayın.

    Mükəmməl olmaq istəyinizi bir kənara qoyun. Ətrafınızda mükəmməl hesab etdiyiniz insanlar doğurdanmı mükəmməldi, yoxsa siz onları mükəmməlləşdirmisiniz?! Mükəmməl insan yoxdu. Həyatda həm uğurlarınız, həm də uğursuzluqlarınız var, bu, hamının həyatında rast gəlinir.

    Duyğularınızı boş hesab etməyin. Yəqin ki, arada "etməliyəm?", ya "etməməliyəm?" sualları arasında qaldığınız hallar olur. Bəs heç olubmu "Özüm nə istəyirəm?" sualına önəm verəsiniz? İstəklərinizi ciddiyə almamaqla, başqalarının fikri ilə oturub durmaqla özünüzü bədbəxtliyə doğru aparırsınız.

    Özünüz olmağa çalışın. Heç özünüz olmamaqdan sıxılmadınız? Ətrafınızdakı insanların dediyi kimi yaşamaqla bədbəxt olursunuz. Ətrafınıza bir baxın, özünüz seçsəniz belə, sevmədiyiniz şeyləri dəyişdirin.

    Həyata sarılın. Hər kəsin həyatında sevincli və kədərli anları ola bilər. Ancaq çox insanlar bunları gəlib-keçici qəbul edib həyata sarılmağa çalışır. Kədərli olmağınızla ətrafa saçdığınız mənfi enerji sizi istər-istəməz bədbəxt edəcək.

    Son bir çıxış yolu var. O da gülümsəmək. Ən kədərli anınızda belə üzünüzdən təbəssümü əskik etməyin və bunun zaman-zaman həyatınızı necə dəyişdirdiyini görəcəksiniz.
    Xoşbəxt deyilsiniz, çünki... Əgər hər səhər yuxudan oyanıb başqa bir insan olmağı arzu edirsinizsə, deməli, bu haqda ciddi düşünməyin vaxtı gəlib çatıb. Başqalarının sahib olduqlarına sahib ola bilmədiyiniz üçün pis ola və şikayətlənə bilərsiniz. Ancaq sizin də sahib olduqlarınıza önəm verməyib özünüzə qarşı haqsızlıq etməyiniz inanın daha yüksəkdi. Ailem.az xoşbəxt olmaq istəyənlərə bəzi məsləhətlər təqdim edir. Özünüzə haqsızlıq etməyin. Bir günü tamamilə özünüzə həsr etmək necə olar, sizcə? Gün boyu güzgünün önünə keçib ozünüzü incələyin. Sevdiyiniz özəlliklərinizi, başqalarının sizdə bəyəndikləri nədi, sahib olduqlarınızın sizə yaxın olan insanlar üçün nə qədər önəmli olduğunu xatırlayın. Mükəmməl olmaq istəyinizi bir kənara qoyun. Ətrafınızda mükəmməl hesab etdiyiniz insanlar doğurdanmı mükəmməldi, yoxsa siz onları mükəmməlləşdirmisiniz?! Mükəmməl insan yoxdu. Həyatda həm uğurlarınız, həm də uğursuzluqlarınız var, bu, hamının həyatında rast gəlinir. Duyğularınızı boş hesab etməyin. Yəqin ki, arada "etməliyəm?", ya "etməməliyəm?" sualları arasında qaldığınız hallar olur. Bəs heç olubmu "Özüm nə istəyirəm?" sualına önəm verəsiniz? İstəklərinizi ciddiyə almamaqla, başqalarının fikri ilə oturub durmaqla özünüzü bədbəxtliyə doğru aparırsınız. Özünüz olmağa çalışın. Heç özünüz olmamaqdan sıxılmadınız? Ətrafınızdakı insanların dediyi kimi yaşamaqla bədbəxt olursunuz. Ətrafınıza bir baxın, özünüz seçsəniz belə, sevmədiyiniz şeyləri dəyişdirin. Həyata sarılın. Hər kəsin həyatında sevincli və kədərli anları ola bilər. Ancaq çox insanlar bunları gəlib-keçici qəbul edib həyata sarılmağa çalışır. Kədərli olmağınızla ətrafa saçdığınız mənfi enerji sizi istər-istəməz bədbəxt edəcək. Son bir çıxış yolu var. O da gülümsəmək. Ən kədərli anınızda belə üzünüzdən təbəssümü əskik etməyin və bunun zaman-zaman həyatınızı necə dəyişdirdiyini görəcəksiniz.
    NEWS.MILLI.AZ
    Xoşbəxt deyilsiniz, çünki...
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • https://yollar.ru/forums/thread/128/K%C3%B6rp%C9%99-u%C5%9Fa%C4%9F%C4%B1n-yem%C9%99yi
    https://yollar.ru/forums/thread/128/K%C3%B6rp%C9%99-u%C5%9Fa%C4%9F%C4%B1n-yem%C9%99yi
    YOLLAR.RU
    Körpə uşağın yeməyi
    Südəmər uşağın yeməyi ən əvvəl çaydan başlayır, çünki körpə aclıqan çox susuzluğa dözə bilmir. Əslində susuzluğa heç kim dözə bilmir, amma körpələr susuzluqdan ölə bilirlər. Körpə uşağın tempraturu qalxdıqda və ya ishal, qusma...
    0 Comments 0 Shares
  • https://yollar.ru/forums/thread/127/K-ouml-rp%C9%99l%C9%99rinizi-s-uuml-ni-qidalardan-qoruyun
    https://yollar.ru/forums/thread/127/K-ouml-rp%C9%99l%C9%99rinizi-s-uuml-ni-qidalardan-qoruyun
    YOLLAR.RU
    Körpələrinizi süni qidalardan qoruyun
    Körpə üçün ana südündən başqa digər xeyirli ikinci bir qida yoxdur. Amma bəzi analar müxtəlif səbəblərdən öz körpələrini süni qida ilə yedirirlər.Ümumiyyətlə körpələrə 3 cür qida təyin edilir:* təbii* süni* qarışıq.Təbii...
    0 Comments 0 Shares
  • İş Elanları, Vakansiyalar
    https://yollar.ru
    İş Elanları, Vakansiyalar https://yollar.ru
    YOLLAR.RU
    Azərbaycanın Ünsiyyət Saytı, İş Elanları, Vakansiyalar, İş...
    forum ünsiyyət, iş elanları, paylaşım, onlayn söhbət, master forum, vakansiyalar, pulsuz elanlar, mobil portal, sosial şəbəkə, sual-cavab, onlayn qazanc
    0 Comments 0 Shares
More Stories
ILK-10