ŞOKOLAD YEMƏK XOŞBƏXTLİK GƏTİRİR

Qida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir.

Müxtəlif növləri olan şokoladların tərkibi təbii və qarışıq olur. Təbii şokolad yalnız kakao çəyirdəyi (yağı) və şəkərdən alınır, qarışıq şokoladın istehsalında isə bu iki əsas inqrediyentdən əlavə süd, qəhvə, qoz və digər qida məhsullarından istifadə edilir. Bir çox insanların fikrincə, şokoladın ziyanı onun xeyrindən daha çoxdur. Bəs əslində o faydalıdır, yoxsa insan orqanizmi üçün ziyanlıdır?

Sualımızı cavablandıran həkim-dietoloq Nərgiz Nəzirova "Şərq"ə açıqlamasında bildirib ki, şokolad ürək və xərçəng kimi xəstəliklərlə mübarizə aparır. Həkimin sözlərinə görə, o, xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir:

"Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyət ilə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, insanlara stress və depressiyadan çıxmağa kömək edir".

Dietoloq qeyd edib ki, güclü dişlər bədəndə olan florun miqdarından asılıdır: "Şokolad isə bu maddə ilə boldur. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir.

Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır. Onun tərkibindəki yağ qandakı xolesterinin artmasına səbəb olmur. Şokolad allergiyaya səbəb ola bilər ki, allergiyalara meyilli olan insanlar bu məhsuldan imtina etməlidir.

Ondan kosmetologiyada çox geniş istifadə edirlər. Şokolad dərini daha yumşaq, zərif və cavan edir. Həmçinin şokoladın saxlanma şəraitinə də xüsusilə diqqət edilməlidir.

Şokoladın saxlanması üçün optimal temperatur 18±3°S, rütubət isə 75 faiz hesab edilir. Şokoladı Günəşin birbaşa düşən şüalarından qorumaq lazımdır. Onu sərin yerdə saxlamaq daha məqsədəuyğundur".
ŞOKOLAD YEMƏK XOŞBƏXTLİK GƏTİRİR Qida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir. Müxtəlif növləri olan şokoladların tərkibi təbii və qarışıq olur. Təbii şokolad yalnız kakao çəyirdəyi (yağı) və şəkərdən alınır, qarışıq şokoladın istehsalında isə bu iki əsas inqrediyentdən əlavə süd, qəhvə, qoz və digər qida məhsullarından istifadə edilir. Bir çox insanların fikrincə, şokoladın ziyanı onun xeyrindən daha çoxdur. Bəs əslində o faydalıdır, yoxsa insan orqanizmi üçün ziyanlıdır? Sualımızı cavablandıran həkim-dietoloq Nərgiz Nəzirova "Şərq"ə açıqlamasında bildirib ki, şokolad ürək və xərçəng kimi xəstəliklərlə mübarizə aparır. Həkimin sözlərinə görə, o, xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir: "Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyət ilə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, insanlara stress və depressiyadan çıxmağa kömək edir". Dietoloq qeyd edib ki, güclü dişlər bədəndə olan florun miqdarından asılıdır: "Şokolad isə bu maddə ilə boldur. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir. Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır. Onun tərkibindəki yağ qandakı xolesterinin artmasına səbəb olmur. Şokolad allergiyaya səbəb ola bilər ki, allergiyalara meyilli olan insanlar bu məhsuldan imtina etməlidir. Ondan kosmetologiyada çox geniş istifadə edirlər. Şokolad dərini daha yumşaq, zərif və cavan edir. Həmçinin şokoladın saxlanma şəraitinə də xüsusilə diqqət edilməlidir. Şokoladın saxlanması üçün optimal temperatur 18±3°S, rütubət isə 75 faiz hesab edilir. Şokoladı Günəşin birbaşa düşən şüalarından qorumaq lazımdır. Onu sərin yerdə saxlamaq daha məqsədəuyğundur".
0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10