İranda virusa yoluxan 1 milyon 253 min 554 xəstə sağalıb

Tehran, 8 fevral, AZƏRTAC

İranda COVID-19 infeksiyasına yoluxanların və yoluxaraq ölənlərin sayında azalma davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda koronavirusa 6 min 65 nəfər yoluxub, 57 nəfər isə ölüb. Bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 466 min 435 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 469-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 789 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 253 min 554 xəstə sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, bu gündən əhaliyə peyvənd vurulması prosesi başlayacaq.
İranda virusa yoluxan 1 milyon 253 min 554 xəstə sağalıb Tehran, 8 fevral, AZƏRTAC İranda COVID-19 infeksiyasına yoluxanların və yoluxaraq ölənlərin sayında azalma davam edir. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda koronavirusa 6 min 65 nəfər yoluxub, 57 nəfər isə ölüb. Bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 466 min 435 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 469-a çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 3 min 789 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 253 min 554 xəstə sağalaraq evə buraxılıb. Mətbuat katibi nəzərə çatdırıb ki, bu gündən əhaliyə peyvənd vurulması prosesi başlayacaq.
0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10