Toyların keçirilməsinə bu formada icazə verilə bilər - AÇIQLAMA

Sevindirici haldır ki, ölkəmizdə koronavirusa qarşı atılan ardıcıl addımlar öz müsbət nəticələrini verməkdədir, virusa yoluxmalarda əhəmiyyətli dərəcədə azalmaya nail olunub. Məlumdur ki, azalmanı nəzərə alaraq Operativ Qərargah ölkədə sərt karantin rejminin tədricən yumşaldılmasına qərar verib, bir çox sahələrdə fəaliyyətin karantin qaydalarına əməl olunmaqla bərpasına icazə verilib.

Lakin bir sıra kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağalar hələ də qalmaqdadır. Əlbəttə ki, bu tədbirlərdən biri cəmiyyətin daha çox marağında olduğu toy mərasimləridir. Ölkədə virusa qarşı vaksinasiyanın başlanması toyların keçirilməsinə icazə veriləcəyi ehtimallarını artırıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova ilk öncə virusa qarşı əldə edilən uğurları yüksək qiymətləndirib. O qeyd edib ki, virusun yayıldığı ilk gündən ölkəmizdə bu bəlaya qarşı sistemli şəkildə tədbirlər həyata keçirildi və bunun nəticəsi olaraq Azərbaycan virusla ən effektiv mübarizə aparan ölkələrdən birinə çevrilib.

Deputat vurğulayıb ki, Azərbaycanda vaksinasiyanın tətbiqi də virusa qarşı mübarizənin effektivliyini xeyli artırmış olacaq: “Toyların keçirilməsinə gəlincə isə hesab edirəm ki, əhalinin müəyyən təbəqəsi vaksinasiya olunduqdan sonra toylarla bağlı da qərar qəbul etmək olar. Artıq bu gündən etibarən 65 yaşdan yuxarı insanların da vaksinasiyasına başlanılıb. Məlumdur ki, ölkəmizdə vaksinasiya strategiyası mövcuddur və ilk növbədə risk qrupuna daxil olan insanların vaksinasiyası aparılır. Düşünürəm ki, həm ölkədə epidemioloji vəziyyət, həm də risk qrupuna daxil olan insanların vaksinasiyası nəzərə alınmaqla müəyyən müddətdən sonra toyların da keçirilməsinə icazə verilə bilər.

Əlbəttə ki, toyların keçirilməsi də önəmlidir, çünki ailə institutu cəmiyyətin əsas fundamentlərindən birini təşkil edir. Koronavirus səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da nikahların sayı xeyli azalıb ki, bu da yaxşı hal deyil və demoqrafik vəziyyətə mənfi təsir göstərəcək. Bu baxımdan müəyyən qaydalar çərçivəsində, o cümlədən iştirakçıların sayı, sosial məsafə və digər qaydalara ciddi əməl etmək şərti ilə toyların keçirilməsinə icazə verilməsi məqsədəuyğundur.

Ancaq burada insanlarımızın da üzərinə böyük məsuliyyət düşür. Toyların keçirilməsində daha diqqətli olmaq, qaydalara daha ciddi şəkildə əməl etmək lazımdır. Çünki toylar bizim milli adət-ənənəmizdir və toyda yaxın qohumlar, dostlar iştirak edir və bu baxımdan yaxın təmasdan görüşmələr, söhbətlər çox olur. Ona görə də pandemiya dövründə bu cür hallara yol verməmək vacibdir.

Əlbəttə ümumilikdə bu virusdan canımızı qurtarmaq üçün bir az da səbrli olmalı və qoyulan qaydalara ciddi şəkildə riayət etməliyik”.
Toyların keçirilməsinə bu formada icazə verilə bilər - AÇIQLAMA Sevindirici haldır ki, ölkəmizdə koronavirusa qarşı atılan ardıcıl addımlar öz müsbət nəticələrini verməkdədir, virusa yoluxmalarda əhəmiyyətli dərəcədə azalmaya nail olunub. Məlumdur ki, azalmanı nəzərə alaraq Operativ Qərargah ölkədə sərt karantin rejminin tədricən yumşaldılmasına qərar verib, bir çox sahələrdə fəaliyyətin karantin qaydalarına əməl olunmaqla bərpasına icazə verilib. Lakin bir sıra kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağalar hələ də qalmaqdadır. Əlbəttə ki, bu tədbirlərdən biri cəmiyyətin daha çox marağında olduğu toy mərasimləridir. Ölkədə virusa qarşı vaksinasiyanın başlanması toyların keçirilməsinə icazə veriləcəyi ehtimallarını artırıb. Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova ilk öncə virusa qarşı əldə edilən uğurları yüksək qiymətləndirib. O qeyd edib ki, virusun yayıldığı ilk gündən ölkəmizdə bu bəlaya qarşı sistemli şəkildə tədbirlər həyata keçirildi və bunun nəticəsi olaraq Azərbaycan virusla ən effektiv mübarizə aparan ölkələrdən birinə çevrilib. Deputat vurğulayıb ki, Azərbaycanda vaksinasiyanın tətbiqi də virusa qarşı mübarizənin effektivliyini xeyli artırmış olacaq: “Toyların keçirilməsinə gəlincə isə hesab edirəm ki, əhalinin müəyyən təbəqəsi vaksinasiya olunduqdan sonra toylarla bağlı da qərar qəbul etmək olar. Artıq bu gündən etibarən 65 yaşdan yuxarı insanların da vaksinasiyasına başlanılıb. Məlumdur ki, ölkəmizdə vaksinasiya strategiyası mövcuddur və ilk növbədə risk qrupuna daxil olan insanların vaksinasiyası aparılır. Düşünürəm ki, həm ölkədə epidemioloji vəziyyət, həm də risk qrupuna daxil olan insanların vaksinasiyası nəzərə alınmaqla müəyyən müddətdən sonra toyların da keçirilməsinə icazə verilə bilər. Əlbəttə ki, toyların keçirilməsi də önəmlidir, çünki ailə institutu cəmiyyətin əsas fundamentlərindən birini təşkil edir. Koronavirus səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da nikahların sayı xeyli azalıb ki, bu da yaxşı hal deyil və demoqrafik vəziyyətə mənfi təsir göstərəcək. Bu baxımdan müəyyən qaydalar çərçivəsində, o cümlədən iştirakçıların sayı, sosial məsafə və digər qaydalara ciddi əməl etmək şərti ilə toyların keçirilməsinə icazə verilməsi məqsədəuyğundur. Ancaq burada insanlarımızın da üzərinə böyük məsuliyyət düşür. Toyların keçirilməsində daha diqqətli olmaq, qaydalara daha ciddi şəkildə əməl etmək lazımdır. Çünki toylar bizim milli adət-ənənəmizdir və toyda yaxın qohumlar, dostlar iştirak edir və bu baxımdan yaxın təmasdan görüşmələr, söhbətlər çox olur. Ona görə də pandemiya dövründə bu cür hallara yol verməmək vacibdir. Əlbəttə ümumilikdə bu virusdan canımızı qurtarmaq üçün bir az da səbrli olmalı və qoyulan qaydalara ciddi şəkildə riayət etməliyik”.
AZ.TREND.AZ
Toyların keçirilməsinə bu formada icazə verilə bilər - AÇIQLAMA
Trend BİA - Qafqaz, Xəzər, Mərkəzi Asiya xəbərlərinin aparıcı tədarükçüsü. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və Türkiyədən son xəbərlər.
0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10