Morton: “Azərbaycanda qadınların seçki hüququnun Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir”

Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda qadınlara səs vermə hüququnun Britaniyadan daha əvvəl verilməsini möhtəşəm adlandırıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında bəyan edib.

Bakıda səfərdə olduğunu bildirən V.Morton qadın hüquqlarını inkişaf etdirmək və fikirlərinin eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə işlədiyini deyib.

“Azərbaycan Respublikasında qadınların ümumi seçki hüququnun Böyük Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir”, - deyə o vurğulayıb.
Morton: “Azərbaycanda qadınların seçki hüququnun Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir” Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda qadınlara səs vermə hüququnun Britaniyadan daha əvvəl verilməsini möhtəşəm adlandırıb. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında bəyan edib. Bakıda səfərdə olduğunu bildirən V.Morton qadın hüquqlarını inkişaf etdirmək və fikirlərinin eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə işlədiyini deyib. “Azərbaycan Respublikasında qadınların ümumi seçki hüququnun Böyük Britaniyadan 9 il əvvəl əldə etməsi möhtəşəmdir”, - deyə o vurğulayıb.
0 Comments 0 Shares
ILK-10