Samsung öz smartfonlarını alıcılara dron vasitəsilə çatdırmağa başlayıb

Samsung şirkəti öz mobil məhsullarının yeni sürətli çatdırılması üsulunu test etməyə başlayıb. Belə ki, şirkət dronlardan istifadə etməyə qərar verib. Bunun sayəsində alıcılar ödəniş etdikdən sonra yeni smartfonlarını bir neçə dəqiqəyə əldə edə bilərlər. Samsung-un bu təcrübəsi İrlandiyada reallaşdırılır. Bu məsələdə şirkət Manna Drone Delivery adlı yerli servis ilə əməkdaşlıq edir. Servisin təqdim etdiyi dronlar 80 metr hündürlükdə saatda 60 km sürətlə hərəkət edə bilirlər.

Milli.Az technote.az-a istinadən bildirir ki, ilk alıcılar isə dron vasitəsilə növbəti məhsulları əldə edə bilərlər: Galaxy S və Galaxy A seriyasının smartfonları, Galaxy Tab S planşetləri, Galaxy Watch 3 smart saatı və Galaxy Buds Pro qulaqlıqları. Məhsulun sürətli çatdırılması bir sıra faktorlardan asılıdır. Həmin faktorlara həmçinin alıcıya qədər olan məsafə də daxildir. İlk mərhələdə Samsung məhsullarını dronlar vasitəsilə yanız Oranmore adlı şəhərin sakinləri əldə edə bilərlər. Məhsulun ortalama çatdırılma müddəti 3 dəqiqə təşkil edir. Şirkət bu çatdırılma üsulunu bütün İrlandiyada işə salmağı planlaşdırır. Yeni çatdırılma xidmətinin digər ölkələrdə də işə salınıb-salınmayacağı bilinmir.
Samsung öz smartfonlarını alıcılara dron vasitəsilə çatdırmağa başlayıb Samsung şirkəti öz mobil məhsullarının yeni sürətli çatdırılması üsulunu test etməyə başlayıb. Belə ki, şirkət dronlardan istifadə etməyə qərar verib. Bunun sayəsində alıcılar ödəniş etdikdən sonra yeni smartfonlarını bir neçə dəqiqəyə əldə edə bilərlər. Samsung-un bu təcrübəsi İrlandiyada reallaşdırılır. Bu məsələdə şirkət Manna Drone Delivery adlı yerli servis ilə əməkdaşlıq edir. Servisin təqdim etdiyi dronlar 80 metr hündürlükdə saatda 60 km sürətlə hərəkət edə bilirlər. Milli.Az technote.az-a istinadən bildirir ki, ilk alıcılar isə dron vasitəsilə növbəti məhsulları əldə edə bilərlər: Galaxy S və Galaxy A seriyasının smartfonları, Galaxy Tab S planşetləri, Galaxy Watch 3 smart saatı və Galaxy Buds Pro qulaqlıqları. Məhsulun sürətli çatdırılması bir sıra faktorlardan asılıdır. Həmin faktorlara həmçinin alıcıya qədər olan məsafə də daxildir. İlk mərhələdə Samsung məhsullarını dronlar vasitəsilə yanız Oranmore adlı şəhərin sakinləri əldə edə bilərlər. Məhsulun ortalama çatdırılma müddəti 3 dəqiqə təşkil edir. Şirkət bu çatdırılma üsulunu bütün İrlandiyada işə salmağı planlaşdırır. Yeni çatdırılma xidmətinin digər ölkələrdə də işə salınıb-salınmayacağı bilinmir.
0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10