Süni ürək hazırlanıb

Fransanın "Carmat" şirkəti tərəfindən süni ürək hazırlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ürək xəstəliyi dünyada geniş yayılmış ölüm səbəbidir, inkişaf etmiş ölkələrdə təxminən hər beş nəfərdən biri bütün həyatı boyu ürək çatışmazlığından əziyyət çəkir.

Süni ürək formasına görə insan ürəyinə oxşayır, çəkisi 4 kq-dır. Hər 4 saatdan bir enerji ilə doldurulması tələb olunan iki akkumulyator bloku ilə işləyir.

Datçiklər qan təzyiqini müəyyənləşdirir və bunun nəticəsində alqoritm real vaxt rejimində qan axınına nəzarət edir. "Süni ürək insan ürəyi kimi işləyir, pasiyent hərəkət etdikdə qan axını artır, əksinə, pasiyent istirahət etdikdə qan axını sabit olur və azalır" - "Carmat" şirkətinin baş direktoru Stefan Piat deyib.

Xəstənin qanı ilə təmasda olan detallar yan təsirlərlə bağlı riski azaltmaq üçün insan bədəninə uyğun materialdan hazırlanıb. Cərrahi implantasiyadan sonra qurğu heç bir baxım tələb etmir.

Hazırda süni ürək üzərində keçirilən sınaqda 19 pasiyent iştirak edir.

Şirkət 2020-ci ilin dekabrında öz süni ürəyinin Avropa Birliyində satışına icazə alıb. "Carmat" şirkəti iyunun sonunadək Almaniyada öz süni ürəyinin satışına başlamağa ümid edir. 2021-ci ilin sonunadək 20 belə qurğunun istehsalı planlaşdırılır.
Süni ürək hazırlanıb Fransanın "Carmat" şirkəti tərəfindən süni ürək hazırlanıb. Milli.Az ictnews.az-a istinadən bildirir ki, ürək xəstəliyi dünyada geniş yayılmış ölüm səbəbidir, inkişaf etmiş ölkələrdə təxminən hər beş nəfərdən biri bütün həyatı boyu ürək çatışmazlığından əziyyət çəkir. Süni ürək formasına görə insan ürəyinə oxşayır, çəkisi 4 kq-dır. Hər 4 saatdan bir enerji ilə doldurulması tələb olunan iki akkumulyator bloku ilə işləyir. Datçiklər qan təzyiqini müəyyənləşdirir və bunun nəticəsində alqoritm real vaxt rejimində qan axınına nəzarət edir. "Süni ürək insan ürəyi kimi işləyir, pasiyent hərəkət etdikdə qan axını artır, əksinə, pasiyent istirahət etdikdə qan axını sabit olur və azalır" - "Carmat" şirkətinin baş direktoru Stefan Piat deyib. Xəstənin qanı ilə təmasda olan detallar yan təsirlərlə bağlı riski azaltmaq üçün insan bədəninə uyğun materialdan hazırlanıb. Cərrahi implantasiyadan sonra qurğu heç bir baxım tələb etmir. Hazırda süni ürək üzərində keçirilən sınaqda 19 pasiyent iştirak edir. Şirkət 2020-ci ilin dekabrında öz süni ürəyinin Avropa Birliyində satışına icazə alıb. "Carmat" şirkəti iyunun sonunadək Almaniyada öz süni ürəyinin satışına başlamağa ümid edir. 2021-ci ilin sonunadək 20 belə qurğunun istehsalı planlaşdırılır.
NEWS.MILLI.AZ
Süni ürək hazırlanıb
Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
0 Comments 0 Shares
MobTop.az Statok.net ILK-10