sayt admini
Recent Updates
  • Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı qətiyyətlə alınıb

    Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

    Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

    Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.
    Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı qətiyyətlə alınıb Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.
    0 Comments 0 Shares
  • COVID-19 zamanı dad və iybilmənin bərpası üçün müalicə açıqlandı

    Koronavirusa yoluxmanın əsas simptomlarından olan iy və dadbilmənin kəskin itməsinin qısa zamanda bərpası istiqamətində yeni elmi tədqiqatlar aparılıb.

    Milli.Az bildirir ki, bunu "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

    O bildirib ki, SARS-CoV-2 virusunun dünyada yayıldığı ilk aylarda bu virusa yoluxmanın əsas əlamətlərindən biri kimi iy və dadbilmənin kəskin şəkildə itməsi ilə bağlı elmi informasiyalar hər kəsə məlumdur:

    "Hələ virusun yayıldığı ilk günlərdə bunun koronavirusa xas olan bir simptomlar olduğu bəllidir. Bugünlərdə iy və dadbilmənin kəskin itməsi zamanı onların qısa vaxt ərzində bərpası istiqamətində dərman preparatlarının daha effektiv təsiri araşdırılıb. Bundan başqa, xəstəliyin gedişində bu simptomların hər hansı proqnostik əhəmiyyətinin olub-olmadığı da aşkarlanıb".

    Azərbaycanlı alimin sözlərinə görə, son elmi tədqiqatla sübut edilib ki, qoxu və dadbilmənin itməsinin qısa zamanda bərpasına istifadə olunan yerli steroid spreylər və mazlar (məlhəm) ciddi şəkildə kömək edir. Belə ki, tədqiqatda "Fluticason" burun spreyinin 5 günlük tətbiqi qoxu bilmənin bərpasına və "Triamcinolon" mazının 5 günlük yerli istifadəsi isə dadbilmənin bərpasını tezləşdirir:

    "Bundan başqa, Braziliyada aparılan digər tədqiqatla sübut edilir ki, qoxubilmənin kəskin şəkildə anidən itməsi kliniki gedişata təsir edəcək proqnostik faktor kimi nəzərə alınmalıdır".
    COVID-19 zamanı dad və iybilmənin bərpası üçün müalicə açıqlandı Koronavirusa yoluxmanın əsas simptomlarından olan iy və dadbilmənin kəskin itməsinin qısa zamanda bərpası istiqamətində yeni elmi tədqiqatlar aparılıb. Milli.Az bildirir ki, bunu "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib. O bildirib ki, SARS-CoV-2 virusunun dünyada yayıldığı ilk aylarda bu virusa yoluxmanın əsas əlamətlərindən biri kimi iy və dadbilmənin kəskin şəkildə itməsi ilə bağlı elmi informasiyalar hər kəsə məlumdur: "Hələ virusun yayıldığı ilk günlərdə bunun koronavirusa xas olan bir simptomlar olduğu bəllidir. Bugünlərdə iy və dadbilmənin kəskin itməsi zamanı onların qısa vaxt ərzində bərpası istiqamətində dərman preparatlarının daha effektiv təsiri araşdırılıb. Bundan başqa, xəstəliyin gedişində bu simptomların hər hansı proqnostik əhəmiyyətinin olub-olmadığı da aşkarlanıb". Azərbaycanlı alimin sözlərinə görə, son elmi tədqiqatla sübut edilib ki, qoxu və dadbilmənin itməsinin qısa zamanda bərpasına istifadə olunan yerli steroid spreylər və mazlar (məlhəm) ciddi şəkildə kömək edir. Belə ki, tədqiqatda "Fluticason" burun spreyinin 5 günlük tətbiqi qoxu bilmənin bərpasına və "Triamcinolon" mazının 5 günlük yerli istifadəsi isə dadbilmənin bərpasını tezləşdirir: "Bundan başqa, Braziliyada aparılan digər tədqiqatla sübut edilir ki, qoxubilmənin kəskin şəkildə anidən itməsi kliniki gedişata təsir edəcək proqnostik faktor kimi nəzərə alınmalıdır".
    0 Comments 0 Shares
  • Erməni silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub - RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Cavab atəşilə qarşı tərəf susdurulub.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    Erməni silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub - RƏSMİ Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    0 Comments 0 Shares
  • https://yollar.ru/
    https://yollar.ru/
    YOLLAR.RU
    Welcome to Pulsuz Elanlar , Onlayn Ünsiyyət
    Pulsuz Elanlar, Forum Ünsiyyət, Onlayn Söhbət
    0 Comments 0 Shares
  • Heç kimin cavab tapmadığı 5 sadə sual

    İnsanın bədən quruluşu onun dünyaya gəldiyi gündən ətrafdakıları təəccübləndirir.Körpə uşaq gəzərkən,yeniyetmələr oynayarkən,qocalıb gəzməkdə çətinlik çəkdiyimiz anlarda belə ətrafdakılar bizə fərq bir şey görürmüş kimi baxır.Yəni,dünya insanı doğulduğu gündən öldüyü günə qədər təəccübləndirməkdə davam edir.
    Məsələn siz heç düşünmüsünüz ki,niyə ağcaqanadlar hamını yox,az miqdar adamları və dəfələrlə dişləyir.
    Və ya necə olur ki, gözlərinin rəngi müxtəlif olan adamlar dünyaya gəlir?
    Əgər bu sualların cavabı barədə düşünmüsünüzsə onda aşağıda yazılanları diqqətlə oxuyun.
    1 Niyə insanların üst dodağı ilə burun arasında az dərinliyə malik olan kiçik hissə var?
    - Həmin hissə filtir rolu oynayır. Uşaq hələ ana bətnində olarkən meydana gəlir və inkişaf edir.Bizə əhəmiyyətsiz görünən həmin hissənin inkişafdan qalması baş verdikdə uşaq dünyaya dovşandodaq olaraq meydana gəlir.
    2 Niyə ağcaqanadlar həmişə eyni adamları dişləyirlər?
    - Bu insanın qanının şirin olması ilə əlaqədar deyil.İnsanların dərisində çoxlu miqdarda bakteriyalar mövcuddur.Bu bakteriyalar hər bir adamın dərisində özünəməxsus iyin əmələ gəlməsinə səbəb olur.Ağcaqanadlar bəzi insanlardan gələn dərinin iyindən xoşlandıqlarına görə sancmaq üçün onları seçirlər.
    3 Niyə bəzi insanların gözlərinin rəngi fərqli olur?
    - Bu Yer kürəsi əhalisinin 1%-də rast gəlinir.Bu anadangəlmə olur və gözün görmə qabiliyyətinə mənfi təsir göstərmir.Fərqli göz rənginin olmasının səbəbi melaninin bir gözə digərindən az təsir etməsidir.
    4 Niyə uzun müddət suda olan əllərdə qırışlar meydana gəlir?
    - Bu dərinin müdafiə reaksiyasıdır.Uzun müddət suda olan dərinin üst təbəqəsi su ilə qidalanmağa başlayır Bu zaman onun müdafiə qüvvələri zəifləyir və membrandan xaricə hüceyrədaxili maddə xaric olur və dəri qırışır.
    5 Niyə insanların arxa hissəsi dairəvi və yumru olur?
    - Bu ibtidai insanların dünyaya gəlişindən mövcud olub.Belə o zaman insanlar qidalanmaq üçün ovçuluqla məşğul olublar.Ovçuluq isə sürətlə qaçış tələb edən bir işdir .Uzun müddət qaçmaq insanın arxa hissəsinin yumru olmasına səbəb olur.Arxanın yumru olması həzm sistemi orqanlarının birbaşa xarici mühitlə təmas etməsini də əngəlləyir .Bu da pis bağırsaq qoxusunun ətrafa yayılmasının qarşısını alır.Arxanın yumru olması insanların rahat otura bilmsinə səbəb olur.Qadınlarda arxa hissənin yumru olması isə əks cinsin nümayəndələrini özünə cəlb etməklə doğum sayının artmasına səbəb olur.
    Heç kimin cavab tapmadığı 5 sadə sual İnsanın bədən quruluşu onun dünyaya gəldiyi gündən ətrafdakıları təəccübləndirir.Körpə uşaq gəzərkən,yeniyetmələr oynayarkən,qocalıb gəzməkdə çətinlik çəkdiyimiz anlarda belə ətrafdakılar bizə fərq bir şey görürmüş kimi baxır.Yəni,dünya insanı doğulduğu gündən öldüyü günə qədər təəccübləndirməkdə davam edir. Məsələn siz heç düşünmüsünüz ki,niyə ağcaqanadlar hamını yox,az miqdar adamları və dəfələrlə dişləyir. Və ya necə olur ki, gözlərinin rəngi müxtəlif olan adamlar dünyaya gəlir? Əgər bu sualların cavabı barədə düşünmüsünüzsə onda aşağıda yazılanları diqqətlə oxuyun. 1 Niyə insanların üst dodağı ilə burun arasında az dərinliyə malik olan kiçik hissə var? - Həmin hissə filtir rolu oynayır. Uşaq hələ ana bətnində olarkən meydana gəlir və inkişaf edir.Bizə əhəmiyyətsiz görünən həmin hissənin inkişafdan qalması baş verdikdə uşaq dünyaya dovşandodaq olaraq meydana gəlir. 2 Niyə ağcaqanadlar həmişə eyni adamları dişləyirlər? - Bu insanın qanının şirin olması ilə əlaqədar deyil.İnsanların dərisində çoxlu miqdarda bakteriyalar mövcuddur.Bu bakteriyalar hər bir adamın dərisində özünəməxsus iyin əmələ gəlməsinə səbəb olur.Ağcaqanadlar bəzi insanlardan gələn dərinin iyindən xoşlandıqlarına görə sancmaq üçün onları seçirlər. 3 Niyə bəzi insanların gözlərinin rəngi fərqli olur? - Bu Yer kürəsi əhalisinin 1%-də rast gəlinir.Bu anadangəlmə olur və gözün görmə qabiliyyətinə mənfi təsir göstərmir.Fərqli göz rənginin olmasının səbəbi melaninin bir gözə digərindən az təsir etməsidir. 4 Niyə uzun müddət suda olan əllərdə qırışlar meydana gəlir? - Bu dərinin müdafiə reaksiyasıdır.Uzun müddət suda olan dərinin üst təbəqəsi su ilə qidalanmağa başlayır Bu zaman onun müdafiə qüvvələri zəifləyir və membrandan xaricə hüceyrədaxili maddə xaric olur və dəri qırışır. 5 Niyə insanların arxa hissəsi dairəvi və yumru olur? - Bu ibtidai insanların dünyaya gəlişindən mövcud olub.Belə o zaman insanlar qidalanmaq üçün ovçuluqla məşğul olublar.Ovçuluq isə sürətlə qaçış tələb edən bir işdir .Uzun müddət qaçmaq insanın arxa hissəsinin yumru olmasına səbəb olur.Arxanın yumru olması həzm sistemi orqanlarının birbaşa xarici mühitlə təmas etməsini də əngəlləyir .Bu da pis bağırsaq qoxusunun ətrafa yayılmasının qarşısını alır.Arxanın yumru olması insanların rahat otura bilmsinə səbəb olur.Qadınlarda arxa hissənin yumru olması isə əks cinsin nümayəndələrini özünə cəlb etməklə doğum sayının artmasına səbəb olur.
    NEWS.MILLI.AZ
    Heç kimin cavab tapmadığı 5 sadə sual
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Əllə yazı yazmağın 4 faydası

    Biz müasir həytımızda elektronik alətlərdən uzaq dura bilmirik. Elektronik əşyalar evdə də, işdə də bizə yardım edir. Bu alətlər vasitəsilə biz istədiyimiz bölgədə olan dostlarımızla əlaqə saxlaya və istədiyimiz işlə məşğul ola bilirik. Müasir dünyada insanlar uzaqda yaşayan əzizlərinə məktubları elektron poçtla göndərirlər. Amma, mütəxəssislər məktub və digər bəzi yazıları əllə yazmağı məsləhət bilirlər. Mütəxəssilər əllə yazı yazmağın insan üçün 4 faydası olduğunu qeyd edirlər:

    1. Əllə yazı yazmaq elmi qabiliyyəti artırır
    Bəziləri övladlarının yaşları kiçik olduğu zamanlardan kompyuteri örənmələrini vacib hesab edirlər. Onlar kompyuteri tez öyrənən uşağın elmi biliklərə daha tez yiyələnəcəyini düşünürlər. Mütəxəssislər isə bunun düzgün fikir olmadığını deyilər Belə ki, kompyuterin klavyaturasında yazmağı öyrənən azyaşlı uşaq sonra qələmlə yazmağa vərdiş edə bilmir və dərslərindən geri qalır.
    2. Qələmlə yazı yazmaq insanın fikirlərini izah etməyi formalaşdırır
    Qələmlə yazı yazmaq klavyutara ilə yazmaqdan daha yaxşıdır. Qələmlə yazmaq insanın fikirlərinə aydınlıq gətirməyinə səbəb olur. Belə ki, qələmlə yazdıqa insan fikirləşdiyi hər bir sözü asanlıqla yaza bilir. Fikirləşdiklrini ağ vərəqə tökə bilən hər bir kəs isə fikirlərini aydın izah etməkdə çətinlik çəkmir.
    3. Qələmlə yazmaq diqqətin toplanmasına səbəb olur.
    Qələmlə yazı yazarkən insan fikirlərini cəmləşdirə bilir. Bu isə yazı yazan adamın diqqətinin toplanmsına səbəb olur. Mütəxəssislər elektron poçtla məktub yazan adamın qısa bir zamanda kompyuter arxasından durmayaraq müxtəlif lazımsız saytlara baxdığını qeyd edərək, bunun vaxt öldürmək olduğunu deyirlər. Amma, qısa bir zamanda fikirlərini kağıza tökmək, məktub göndərəcəyin adama sevgini izah etməklə yanaşı, vaxtına da qənaət olur.
    4. Beynin qocalmasının qarşısını alır
    Qələmlə yazı yazmaq insanin diqqətinin bir yerə toplanmasına, yaddaşın məşq etməsinə səbəb olur. Bu proseslər isə beyin hüceyrələrinin ölməsinin tezliyini azaldır, beyinin aktivliyini artırır. Bu zaman yaşlı adamlarda da aydın şəkildə fikri izah etmək qabiliyyəti meydana gəlir və yaddaşsızlıqla əlaqədar əmələ gələn problemlər həll olur.
    Əllə yazı yazmaq ürəyindən keçənləri, hiss etdiklərini kağıza tökmək kimi bir şeydir. Bu zaman insan ürəyinin istiliyini də əlindəki kağıza ötürmüş olur. Məktubu oxuyan isə həmin isti enerjini alaraq sənin onu nə qədər sevdiyini hiss edir. Odur ki, çalışın əllə məktub yazın. Ən azından gündlik tutub hər gün hiss etdiklərinizi qələmə almağa çalışın. Unutmayın ki, əllə yazı yazmağın faydaları çoxdur.
    Əllə yazı yazmağın 4 faydası Biz müasir həytımızda elektronik alətlərdən uzaq dura bilmirik. Elektronik əşyalar evdə də, işdə də bizə yardım edir. Bu alətlər vasitəsilə biz istədiyimiz bölgədə olan dostlarımızla əlaqə saxlaya və istədiyimiz işlə məşğul ola bilirik. Müasir dünyada insanlar uzaqda yaşayan əzizlərinə məktubları elektron poçtla göndərirlər. Amma, mütəxəssislər məktub və digər bəzi yazıları əllə yazmağı məsləhət bilirlər. Mütəxəssilər əllə yazı yazmağın insan üçün 4 faydası olduğunu qeyd edirlər: 1. Əllə yazı yazmaq elmi qabiliyyəti artırır Bəziləri övladlarının yaşları kiçik olduğu zamanlardan kompyuteri örənmələrini vacib hesab edirlər. Onlar kompyuteri tez öyrənən uşağın elmi biliklərə daha tez yiyələnəcəyini düşünürlər. Mütəxəssislər isə bunun düzgün fikir olmadığını deyilər Belə ki, kompyuterin klavyaturasında yazmağı öyrənən azyaşlı uşaq sonra qələmlə yazmağa vərdiş edə bilmir və dərslərindən geri qalır. 2. Qələmlə yazı yazmaq insanın fikirlərini izah etməyi formalaşdırır Qələmlə yazı yazmaq klavyutara ilə yazmaqdan daha yaxşıdır. Qələmlə yazmaq insanın fikirlərinə aydınlıq gətirməyinə səbəb olur. Belə ki, qələmlə yazdıqa insan fikirləşdiyi hər bir sözü asanlıqla yaza bilir. Fikirləşdiklrini ağ vərəqə tökə bilən hər bir kəs isə fikirlərini aydın izah etməkdə çətinlik çəkmir. 3. Qələmlə yazmaq diqqətin toplanmasına səbəb olur. Qələmlə yazı yazarkən insan fikirlərini cəmləşdirə bilir. Bu isə yazı yazan adamın diqqətinin toplanmsına səbəb olur. Mütəxəssislər elektron poçtla məktub yazan adamın qısa bir zamanda kompyuter arxasından durmayaraq müxtəlif lazımsız saytlara baxdığını qeyd edərək, bunun vaxt öldürmək olduğunu deyirlər. Amma, qısa bir zamanda fikirlərini kağıza tökmək, məktub göndərəcəyin adama sevgini izah etməklə yanaşı, vaxtına da qənaət olur. 4. Beynin qocalmasının qarşısını alır Qələmlə yazı yazmaq insanin diqqətinin bir yerə toplanmasına, yaddaşın məşq etməsinə səbəb olur. Bu proseslər isə beyin hüceyrələrinin ölməsinin tezliyini azaldır, beyinin aktivliyini artırır. Bu zaman yaşlı adamlarda da aydın şəkildə fikri izah etmək qabiliyyəti meydana gəlir və yaddaşsızlıqla əlaqədar əmələ gələn problemlər həll olur. Əllə yazı yazmaq ürəyindən keçənləri, hiss etdiklərini kağıza tökmək kimi bir şeydir. Bu zaman insan ürəyinin istiliyini də əlindəki kağıza ötürmüş olur. Məktubu oxuyan isə həmin isti enerjini alaraq sənin onu nə qədər sevdiyini hiss edir. Odur ki, çalışın əllə məktub yazın. Ən azından gündlik tutub hər gün hiss etdiklərinizi qələmə almağa çalışın. Unutmayın ki, əllə yazı yazmağın faydaları çoxdur.
    NEWS.MILLI.AZ
    Əllə yazı yazmağın 4 faydası
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib
    Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib
    OXU.AZ
    Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib
    Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar yaradıb, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb. “Report” xəbər verir ki, saat 18 radələrindən başlayaraq, Qərb bölgəsinin dağlıq rayonlarında leysan yağış və güclü ildırım müşahidə olunur. Bu saatlarda isə Gəncə şəhəri və yaxın rayonlarda...
    0 Comments 0 Shares
  • Şöhrəti Almaniyaya gedib çıxan Hacıqabul palçıq vulkanları – VİDEO
    Şöhrəti Almaniyaya gedib çıxan Hacıqabul palçıq vulkanları – VİDEO
    OXU.AZ
    Şöhrəti Almaniyaya gedib çıxan Hacıqabul palçıq vulkanları – VİDEO
    Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Ölkəmiz yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır.  Dünyada məlum olan 2000-dən artıq palçıq vulkanından 344-ü Azərbaycanda yerləşir.  Palçıq vulkankarının əksəriyyəti Bakı,...
    0 Comments 0 Shares
  • Gülmək də sağlamlığa xeyirdir
    Gülmək də sağlamlığa xeyirdir
    NEWS.MILLI.AZ
    Gülmək də sağlamlığa xeyirdir
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    0 Comments 0 Shares
  • “Google” öz smartfonları üçün şarj cihazından imtina etdi

    "Google" şirkəti öz smartfonlarını şarj cihazı olmadan komplektləşdirəcəyini açıqlayıb.

    Milli.Az oxu.az-a istinadən bildirir ki, şirkət bu yaxınlarda təqdim edilən büdcəli "Pixel 5a 5G" modelinin şarj bloku ilə birlikdə dəstləşdirilən son smartfon olacağını bəyan edib.

    Payızda satışa çıxarılması gözlənilən flaqman "Pixel 6" və "Pixel 6 Pro"dan başlayaraq artıq şirkətin buraxacağı smartfonlar paketi şarj cihazsız olacaq.

    Digər smartfon istehsalçıları kimi "Google" da imtinanı əksər istehlakçıların evində şarj adapteri olması ilə əlaqələndirib.

    Şirkət bu addımın ekoloji faydalarını da xatırladıb.

    Mütəxəssislər isə düşünürlər ki, "Google" bu qərarı verərkən ilk növbədə cihazların buraxılışına qənaəti əsas götürüb və bu, yeni reallıqdır.
    “Google” öz smartfonları üçün şarj cihazından imtina etdi "Google" şirkəti öz smartfonlarını şarj cihazı olmadan komplektləşdirəcəyini açıqlayıb. Milli.Az oxu.az-a istinadən bildirir ki, şirkət bu yaxınlarda təqdim edilən büdcəli "Pixel 5a 5G" modelinin şarj bloku ilə birlikdə dəstləşdirilən son smartfon olacağını bəyan edib. Payızda satışa çıxarılması gözlənilən flaqman "Pixel 6" və "Pixel 6 Pro"dan başlayaraq artıq şirkətin buraxacağı smartfonlar paketi şarj cihazsız olacaq. Digər smartfon istehsalçıları kimi "Google" da imtinanı əksər istehlakçıların evində şarj adapteri olması ilə əlaqələndirib. Şirkət bu addımın ekoloji faydalarını da xatırladıb. Mütəxəssislər isə düşünürlər ki, "Google" bu qərarı verərkən ilk növbədə cihazların buraxılışına qənaəti əsas götürüb və bu, yeni reallıqdır.
    0 Comments 0 Shares
More Stories
MobTop.az Statok.net ILK-10